Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yaxt-klub (Taqanroq)
Yaxt-klub — Taqanroq şəhərində, Taqanroq körfəzi sahilimdə inşa edilmiş tikili. Adres:Taqanroq şəhəri, Portavaya keçəsi, ev 1–2. == Tarix == Taqanroq yaxt-klub 1908-ci ildə Kommersiya klubunda təşkil edilmişdir. Elə onun ilk idarəçiliyidə buradan həyata keçirilmişdir. Yaxt-klub üçün ilk bina XIX əsrin üçüncü yarısında taxtadan inşa edilmişdi. Bina "Rus gəmiçilik və ticarət cəmiyyətinin" imkanları daxilində inşa edilmişdur. Yaxt-klubun yaxınlığında cəmiyyətin agentliyi yerləşirdi. Taxta tikili özünəməxsus görünüşə malik olaraq qüllə və eyvanlara sahib idi. Eyvanlara pilləkənlərlə qalxmaq mümkün idi. Binada restoran və bilyard zalı mövcud idi.
Klub
Klub — vahid maraqlara görə cəmiyyətdə birləşən insanlar birliyi. Maraqlara görə idman, istirahət, siyasi, dini klublar olur. Adətən müəyyən bir otağı tutur və onun iştirakçılarının müntəzəm görüşləri və ünsiyyəti üçün xidmət edir. Virtual klublar da var. Hər kəs klubun üzvü (açıq giriş) və ya məhdud dairəyə aid olan şəxs (qapalı klub, giriş yalnız tövsiyə ilə əldə edilə bilər) ola bilər. Bəzi klublara giriş giriş biletinin alınmasını tələb edir, digərləri pulsuz fəaliyyət göstərir (dövlət və ya fərdi şəxslərin sponsorluğu hesabına). == İdman klubu == Müasir idman klubları adı, loqosu, idmançılar komandası, infrastrukturu, idarəetmə sistemi, işçi heyəti olan peşəkar və ya həvəskar təşkilatlardır. Misal üçün: Futbol klubu; hokkey klubu; Basketbol klubları. == İstirahət klubları == Əyləncəli xarakterli müəyyən maraqlarla bağlı insanları bir araya gətirməyə xidmət edir: musiqi klubları (rok klubları daxil olmaqla: Leninqrad rok klubuna baxın); rəqs klubları (bu, həm də "gecə klubları" və adında "klub" sözünün bu mənaya malik olmaya biləcəyi digər müəssisələrdən fərqli olaraq məhdud və daimi üzvü olan insanlar qruplarına aiddir). == Gecə klubları == Gecə klubu - adətən 21:00-dan sonra işləyən, asudə vaxt üçün nəzərdə tutulmuş (adətən gənclər üçün) ictimai qurumdur.
Klub 27
Klub 27 (ing. 27 Club) - rok və blüz musiqisinə böyük təsir edən və 27 yaşında müxtəlif, çox zaman qəribə şəraitlərdə vəfat edən musiqiçilərin ümumi adıdır. == 27 yaşında ölən ən məşhur musiqiçilər == Lakin bu siyahı bu cədvəllə bitmir. Bura bir çox digər musiqiçiləri də əlavə edirlər.
Klub Libertad
Klub Libertad — Paraqvayın Asunsyon şəhərini təmsil edən Paraqvay futbol klubudur. Klub 1905-ci ildə təsis edilib və Paraqvay Primyera Divizionunda mübarizə aparır.
Klub mate
Mate — Mate içkisi 1924-cü ildə Almaniyada yaranıb. Bəzi Asiya və Cənubi Amerika ölkələrində mate milli içki sayılır və onu dəmir qab vasitəsilə 70 dərəcə istilikdə içirlər. Və bu regionların çoxunda qida borusunun xərçəng xəstəliyinə yoluxanlar üstünlük təşkil edir. Soyuq mateni analiz etdikdə əldə olunan nəticəyə görə, onun xərçənglə heç bir əlaqəsi yoxdur. Lakin İARC isti mate ilə bağlı dəqiq tədqiqatın aparılmadığı üçün məlumat verə bilmir. Lumisin dediyinə görə, bunlar hələ ki, sual altındadır. Bunu da qeyd etmək lazımdır ki, insanların yaşayış tərzi aparılmış tədqiqatların nəticəsinə təsir göstərə bilər. Belə ki, spirtli içki və siqaret çəkən insanlarda qida borusunun xərçənginə tutulma riski çoxdur. Argentina, Boliviya, Peru, Çili kimi ölkələrdə “soyuq çay” kimi içilən Mate gecə həyatı mədəniyyətinin ən vacib parçasıdır. Kafein kimi oyandırıcı təsiri olan soyuq çayı gecə klublarında verərkən, vodka üçün yer açacaq qədər içirsiniz, sonra üzərinə alkol əlavə edilir.
Striptiz klub
Striptiz klub və ya Striptiz klublar — ilk növbədə striptizçilərin ifa etdiyi striptiz olmaqla müxtəlif erotik rəqslərin olduğu və yalnız böyüklərə xidmət göstərən xüsusi məkanlardırlar. Bu yerlər adətən gecə klubu və ya bar konsepsiyası formasında olurlar. Amerika tipli striptiz klubları ilk dəfə Şimali Amerikada İkinci Dünya Müharibəsindən sonra yaranmışdır. 1940-cı illərin sonunda Asiyaya və 1950-ci illərdə isə Avropaya yayılmışdır. 2005-ci ildəki statistik məlumatlara görə qlobal striptiz klubu sənayesinin gəlirlərinin 75 milyard ABŞ dollarına çatdığı təxmin edilir.
Fırtına (fan-klub)
"Fırtına" fan-klubu – Xəzər-Lənkəran klubunun azarkeşlərini özündə birləşdirən klub. Azərbaycanda ilk müstəqil fan-klub olan "Fırtına" fan-klubu 16- iyulAzərbaycanda 2005-ciilk ilmüstəqil tarixindəfan təsis edilmişdir. Fan-klub 16 iyul 2005-ci il tarixində təsis edilmişdir. == Ümumi məlumat == Bu fan-klubun yaranma məqsədi sevimli komandaları Xəzər-Lənkərana layiqli dəstək olmaq və ümumən azarkeş mədəniyyətini Avropa səviyyəsinə qaldırmaq olub. Qarşıda hələ çox işlər görməli olmağımıza baxmayaraq keçilən yola baxsaq məqsədimizə qismən nail olduğumuzu görərik. Belə ki, Bakı şəhərində 200-ə qədər və əsasən Lənkəran olmaqla bölgələrimizdə 100-dən artıq üzvü var. Online olaraq bizimlə yol gedənlərin isə yer kürəsinin hər bir guşəsindən olduqlrını görmək olar. Qardaş Türkiyədən, Rusiyadan, Yaponiyadan, Misirdən, ABŞ -dan, Belçikadan, Rumıniyadan, İspaniyadan və s. bizə qoşulanlar vardır. Əbədi olaraq könül verdiyimiz klubumuzla yanaşı Millimizə, avrokuboklarda iştirak edən klublarımıza da avropa oyunlarında göstərdiyimiz yüksək səviyyəli dəstəklə seçilmişik.
Salavat Yulayev (klub)
«Salavat Yulayev» (başq. «Салауат Юлаев») — Başqırdıstan, Ufa şəhərinin peşəkar buzüstü hokkey klubu. Qitə hokkey liqası iştirakçısı. İki qat Rusiya çempionu (2007/08, 2010/11), Qaqarin Kubokunun sahibi (2010/2011), iki qat Açılış Kuboku sahibi (2008/2009, 2011/2012), və Qitə Kubok çempionu (2009/2010). == Ümumi məlumat == 1960-cı ilin oktyabrında Ufa Cihazqayırma Zavodunun rəhbərliyinin göstərişi ilə Salavat Yulayev İdman Klubunda hokkey bölməsi yaradıldı. 1961-ci ilin fevral ayında Salavat Yulayev adına SK-nin hokkey komandası Sverdlovskda keçirilən zona yarışlarında ilk oyununu keçirdi. 1961/1962 mövsümündən əvvəl Çelyabinsk şəhərindən məşqçisi Vladimir Ştyrkov, eləcə də Çelyabinsk və Nijni Novqorod komandalarından oyunçular dəvət edildi. Komandadakı 19 oyunçudan 8-i, 1961-ci ildə fəaliiyəti dayandırılmış 1960/1961 mövsümündə SSRİ-nin «B» çempionatında iştirak edən Ufa klubu «Trud»un keçmiş hokkeyçiləri idi. 25 noyabr 1961-ci ildə Salavat Yulayev Çelyabinskdə SSRİ çempionatının «B» dəstəsində debüt etdi, "Metallurg" a məğlub oldu - 1: 3. İlk beynəlxalq matçları isə Salavat Yulaev 30 və 31 dekabr 1961-ci ildə Ufada Almaniya Demokratik Respublikasından olan «Bismutla» oynadı və hər ikisində qalib gəldi - 5: 3 və 5: 4.
Nou Neym Klub
Nou Neym Klub (ing. No Names Club) və ya Nou Neym Kilbörn (ing. No Names Kilburn) — Londonun Kilbörn rayonunda yerləşən həvəskar keçmiş İngiltərə futbol klubu. Klubun oyun meydançası pis şəraitdə olduğu üçün onlara "Palçıqçılar" (ing. Mudlarks) ləqəbi verildi. Klubun qeydə alınan ilk matçları 1863-cü ilin yanvar və aprel aylarında "Barns" klubu üzərində qələbə ilə başa çatan oyunlar idi. Klub 26 oktyabr 1863-cü ildə İngilətərə Futbol Assosiasiyasının 11 qurucu üzvlərdən biri idi və klubu İFA-nın ilk prezidenti seçilən klubun kapitanı Artur Pember təmsil edirdi. "N. N" İFA-nın qurucularından biri kimi müəyyən reputasiyaya sahib olsa da və 1866-cı ildə yalnız Assosiyasiyanın qanunları ilə oynayan 3 klubdan biri olsa da klub heç vaxt elit klublardan biri sayılmırdı və 1868-ci ildə Artur Pemberin mühacirətindən sonra kluba maraq azaldı. 1869–70 mövsümündə klub tez-tez yeni kapitan Tebbutt iştirak etmədən oynamaq məcburiyyətində qalırdı və klubun 5 fevral 1870-ci ildə "Apton Park" klubuna qarşı keçirdiyi və məğlubiyyətlə başa çatan son qeydə alınmış matçı zamanı yalnız yeddi oyunçusu oynamağa gəlmişdir. Klub həmin ay İngiltərə Futbol Assosiasiyasının illik yığıncağına nümayəndə heyətini göndərmiş və 3 mart 1870-ci ildə "N. N"-nin iki oyunçusu İngiltərə ilə Şotlandiya arasında keçirilən ilk təmsilçi oyunda iştirak etmişdi, lakin sonradan dərc edilmiş matç siyahılarında klubun hər-hansı fəaliyyəti barədə bəhs olunmur və klub adına hər-hansısa əlavə nəticələr mövcud deyil.
Şahmat üzrə klub komandalarının Avropa Kuboku
Şahmat üzrə klub komandalarının Avropa Kuboku Avropadan olan klub komandaları üçün illik hər il keçirilən şahmat turniridir, Avropa Şahmat Birliyi tərəfindən təşkil edilir. Turnir İsveçrə sistemi ilə 7 oyundan ibarət olur. Hər komandada 6 oyuncu olur. 1996-cı ildən qadın şahmatçılar da iştirak ediblər. == Qaliblər == === Kişilər === 1956 Yuqoslaviya ŠK Partizan 1976 SSRİ Burevestnik Moscow and Almaniya Solingen SG 1979 SSRİ Burevestnik Moscow 1982 Macarıstan Spartacus Budapest 1984 SSRİ Trud Moscow 1986 SSRİ CSKA Moscow 1988 SSRİ CSKA Moscow 1990 SSRİ CSKA Moscow and Almaniya Solingen SG 1992 Almaniya Bayern Munich 1993 Fransa Lyon Oyonnax 1994 Bosniya və Herseqovina ŠK Bosna & Fransa Lyon Oyonnax 1995 Ermənistan Yerevan city 1996 Rusiya Sberbank Tatarstan Kazan 1997 Rusiya Ladia Azov 1998 Niderland Panfox Breda 1999 Bosniya və Herseqovina ŠK Bosna 2000 Bosniya və Herseqovina ŠK Bosna 2001 Rusiya Nikel Norilsk 2002 Bosniya və Herseqovina ŠK Bosna 2003 Fransa NAO Paris 2004 Fransa NAO Paris 2005 Rusiya Tomsk-400 2006 Rusiya Tomsk-400 2007 İspaniya Linex Magic-Mérida 2008 Rusiya Ural Sverdlovskaya oblast 2009 Rusiya Economist-SGSEU-1 Saratov 2010 Rusiya Economist-SGSEU-1 Saratov 2011 Rusiya Saint-Petersburg Chess Federation 2012 Azərbaycan SOCAR Azerbaijan 2013 Çexiya G-Team Nový Bor 2014 Azərbaycan SOCAR Azerbaijan 2015 Rusiya Siberia Novosibirsk 2016 Şimali Makedoniya Alkaloid Skopje 2017 Rusiya Qlobus 2018 Rusiya Mednı Vsadnik === Qadınlar === 1996 Serbiya və Monteneqro Agrouniverzal Belgrade and Gürcüstan Merani Tbilisi 1997 Serbiya və Monteneqro Goša Smederevska Pal.
Taxt
Taxt ya Tron(yun. θρόνος) — bərli-bəzəkli hökmdar oturacağı. Monarxiya, hökmdar və onun hakimiyyətinin rəmzi.
Vaxt
Zaman və ya vaxt — fizikada və başqa təbiət elmlərində bizim kainatın ölçüsü kimi qəbul edilir. O ölçüləbilmə qabiliyyətinə malik olub kainatda baş verən istənilən materiya dəyişiklikləri ilə əlaqədardır. Zaman köklü fenomenlərlə izah oluna bilmədiyindən, o ölçmə yolu ilə qiymətləndirilir. Sİ vahidlər sistemində zaman saniyə (s) ilə ölçülür. Bunun əsasında dəqiqə, saat, gün və həftə əmələ gəlir. Təqvimdən asılı olaraq ay, il, əsr və minilliklər də mövcuddur. Zamanın ölçülməsi astronomiyanın qədim məsələlərindən biridir. Astronomiyada günəş günü və ulduz günü arasında fərq vardır. Bu fərq il boyu bir gün edir. Günəş günü Sİ vahidlər sistemində heç bir vahidə malik deyil.
Yaxta
Yaxta — motorlu, yaxud yelkənli yüngül gəmi, su nəqliyyat növü. “Yaxta” holland sözüdür, qovmaq, təqib etmək mənasını verir. Motorlu, yaxud yelkənli yüngül gəmidir. Yelkənli yaxtalar daha geniş yayılıb. İlk yelkənli yaxtalar 17-ci əsrdə meydana çıxıb. Hazırda yaxta əsasən imkanlıların istifadə etdiyi su nəqliyyat növüdür. Müasir dövrdə yaxtaları üç qrupa bölmək olar: yelkənli yelkənli-motorlu motorlu yaxtalar. Amma bütün müasir yelkənli yaxtaların da, demək olar, hamısının köməkçi motoru olur.
Kluj
Kluj-Napoka (rum. Cluj-Napoca), 1974-ci ilə qədər adı Kluj olmuşdur, həmçinin Kolojvar (mac. Kolozsvár) və Klauzenburq (alm. Klausenburg‎) adlandırılmışdır — Rumıniyanın şimal-qərbində şəhər, Kluj judetsinin inzibati mərkəzi. Bu, paytaxt Buxarestdən sonra ölkənin ikinci ən böyük şəhəridir. == Əhalisi == 2011-ci ildə keçirilən əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 309,1 min nəfərdir. Milli tərkibi: rumınlar — 247,548 nəfər (80,07 %); macarlar — 49,375 nəfər (15,97 %); qaraçılar — 3274 nəfər (1,05 %); almanlar — 520 nəfər (0,16 %); yəhudilər — 152 nəfər (0,05 %); ukraynalılar — 130 nəfər (0,04 %).
Kub
Kub — Tərifi:Ölçüləri bərabər olan düzbucaqlı paralelepipedə Kub deyilir. Üzlərin sayı 6, forması kvadrat, tillərin sayı 12, təpə nöqtələrin sayı 8, bir nöqtədən çıxan tillərin sayı 3,dioqnallarının sayı 4 dür .
Ay (vaxt)
Ay — Ayın Yer ətrafında dövr etməsi vaxtına təqribən bərabər olan və təqvimlərdə istifadə edilən zaman ölçü vahidi. Ayın Yerdən görünən bütün mərhələlərini keçdiyi müddət orta hesabla 28,530588 günəş günüdür (28 gün, 12 saat, 44 dəqiqə, 3 saniyə). Bir ulduz ayı isə, Ayın hər hansı bir ulduzla ard-arda düzülməsi (ulduzla eyni mövqeyə gəlməsi) iki dəfə eyni yerə gəlməsi nəticəsində yaranan zaman müddətdir və 27,321661 gün davam edir (27 gün, 7 saat, 43 dəqiqə, 12 saniyə). Müasir təqvimlərdə ay ilin 12-də biri olaraq qəbul edilir.
Azərbaycanda vaxt
Azərbaycanda vaxt və ya AZV — Azərbaycan ərazisində vaxt zonası. Standart saat vaxtından 4 saat qabaqdır (UTC+04:00). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 17 mart tarixli 131 saylı Qərarına əsasən 2016-cı ilidə yay vaxtına keçid ləğv edilmişdir. Nazirlər Kabinetinin 17.03.1997-ci il tarixli 21 saylı Qərarı qüvvədən düşmüş hesab edilir və 2016-cı ilin 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid həyata keçirilməyəcəkdir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda yay və qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına və İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsini nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə Azərbaycan Respublikasında yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsini təklif edib. Onu da qeyd edək ki, qış və yay vaxtlarının tətbiqi barədə Nazirlər Kabineti 1997-ci ildə qərar verib. Qərara əsasən, hər il oktyabrın son bazar günündə ölkə ərazisində qış, martın son bazar günündə isə yay vaxtına keçilir.
Real vaxt
Real vaxt — Hansisa bir informasiyanin dəqiq vaxtinda catdirilmasidir. Real vaxt termini informasiyanin işlənməsi sistemde o vaxt tətbiq olur ki, sistem təminatli vaxt reaksiyasina malik olsun yəni müəyyən olunmuş vaxti aşmamalidir. Real vaxt olan əməliyyat sistemləri müəyyən vaxt ərzində sistemin reaksiyasina təminat verir. Bu vaxt milli saniyələrlə ölcülür. Real vaxt olan əməliyyat sistemləri əsasən neft və qaz çixarilmasi, nəqilyatin avtomatlaşdirilmasi kimyəvi proseslərin, maşinqayirma və metalligiya proseslərində, bank və energetikada və.s tətbiq olunur. Real vaxt iki yerə bölünür 1) Mütləq vaxt: 2) Nisbi vaxt: Mütləq vaxt Qoyulan vaxt intervalinda cavab verilməlidir. Məsələn : yanğin zamani yanğin sistemlərinə cavab reaksiyasi . Nisbi vaxt Qoyulan vaxt ərzində ortalama cavab verir. Məsələn : printerə iki fayl çapi göndərsək hansi tez zamanda çixarmasidir. Real vaxt olan əməliyyat sistemlərinin sürətli işləməsi üçün iki metod var.
Taxt oyunları
Taxt-tac oyunları (teleserial, 2011)
Vaxt qrafiki
Vaxt qrafiki, hadisələrin siyahısının xronoloji ardıcıllıqla göstərilməsidir. == Növləri == Vaxt qrafikləri üçün bir çox vizual üsulları var. == Vaxt qrafiklərinin istifadəsi == Vaxt qrafikləri, bir mövzu üçün tarixi hadisələrin və meyllərin ardıcıllığını və ya xronologiyasını anlamaqda tələbələrə və tədqiqatçılara kömək etmək üçün təhsildə istifadə olunur. === Tarixi araşdırmalarda === Vaxt qrafikləri, tarixin öyrənilməsi üçün faydalıdır, çünki zaman keçdikcə bir dəyişiklik hissi verir. Aşağıdakı nümunələri görə bilərsiniz: Azərbaycan tarixinin qrafiki Vətəndaş hüquqları hərəkatının qrafiki Avropa araşdırmalarının qrafiki İmperializmin qrafiki Günəş Sistemi araşdırma qrafiki Amerika Birləşmiş Ştatları tarixinin qrafiki Birinci Dünya Müharibəsinin Zaman Çizelgesi Dinin qrafiki === Təbiət elmlərində === Vaxt qrafikiəri, astronomiya, biologiya və geologiya kimi mövzular üçün təbii dünyada və elmlərdə də istifadə olunur. === Layihə menecmentində === Layihə menecmenti üçün arı bir zaman qrafiki istifadə olunur. == Həmçinin bax == Xronologiya Kro‌noZum — Böyük Tarixin vaxt qrafiki görüntüləmək üçün açıq mənbə layihədir.
Vaxt tənliyi
Vaxt tənliyi — eyni an üçün verilmiş coğrafi meridianda orta və həqiqi Günəş vaxtlarının fərqidir. η = T m − T ⊙ = t m − t ⊙ {\displaystyle \eta =T_{m}-T_{\odot }=t_{m}-t_{\odot }} Vaxt tənliyini əslində vaxt düzəlişi adlandırmaq daha doğru olardı, lakin o tarixi olaraq astronomiyaya vaxt tənliyi kimi daxil olmuşdur.
Yaxa Dəllək
Yaxa Dəllək — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Əlavə vaxt
Əlavə vaxt, bəzi idman növlərindəki bərabərliyi pozmaq məqsədilə oyunun normal vaxtına əlavə olaraq artırılan vaxtdır. Futbol, Amerikan futbolu, Kanada futbolu, basketbol, buzüstü hokkey, həndbol, beyzbol, softbol, reqbi, Avstraliya futbolu,su polosu, körlinq, kriket kimi idman növlərində istifadə olunur.
Qanlı taxt
Qanlı taxt və ya orijinal dildəki adı ilə Hörümçək toru qalası (蜘蛛巣城, Kumonosu-jō) – Akira Kurosavanın rejissorluğu ilə çəkilmiş 1957-ci il istehsalı Yaponiya tarixi dram filmi. Uilyam Şekspirin "Makbet" tamaşası əsasında çəkilmiş, No sənətinin elementlərindən istifadə olunmuşdur. Baş rollarda Toşiro Mifune və İsuzu Yamada çıxış edirlər. Onlar Makbet və Leydi Makbet personajları əsasında yaradılmış personajları canlandırmışdırlar. "Makbet" tamaşasında olduğu kimi hekayə ambisiyalı arvadının dəstəyi ilə üstünə qarşı sui-qəsd təşkil edən döyüşçüdən bəhs edir. Kurosava tamaşanın fanatı var idi və əsasında film çəkmək istəyirdi, lakin Orson Uellsin "Makbet" (1948) filmindən sonra bu ideyasını gecikdirmişdir. Film Fuci dağı və İzu yarımadası ətrafında çəkilmişdir. Hekayədəki dəyişikliklərə və dilə baxmayaraq "Qanlı taxt" tamaşanın ən yaxşı film adaptasiyalarından biri hesab olunur. İki dəfə Mayniçi mükafatını qazanmış, Mifune Ən yaxşı aktyor nominasiyasında qalib olmuşdur. == Məzmun == Vaşizu və Miki Hörümçək toru meşəsinin yaxınlığında yerləşən qalanın hakimi Tsuzukinin başçılığı altında olan generallar və yaxın dostlardır.
Yaxşı vaxt
Yaxşı vaxt (ing. Good Time) — Coş və Benni Safdi qardaşları tərəfindən 2017-cı ildə çəkilmiş cinayət, triller filmi. Filmin baş rollarında Robert Pattinson və Benni Safdi çıxış edir. Film əqli qüsurlu qardaşı ilə soyğun etməyə çalışan Konni adlı bank soyğunçusundan bəhs edir. Onların planı uğursuz olanda Konni qaçmağı bacarır, ancaq qardaşı isə saxlanılır. Konni indi qardaşını xilas etmək üçün bir yol tapmalıdır. == Həmçinin bax == A24 filmləri == İstinadlar == == Xarici keçidlər == Yaxşı vaxt — Internet Movie Database saytında.
Aaron Kluq
Aaron Kluq (11 avqust 1926[…] – 20 noyabr 2018[…], Kembric) — İngilis kristalloqrafı, kimya üzrə Nobel mükafatçısıdır. == Həyatı == Aaron Kluq 1926-cı ildə avqustun 11-də Litvada anadan olmuşdur. Yoxannesburq və Keyptaun universitetlərində oxumuşdur. O, yəhudi ailəsində anadan olmuşdur. Onun iki yaşı olarkən ailəsi Durbana (Cənubi Afrika) köçmüşdür, çünki, anasının ailəsi XX əsrin əvvəllərində ora miqrasiya etmişdi. 1937–1941-ci illərdə Duban şəhərində məktəbdə oxumuşdur. O, Pol Krayfın "Ovçular mikroblar arxasında" adlı kitabını oxuduqdan sonra onda elmə maraq yarandı. 1942-ci ildə Yoxannesburqda Vitvatersrand universitetinə daxil olaraq Kluq tibb üzrə hazırlıq kursuna, həmçinin biokimya, fizika və riyaziyyat üzrə məşğələlərə gedir. 1945-ci ildə o, universiteti bitirdikdə təbiət elmləri üzrə bakalavr dərəcəsi alarkən onun seçimi fizika olur. == Elmi naliyyələri == Ona ayrılmış təqaüdə əsasən o, öz müəllimlərindən biri R. U. Ceymsin yanında rentgen kristalloqrafiyası üsulunu öyrənmişdir.
Ku-klus-klan
Ku Kluks Klan — 1865-ci ildə quldarlığın ləğvinin elan edilməsindən sonra Cənub ştatların plantasiya sahibləri tərəfindən zəncilərin vətəndaşlıq hüququ uğrunda mübarizələrinə qarşı ABŞ-də yaradılmış irqçi terrorçu təşkilatdır. === Yaranması === 1865-ci ilin milad gecəsində altı cavan, şuluq zabit – Makkord, Lester, Kennedi, Krou, Couns, Rid ABŞ-nin Tennesi ştatındakı balaca Pülasko şəhərinin məhkəmə binasında yığışıb, bir az məzələnmək üçün özlərinə gizli bir təşkilat yaratmaq qərarına gəldilər. (Yeri gəlmişkən, Amerikada hələ Böyük İslahat dövrünə qədər də belə gizli təşkilatlar vardı. Həmin təşkilatlardan heç biri inkişaf edə bilmədiyi üçün gizli təşkilatlara maraq yeni bir şey deyildi).O vaxt bu altı zabitin heç bir konkret məqsədi yox idi. Onlar, sadəcə, Amerikada Vətəndaş Müharibəsində iştirak etdiklərinə görə, müharibədən sonra vətəndaş hüquqlarından məhrum olmuşdular. Eləcə, bikarlıq idi. Təşkilata nəsə sirli bir don geyindirmək və "köhnə gizli təşkilat ənənələri"nə sadiq qalmaq məqsədilə, zabitlər onu "Qızıl Çevrə Qardaşlığı" adlandırdılar. Amma o vaxtlar fəaliyyət göstərən "Qızıl Çevrə Cəngavərləri" təşkilatının adına oxşadığından, tezcə də vaz keçdilər. Adda nəsə bir "çevrə" sözünün olması istəyi güclü idi. Buna görə də, aralarında klassik ədəbiyyat vurğunu olan biri təklif etdi ki, qədim yunan sözcüyündən "kiklos"a ("çevrə" mənasında) müraciət etsinlər.