Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Joule
Coul (C) (ing. Joule (J)) — fizikada enerjinin həcmi, istiliyin kəmiyyəti, görülən işin vahidi. 1 coul (C) - 1N qüvvənin qüvvə istiqamətində gedilən 1m yolda gördüyü işə deyilir. Elektrik sahəsində 1 coul (C) 1 volt (V) gərginliyin təsiri ilə 1 saniyə (s) müddətində dövrədə 1 amper (A) şiddəti olan cərəyanı davam etdirməyə sərf olunan işə deyilir. Coul enerji ölçü vahidi ingilis alimi Ceyms Preskott Coulun şərəfinə adlandırılıb. Ədədi qiymətcə 1C=kq*m^2/san^2 bərabərdir.
Rouge
Rouge — San-Paulu, Braziliya pop qrupudur. 2002–2006, 2017–2019 də fasiləsiz işləmişdir.
Souse
Souse (e.ə. 12 – e.ə. 11) — Hun İmperiyası hökmdarı. == Həyatı == Qardaşı kimi sakit həyat sürən Souse 8 il hakimiyyət sürdü. Çinə imperatorla görüşməyə gedərkən xəstələnərək öldü. Yerinə qardaşı keçdi.
Yahve
Yahve (ivr. ‏יַהְוֶה/𐤉𐤄𐤅𐤄‏‎, jahˈwe; mənası – "rəbb") — iudaizm və xristianlıqda tanrının çoxsaylı adlarından biri, Cənubi İsrail və Yəhudi çarlıqlarında milli tanrı. Onun dəqiq mənşəyi mübahisəli bir mövzudur, lakin onun mənşəyi erkən dəmir dövrünə, hətta tunc dövrünə qədər gedib çatır. Onun adı Kənan xalqının dininin baş tanrısı olan Elin adından törəmiş ola bilər, ancaq Yahvenin adının ən erkən münasib sadalanması Qədim Misir mətnlərindədir. Bu mətnlərdə Transiordaniyanın cənubunda yaşayan Şasu köçəri tayfasıdır. Ən qədim dini ədəbiyyat nümunələrində Yahve tipik bir Yaxın Şərq "döyüşçü tanrısı"dır, hansı ki, müqəddəs ordusunu İsrailin düşmənlərinə qarşı yürüdür. O, daha sonra İsrail və Yəhudi çarlıqlarının əsas tanrısına çevrilir. Vaxt keçdikcə saray və Yərusəlim məbədi Yahveni bütün kainatın hər bir ilah və ilahənin hər bir müsbət keyfiyyətini daşıyan tanrısı elan edir. Babiloniya sürgününün (e.ə. VI əsr) sonunda özgə tanrıların varlığı inkar edilir və Yahve bütün kainatın qurucusu, bütün dünyanın yeganə tanrısı hesab edilir.
Youku
Youku (azərb. Yuku‎) — Çinin paytaxtı Pekində yerləşən video paylaşma, video-hostinq sistemidir. Alibaba Group Holding Limited-in şirkətlərindən biri kimi fəaliyyət göstərir. Youkunun mərkəzi Pekinin Haidian bölgəsində yerləşən Sinostil Plazanın beşinci mərtəbəsindədir. 12 mart 2012-ci il tarixində Youku Tudou ilə stoka hazır bir əməliyyatda birləşmək barədə bir razılığa gəldi. Yeni müəssisə "Youku Tudou" şirkəti adlandırıldı. Youkunun gündəlik 800 milyon baxışı və 500 milyon aktiv istifadəçisi vardır. Youku iQiyi, Sohu və 56.com ilə birlikdə Çinin ən böyük video və yayım xidmət platformalarından biridir. == Tarixi == === Qurulma (2003-2012) === Youku 2003-cü ilin mart ayında əvvəlcə "Sohu" şirkətində çalışan Viktor Ku (Qu Yonqkin) tərəfindən qurulmuşdur. Saytın ilkin maliyyələşdirilməsi Ku tərəfindən yığılmış 1Verge fondundan gəldi.
How Crazy Your Love
How Crazy Your Love — Yui albomu.
Baby I Need Your Love
Baby I Need Your Love (azərb. Beybi, sənin sevginə ehtiyacım var‎) – C. C. Catch tərəfindən 1988-ci ildə ifa edilmiş mahnıdır. Klipdə, əsasən, Almaniyanın idman sayəsində uğurlarından danışılır.
Bove
Bove (fr. Beauvais, pikard Bieuvais, lat. Bellovacum, Bratuspantium, Caesaromagus) — Fransanın şimalında şəhər, region — O-de-Frans, Uaza departamentinin paytaxtı. Amyen şəhərindən 62 km cənub-qərbdə və Paris şəhərindən 78 şimalda, Teren və Avelon çaylarının birləşməsində yerləşir. 2014-cü ilə görə əhalinin sayı — 54 738 nəfər. == Tarixi == Qədim dövrlərdə Bellovak tayfasının paytaxtı idi. 52-ci ildə Yuli Sezarın fəthindən sonra Sezaqromaus adını aldı. Sonradan yenidən "Bellovaclar şəhəri" adlandırıldı (Civitas de Bellovacis). IX əsrdən etibarən Fransadakı ən güclülərdən biri olan (1013-cü ildən bəri Fransanın həmyaşıdları) olan Noyon yepiskoplarına çevrilən Beauvais-in Sayları qeyd edildi. 1346-cı ildə mühasirəyə alınan şəhər İngilislərə qarşı cəsarətlə özünü müdafiə etdi; Jan Lipyerin qəhrəman fədakarlığı ilə xilas oldu .
Love?
Love? — Cennifer Lopezin yeddinci studio albomudur.
Yoav
Yoav — İsrail musiqiçisi, mahnı yazarı. Həyatının çox hissəsini CAR-da keçirib. == Həyatı == Yoav-ın musiqi üslubunu müəyyən etmək çətindir: belə ki, o mahnı ifasında kantri və folku, texno və indi üslublarını qarışdırır. Yoav ancaq gitara çalır və onunla simli, zərb aləti, və hətta nəfəsli alət kimi də istifadə edir.
Yupe
Üpe (fr. Upaix, oks. Upàis) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Laran-Monteqlen kantonuna daxildir. INSEE kodu — 05173. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 412 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 272 nəfər arasında (15-64 yaş arasında) 193 nəfər iqtisadi fəal, 79 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 71.0%, 1999-cu ildə 71.9%). Fəal 193 nəfərdən 175 nəfər (108 kişi və 67 qadın), 18 nəfəri işsizdir (7 kişi və 11 qadın).
Yuva
Yuva — canlılar tərəfindən qurulan və yuxu, yaşayış və bala çıxartmaq üçün nəzərdə tutulan tikili. Canlıların bioloji növündın , yaşayış yerindən və istifadə edilən materialdan asılı olaraq bir-birindən fərqlənə bilər. Yuvalar ağaclarda, çardaq altında və torpaq altında qurula bilər.
Freedom House
Freedom House (ing. dilindən tərcümədə "Azadlıq Evi" deməkdir) Vaşinqtonda yerləşən, demokratiya, siyasi azadlıqlar və insan hüquqları ilə bağlı tədqiqatlar və onların müdafiəsi üzrə məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatıdır. O, hər ölkədə demokratik azadlıqların qorunması dərəcəsini qiymətləndirən illik hesabatlar hazırlayır ki, onlardan siyasi elmlərdə tədqiqatlar zamanı istifadə olunur. Təşkilat 1941-ci ilin oktyabrında yaradılıb, onun fəxri sədrləri Vendell Villki və Eleanor Ruzvelt olub. Freedom House özünü "dünyada demokratiya və azadlıqların carçısı" kimi təsvir edir. == Hazırladığı reytinqlər == Mərkəzi və yerli hakimiyyət haqqında. 2005-ci ildən başlayaraq Freedom House təşkilatı oxucuları mərkəzi və yerli hakimiyyət haqqında təfərrüatlı analizlə təmin etmək məqsədiylə onlara dair ayrıca analiz və reytiqnləri tətbiq etməyə başlamışdır. Reytinqlər Freedom House təşkilatının, onun akademik məsləhətçilərinin və bu hesabatın müəllifnin apardığı araşdırmalar və sorğuların nəticələrini əks etdirirlər. == Hesabatları == === Azərbaycanın hesabatlarda yeri === Mətbuat azadlığı (2011) - 196 ölkə içərisində 171-ci yer; İnternet azadlığı (2011) - 37 ölkə arasında İnternetə çıxışda maneələr olan və istifadəçilərin hüquqları pozulan «qismən azad ölkə» statusu.
Kan Yuvey
Kan Yuvey (çin dili|康有為|康有为|Kāng Yǒuwéi; 19 mart 1858[…] – 31 mart 1927 və ya 28 fevral 1927, Sindao) — Çin filosofu, Tzin dövrünün islahatçısı , kalliqraf.
Kohtla-Yarve
Kohtla-Yarve (est. Kohtla-Järve) — Estoniyanın şimal-şərqində şəhəridir. Əhali sayına görə (37 965 min nəfər) Estoniyanın 5-ci böyük şəhəridir. Şəhər 8 ayrı-ayrı yerləşən rayonları özündə birləşdirir: Ahtmr (est. Ahtme), Yarve (est. Järve), Kukruse (est. Kukruse), Oru (est. Oru), Sompa (est. Sompa), Viivikonna (est. Viivikonna), Sirqala (est.
Lokve gölü
Lokve və ya Lokvarsko gölü (xorv.: Lokvarsko jezero) — Xorvatiyanın şimal qərbində süni göl. Bu göl 1954-cü ildə Lokve çayının üzərində bənd çəkməklə yaradılıb. == Haqqında == Lokve gölü dağlıq Qorski Kotar bölgəsində, Riyeka şəhərindən təxminən 30 km şərqdə yerləşir. Göl Lokve bələdiyyəsinə daxil olan Homer, Mrzla Vodica və Zelin Mrzlovodiçki kəndləri ilə hüdudlanır. Risnjak Milli Parkının dağları gölün şimalından başlayır.
Modest Mouse
Modest Mouse — 1993-cü ildə Vaşinqtonda yaranmış indi-rok qrupudur. == Qrup haqqında == 1994-cü ildə hazırladıqları "Blue Cadet-3, Do You Connect?" EP albomu ilə musiqi karyerasına başlamışdır. Adını Virciniya Vulf'un hekayəsi "The Mark On The Wall" dan alan qrup, 1996-cı ildə Dann Gallucci və John Wickhart ilə yollarını ayırdı. Heyətə Eric Judy'ni (bas gitar) əlavə edən qrup, eyni il Up Records etiketi ilə "This Is A Long Drive For Someone With Nothing To Think About" adlı ilk albomunu satışa çıxardı. Albomun istehsalında Steve Wolde ilə çalışan qrup, eyni il "Interstate 8" adlı EP albomunu da yayımladı. 1997-ci ildə "The Fruit That Ate itself" adlı EP albomunu çıxaran Modest Mouse, eyni il "The Lonesome Crowded West" adlı 2-ci albomu ilə uğur əldə etdi. 1990-cı illərin ən əhəmiyyətli indie albomları arasında qəbul edilən albom, bu gün etibarilə albom ən yaxşı indie albom kimi qiymətləndirilir. 1999-cu ildə "Night On The Sun" adlı EP albomunu yalnız Yaponiyada satışa çıxardan Modest Mouse, 2000-ci ildə Epic Records ilə razılaşmağa qərar verdi. Eyni il hazırladığı "Building Nothing Out ​​Of Something" adlı yığma albomun ardından "The Moon & Antarctica" adlı 3-cü albomunu pərəstişkarları ilə paylaşan qrup, albomun istehsalında Brian Deck ilə birlikdə çalışdı. Xüsusilə Isaac Brock'ın ağıl dolu sözləri ilə bəyənilən albom ilə əsas soundunu tutan qrup, 2001-ci ildə çıxardığı "Sad Sappy sucker" adlı albom ilə 1994-cü ildə yazdığı ancaq satışa çıxarmadığı albomunu pərəstişkarları ilə paylaşdı.
Sonic Youth
Sonic Youth — 1982-ci ildə Amerikada qurulan rok qrupudur.
Yosuke Kaşivaqi
Yosuke Kaşivaqi (d. 15 dekabr 1987) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Cause You Are Young
Cause You Are Young (azərb. Çünki gəncsən‎) – C. C. Catch tərəfindən 1985-ci ildə ifa edilmiş mahnıdır. Mahnı həmin ilin oktyabr ayında dünya ölkələrinin hit-paradlarına təqdil olunmuş və Karolinaya böyük uğur gətirmişdi. "'Cause You Are Young" mahnısı Rusiyada populyar olan "Briqada" teleserialının ilk seriyasında səslənmişdi.
I Love You (albom)
I Love You. — amerikan rok qrupu The Neighbourhood-un ilk studiya albomu. 22 aprel 2013-cü ildə Columbia Records tərəfindən buraxılıb.
Yosuke İdequçi
Yosuke İdequçi (23 avqust 1996, Fukuoka prefekturası) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 12 oyun keçirib, 2 qol vurub.
Younes Megri
Younes Megri (يونس ميكري) - mərakeşli müğənni və aktyor.
Young Ace
Young Ace (ヤングエース, Yangu Ēsu) — Yaponiyada Kadokawa Shoten nəşriyyatı tərəfindən nəşr olunan aylıq seynen manqası jurnalı. 4 iyul 2009-cu ildə təsis olunmuşdur. == Manqa seriyaları == Akuma no Ikenie (Devil's Sacrifice; Ayun Taçibana) Another (Yukito Ayatsuci) Bio Booster Armor Guyver (Yoşiki Takaya; davam edir; əvvəllər "Monthly Shōnen Ace" jurnalında nəşr olunurdu) Black Rock Shooter: Innocent Soul (Sanami Suzuki) Blood Lad (Yuuki Kodama; davam edir) Boku Dake ga Inai Machi (Key Sanbe) Concrete Revolutio Echo/Zeon (Koşi Rikudo) Furekurain (Terio Teri) Haijin-sama no End Contents (Satoru Matsubayaşi) Hōzuki-san Chi no Aneki (Ran İqaraşi) Inari, Konkon, Koi Iroha (Morohe Yoşida) Isuca (Osamu Takahaşi; davam edir) Kill La Kill (Ryo Akizuki) Mirai Nikki Paradox (Future Diary-nin spin-offu. Hadisələr alternativ zamanda baş verir. 5 fəsildir.
Young Boys
«Yanq Boyz» (Berner Sport Club Young Boys 1898) — Bern şəhərində İsveçrə futbol klubu.
Rozvə
Rüzvə — İranın İsfahan ostanının Çadigan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,916 nəfər və 1,153 ailədən ibarət idi.
Cüvə
Cüvə — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Yuxarı Qolqəti kənd inzibati-ərazi vahidinin Cüvə kəndi Korarx kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Azərbaycana ilk gəlişləri XII əsrdən hesablanan, Səfəvilər dövründə qacarların tərkibində Azərbaycanın iqtisadi-siyasi həyatında fəal iştirak etmiş yivə/yıva tayfasının adından olduğu ehtimal edilir. Toponimin Güvə variantı da işlənməkdədir. == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir. == Əhalisi == Əhalisi 517 nəfərdir.
Nüvə
Hüceyrə nüvəsi — Nüvə hüceyrənin mərkəzində yerləşən ən əsas hissəsidir. Atom nüvəsi — atomun mərkəzi hissəsi olub, atomun aid olduğu kimyəvi elementi təyin edir. Atom nüvəsi haqqında bilik radioaktivliyin, nüvə parçalanmasının başa düşülməsi üçün əhəmiyyətlidir. Nüvə enerjisi — nüvə parçalanması və ya birləşməsi ilə müşayiət olunan nüvə reaksiyası zamanı yaranan enerji. Nüvə (kompüter) — əməliyyat sisteminin mərkəzi hissəsi.
Yuşə
Yuşə və ya Yeşua (q.yəh. יְהוֹשֻׁעַ בִּן נוּן‎, Yexoşua bin-Nun; süry. ܝܫܘܥ ܒܪ ܢܘܢ,Yəşu bar Non; mənası – "Yahve xilas edir"), xristianlıqda İisus Navin, İsus Navin və ya Yisus Navin (yun. Ἰησοῦς; lat. Iosue), Qafqaz albanlarına görə Esu, islamda Yuşa ibn Nun (ərəb. يُوشَعُ ٱبْنُ نُونٍ‎, Yuşə ibn Nun) — Çıxış və Saylar kitablarında Musanın köməkçisi kimi fəaliyyət göstərmiş, daha sonra Yəhudi Bibliyasının Yuşənin kitabında Musadan sonra İsrail qəbilələrinin başçısı olmuşdur. Bibliyada verilən məlumata görə, o, Çıxışdan əvvəl Misirdə anadan olmuşdur. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Coogan, Michael D. A Brief Introduction to the Old Testament. Oxford: University Press. 2009.
Bözvə (Urmiya)
Bözvə və ya Bəzvə(fars. بزوه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. Urmiya şəhərindən 5 km cənub-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 353 nəfər yaşayır (103 ailə).
Qorvə Dərcəzin
Qürvə Dərcəzin və ya Qürvə-i Dərcəzin — İranın Həmədan ostanının Dərgəzin şəhristanının mərkəzi bəxşində şəhər və bu bölgənin mərkəzi. Bu şəhər iki keçmiş şəhər olan "Qürvə" və "Dərcəzin"in birləşməsindən yaranıb. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,335 nəfər və 2,456 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlıların qaragözlü oymağından ibarətdir və azərbaycan dilində danışırlar.