Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağababa Zühuri
Ağababa Məşədi Abdulla oğlu Zühuri (d. 6 yanvar 1849; Şamaxı, Şamaxı uyezdi, Bakı quberniyası, Rus imperiyası - ö. 1910; Bakı, Bakı quberniyası, Rus imperiyası) — XIX əsrdə yaşamış Azərbaycan şairi, dönəmin məşhur ədəbi cəmiyyəti olan Beytüs-səfanın üzvü. == Həyatı == 6 yanvar 1849-cu ildə Şamaxı şəhərində tacir Məşhədu Abdülün ailəsində dünyaya gəlmişdir. Təhsilini Şamaxı şəhərində tamamlayan Ağababa, ərəb və fars dillərini öyrənmiş, xüsusilə fars ədəbiyyatını dərindən bilmişdir. O, məşhur ədəbi cəmiyyəti olan Beytüs-səfanın üzvü olmuşdur. 1892-ci ildə Bakı şəhərinə köçmüş və orada iki il müəllim kimi işləmişdir. 1910-cu ildə Bakı şəhərində vəfat etmişdir. Öldüyü zaman divanını bitirmiş olsa da, divan çap edilmədiyi üçün zamanla itmişdir. Firudin bəy Köçərli onun barədə bunları yazmışdır: Mərhum Zühuri həmçinin "Beytüs-Səfa" calislərindən ziyadə üftadə və batəvazö bir şəxs imiş.
Şinden-zukuri
Şinden-zukuri (寝殿造, azərb. Əsas bina mərkəzli tikili‎) – Heyan dövründə, xüsusilə X əsr Yaponiyasında Heyan şəhərində aristokratların evləri üçün istifadə olunan memarlıq üslubu. Bu memarlıq üslubu əsasən Yaponiya aristokratları tərəfindən istifadə olunurdu. Bu ev standart olaraq düzbucaqlı sahədə yerləşən bağlı keçidlərlə əlaqələnən düzbucaqlı binalardan ibarət idi. Şinden (əsas bina) mərkəzdə yerləşdiyi üçün bu üsluba da şinden adı verilmişdir. Hər bina bir otaq idi. Lakin daha sonra ərzaq və dincəlmə otaqlarını ayırmağa başladılar. Şinden-zukuri Çin təsirindən qurtulub Yaponiyada özünəməxsus xüsusiyyətlər əldə etmişdir. Qüvslü, hündür, taxta kirəmitli saçaqlı damları var idi. Binanın inşasında istifadə olunan taxt yapon sərvindən idi.
Zuhur TV
Süruri
Süruri və ya Süruriyi-Şərqi, Süruriyi-Əcəm (XV əsr, Ağqoyunlu dövləti – 1520) — XV əsrin sonu və XVI əsrin əvəllərində yaşamış Azərbaycan şairi. Nəsiminin ardıcılı olan Süruri hürufiliyi təbliğ edən bir çox şeirin müəllifidir. == Həyatı == Süruri XV əsrin sonunda Ağqoyunlular dövlətinin ərazisində dünyaya gəlib. Əsasən Təbrizdə fəaliyyət göstərən o, 1515-ci ildə şəhər Osmanlılar tərəfindən işğal edildikdən sonra digər yazıçı və alimlər kimi Osmanlı İmperiyasına aparılıb. Ömrünün son günlərinə qədər burada yaşayıb, 1520-ci ildə dünyasını dəyişib. == Yaradıcılığı == Əsasən Azərbaycan türkcəsində yazıb-yaradan Süruri Nəsimi ədəbi məktəbinin davamçısı olub. Hürufiliyi təbliğ edən şair Şah İsmayıl Xətai hakimiyyətə gəldikdən sonra daha rahat fəaliyyət göstərib. Sürurinin 192 səhifəlik əlyazma divanı Fərid Ələkbərli tərəfindən 2013-cü ildə Vatikanın Apostol Kitabxanasında aşkarlanaraq Azərbaycana gətirilib və Əlyazmalar İnstitutuna təhvil verilib. Yaşadığı dövrdə "Süruri" təxəllüsündan istifadə edən bir neçə şair olduğuna görə onu fərqləndirmək üçün "Süruriyi-Şərqi", "Süruriyi-Əcəm" adlandırıblar. Vatikanın Apostol Kitabxanasında və Peterburq Universitetinin məcmuəsində şair "Süruriyi-Əcəm" kimi qeyd olunub.
Zanuri
Zan dilləri, Zanuri (gürc. ზანური ენები) və ya Kolxida dili — kartvel dillərinin qolu. Zanuri meqrel və laz dillərindən təşkil olunmuşdur. Bəzi dilşünaslar hesab edirlər ki, bu dillərin hər ikisi də zan dilinin ləhçələridir. Buna baxmayaraq, meqrel və laz dilləri qarşılıqlı olaraq, tam şəkildə anlaşıqlı deyil, ancaq bir dillərdən birini danışanlar o biri dildəki çox sözü tanıya bilir. Zanuri gürcü, svan və Acara dilləri ilə qohumdur. Zan termini Kolxida tayfalarının birinin yunan-Roma dilindəki adından gəlir, hansı ki, demək olar ki, meqrel və svanlara verilən ad ilə eynidir. Gürcüstan dilşünası Akaki Şanidze Kolxida terminin zan dili üçün uyğun olacağını irəli sürmüşdür. == Tarix == Kartvel dilləri üzrə ixtisaslaşmış Rusiya dilşünası Georgi Klimov tərəfindən aparılan bir qlottoxronoloji analizə görə, zan dilləri adi kartvel dil qrupundan e.ə. VIII əsrdə ayrılmışdır.
Amblyseius zaheri
Amblyseius zaheri (lat. Amblyseius zaheri) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius zaheri Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Arı zəhəri
Arı zəhəri — arıların zəhər vəziləri tərəfindən ifraz olunan və xüsusi kisəyə toplanan məhlul. == Ümumi məlumat == Arı zəhəri iki zəhər vəzisi tərəfindən hazırlanır, xüsusi kisəyə toplanır. Oradan isə arı sancması zamanı xaric olunur.Arı zəhərinin əsas tərkibi histamin maddəsindən ibarətdir.Ona görə də arı zəhəri ilə zəhərlənməzamanı antihistaminpreparatları(dimedrol və s.)işlədilir. == Arı zəhəri təbabətdə == Arı zəhəri respublikamızda və xarici ölkələrin təbabətində geniş şəkildə istifadə edilir. Təbabətdə arı zəhəri natural şəkildə bilavasitə arı sancması ilə və müxtəlif preparatlar şəklində istifadə edilir. Son vaxtlar arı zəhəri oynaq revmatizminin vəsinir xəstəliklərin (işias) radikulit və üçlü sinirin nevralgiyasının müalicəsində yaxşı nəticə verir. Arı zəhəri apitoksin qan yaradıcı sistemlərə yaxşı təsir edərək hemoqlobinin miqdarını çoxaldır, qanın yaxıcılığını vəlaxtalanmasını azaldır, eritrositlərin çökmə reaksiyasını aşağı salır, ümumi və yerli leykositozu artırır. Arı zəhəri ürək əzələsinin işini nizamlayır,qan təzyiqini aşağı salır və maddələr mübadiləsini yaxşılaşdırır. Arı zəhəri bir çox sağalmayan yaraların müalicəsində işlədiir. == Arı zəhəri elmdə == Arılarda olan iki zəhər vəzisinin ifraz etdiyi və sancan zaman neştərindən axan acı, zəhərli, şəffaf maddə.
Mişa Büluri
Mişa Büluri (alm. Misha Bolourie‎; 1948, Təbriz) — Almaniya azərbaycanlılarından olan sənətçi, rəssam və şair. Mişa Büluri Təbrizdə anadan olub. 1964-cü ildən 1966-cı ilə qədər Təbriz İncəsənət Məktəbində və sonra Tehran İncəsənət Akademiyasında təhsil alıb. 1979-cu il İran İslam İnqilabından sonra Almaniyaya mühacirət edib.
Murad Zemuri
Murad Zemuri (3 mart 1993) — Qatarlı cüdoçu. Murad Zemuri Qatarı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Murad Zemuri birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 73 kq çəkidə, 1/8 final mərhələsində Belçikanın nümayəndəsi Dirk Van Tixelt ilə üz-üzə gəldi. Həmin görüşdə Andryu Tomas Mluqu rəqibinə 0:100 hesabı ilə uduzdu.
Typhlodromus zaheri
Typhlodromus zaheri (lat. Typhlodromus zaheri) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus zaheri Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Zahari burnu
Zahari burnu (Nos Zahari \'nos za-'ha-ri\) — Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən cənub-qərbdə yerləşən buzlaqlardan azad olan burundur. Mikalvi buxtasından şimal-qərbdə yerləşmişdir. Buzlaqlardan azad olan burnun səthinin sahəsi 21 hektardır. Burun Bolqarıstan yazıçısı və tarixşünası Zahari Stoyanovun (1850–1889) adını daşıyır. == Yerləşməsi == Neqra burnundan 6.8 km cənub-şərqdə, Beron burnundan 1.8 km cənub-şərqdə, Edvards burnundan 2 km şimal-qərbdə yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Bolqarıstan xəritəsinə 2005 və 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005.
İlan zəhəri
İlan zəhəri — bəzi ilanların tüpürcək vəzilərinin zəhərli ifrazatı. İlan zəhəri rəngsiz, sarımtıl, yaxud yaşıla bənzər duru mayedir. İlan zəhəri müalicə əhəmiyyətlidir. İlan zəhərini qurudulmuş halda 23-ilə qədər saxlamaq olur. Zəhərli ilanlar mühafizə olunur. Abşeron yarımadası Şahidli burnunda 3 min gürzə saxlanan qoruq var. Azərbaycanda 23 ilan növü mövcuddur. İlanlar, siçan, ilbiz, həşərat, quş yumurtası və s. ilə qidalanır.
Zührə Bayramqulova
Zührə Bayramqulova (kiril: Зухра Абдурахмановна Байрамкулова, 30 avqust 1940, Kislovodsk, Stavropol diyarı – 10 aprel 2013, Qaraçay-Çerkesiya) — Qaraçay-Çərkəz Respublikasından bir cütçü və siyasətçi idi. == Tərcümeyi-hal == Bayramqulova 30 avqust 1940-cı ildə Stavropol diyarının Kislovodsk şəhərində anadan olub. 1956-1963-cü illərdə müxtəlif işlərdə, o cümlədən pambıq fabrikində, inşaat sahəsində və təsərrüfat işçisi kimi çalışmışdır. 1960-cı ildə Kommunist Partiyasına qatıldı. == Karyera == 1963-cü ildə Maloqaraçayevsk rayonundakı Uçkekenski Sovxozunda süd istehsalı ilə yaxından məşğul oldu. Uçkekenski təsərrüfatında rəhbərlik etdiyi inkişaflar nəticəsində Bayramkulova Lenin Ordeni, "Çəkic & Oraq" medalı və Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Bu irəliləyişlər arasında kənd təsərrüfatı istehsalı və dövlətə kənd təsərrüfatı məhsullarının satılması üçün beş illik planın icrası da var idi. Kənd təsərrüfatı yarışlarında bölgəni və əyaləti təmsil etdi. Otuz il fermada çalışdı və 1990-cı illərdə təqaüdə çıxdı. 1976-cı ildə KPSS- nin 26-cı qurultayında nümayəndə olmuşdur.
Abdul Vahab Zahiri
Abdul Vahab Zahiri (27 may 1992) — Əfqanıstanı təmsil edən atlet. Abdul Vahab Zahiri Əfqanıstanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Abdul Vahab Zahiri birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında 100 metr məsafəyə qaçış yarışlarında təsnifat mərhələsində 11.56 saniyəlik nəticə ilə 7-ci yeri tutdu və mübarizəni dayandırdı.
Mirzə Məhəmmədəli Zünuzi
Mirzə Məhəmmədəli Zunuzi — Babın müridlərindən idi ki, onunla birlikdə şəhid edildi.
Huri (Əcəbşir)
Huri (fars. حوري‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,041 nəfər yaşayır (200 ailə).
Əbu Mərvan ibn Zühr
Əbu Mərvan ibn Zühr (ərəb. ابن زهر‎; d. 1091 – ö. 1161) — İslam dünyasında İbn Zühr, Qərbdə isə Avenzoar adıyla tanınan Əbdülməlik ibn Əbil-Ala Zühr (ləqəbi "Əbu Mərvan") Əndəlüsdə yetişən məşhur tibb alimi. O, İslamın qızıl dövrünün ən böyük həkimlərindən olmuşdur. Qərbdə "father of the experimental medicine" (azərb. təcrübi tibbin atası, qurucusu‎) kimi tanınmışdır. İbn Zühr dövrünün digər müsəlman alimlərindən fərqli olaraq, yalnız tibb sahəsində əsər yazmışdır. Həmin kitablar latın və ibrani dillərinə tərcümə edilərək XVIII əsrədək istər Şərqdə, istərsə də Qərbdə önəmli yerə sahib olmuşdur. == Həyatı == İbn Zühr kiçik yaşlarında elm öyrənməyə başlamış, fiqh, ədəbiyyat və dini elmləri mənimsəmişdir.
Buhturi
əl-Valid b. Ubeyd-Allah əl-Buhturi (ərəb. الوليد بن عبيدالله البحتري, ö. 897) Abbasilər dövründə yaşamış məşhur ərəb şairidir. == Həyati == əl-Buhturi Abbasilər dövrünün ən məşhur mədhiyyə şairlərindən biridir. Qədim ədəbiyyatşünaslar onu görkəmli şair kimi qələmə verirlər. 815 və ya 822-ci illərdə Suriyanın Mənbic şəhərində doğulub boya-başa çatmışdır. Poeziyasının ilk illərində tayfasını vəsf etmək üçün fahriye tipli şeirlər yazmışdır. Onu tez-tez müasiri və müəllimi olan məşhur şair Əbu Təmmamla müqayisə edirdilər. Əl-Buhturinin şeirləri ərəb poeziyasında klassik üslub nümunələridir.
Məhəmmədəli Zunuzi
Mirzə Məhəmmədəli Zunuzi — Babın müridlərindən idi ki, onunla birlikdə şəhid edildi.
Qanarjis Muxuri
Qanarjis Muxuri (gürc. განარჯიის მუხური; qısa. Qanmuxuri) — Gürcüstanda kənd. Sameqrelo-Zemo Svaneti bölgəsinin Zuqdidi rayonunda, dəniz səviyyəsindən 5 metr yüksəklikdə yerləşir. İnquri çayının sağ sahilində, çayın Qara dənizə tölüldüyü yerdə, Abxaziya ilə sərhəddən təxminən bir kilometr məsafədə yerləşən yaşayış məntəqəsi. 2014-cü ilin siyahıya alınmasına görə kənd əhalisinin sayı 1354 nəfərdir. Kənd əhalisi pravoslavdır və Gürcü Pravoslav Kilsəsinin Zuqdidi və Tsaiş eparxiyasına daxildir.parishionlarıdır. Milli tərkibi — 100 % gürcülər (meqrel). == İqlimi == İqlimi Aralıq dənizi iqlimidir. Orta temperatur 15,6 °C, yanvarın temperaturu 8,5 °C, iyulun temperaturu 28°C-dir.
Züğürt Ağa
Züğürt Ağa — Nesli Çölgeçenin rejissorluğu ilə 1985-ci ildə çəkilmiş Türkiyə istehsalı dram filmi. == Süjeti == Filmdə Türkiyədə feodalizmin süqutundan bəhs edilir. Burada Şənər Şenin canlandırdığı Züğürt Ağa obrazı Haraptar kəndində ev sahibidir. Sonradan kəndə işləmək üçün gələn hiyləgər Kekeç Salman quraqlıq səbəbilə kifayət qədər məhsul yığa bilməyən kənd camaatını Ağanın mallarını oğurlayıb bu malları sataraq İstanbula köçmələrini təşkil edir. Əlində az olan, mərabəsini itirən Ağa kənddən şəhərə köçmüş, ailəsi ilə birlikdə İstanbulda yeni həyat qurmağa çalışmışdır. == Aktyor heyəti == == Mükafatları == 1986 Antalya Qızıl Portağal Film Festivalı,En İyi Yardımcı Kadın Oyuncu — Füsun Dəmirəl 1986 Antalya Qızıl Portağal Film Festivalı, En İyi Müzik — Atilla Özdemiroğlu 1986 İstanbul Film Festivalı, En İyi Türk Filmi — Nesli Çölgeçen == Qeydlər == Filmin Haraptar kəndində baş tutan səhnələrinin çəkilişləri 1985-ci ilin payızında Şanlıurfanın Sultantəpə kəndində aparılmışdır.
Məhəmmədu Buhari
Məhəmmədu Buhari və ya Məhəmməd Buhari (hausa Muhammadu Buhari; 17 dekabr 1942[…], Daura) — Nigeriya dövlət xadimi, 1983–1985-ci illərdə dövlət başçısı. 2015-ci ildə ölkə prezidenti vəzifəsinə seçilmiş, 2019-cu ildə yenidən seçilmişmişdir. == Mükafatlar == Nigeriyada: Xarici ölkələrin mükafatları: == İstinadlar == == Əlavə ədəbiyyat == Lawal Jimi Adebisi. Buhari: The Making of a President. Safari Books Ltd. 2017. ISBN 9789785478549. Mathews Martin P. Nigeria: Current Issues and Historical Background. Nova Publishers. 2002.
Mirzə Nəcəfəli Zunuzi
Mirzə Qaffar xan Zunuzi
Mirzə Qaffar xan Zunuzi, Hac Həsən oğlu, Zunuzun Mircan məhəlləsindən Məşrutə hərəkatının sərdarlarından idi və qardaşları Mirzə Cabbar, Mirzə Səttar və Teymur Aqa ilə birlikdə Məşrutə hərəkatına böyük xidmət ediblər.O, Heydər xan Əmioğlunun tərəfdarlarından idi və Heydər xan Əmioğlu, İrandan gedəndən sonra qara paltar geydi və dedi Heydər xan Əmioğlu qayıdana dək qara paltarlı qalacaq, Heydər xan Əmioğlunu bir daha görmədi və Siyahpuş (Qara paltarli) adlandırılırdı, ailəsi isə Siyahpuş soy adını seçdilər. Mirzə Qaffar xan Zunuzi, usta yazıçı və mahir natiq idi və şeirdə deyərdi.Bu şeiri Təbrizdə nitq və çıxış zamanı deyib: آ قارداشلار هارای سالین جوشه گلسین کاینات/A qardaşlar haray salın coşa gəlsin kainat دونیایا تا ثابت اولسون بیزده کی عزم و ثبات/Dünyaya ta sabit olsun bizdəki əzm o sibat ذلته عمده مرجح دور شرفلی بیر ممات/Zillətə ümdə mürəccəh dir şərəfli bir məmat ملته لازم دگیل دور بئیله افسرده حیات/Millətə lazim deyil dir beylə əfsürdə həyat ظلم و استبداد دووری درد و یاس ایامیدور/Zülm o istibdad dövrü dərd o yas əyyamidir آ قارداشلارقان توکون قان توکمه گون ایامیدور/A qardaşlar qan tökün qan tökmə gün əyyamidir O,Məşrutə hərəkatından sonra jandarmada zabit dərəcəsi(sinifi) ilə xidmət etmişdir və polkovnik sinfinə qədər tərəqqi etmişdir.
Züğürt Ağa (film, 1986)
Züğürt Ağa — Nesli Çölgeçenin rejissorluğu ilə 1985-ci ildə çəkilmiş Türkiyə istehsalı dram filmi. == Süjeti == Filmdə Türkiyədə feodalizmin süqutundan bəhs edilir. Burada Şənər Şenin canlandırdığı Züğürt Ağa obrazı Haraptar kəndində ev sahibidir. Sonradan kəndə işləmək üçün gələn hiyləgər Kekeç Salman quraqlıq səbəbilə kifayət qədər məhsul yığa bilməyən kənd camaatını Ağanın mallarını oğurlayıb bu malları sataraq İstanbula köçmələrini təşkil edir. Əlində az olan, mərabəsini itirən Ağa kənddən şəhərə köçmüş, ailəsi ilə birlikdə İstanbulda yeni həyat qurmağa çalışmışdır. == Aktyor heyəti == == Mükafatları == 1986 Antalya Qızıl Portağal Film Festivalı,En İyi Yardımcı Kadın Oyuncu — Füsun Dəmirəl 1986 Antalya Qızıl Portağal Film Festivalı, En İyi Müzik — Atilla Özdemiroğlu 1986 İstanbul Film Festivalı, En İyi Türk Filmi — Nesli Çölgeçen == Qeydlər == Filmin Haraptar kəndində baş tutan səhnələrinin çəkilişləri 1985-ci ilin payızında Şanlıurfanın Sultantəpə kəndində aparılmışdır.
Bakı Şəhər Rəisi yanında zəruri ərzaqların ucuzlaşdırılması komitəsi
Bakı şəhər rəisliyi — Bakı şəhərində və onun ətrafındakı mədən və fabrik-zavod rayonlarında qayda-qanunu və təhlükəsizliyi qoruyan hakimiyyət orqanı. == Tarixi == Bakı şəhər rəisliyi 1906-cı il oktyabrın 28-də Rusiya senatının qərarı ilə yaradılmışdı. Ərazisi Bakı qubernatorunun tabeçiliyindən çıxarılmış və qubernatorun idarəçilik hüquqları şəhər rəisinə verilmişdi. Bakı şəhər rəisliyinə aid işlərin müxtəlif quberniya idarələrində müzakirəsində şəhər rəisi sədrlik edirdi. Şəhər rəisliyi yanında iki idarə -inzibati işlər və neft işləri idarələri vardı. Bakı Xalq Komissarları Sovetinin dekreti ilə 1918-ci ilin mayında Bakı şəhər rəisliyi ləğv olunmuşdu. Bakı şəhər və onun ətrafındakı mədən rayonunda (bütün Abşeron yarımadasında və Bakı yaxınlığındakı adalarda) Bakı qubernatorunun funksiyalarını eyni səlahiyyətlə, əvvəllər olduğu kimi, yenə Bakı şəhər rəisi icra edirdi. Şəhər rəisi vəzifəsi Bakıda və mədən rayonunda mövcud olaan xüsusi şərait nəzərə alınaraq təsis olunmuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı olaraq Bakı şəhərindəki real şərait burada ictimai asayişi və təhlükəsizliyi qorumaq üçün qubernator hüququna malik ayrıca hakimiyyət orqanının olmasını tələb edirdi. Şəhər rəisinin müavini vardı.