Əbu Mərvan ibn Zühr (ərəb. ابن زهر; d. 1091 – ö. 1161) — İslam dünyasında İbn Zühr, Qərbdə isə Avenzoar adıyla tanınan Əbdülməlik ibn Əbil-Ala Zühr (ləqəbi "Əbu Mərvan") Əndəlüsdə yetişən məşhur tibb alimi.
Əbu Mərvan ibn Zühr | |
---|---|
Doğum tarixi | 1091[1][2] və ya 1073[3] |
Vəfat tarixi | 1162[4][1][…] |
Vəfat yeri | |
Elm sahələri | şair, həkim, tibb |
Tanınmış yetirməsi | İbn Rüşd |
Vikianbarda əlaqəli mediafayllar |
O, İslamın qızıl dövrünün ən böyük həkimlərindən olmuşdur. Qərbdə "father of the experimental medicine" (azərb. təcrübi tibbin atası, qurucusu) kimi tanınmışdır. İbn Zühr dövrünün digər müsəlman alimlərindən fərqli olaraq, yalnız tibb sahəsində əsər yazmışdır. Həmin kitablar latın və ibrani dillərinə tərcümə edilərək XVIII əsrədək istər Şərqdə, istərsə də Qərbdə önəmli yerə sahib olmuşdur.
İbn Zühr kiçik yaşlarında elm öyrənməyə başlamış, fiqh, ədəbiyyat və dini elmləri mənimsəmişdir. Tibb elmini atasından öyrənmiş, İbn Rüşdlə görüşmüşdür.
Tibb, cərrahiyyə və əczaçılığı birlikdə tədqiq edən İbn Zühr müalicə metodlarının təyin olunmasında insan təbiətinə böyük əhəmiyyət vermiş, təcrübə və müşahidəni peşəsinin təməli saymışdır. Müxtəlif dərman və tətbiqlərini insanlardan əvvəl heyvanların üzərində sınaqdan keçirmişdir. Özündən əvvəl mübahisə mövzusu olan yuxarı tənəffüs yolunun tıxanması zamanı hava yolu açma əməliyyatını (traxeostomiya) keçilər üzərində apardığı təcrübələr sayəsində etibarlı cərrahiyyə standartı halına gətirmişdir.
Dr. Neuberger "Tibb tarixi" əsərində İbn Zühr haqqında yazır:
"İnsan anatomiyası və meyitin yarılması mövzusunda ən incə detalları bilirdi. Cərrahiyyə texnikası mükəmməl idi".
İbn Zühr İslam dünyasında ər-Razidən sonra ən yaxşı həkimlərdən biri qəbul edilir.
Peritonit (qarın boşluğu iltihabı) və perikardit (ürəyin seroz qişasının və ya ürək kisəsinin iltihabı) xəstəliklərini ağciyər xəstəliklərindən ayıran İbn Zühr olmuşdur. Qotur xəstəliyini və qotur böcəyini doğru şəkildə təsvir etmişdir. Buna görə də ilk parazitoloq sayılır. Normal qidalanmanın mümkün olmadığı hallarda udlaqdan və yemək borusundan qida qəbulunu tətbiq etmişdir. Bununla yanaşı, divararası (orta boşluqla əlaqədar) şişlərin, bağırsaq vərəmi və orta qulaq iltihabının tərifini vermişdir.
İbn Zührün əsərlərindən yalnız üçü dövrümüzədək gəlib çatmışdır. İbn Rüşdün arzusu ilə yazdığı "Kitabul-Təysir Fil-Mudavat vət-Tədbir" (azərb. Müalicə və profilaktikanı asanlaşdırma kitabı) ən əhəmiyyətli əsəridir. Bu kitabda o, baş, boyun, sinə və qarın bölgəsi, sümüklərə aid kliniki vəziyyətlər və qızdırmalı iltihab xəstəlikləri haqqında məlumatlar verilmişdir.
"Əl-İqtisad fi İslahil-Ənfusi vəl-Əcsad" (azərb. Nəfslər və bədənlərin islah edilməsinə dair orta yol kitabı) adlı əsəri isə bədən, sinir və əqli xəstəliklərin diaqnoz və müalicəsiylə əlaqədardır. Sinə, kürək, qarın bölgəsi, ayaq, dil, ağız, səs, göz və qulaq-burun-boğaz xəstəlikləri ilə müalicə üsullarının izah edildiyi bu kitabda insan üzünün aldığı rənglərə görə səhhət və ya xəstəliklərin diaqnozunun qoyula biləcəyi də ifadə edilmişdir.
İbn Zührün digər əsərləri isə bunlardır: