Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
CoMix Wave Films
CoMix Wave Films, Inc. (yaponca: コミックス・ウェーブ・フィルム, Hepbörn: Komikkusu Uēbu Firumu) — Yaponiya animasiya studiyası. Studiya şirkətinin baş qərargahı Yaponiyanın Tokio prefekturasının Çiyoda şəhərində yerləşir. Studiya anime serialları ilə, qısametrajlı filmləri və xüsusilədə direktoru Makoto Şinkayın iştirakı ilə çəkilmiş televiziya reklam çarxları ilə məşhurdur. Studiya 2007-ci ilin mart ayında 1998-ci ildə yaradılmış Itochu Corporation, ASATSU (indi ADK) və digər kompaniyaların birləşməsindən yaranmışdır.
Sioni-Çopi-Qinçi mədəniyyəti
Sioni-Çopi-Qinçi mədəniyyəti — Cənub Qafqazın erkən və orta eneolit dövrü mədəniyyətidir. Həmçinin Sioni mədəniyyəti kimi də tanınır. E.ə V minilliyin əvvəlinə tarixlənir. Xüsusilə Cənub Qafqazın mərkəzi və şərqində yayılmışdır.Bu mədəniyyətin mərkəzinin Kür və Araz hövzələri, Şərqi Gürcüstan, Azərbaycan və Cənubi Dağıstanda olduğu düşünülür.
Çöplü (Tikantəpə)
Çöplü (fars. چوپلو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.871 nəfər yaşayır (368 ailə).
Diş çöpü
Diş çöpü — Adətən bir yeməkdən sonra dişdən səpintinin aradan qaldırılması üçün istifadə edilən taxta, plastik, bambuk, metal, sümük və ya digər maddədən hazırlanan kiçik bir çubuq.
Qarayara çöpü
Qarayara çöpü - elmi adı 'Bacillus anthracis' olan qrammüsbət, sporlu bakteriya. Qarayara xəstəliyinin törədicisidir. İnsanda qarayara xəstəliyi törədən mikrobun kulturası Robert Kox tərəfindən 1877 ci ildə əldə edilmişdir. Qarayaranın lat. Bacillus anthracis törədici mikrobu növünə, lat. Bacillaceae ailəsinə aid olub, ucları düzbucaq altında xarakterik kəsilmiş, uzunluğu 3-10 mkm, eni 1-1,5 mkm olan iri hərəkətsiz çöpdür. orqanizmdə inkapsullaşmış tək-tək çöplərə və ümumi kapsul ilə əhatələnmiş 2-3 mikrobdan ibarət zəncirə təsadüf edilir. Basillərin gövdələrinin ucları təmas yerlərində azca qalındır və zəncir bambuk əl ağacını xatırladır. Xarici mühitdə lat. Bacillus anthracis 0,8-1x1,3-1,5 mkm ölçüsündə sporlar əmələ gətirir, qrammüsbətdir, anilin boyalarla yaxşı rənglənir.
Taun çöpü
Taun çöpü (lat. Yersinia pestis, 1967-ci ildən qabaq Pasteurella pestis) — enterobakteriyalar fəsiləsindən qrammənfi bakteriya, taunun törədicisidir. Fakultativ anaerobdur. 1894-cü ildə alim Aleksandr Yersen kəşf etmişdir, üç biovarı məlumdur. Patogenliyi iki faqositoz antigeni (F1 və VW) ilə bağlıdır. Bakteriya antifaqositoz seliyi əmələ gətirir. A kateqoriyalı, olduqca təhlükəli patogendir.
Çöpü (Bicar)
Çöpü (fars. چوپي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 68 nəfər yaşayır (23 ailə). Əhalisini kürdlər təşkil edir.
POSIX
POSIX (ing. Portable Operating System Interface for Unix — azərb. Unix üçün daşına bilən əməliyyat sistemləri interfeysi‎) Bir əməliyyat sistemi xidmətini təyin edən Elektrik və Elektronik Mühəndisləri İnstitutu (IEEE) standartı. POSIX standartını istifadə edən proqramlar bir sistemdən digərinə asanca daşına bilər. POSIX, UNIX sistem xidmətlərinə dayanır, ancaq başqa əməliyyat sistemləri tərəfindən də inkişaf etdirilə biləcək şəkildə yaradılmışdır.
Çolpı
Çolpı — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 2024 nəfərdir. == Din == Kənddə "İmam Əli" məscidi dini icması fəaliyyət göstərir.
Çopak
Çopak (mac. Csopak) — Macarıstanın Vesprem medyesində Balaton gölünün ətrafında yerləşən kənd. Ənənəvi üsullarla istehsal edilən şərabına görə daha çox tanınır. Çopakda çimərliyi Macarıstanın ən çox turist qəbul edən məkanlarından biridir. Çimərliyin ətrafı qumla örtülmüşdür. Kənddə avqust ayları ərzində şərab günləri keçirilir. Mərasimlərdə xalq musiqisi ifa olunur və yerli sakinlər tərəfindən Çopak mətbəxinin müxtəlif təamları turistlərə təqdim edilir.
COP28
COP28 (ing. Conference of the Parties, COP; rəsmi adı Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı) — Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasına tərəflərin 28-ci konfransıdır. Bu, BMT tərəfindən iqlim dəyişikliyi ilə mübarizə və onun təsirlərinə necə uyğunlaşma yollarını müzakirə edən illik toplantıdır. Tərəflər 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını (UNFCCC) imzalamış ölkələrdir. Konfrans Dubaydakı Sərgi Mərkəzində (Expo City) keçirilir. Sammit ölkələr üçün birgə məqsədlərin inkişafı və iqlim maliyyəsi də daxil olmaqla müxtəlif alətlər vasitəsilə iqlim dəyişikliyini daha yaxşı idarə etmək üçün bir fürsət kimi qiymətləndirilir. 2015-ci ildə COP21-də Paris Sazişinin qəbul edilməsindən sonra sammit iştirakçılarının diqqəti onun əsas məqsədinə — planetdə qlobal temperaturun 2 dərəcədən yuxarı qalxmasının qarşısının alınmasına yönəlib. == Tarix == 2021-ci ilin əvvəlində Birləşmiş Ərəb Əmirlikləri 2023-cü il tədbirinə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. Vitse-prezident və baş nazir və 2021-ci ilin noyabrında Məhəmməd ibn Rəşid əl-Məktum BƏƏ-nin 2023-cü ildə keçiriləcək konfransa ev sahibliyi edəcəyini açıqlayıb. Sultan Əl Cabir 2023-cü ilin yanvarında COP28 BƏƏ-nin Prezidenti təyin edilib.
COP29
2024-cü il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı və ya daha çox COP29 kimi tanınan BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası Tərəflərinin Konfransı Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 29-cu konfransı olacaqdır. Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri və Azərbaycanın milli neft şirkəti SOCAR-ın keçmiş əməkdaşı Muxtar Babayev 2024-cü ilin yanvarında COP29-un prezidenti seçilib. Bununla bağlı qərar COP28-in dekabrın 11–də keçirilən plenar iclasında verilib. Tədbirdə çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP28-in yüksək səviyyədə təşkilinə görə Konvensiya Katibliyinə və Birləşmiş Ərəb Əmirliklərinə təşəkkürünü bildirərək qeyd edib: "Qarşılaşdığımız problemlər kollektiv fəaliyyət, razılaşdırılmış ümumi məqsəd və istəklərə sədaqət tələb edir. Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərin əhəmiyyətini anlayır. Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi bugünkü uğurumuzda həlledici rol oynayıb". COP29 iqlim fəaliyyətini sürətləndirmək və 2015-ci ildə dekabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında qəbul edilən Paris Sazişinin məqsədlərinə nail olmaq üçün keçirilən tarixi görüşdür. Bu sənədi 171 ölkənin hökumətləri adından dövlət və hökumət rəhbərləri, xarici işlər, ətraf mühit nazirləri imzalayıb. 2016-cı ilin aprelində Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının Mənzil Qərargahında Azərbaycan Respublikası Hökuməti adından, keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov imzalayıb. Konvesiyanın ali məqsədi iqlim sisteminə insanlar tərəfindən edilən və təhlükəli hesab oluna bilən bütün müdaxilələrin qarşısını almaqdır.
Onix
Gəvən (lat. Astragalus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === == Növləri == Astragalus aaronii (Eig) Zohary Astragalus aaronsohnianus Eig Astragalus abadehensis Maassoumi & Podlech Astragalus abbreviatus Kar. & Kir. Astragalus aberrans Förther & Podlech Astragalus abharensis Maassoumi & Podlech Astragalus abnormalis Rech.f. Astragalus abolinii Popov Astragalus aboriginorum Richardson Astragalus absconditus Zarre & Podlech Astragalus absentivus Maassoumi Astragalus acanthocarpus Boriss. Astragalus acanthochristianopsis Rech.f. & Köie Astragalus acaulis Baker Astragalus acceptus Podlech & L.R.Xu Astragalus accidens S.Watson Astragalus acetabulosus C.C.Towns. Astragalus achundovii Grossh. Astragalus acicularis Bunge Astragalus acikirensis (Ekim) Aytaç & Hamzaoğlu Astragalus ackerbergensis Freyn Astragalus ackermanii Barneby Astragalus acmonotrichus Fenzl Astragalus acmophylloides Grossh.
Topi
Damaliscus lunatus (lat. Damaliscus lunatus) — Damaliscus cinsinə aid heyvan növü.
Aditya Çopra
Aditya Çopra (ing. Aditya Chopra; 21 may 1971, Bombey) — Hindistan kinorejissoru, ssenarist və prodüseri. == Həyatı == Aditya Çopra 21 may 1971-ci ildə məşhur kino xadimi Yaş Çopra və Pamela Çopranın ailəsində anadan olmuşdur. Uşaqlıq dövründə Aditya həddindən artıq utancaq olmuşdur. O zaman onun əsas maraqları müxtəlif filmlərə baxmaq və bəzən də hekayələr yazmaq idi. Aditya Bombey Şotland Məktəbini bitirmişdir. Bundan sonra o, bütün uşaqlığı boyu Karan Cohar və Uday Çopra ilə bir yerdə böyümüşdür. Aditya Çopra kino yaradıcılığına 18 yaşından başlayaraq daha çox atasının filmlərində rejissor assistenti kimi çalışmışdır. 24 yaşından isə Aditya artıq müstəqil olaraq rejissor və ssenarist kimi fəaliyyət göstərməyə başlayır. Şəxsi həyatına gəldikdə isə Aditya Çopra məktəb yoldaşı 2001-ci ildə Payal Xanna ilə ailə həyatı qurmuşdur.
Ajax capax
Yalançı nərgizgülü (lat. Narcissus pseudonarcissus) - nərgizgülü cinsinə aid bitki növü. == Sinonim == Ajax breviflos Haw. Ajax cambricus Haw. Ajax capax M.Roem. Ajax cernuus Haw. Ajax cuneifolius Haw. Ajax fenestralis Gray Ajax festalis (Salisb.) Salisb. Ajax festalis var. plenissimus Haw.
COVID-19
Koronavirus xəstəliyi 2019 (COVID-19) — SARS-CoV-2 virusunun səbəb olduğu xəstəliyin adı. 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində sətəlcəm xəstəliyinin yayıldığı bildirildi. 31 Dekabr 2019-cu ildə başlayan virusa Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən 2019-nCoV adı verildi, daha sonra Virusların Taksonomiyası üzrə Beynəlxalq Komitəsi tərəfindən SARS-CoV-2 olaraq yenidən adlandırıldı. Bəzi tədqiqatçılar, koronavirusun ən çox yayıldığı yer Huanan Dəniz Bazarı olduğunu bildirdi. 18 Fevral 2020-ci il tarixində koronavirusun pnevmoniyasının başlanğıcında 2,009 təsdiqlənmiş ölüm və 75,200 təsdiqlənmiş yoluxma qeydə alındı. Uhan ştammı SARS-CoV ~ 70% genetik oxşarlığı olan 2B qrupundan olan Betakoronavirusun yeni bir növü kimi müəyyən edildi. Virusun yarasa koronavirusuna 96% bənzərliyi var, buna görə də yarasaların mənşəyi geniş şübhə altındadır. == Araşdırılması == Beynəlxalq alimlər qrupu 2003-cü ildəki pandemiya zamanı SARS xəstəliyinə tutulmuş insanların yeni SARS-CoV-2 koronavirusuna qarşı immunitetli olduğunu aşkar edib. Həmin adamların orqanizmində S-proteinə qarşı anti-cismlər inkişaf edib ki, bu da koronavirusun insan hüceyrələrinə daxil olmasına qarşı mühüm rol oynayır. Tədqiqat zamanı bu anti-cismlərdən biri — S309 üzə müəyyən edilib.
Cenis Coplin
Cenis Coplin (ing. Janis Lyn Joplin; 19 yanvar 1943[…], Port-Artur[d] – 4 oktyabr 1970[…], Hollivud, Kaliforniya) — amerikalı musiqiçi. === Həyatı === == İlk illər: 1943–1961 == 19 yanvar 1943 tarixində Port Arthur, Texasda işləyən bir ailənin ilk uşağı olaraq dünyaya gəldi. Bir neftayırma zavodu qəsəbəsində böyüyən Janis, yeni tanış olduğu hər kəs tərəfindən qeyri-adi biri olaraq xarakterizə edilirdi. Gənclik illərində sənətçi şəxsiyyətini kəşf edən ailəsi, ona bu sahədə özünü inkişaf etdirməsi üçün dəstək verdi. 14 yaşındə cəmiyyət tərəfindən qeyri-adiliyinə görə qəbul edilməyən Janis, özünü musiqinin və sənətin içində gizlətməyə qərar verdi. 18 yaşında, Texasdakı bir çox yerli klubda səhnəyə çıxmağa başladı. Daha sonra blues musiqisinə olan talantının tükəndiyini düşünərək, Lamar State College of Technology kollecinə daxil oldu. 1963-cü ildə məktəbi buraxdı və musiqi karyerası üzərində işləməyə qərar verdi. == Kaliforniya Həyatı == 1963-cü ildə avtostopla gəldiyi Kaliforniya Dream'ində hippi hərəkatınə daxil oldu.
Codex Cumanicus
Kodeks kumanikus — XIV əsrdə xristian missionerlər tərəfindən toplanmış və hazırlanmış Kuman-qıpçaq dilində əsər. Codex Cumanicus, katolik missionerlərin köçəri türk xalqı olan Kumanlarla ünsiyyət qurmalarına kömək etmək üçün hazırlanmış orta əsrlərə aid linqvistik kitabdır. O, hazırda Venesiyada, Müqəddəs Mark Kitabxanasında saxlanılır (BNM ms Lat. Z. 549 (=1597)). Kodeks 14-cü əsrdə Krımda yaradılmışdır və Krım tatar dilinin ən qədim attestasiyalarından biri hesab olunur ki, bu da Qıpçaq və Oğuz ləhcələrinin tarixi üçün böyük əhəmiyyət kəsb edir. Kodeks birbaşa Qara dəniz ətraflarında, xüsusən Krım yarımadasında yaşamış olan qıpçaqlarla (polovtsi və ya kumanlarla) əlaqəlidir. "Kodex Kumanikus" adı ona təsadüfən 14-cü əsrdə əlyazmanı kəşf edən, Macarıstanda məskunlaşmış Kumanların nəslindən olan Qraf Kun tərəfindən verilmişdir, lakin lüğətin mətnində belə deyilir: "Bu tatar til" - "Bu tatar dilidir". Krım tatarlarının müasir dilinə yaxın danışıq dili əsasında missionerlər tərəfindən tərtib edilmişdir. Lakin Vasili Radlov kodun yazıldığı dilin Kazan-tatar dili olduğuna inanırdı. Məcəllənin əsas məqsədi praktik idi: missionerlər üçün türk dilini öyrənmək və Qızıl Orda əhalisini xristianlıqla tanış etmək.
Codex Leicester
Lester kodeksi — Leonardo da Vinçi tərəfindən yazılmış elmi əsərlərin toplusudur. Bu indiyə kimi dünyada satılmış ən bahalı kitabdır. 1994-cü ildə Bill Geyts "Lester kodeksi"ni 30 802 500 ABŞ dollarına almışdır. Kitabda intibah dövrünün düşüncə tərzi, elm və incəsənət arasında əlaqə, elm adamlarının yaradıcıllığı və s. öz əksini tapmışdır.
Codex Seraphinianus
İlk dəfə 1981-ci ildə nəşr olunan Codex Seraphinianus (azərb. Kodeks Serafini‎), İtalyan rəssam, memar və sənaye dizayneri Luiqi Serafini tərəfindən 1976–1978-ci illər arasında hazırlanan xəyali bir dünyanın illüstrasiyalı,2 cildlik ensiklopediyası. Təxminən 360 səhifədən ibarət olan əsər, rəssamın özü tərəfindən şifrələnmiş bir dildə yazılmışdır. İlk öncə İtaliyada nəşr olunan əsər, digər ölkələrdə də nəşr olunmuşdur. Kitabın ən fərqli tərəfi isə tamamilə qarışıq vəşifrəli yazı sistemi ilə yzılmasıdır. Kitabda həmçinin olduqca qeyri-adi və qəribə illüziya və karikaturalar da vardır. == Təsviri == Bu əlyazma ilə olan ensiklopedik kitabda əl ilə çəkilən və quru boya ilə rənglənmiş flora, fauna, anatomiya, moda və qidaya aid bir çox qəribə və qeyri-adi təsvirləri yer alıb. Kitab, hələ məlum olmayan dildə yazılmış Voyniç əlyazması, Xorxe Luis Borxesin "Tlön, Uqbar, Orbis Tertius" hekayəsi, Maurits Korneles Eşer və İeronim Bosxun hekayəsi ilə müqayisə olunur. Şəkillər daha çox real dünyada mövcud olan şeylərin sürreal parodiyaları kimi qəbul edilir. Bu şəkillərə qanayan meyvə, təxminən stul kimi böyüməyə başlayan və sonra çevrilən çevrilən bitki, cütləşdikdən sonra timsaha çevrilən cütlük kimi nümunələr verilə bilər.
Colin Tsay
Colin Tsay (ing. Jolin Tsai; 15 sentyabr 1980, Nyu-Taipey, Çin Respublikası) — Tayvan müğənnisi.
Copli Medalı
Kopli medalı (ingiliscə Copley medal) — elm adamları üçün İngiltərədə yaranmış Royal Society tərəfindən verilən elmi mükafatdır. Bu mükafat həm Royal Society tərəfindən, həm də dünyada ən qədim medal kimi tanınır. Kopli medalı ilk dəfə 1731-ci ildə verilməyə başlanıb və bu günə qədər hər il bu davam etdirilir. Medal öz adını varlı bir torpaq sahibi və özü də Royal Society təşkilatının üzvü olan Godfrey Koplidən alıb. Medalın səthi gümüşdən olub 5000 sterlinlik pul mükafatı ilə verilir. Bu medalı qazanan elm adamları arasında Çarlz Darvin, Albert Eynşteyn və Léon Foucault və 52 Nobel mükafatı (17-si fizika,14-ü kimya,21-i fiziologiya və tibb üzrə) qazanmış Con Dezaguilers də var. Bu medalı qazanan yeganə qadın elm adamı 1976-cı ildə Doroti Hodkin olmuşdur.
Corvus cornix
Boz qarğa (lat. Corvus cornix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinin qarğa cinsinə aid heyvan növü. Bəzən qara qarğa ilə eyni növə aid edilirlər. Buna müvafiq olaraq Qara qarğaya Corvus corone corone, Boz qarğaya isə Corvus corone cornix adı verilir. == Xarici görünüşü == Bu canlıların başı, qanadı və quyruğu qara, bədəni isə boz rəngdə olur. Orta uzunluqları 50 sm, çəkisi isə 460—735 q, qanadları arasında məsafə 1 metrdir. Orta hesabla zağcadan daha böyük olur, lakin daha sıx qatlanmış, daha yüksək, güclü və sonucu nisbətən əyri bir dimdiyə sahibdir. Uçuşda onları rəngləri ilə yanaşı, daha geniş qanadları və aşağıya əyilmiş dimdiyinə əsasən fərqləndirçək mümkündür. Bədənləri boz, qanadları, başı, və ayaqları qara rəngdə olur. Gənclər mavi gözlər, çəhrayı ağız boşluğu ilə fərqlənirlər.
Cozil boğazı
Cozil boğazı - Hind okeanının gərbində yerləşir. Mzamboro adası ilə Mayotta adasını ayırır. Mozambik boğazının bir hissəsini təşkil edir.
Edvard Coris
Edvard Coris (ing. Edward Joris; 1876 – 1957) — Belçikalı anarxist. Ulduz sui-qəsdi ilə tanınır. == Həyatı == 1876-cı ildə doğulan Coris, 13 yaşında məktəbi buraxdı və kargüzar kimi işlədi. Solçuluqla məşğul olan o, 1895–1898-ci illərdə Belçika Fəhlə Partiyasının yerli şöbəsinin və həmkarlar ittifaqının katibi idi. Edvard Qrin təxəllüsü ilə anarxist "Ontwaking" qəzetinə töhfə verdi. 1901-ci ildə İstanbula səyahət etdi, o, burada qısa müddətliyinə fransızca və ingiliscə ticarət yazışmaları ilə məşğul oldu. Daha sonra o, "Singer sewing machine" şirkətində iş tapdı. Sevgilisi Anna Nellens İstanbula gəldi və onlar evləndilər. Coris bir dostu yoluyla Erməni İnqilabi Federasiyasına, ordan da Sultan II Əbdülhəmid üçün hazırlanan sui-qəsd planına qoşuldu.
Narcissus capax
Yalançı nərgizgülü (lat. Narcissus pseudonarcissus) - nərgizgülü cinsinə aid bitki növü. == Sinonim == Ajax breviflos Haw. Ajax cambricus Haw. Ajax capax M.Roem. Ajax cernuus Haw. Ajax cuneifolius Haw. Ajax fenestralis Gray Ajax festalis (Salisb.) Salisb. Ajax festalis var. plenissimus Haw.
Paolo Covio
Paolo Ciovyo (it. Paulo Jovio; 19 aprel 1483 – 11 dekabr 1552) — italyan həkim, tarixçi, bioqraf və yepiskop. == Erkən həyatı == Ciovyonun gəncliyi haqqında çox az məlumat var. O, Komoda doğma sakin idi. Ailəsi Komo gölünün Isola Komaçina adasından idi. Notarius olan atası 1500-cü illərdə vəfat etmişdir. Böyük qardaşı Françeskonun təsiri altında humanizm və tarix təhsili aldı. Ədəbiyyatla maraqlansa da Paduaya tibbi öyrənmək üçün göndərildi. 1511-ci ildə məzun oldu. == Karyerası == Ciovyo Komoda həkim olaraq fəaliyyət göstərdi, lakin bu şəhərdə vəba xəstəliyi yayıldığı zaman Romaya köçdü, 1513-cü ildə orada məskunlaşdı.
Prem Çopra
Prem Çopra (23 sentyabr 1935, Lahor, Britaniya Hindistanı) — 1935-ci ildə Hindistanda anadan olub. Hindistan kinematoqrafiyasında yaratdığı antoqonist obrazlarla öz sözünü demiş aktyorlardandır. Post-sovet məkanında rejissor Rac Kapurun "Bobbi" romantik komediyasında oynadığı rolu ilə yadda qalmışdır. "Roket sinqh: İlin satıcısı" filmində Çopra Rac Kapurun nəvəsi Ranbir Kapurla birlikdə baş rolları ifa edib. Filmoqrafiyasına "Bacı və qardaş" (1971), "Nəfs" (1971), "Sevimli Raca" (1972), "Qəlbdəki daş" (1973), "Bobbi" (1973), "Xəyanət" (1973), "Sevi şəhəri" (1974), "İki xəfiyyə" (1975), "Sevgili" (1976), "Şərəf və inam" (1977), "İki yolçu" (1978), "Böyük oyun" (1979), "Yuxarıdan baxış" (1980), "Taley" (1981), "Vətənpərvər" (1982), "Üç qardaş" (1983), "Fələyin dalınca" (1984), "Raca" (1985), "Səhər qatarı" (1986), "Qisasçılar" (1988), "Keşikçi" (1989), "Alovlu şar" (1990), "Raca Babu" (1994), "Ögey qız" (1995), "Filin qisası" (1997) kimi məşhur hind filmləri daxildir.
Priyanka Çopra
Priyanka Çopra (18 iyul 1982, Cəmşidpur, Bihar) — Dünya şöhrətli Hindistanlı kinoaktrisa, müğənni və model. 2000-ci ildə Dünya Gözəllik (Miss World-2000) yarışmasının qalibi olmuşdur. == Həyatı == 18 iyul 1982-ci ildə Hindistanın Cəmşidpur şəhərində ixtisasca həkim olan Aşok Çopra və Madhu Axaurinin ailəsində anadan olmuşdur. Ailədə 2 uşaqdırlar. Özündən 7 yaş kiçik olan Siddharth adında bir qardaşı var. 13 yaşında Amerikaya köçür və orta məktəbi orada bitirir. === Maraqlı faktlar === Boyu : 1,68 metr Karyera: Kino aləmində ilk dəfə "Thamizhan" adlı tamil filmində çəkilir. Musiqi : 2012 ildə "In My City" adlı ilk mahnısı ilə debüt edir. 2013 ilin aprel ayında "Exotic" adlı ikinci sinqlı üçün Amerikalı repçi Pitbull ilə duet oxuduğu klipə çəkilir. Bu klip Şimali Amerikada çox böyük maraq yaradır və Canadian Hot 100-ə daxil olur.
Puca Çopra
Puca Çopra — Hindistan kino aktrisası və modeli.
Canavar və yeddi çəpiş (cizgi filmi, 1957)
Canavar və yeddi çəpiş — 1957-ci ildə çəkilmiş sovet cizgi filmi. == Cizgi filmi haqqında == Cizgi filmi rus xalq nağılının motivləri əsasında çəkilmişdir. Cizgi filmi Soyuzmultfilm istehsalıdır. == Maraqlı faktlar == Aktyorların adı, cizgi filmini səsləndirənlər titrlərdə göstərilməyib.