COP28

COP28 (ing. Conference of the Parties, COP; rəsmi adı Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı) — Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasına tərəflərin 28-ci konfransıdır. Bu, BMT tərəfindən iqlim dəyişikliyi ilə mübarizə və onun təsirlərinə necə uyğunlaşma yollarını müzakirə edən illik toplantıdır. Tərəflər 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını (UNFCCC) imzalamış ölkələrdir. Konfrans Dubaydakı Sərgi Mərkəzində (Expo City) keçirilib. Sammit ölkələr üçün birgə məqsədlərin inkişafı və iqlim maliyyəsi də daxil olmaqla müxtəlif alətlər vasitəsilə iqlim dəyişikliyini daha yaxşı idarə etmək üçün bir fürsət kimi qiymətləndirilir. 2015-ci ildə COP21-də Paris Sazişinin qəbul edilməsindən sonra sammit iştirakçılarının diqqəti onun əsas məqsədinə — planetdə qlobal temperaturun 2 dərəcədən yuxarı qalxmasının qarşısının alınmasına yönəlib.[2]

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransında (2023) iştirak edən lider və digər nüfuzlu şəxslərin qrup şəkli
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransında (2023) iştirak edən lider və digər nüfuzlu şəxslərin qrup şəkli
Başlama tarixi 30 noyabr 2023[1]
Bitmə tarixi 13 dekabr 2023[1]
Yeri Expo City, Dubay, Birləşmiş Ərəb Əmirlikləri
İştirakçılar BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına üzv ölkələr
Sayt unfccc.int/cop28
cop28.com/en/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Fəallar Fosil yanacağına qarşı iqlim siyasətləri ilə bağlı tədbirlərin artırılmasını tələb edirlər. 3 dekabr 2023-cü il Madrid, Puerta del Sol meydanı.
Al Wasl Plaza, Expo City, Dubay

Dekabrın 12-də başa çatmalı olan konfrans, Səudiyyə Ərəbistanının yekun razılaşmaya etirazından sonra uzadılmalı oldu.[3] Dekabrın 13-də konfransın prezidenti Sultan Əl-Cabir, iştirakçı ölkələr arasında yekun kompromis razılaşmasının əldə olunduğunu elan etdi. Müqaviləni imzalayan bütün ölkələr iqlim dəyişikliyinin ən sərt təsirlərini yumşaltmaq və 2050-ci ilə qədər xalis sıfıra çatmaq üçün "ədalətli və nizamlı şəkildə" karbon enerji mənbələrindən uzaqlaşmağı öhdələrinə götürdülər.[4] BƏƏ Konsensusu adlandırılan qlobal pakt, COP sammitləri tarixində hər növ qalıq yanacaqdan uzaqlaşmaq zərurətini açıq şəkildə bildirsə də, lakin qalıq yanacağının mərhələli şəkildə azaldılması ilə bağlı dəqiq öhdəliyin olmaması səbəbindən hələ də geniş tənqidlərlə üzləşir.[4] ÇinHindistan bərpa olunan enerji hasilatını üç dəfə artırmaq öhdəliyini imzalamadılar, əvəzində isə kömür enerjisi ilə bağlı öhdəlik götürdülər.[5][6]

Konfransın prezidenti Sultan Əl-Cabir, eləcə də qeyri-şəffaf ekoloji göstəriciləri və əsas qalıq yanacaq istehsalçısı rolu ilə tanınan ev sahibi olan BƏƏ-yi tənqid edilib.[7] Əl-Cabirin Abu Dabi Milli Neft Şirkətinin (ADNOC) baş direktorudur ki, bu da maraqların toqquşması ilə bağlı narahatlıqlara səbəb verib.[8] Əl-Cabir konfransdan əvvəl 1,5 °C-yə çatmaqda, qalıq yanacaqların mərhələli şəkildə dayandırılmasının arxasında "elmin olmadığını" bildirdi.[9] Sızan sənədlər isə, BƏƏ-nin digər ölkələrlə yeni qalıq yanacaq müqavilələri bağlamaq üçün konfransdan istifadə etməyi planlaşdırdığını göstərir.[10] Əl-Cabir, qalıq yanacaqların mərhələli şəkildə dayandırılması ilə bağlı şərhlərinin "yanlış şərh edildiyini" iddia edərək, BƏƏ-nin işgüzar sövdələşmələr qurmaq üçün COP sədrliyinə ehtiyacı olmadığı iddiasının arxasında duraraq, sonuncu iddianı rədd etdi.[11][12]

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı 1994-cü il İqlim Dəyişikliyi üzrə Birləşmiş Millətlər Təşkilatının Çərçivə Konvensiyasını imzalamış bütün ölkələrin illik toplantısıdır.[13] Konfrans hər il keçirilir. Birləşmiş Ərəb Əmirlikləri 2023-cü il tədbirinə ev sahibliyi etmək təklifini 2021-ci ilin əvvəlində etmişdi.[14] Elə həmin ilin noyabrında Dubay ev sahibi şəhəri seçildi. 2012-ci ildə Qətər və 2007-ci ildə İndoneziyadan sonra OPEC üzvü olan ölkələrədən üçüncüsüdür ki, tədbirə ev sahibliyi edib.[15]

BƏƏ-yi isti və rütubətli iqliminə görə dünyanın iqlim baxımından ən həssas ölkələrindən biridir və orta hava temperaturu 1990-2022-ci illər arasında 1,27 °C-yə (34,29 °F) yüksəlmişdir.[16] Qırmızı dənizFars körfəzində yaş ampul temperaturu həddini bir neçə dəfə aşıb və bölgədə tez-tez baş verən toz fırtınaları, dəniz səviyyəsinin qalxması və quraqlıq hiss edilən yan təsirlərdəndir.[17][18] BƏƏ-yi 2050-ci ilə qədər karbon emissiyalarını xalis sıfıra endirməyi öhdəsinə götürüb, ki, bu öhdəliyi üzərinə götürən ilk Yaxın Şərq hökumətidir.[14] BƏƏ-yi həmçinin 21 sentyabr 2016-cı ildə regionda Paris sazişini imzalayan[19][20] və beynəlxalq səviyyədə təmiz enerjiyə 50 milyard dollar sərmayə qoyan, 2030-cu ilə qədər əlavə 50 milyard dollar vəd edən ilk ölkə olub.[21]

İqlimşünaslar və insan haqları müdafiəçiləri tərəfindən BƏƏ-nin ev sahibi ölkə kimi seçilməsi tənqid edilməsi, ölkənin həm aparıcı neft istehsalçısı, həm də söz azadlığının olmadığı avtoritar dövlət olması ilə bağlı idi.[22] Human Rights Watch hökumətləri, BƏƏ-ni "vətəndaş məkanına nəzarəti yüngülləşdirməyə və hüquqları müdafiə etməyə" sövq etmək fürsətindən istifadə etməyə və Əhməd Mansur kimi insan haqları fəallarına qarşı təqiblərə son qoymağa çağırıb.[23] 1 avqust 2023-cü ildə BƏƏ-yi ətraf mühit fəallarına sammitdə "dinc şəkildə toplaşmağa", icazəsiz etirazları qadağan edən qanunlara baxmayaraq, onlara "səslərini eşitdirmək üçün" yer təmin edəcəyinə söz verdi.[24]

Sultan Əl-Cabirin COP28-in prezidenti təyin etməsi daha çox mübahisələrə səbəb oldu, çünki o, həm də Abu Dabi Milli Neft Şirkətinin (ADNOC) baş direktorudur.[25] 2023-cü ilin fevral ayında şirkət, Əl-Cabirin seçilməsindən bir ay sonra qalıq yanacaq üçün qazma işlərini genişləndirmək planlarını açıqladı.[26] Avropa Parlamentinin 100-dən çox üzvü, ABŞ senatorları və ABŞ nümayəndələri BƏƏ-ni Əl-Cabirin təyinatını geri götürməyə çağırdılar.[27] ABŞ-ın iqlim üzrə elçisi Con Kerri Əl-Cabirin COP prezidenti seçilməsinin "riskli" olduğunu etiraf etsə də, masada qalıq yanacaq istehsalçılarının olmasının vacibliyini müdafiə edərək, onu dəstəklədi.[28]

Zirvə görüşü

[redaktə | mənbəni redaktə et]
COP28-də Dünya Liderləri Sammitinin açılış mərasimi, 1 dekabr 2023-cü il
Böyük Britaniyanın Xarici İşlər naziri Devid KemeronBill Qeyts 1 dekabr 2023-cü il tarixində Dubayda keçirilən COP28 tədbirində
Hindistanın baş naziri Narendra Modinin Maldiv Respublikasının prezidenti Məhəmməd Muizzu ilə görüşü
Fransa Prezidenti Emmanuel Makron, 2 dekabr 2023-cü il
Misir Prezidenti Əbdülfəttah Əs-Sisi ilə ABŞ-ın vitse-prezidenti Kamala Harrisin COP28-dəki ikitərəfli görüşü, 2 dekabr 2023-cü il

COP28 80000-dən çox insanın akkreditə olunmuş iştirakçı ilə, əvvəlki illərdə keçirilən COP görüşlərindən fərqlənərəq tarixin ən böyük iqlim sammiti olub. İştirakçıların 23500-ü hökumət nümayəndələri idi. Daha 27000 nəfər siyasət ekspertləri, akademiklər və qalıq yanacaq istehsalçılarının nümayəndələri olmalarına baxmayaraq bu qrupa rəsmi danışıqlara giriş icazəsi verilməmişdi.[29] Əlavə 400000 nəfərə də ətrafdakı "yaşıl zona"ya giriş imkanı verilmişdi.[30][31] İştirakçıların sayı və onların bir çoxunun şəxsi təyyarələrdən istifadə etməsi bəzi tənqidlərə səbəb olub.[32][33]

Sammitdə açılış nitqini Böyük Britaniya və Birlik kralı III Çarlz edib.[34] O, çirklənmə səviyyəsinin yüksəlməsindən narahatlığını ifadə edərək, dünyanın öz iqlim hədəflərindən "dəhşətli dərəcədə uzaq olduğunu" söylədi.[35]

30 noyabr 2023-cü il tarixində keçirilən sammitin ilk günündə kasıb dövlətlərə iqlim dəyişikliyinin təsirlərinə görə "itki və zərər" fondunu yaratmaqla kompensasiya ödənilməsi razılığına gəlindi. Fond iqlim dəyişikliyindən zərər çəkən kasıb dövlətlərə vəsaitin ayrılmasını nəzərdə tutur. Fond Dünya Bankı tərəfindən idarə olunur. Ev sahibi ölkə BƏƏ və Almaniya fonda 100 milyon dollar vəd etdi. Böyük Britaniya (75 milyon dollar), ABŞ (24,5 milyon dollar) və Yaponiyanın (10 milyon dollar) vədləri nəticəsində ilk gündə məbləğ 430 milyon dollara çatdı.[36][37]

1 dekabr 2023-cü ildə fəallar Beynəlxalq Cinayət Məhkəməsində ekosidin: ətraf mühitin kütləvi şəkildə məhv edilməsini cinayət hesab etməyə çağıraraq, məkanın qarşısında etiraz aksiyası keçirdilər.[38]

2 dekabr 2023-cü il tarixində COP28 iştirakçıları 2020-ci ildən 2050-ci ilədək nüvə enerjisi potensialının üçqat artırılmasına dair bəyannamə qəbul etdilər.[39] ABŞ-nin iqlim üzrə elçisi Con Kerrinin elan etdiyi Bəyannaməni 5 ölkə imzaladı. İmzalayan ölkələr nüvə enerjisinin karbon emissiyalarının xalis sıfıra endirilməsində əsas rol oynadığını bildirərək, öz nüvə potensiallarını genişləndirməyə söz verdilər.[40]

2 dekabr 2023-cü ildə Almaniya kansleri Olaf Şolts kömür, neft və təbii qaz da daxil olmaqla qalıq yanacaqlardan mərhələli şəkildə imtina etməyə çağırış etdi və Almaniyanın 2045-ci ilə qədər iqlimə neytral olmaq öhdəliyini təkrarlayaraq: "Texnologiyalar: külək enerjisi, fotovoltaiklər, elektrik mühərrikləri, yaşıl hidrogenin var olduğunu" dedi.[41]

3 dekabr 2023-cü ildə The Guardian, COP28 prezidenti Sultan Əl-Cabirin iki həftə əvvəl mədən yanacağının mərhələli şəkildə dayandırılması tələblərini rədd etdiyini, onun elmdəki əsasını inkar edərək, iqtisadi inkişafın qarşısını alacağı iddiasını yayımladı.[42] Növbəti gün Əl-Cabir mətbuat konfrans keçirərək, "elmə hörmət etdiyini" və qalıq yanacaq istifadəsinin mərhələli şəkildə dayandırılmasının qaçılmaz olduğunu vurğuladı.[43]

Paris Sazişi iqlim dəyişikliyi ilə bağlı hüquqi cəhətdən məcburi beynəlxalq müqavilədir. Müqavilə 12 dekabr 2015-ci ildə Parisdə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP21 UNFCCC) Tərəflərin Konfransının 21-ci sessiyasında 196 tərəf tərəfindən qəbul edilmişdir. Saziş 2016-cı il noyabrın 4-də qüvvəyə minib. Paris Sazişinin məqsədi qlobal orta temperatur artımını sənayedən əvvəlki səviyyədən 2 dərəcədən çox aşağı saxlamaq, eyni zamanda temperatur artımını 1,5 dərəcə selsi ilə məhdudlaşdırmaqdır. [44]

Kioto protokolu

[redaktə | mənbəni redaktə et]

Kioto Protokolu 11 dekabr 1997-ci ildə Yaponiyada Kioto şəhərində qəbul edilmiş və 16 fevral 2005-ci ildə qüvvəyə minmişdir. Protokolun ilk öhdəlik dövrü 2008-ci ildə başlayıb və 2012-ci ildə başa çatıb. Birinci öhdəlik müddətində tam şəkildə iştirak edən 36 ölkənin hamısı Protokola əməl etmişdir.[45]

Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgiyeva konfransın ilk toplantısında "itki və zərər" fondunun yaradılmasından məmnun olduğunu bildirdi. Lakin karbonsuzlaşdırmanın daha da artırılması üçün karbon qiymətlərinin yüksəldilməsi və qalıq yanacaq subsidiyalarının aradan qaldırılmasının lazımılığını da vurğuladı. Qalıq yanacaq subsidiyaları yüksək yanacaq qiymətləri və inflyasiya səbəbindən 2022-ci ildə 7,1 trilyon dollarlıq rekord səviyyəyə çatmışdı.[46] Konfransda Birləşmiş Millətlər Təşkilatı tərəfindən idarə olunan qlobal karbon bazarının yaradılması ilə bağlı təkliflərdə irəli sürülüb və bu istiqamətdə bəzi addımlarda atılıb.[47][48][49]

6 dekabr 2023-cü ildə OPEC-in hazırkı Baş katibi Heysəm əl-Qeys üzv ölkələri qazıntı yanacaqlarının hasilatı və satışını qadağan etmək əvəzinə, danışıqları karbon emissiyalarının azaldılmasına yönəltməyə çağırdı.[50] Buna reaksiya olaraq Qrinpis təşkilatı (yaşıl sülh), ərəb ölkələrini 2050-ci ilə qədər mədən yanacaqlarından imtina etməyə çağıran press-reliz dərc etdirdi. Kristian Eid və Vyanadakı Beynəlxalq Tətbiqi Sistemlərin Təhlili İnstitutunun son araşdırması göstərir ki, qlobal temperaturun 3°C-ə çatmasına icazə verilərsə, həm BƏƏ, həm də Səudiyyə Ərəbistanı 2100-cü ilə qədər ÜDM artımının -72% azalması ilə üzləşəcək.[51] "Merkurinin yüksəlməsi: iqlim dəyişikliyinin Ərəbistan yarımadasına iqtisadi təsiri" adlı araşdırma Fars körfəzindəki ölkələr üçün ÜDM artımının orta hesabla 69% azalacağı, temperaturun bu səviyyəyə çatacağı təqdirdə ən yüksək təsirin Səudiyyə Ərəbistanı, Küveyt, Qətər və BƏƏ-də olacağını proqnozlaşdırır. Temperatur yüksəlişi 1,5 dərəcə ilə məhdudlaşdırılarsa, iqtisadi artımın azalması 2050-ci ilə qədər 8,2%, 2100-cü ilə qədər isə 36% ilə məhdudlaşdırılacaqdır.[52]

  1. 1 2 https://sdg.iisd.org/events/2022-un-climate-change-conference-unfccc-cop-28/.
  2. "What is the United Nations Framework Convention on Climate Change?". 2023-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-13.
  3. El Dahan, Maha. "COP28 agreeable to Saudis as it lets nations chart own course - source". Reuters. 13 December 2023. 2023-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-20.
  4. 1 2 Morton, Adam; Harvey, Fiona; Greenfield, Patrick. "Cop28 landmark deal agreed to 'transition away' from fossil fuels". The Guardian (ingilis). 13 December 2023. ISSN 0261-3077. 2023-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 December 2023.
  5. Slav, Irina. "BRICS in the Land of Energy Transition". OilPrice.com. 2023-12-17. 2023-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-19.
  6. Lin, Zi. "Why China didn't sign global pledge to triple renewables". China Dialogue. 2023-12-13. 2023-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-19.
  7. Sitat səhvi: Yanlış <ref> teqi; Carrington 2023 t429 adlı istinad üçün mətn göstərilməyib
  8. Levingston, Ivan; England, Andrew; Sheppard, David. "Abu Dhabi oil giant builds internal 'investment bank' to chase $50bn in global deals". Financial Times. 2023-08-09. 2023-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-27.
  9. Meredith, Sam. "COP28 president sparks outcry after he claims there's 'no science' behind fossil fuel phase out". CNBC (ingilis). 2023-12-04. 2023-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-04.
  10. "UAE accused of using COP28 talks to strike fossil fuel deals". euronews (ingilis). 2023-11-28. 2023-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-04.
  11. Laville, Sandra; Horton, Helena. "Al Jaber says comments claiming there is 'no science' behind demands for phase-out of fossil fuels were 'misinterpreted' – Cop28 as it happened". The Guardian (ingilis). 2023-12-04. ISSN 0261-3077. 2023-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-20.
  12. "COP28 president denies using summit for oil deals" (ingilis). 2023-11-29. 2023-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-14.
  13. Hutton, H. "What is COP?". Cambridge Institute for Sustainability Leadership (CISL) (ingilis). 2022-10-13. 2024-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-13.
  14. 1 2 Reed, Stanley. "A Major Persian Gulf Oil Producer Tries to Burnish Its Climate Credentials". The New York Times. 30 October 2021. 2021-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-15.
  15. "Dubai ruler says UAE to host COP28 climate conference in 2023". Reuters. November 12, 2021. 2023-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-13.
  16. "World Bank Climate Change Knowledge Portal". climateknowledgeportal.worldbank.org (ingilis). 2021-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-24.
  17. Carter, M. Powis; Byrne, David; Zobel, Zachary; N. Gassert, Kelly; Lute, A. C.; R. Swalm, Christopher. "Observational and model evidence together support wide-spread exposure to noncompensable heat under continued global warming". Science Advances. 9 (36). 8 September 2023: eadg9297. Bibcode:2023SciA....9G9297P. doi:10.1126/sciadv.adg9297. PMC 10491292 (#bad_pmc). PMID 37682995 (#bad_pmid).
  18. "United Arab Emirates". Climate&Clean air coalition. United Nations. 2023-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 September 2023.
  19. Wright, Caroline. "How the UAE is Committing to Climate Change Action". Harvard Business Publishing. 17 February 2022. 2023-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-15.
  20. Alam, Tanzeed. "The UAE has ratified the Paris Climate Agreement but what comes next?". Panda.org. 28 September 2016. 2023-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-15.
  21. Turak, Natasha. "U.S. and UAE sign strategic partnership deal to spur $100 billion in clean energy investment". CNBC. 1 November 2022. 2023-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-15.
  22. Sitat səhvi: Yanlış <ref> teqi; :7 adlı istinad üçün mətn göstərilməyib
  23. Stork, Joe. "Governments at Bonn Climate Talks Should Press UAE on Rights". Human Right Watch (ingilis). 2023-06-13. 2020-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-19.
  24. "UAE vows to allow 'peaceful' assembly of climate activists at COP28". France24. 2023-08-01. 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-02.
  25. Bikales, James. "US and EU lawmakers call for UAE to remove Jaber from UN climate role". The Financial Times (ingilis). 2023-05-28. 2020-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-23.
  26. "Climate: UAE state oil company's expansion plans prove chief executive is unfit to lead COP28 climate talks". Amnesty International. 13 February 2023. 2023-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 February 2023.
  27. Weise, Zia. "COP28 chief under fire from EU and US lawmakers over oil ties". Politico (ingilis). 2023-05-23. 2020-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-30.
  28. Colman, Zack; Mathiesen, Karl; Hiar, Corbin. "The oil baron running the climate talks — and the US envoy who's had his back". Politico. November 30, 2023. 2024-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 April 2024.
  29. "COP28 becomes UN's largest climate summit". Firstpost (ingilis). 2023-12-01. 2023-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-13.
  30. Couronne, Ivan. "COP28: Trying To Save The Planet In 'Disneyworld' Crowds". Barron's (ingilis). 2023-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-04.
  31. "Opinion: COP28, with 70,000 participants, is a chaotic climate jamboree. It should be a slimmed-down negotiating session". The Globe and Mail (ingilis). 2023-12-01. 2023-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-04.
  32. "Sunak, Cameron and King Charles each take own private jets to travel to Cop28". The Independent (ingilis). 2023-11-30. 2023-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-04.
  33. "Do 70,000 People Really Need to Be at a Climate Confab?". Bloomberg.com (ingilis). 2023-11-30. 2023-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-04.
  34. Davies, Caroline. "King Charles to give opening address at Cop28 climate summit". The Guardian. 1 November 2023. 2023-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 November 2023.
  35. Adu, Aletha. "King Charles issues call to arms in Cop28 opening statement". The Guardian. 1 December 2023. 2023-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 December 2023.
  36. McDonald, Arthur. "OP28 climate summit just approved a 'loss and damage' fund. What does this mean?". The Conversation. 30 November 2023. 2023-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-01.
  37. Harvey, Fiona; Lakhani, Nina. "Agreement on loss and damage deal reached on first day of Cop28 talks". The Guardian. 30 November 2023. 2023-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 November 2023.
  38. Torbey, Etienne. "Climate Activists Protest At Entrance To COP28 Venue". barrons.com (ingilis). 2023-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-04.
  39. "At COP28, Countries Launch Declaration to Triple Nuclear Energy Capacity by 2050, Recognizing the Key Role of Nuclear Energy in Reaching Net Zero". energy.gov. 2023-12-01. 2023-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-26.
  40. "22 Countries Pledge to Triple Nuclear Capacity in Push to Cut Fossil Fuels". The New York Times. 2023-12-02. 2023-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-26.
  41. "COP28: Germany's Scholz calls to phase out coal, oil and gas". Deutsche Welle. 2 December 2023.
  42. Carrington, Damian; Stockton, Ben. "Cop28 president says there is 'no science' behind demands for phase-out of fossil fuels". The Guardian. 3 December 2023. 2023-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 December 2023.
  43. Carrington, Damian. "Cop28 president forced into defence of fossil fuel phase-out claims". The Guardian. 4 December 2023. 2023-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 December 2023.
  44. "What is the Paris Agreement?". 2023-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-13.
  45. "What is the Kyoto Protocol?". 2023-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-13.
  46. Al-Oraibi, Mina; Kamel, Deena. "Cop28 'successful from day one' with win on loss and damage fund, IMF chief says". COP 28. 4 December 2023. 2023-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 December 2023.
  47. "Commission President advances global cooperation on carbon pricing in high-level event at COP28". European Commission. European Union. 2023-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 December 2023.
  48. "COP 28 holds key to global carbon market that could help improve offsets". Energy Voice. Bloomberg. 24 November 2023. 2023-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 December 2023.
  49. Bedford, Charles. "At COP28 & beyond, fair carbon markets must be part of the climate finance solution (commentary)". Mongabay. 30 November 2023. 2023-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 December 2023.
  50. Friedman, Lisa. "OPEC Leader Tells Members to Block Any Climate Summit Deal to Curb Fossil Fuels". The New York Times. 8 December 2023. 2023-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 December 2023.
  51. "Arab countries must support UAE in bidding farewell to fossil fuels at COP28". Greenpeace. 2023-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 December 2023.
  52. "UAE RISKS UP TO −72% GDP GROWTH HIT DUE TO CLIMATE CHANGE: REPORT". Carbon copy. 9 December 2023. 2023-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 December 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]