Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dözmək
Dözmək — Davam gətirmək, tab gətirmək, səbirlə keçirmək, qatlaşmaq. Ağrıya dözmək. Əziyyətə dözmək. Misal: Səbir etmək, təhəmmül etmək, səbirlə gözləmək. Dözürsən döz bu ayrılıq dağına; Mən dayannam, amma sən dayanmazsan! M. P. Vaqif. Razılaşmaq, barışmaq, keçirmək, yol vermək. Misal: Belə şeylərə dözmək olmaz. – Yox, sən buna dözməzsən, elin vuran qolusan; Sən namus aşiqisən, şərəflisən, ulusan. M. Rahim.
Sezer Özmen
Sezer Özmen (7 iyul 1992, Bakırköy, İstanbul ili və ya İstanbul) — sol müdafiəçi və libero kimi çıxış edən türk futbolçu. O, 2-ci Liqa komandalarından olan “Turqutluspor”da çıxış edir. == Peşəkar karyera == Futbolçu karyerasına 2005-ci ildə "Bakırköyspor"da başlayıb.
Tomas Frederik Çizmen
Tomas Frederik Çizmen (ing. Thomas Frederic Cheeseman; 8 iyun 1846[…], Kinqston-apon-Hall, Yorkşir və Hamber[d] – 6 oktyabr 1923[…], Oklend) — Böyük Britaniya və Yeni Zelandiya botanik və zooloqu. == Elmi fəaliyyəti == Tomas Frederik Çizmen qıjıkimilər və toxumlu bitkilər üzrə ixtisaslaşmışdır.. == Əsərləri == Cheeseman T. F. 1878. Descriptions of three new Species of Opisthobranchiate Mollusca, from New Zealand. Transactions of the Royal Society of New Zealand, volume 11. Cheeseman T. F. 1906. Manual of the New Zealand flora. Cheeseman T. F, Hemsley W. B. & Smith M. 1914. Illustrations of the New Zealand Flora, volume 1, volume 2.
COOMET
Regional metroloji təşkilat COOMET (COOMET - metrologiya sahəsində əməkdaşlıq) — 12 iyun 1991-ci ildə Bolqarıstan, Polşa, Rumıniya, SSRİ və Çexoslovakiyada metroloqların təşəbbüsü ilə təsis edilmişdir. Bu gün anlaşma memorandumu imzalanmışdır. SSRİ dağılandan sonra keçmiş SSRİ-nin 15 respublikası sayəsində təşkilat üzvlərinin sayı 19-a çatdı. 2000-ci ildə təşkilat rəsmi olaraq dövlət metroloji qurumlarının Avro-Asiya əməkdaşlığı adlandırıldı. COOMET-in ali orqanı, bütün iştirakçı ölkələrin nümayəndələrini daxil edən COOMET Komitəsidir. COOMET fəaliyyətləri Prezident, dörd vitse-prezident və Katiblik rəhbərindən ibarət Prezident Şurası tərəfindən əlaqələndirilir. COOMET komitəsinin üzvləri vitse-prezidentləri təyin edən prezidenti üç il müddətinə seçirlər. COOMET orqanlarının iclaslarının keçirildiyi və sənədlərin tərtib olunduğu rəsmi dillər rus və ingilis dilləridir. COOMET-in öz maliyyə mənbələri yoxdur. 12 COOMET texniki komitəsi bütün ölçü sahələrində elmi iş aparır.
Cosmea
Kosmos (lat. Cosmos) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Bitkinin vətəni Şimali və Cənubi Amerikanın tropik vilayətləridir. Növün adı yunan sözü olub, "bəzək" deməkdir. Kosmos cinsinin 25 növündən ikisi yaşıllaşdırmada geniş istifadə olunur. İkilələkli kosmos (C.bipinnatus) yabanı halda Meksikanın dağlarında bitir.1799-cu ildən gülçülükdə istifadə olunur. Sadə və çoxləçəkli, müxtəlif rəngli hamaşçiçəkləri olub (ağ, çəhrayı, qırmızı), müxtəlif növləri vardır. Bozumtul-sarı kosmosun (C.sulphureus) hamaşçiçəkləri sarı və ya narıncı rəngdə olur. Bu növün vətəni Cənubi Afrika, Meksika və Braziliyanın dağ rayonlarıdır. Bu bitki növü torpağa tələbkardır.
Çeşmək
Eynək, gözlük və ya çeşmək — insanın gözlərinin qarşısında saxladığı, müxtəlif üsullarla bərkidilən bir cüt linza və ya digər şəffaf materialdan hazırlanan lövhəciklər. Eynəklərin müxtəlif təyinatları vardır: Optik eynəklər Günəş eynəkləri Üzgüçülər üçün eynəklər Sürücü eynəkləri Yüksək müdafiəli eynəklər "Xameleonlar" Şaxtaçılar üçün eynəklər 3 ölçülü film eynəyi və s. Adi gün eynəkləri orta qurşağın tələblərinə cavab verən yay eynəkləridir. Yüksək müdafiəli eynəklər isə ilk növbədə hündür dağlıq ərazi, qütbarxası ərazilər, ozon anomaliyalı regionlar üçün nəzərdə tutulub. Onlar həm yay, həm də qış mövsümü üçün vacibdir. == Optik eynəklər == Optik eynəklər görmə qabiliyyəti zəif olan insanlar üçün nəzərdə tutlur. Yaxındangörməni səpici linzalı eynək, uzaqdangörməni isə toplayıcı linzalı eynək taxmaqla aradan qaldırırlar. İlk eynək elə optik eynək olmuşdur. O 1280-ci ildə italyada ixtira olunmuşdur və bu ixtiranın müəllifi Salvinio delli Armati olmuşdur. Əşyaların daha yaxşı görünməsini təmin edirdi.
Cozef
Cozef — şəxs adı. Cozef Stiqlits — amerikalı iqtisadçı. Cozef Debone Qrex — Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Cozef Liklyayder — Amerika alimi. Cozef Lui Prust — fransız kimyaçısı.
Gözək
Gözək – müxtəlif əşyaları bağlamaq üçün istifadə edilən ip, nazik kəndir, qaytan.. Gözək alaçıq çubuqlarını bir-birinə bənd etmək, çuvalın, xurcunun, məfrəşin və s. ağzını bağlamaq üçün toxunardı. == Toxunma qaydası == Toxunma qaydası aşağıdakı kimidir: Müəyyən uzunluqdakı ipləri iki, üç qat edib bir ucunu bir yerə (dirəyə) bağlayır. İp tağlarını bir halda sağ tərəf üstə digər halda isə sol tərəf üstə bir-birinin üstündən keçirib bərkitməklə toxuyur, sonda isə uclarına qotaz toxuyurlar.
Çökək
Çörək
Çörək ― xəmirin bişirilməsi ilə əldə olunan un məmulatı. Bu xəmirə çox vaxt duz, birləşdirici maddələr, qıcqırdıcı və bəzi çörək növlərinə isə günəbaxan, xaşxaş və başqa bitki tumları da əlavə edilir. Tumlar çörəyin üzərində bəzək kimi də istifadə edilə bilər. Çörək ayrıca da yeyilir. Çox vaxt onu yağla, mürəbbə, bal və ya pendirlə yeyirlər. Avropa arasında müxtəlif ət deli hazırlanmış yeməklər olan çörəyə tez-tez rast gəlinir. Bu buterbrod adlanır. Çörəkdən sendviç üçün də istifadə edilir. Çörəyi ayrıca yemək olar, kərə yağı, fıstıq və ya günəbaxan yağı, mürəbbə, marqarin, marmelad, mürəbbə, jele, bal ilə də istehlak edilir ki, bu da mahiyyətcə sendviç adlanan yeməkdir. Çörək sendviç bazası kimi də istifadə olunur.
Özbək
Özbəklər — Türk xalqlarından biri. Özbək dili — Özbəkistannın dövlət dili, türk dillərinə aiddir. Şəxslər Özbək xan — Qızıl Orda dövlətinin doqquzuncu xanıdır. Atabəy Özbək — Azərbaycan Atabəyləri dövlətinin son hökmdarı (1210-1225). Yaşayış məntəqələri Özbək (Marağa) — Özbəkistan — Asiyada dövlət.
Gəzmək gəzmək (film, 2003)
"Sevgi yolları ilə" (hind. चलते चलते) — 2003-cü ildə baş rolda Şahrux Xan və Rani Mukhercinin yer aldığı Bollivud filmidir. Əziz Mirzənin rejissorluq etdiyi bu film Kasablanka Film Festivalında nümayiş etdirilib. == Musiqi == Filmin musiqiləri Jatin-Lalit və Adeş Şrivastava tərəfindən bəstələnib. == Məzmun == Filmin başlanğıcında bir qrup dost boulinq xiyabanına yığışıb Səlimi gözləyirlər. Şitalın müasir dövrdə olan əsl sevgi hekayətlərindən ibarət kitabı var. O, dostlara Rac və Priyanın hekayətini danışmağa başlayır. Rac Malhotra "Rac Transport" şirkətində işləyir. Rac qayğısız, dərd-qəmsiz, olduqca nizamsız, tənbəl və bu zaman üçün gecikmiş adamdır. Amma varlı olmadığına baxmayaraq çox xoşbəxtdir.
Piyada gəzmək
Piyada gəzmək — Piyada gəzmək, yürüşə çıxmaq təkcə bədən üçün deyil, zehin üçün də faydalıdır. Yürüşə çıxarkən beynin ifraz etdiyi maddə qayğı və narahatlığı azaldır. Yaradıcılıq qabiliyyətinizi inkişaf etdirər. == Haqqında == Müasir dövrdə sağlamlıq üçün ən böyük təhlükə oturaq həyat tərzidir. Xüsusilə idmanla məşğul olmağa vaxtı və həvəsi olmayanlar üçün piyada gəzmək həm sağlamlıq, həm də artıq çəkidən xilas olmaq baxımından çox faydalıdır. Sürətli və cəld gəzinti əzələləri möhkəmləndirir, bədən quruluşunu normal saxlayır, artıq çəkinin nisbətən azalmasına imkan yaradır. Piyada gəzmək ürək-damar sistemi üçün olduqca faydalıdır. Gəzinti zamanı qan dövranı yaxşılaşır, beyin və digər orqanlar oksigenlə daha yaxşı təchiz olunur, təmiz havada gəzmək əhvalın xoş olması, stress və gərginliyin aradan qaldırılması üçün əvəzsiz vasitədir. Gündəlik gəzinti, həmçinin insanı cavan və gümrah saxlayır, qocalma prosesini ləngidir, tənəffüs yollarını açır, həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, görmə qabiliyyətinə müsbət təsir edir. Hər gün bir neçə saat gəzmək orqanizmin immun sistemini gücləndirir, müqaviməti artırır və bu da xəstəliklərə qarşı mübarizədə ən səmərəli vasitələrdən biri sayılır.
Qabaqcadan görmək
Qabaqcadan görmək ya Proqnozlaşdırma (İngiliscə. Forecasting) keçmiş və indiki verilərinin istiqamət və gedişini analizi (data trend analysis) əsasında gələcək haqda öncədən faktlı və məntiqli xəbər vermək prosesidir. Bir adi örnək, gələcək müəyyənləşmiş günlərdə faiz dəyişənin təxminidir. Öncədən Demək (Prediction) isə Qabaqcadan görməklə eynidir, ancaq daha ümumi sözdür. İkisi də formal statistik metodlarında olan Zaman Seriləri, keçmə-bloklu (cross-sectional), uzunasına rəqəmlər (longitudinal data), ya alternativ az formal qərar çıxarmaq metodlarını işlədirlər. Bu istifadə çeşidli sahələr arasındda fərqli ola bilər: misal üçün, hidrologiya'da, "Qabaqcadan görmə" (forecasting) və "Ön görü" (forecast) müəyyənləşmiş gələcək zamanlardakı dəyərlərin qiymətləndirilməsi için saxlanılır, halbuki "Öncədən Demək" (Prediction) ibarəti, uzun bir dönəmdə sel axımlarınının neçə dəfə baş verməsi kimi, daha çox ümumi təxminlərə işlənir. == Qabaqcadan görmə yollarının kateqoriyaları == === Sayılı yollar Keyfiyyətli yollar qarşısında === Keyfiyyətli öngörü yolları istehlakçıların düşüncə və qərarı əsasında və subyektiv dirlər. Onlar keçmiş verilər(data) əldə olmasalar uyğundurlar. Onları adətən orta və ya uzun mənzilli qərarlarda işlətmək olar. Keyfiyyətli öngörü yollarından neçə örnək: Bildirilmiş rəy və qərar (informed opinion and judgment) Delfi yolu (Delphi method) Bazar araşdırması Tarixi yaşam dövrü bənzətməsi (historical life-cycle analogy) Sayılı qabaqcadan görmə modelləri indiki və keçmiş verilər(data)dən gələcək veriləri (data`nı) əldə etmək için işlənirlər.
Çovmel (Soyuqbulaq)
Çovmel (fars. چومل‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 72 nəfər yaşayır (8 ailə).
Vəzmək (Mahnişan)
Vəzmək (fars. وزمك‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 201 nəfər yaşayır (42 ailə).
Atabəy Özbək
Özbək (Özbəy) Müzəffərəddin (? — v. 1225, Culfa rayonu) — Azərbaycan Atabəyləri dövlətinin son hökmdarı (1210–1225). 1225-ci il Xarəzmşah Cəlaləddinin hücumu zamanı həm sülalə hakimiyyətdən getmiş, həm də dövlət süquta uğramışdır. == Hakimiyyəti == === Gürcülərin hücumları === Məhəmməd Cahan Pəhləvanın kənizdən olan oğlu. Atabir qardaşı Əbu Bəkrin ölümündən sonra onun tabeliyində olan mülkləri idarə etməyə başlamış, hakimiyyətə gələnədək bölgənin siyasi həyatında fəal iştirak etmişdir. Hakimiyyətinın ilk ilində (1210–1211) gürcülərin Azərbaycana ən böyük hərbi yürüşlərindən biri baş verir. Naxçıvana hücum edən gürcülər şəhəri ələ keçirə bilməyərək, Culfaya doğru yönəlir, Dərədüz dərəsini keçib cənuba – Mərəndə, Təbrizə, Miyanəyə, Zəncana, Qəzvinə, Ərdəbilə və s. hücüm edir, talan və qarətlər törədirlər. Dövrün müəllifinin yazdığına görə, gürcülər geri qayıdarkən bir çox qalaları ələ keçirir, Naxçıvan və Beyləqan şəhərləri üzərinə xərac qoyurlar.
Bul (çörək)
Bul (fr. Boule)- Fransız dilində "Top" mənası verən, Fransız çörəyinin ənənəvi forması ki bir əzilmiş topa bənzər.Hər hansı un növü ilə hazırlana bilən bir köntöy bulka forma dır.
Camek məscidi
Camek məscidi (malay Masjid Jamek) — Malayziyanın paytaxtı Kuala-Lumpurda yerləşən tarixi məscidlərdən biri. Məscid Klanq və Qombak çaylarının birləşdiyi yerdə yerləşir. Məscidin memarı Artur Benison Habbekdir. == Tarixi == Məscidin tikintisi 1907-ci ildə başa çatıb. Lakin inşaat işlərinin başa çatmasından iki il sonra 1909-cu ilin 23 dekabrında məscidin rəsmi açılışı olub. Selenqor sultanı Sultan Ələddin Süleyman Şah rəsmi açılış mərasimində iştirak edib. Məscid şəhərdə birinci Malay məzarlığının yerində inşa edilib. Malayziyanın milli məscidi olan Neqara məscidinin 1965-ci ildə açılış mərasiminə kimi Camek məscidi ölkənin əsas məscidi hesab edilirdi. == Memarlığı == Məscidin memarlığı Mavritan, İslam, Moğol memarlıq üslublarının qarışığıdır. İbadət zalının ətrafinda ümumilikdə üç günbəz var.
Cerən Özbək
Cozef Bayden
Cozef Robinet "Co" Bayden (ing. Joseph Robinette (Joe) Biden, Jr.; 20 noyabr 1942[…], Skranton, Pensilvaniya) — amerikalı siyasətçi, ABŞ Demokrat Partiyasının üzvü, Amerika Birləşmiş Ştatlarının 46-cı prezidenti. == İlk illəri (1942–1965) == 1942-ci il noyabrın 20-də Pensilvaniya ştatının Skrenton şəhərində yerləşən St. Mary's xəstəxanasında irland əsilli ailədə dünyaya gəlmişdir. Bir qız və iki oğlan övladına sahib olan Bayden ailəsində ən böyük övladı idi. Atası əvvəl varlı olsada, Baydenin uşaqlığı dövründə maddi çətinlikləri var idi. Bayden bir neçə il ana tərəfdən baba və nənəsi ilə birlikdə yaşadı. 1950-ci illərdə Skrenton şəhərində iqtisadi problemlər mövcud idi. Buna görə də atası dəqiq iş tapa bilmirdi. 1953-cü ildən sonra ailəsi Delaver ştatının Kleymont şəhərində mənzil kirayəyə götürdü və bir neçə il orada yaşadılar.
Cozef Bernard
Cozef Bernard (fr. Joseph Bernard; doğum 1836-cı il - ölüm 1931-ci il) — müasir klassik fransız heykəltaraşı. Cozef Bernard Elie Fauerin 1927-ci il müasir incəsənətin "Spirit of Forms" icmalında yer alıb. O, Pyerre-Yulez Kavalyerin Ekol des Beaux-Arts atelyesində təlim keçmişdi. == Yaradıcılığı == Cozef Bernard 1906-cı ildə La fete des pampres divar qabarmasını, 1912-ci ildə bürüncdən Torso de La Jeune Fille a la cruche heykəlini hazırlamışdır. Cozef Bernard yaradıcılığında daş, bürünc, gipsdən və mərmərdən istifadə edərək müxtəlif əsərlər yaratmışdır.
Cozef Blek
Cozef Blek (ing. Joseph Black; 16 aprel 1728[…], Bordo – 6 dekabr 1799[…], Edinburq) — Şotland həkimi, fizik və kimyaçısı. == Həyatı == Ticarət işləri ilə əlaqədar olaraq Bordo şəhərinə köçmüş çaxır istehsal edən ailədə anadan olmuşdur. Ailəsi ana tərəfdən şotlandiyalı olduğu üçün Qlazqo Universitetinə daxil olmuş və sonra öz təhsilini Edinburqda tibb ixtisası üzrə davam etdirmişdir. 1756-cı ildə Qlazqo Universitetində professor adına layiq görülmüş və 1766-cı ildə Edinburqda müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. Bundan başqa, Cozef Blek 1783-cü ildə Sankt-Peterburq, 1789-cu ildə isə Parisdə Elmlər Akademiyasının fəxri üzvü seçilmişdir. Blek 1754-cü ildə ağ maqneziumun qızdırılmasından ayrılan əlaqədar hava, yəni karbon dioksid karbon dioksidi və yanmış maqnezium (maqnezium oksidi) əmələ gəlməsini aşkar etmişdir. Daha sonra əhəngdaşının yanmasında əlaqədar havanın çıxarılmasını göstərir. Bu eksperementlərə əsasən o, belə nəticəyə gəlir; karbon anhidridinin və qələvilərin əsasların fərqi ondan ibarətdir ki, birincilərin tərkibinə karbon qazı daxildir. Blekin bu ixtirası ilə pnevmanik kimyanın əsası qoyulur.
Cozef Boksholl
Cozef Boksholl (ing. Joseph Boxhall; 23 mart 1884, Kinqston-apon-Hall, Yorkşir və Hamber[d] və ya London – 25 aprel 1967) — Titanik gəmisinin dördüncü zabiti. Birinci Dünya Müharibəsi zamanı dəniz zabiti kimi qulluq edib.
Cozef Bonapart
Jozef Bonapart — (İtalyanca:Giuseppe Bonaparte; İspanca:José I Bonaparte) (7 yanvar 1768[…] və ya 1768 – 28 iyul 1844[…] və ya 1844, Florensiya) - Napoleon Bonapartın ən böyük qardaşı. Qardaşı tərəfindən 1806–1808-ci illər arasında Neapol Kralı və 1808–1813-cü illər arasında da (I Joze adı ilə) İspaniya kralı elan olunmuşdur. Napoleon Bonapartın devrilməsindən sonra Jozef özünü Survilliers Qrafı kimi adlandırmışdır. == Həyatı == Qardaşları kimi Jozef də Fransada respublika idealına bağlanmışdı. Vətənpərvər lider Paskuale Paolinin Korsikaya hakim olması ilə adadan ayrılaraq Fransaya sığınmaq məcburiyyətində qaldı. 1796-cı ildə İtaliya səfərinin başlanğıcında Napoleonu müşayiət etdi. Sardiniya ilə aparılan və Çerasko atəşkəsi ilə nəticələn danışıqlarda iştirak etmişdi. Daha sonra isə Korsikanı geri qaytarmaq üçün aparılan yürüşə qatıldı; adada idarəçiliyin yenidən bərpa olunmasına kömək etdi. Direktoriya rəhbərliyi tərəfindən əvvəl Parma Hersoqluğuna (1796), daha sonra da Romaya elçi olaraq təyin olundu. 1797-ci ilin sonlarında isə Parisə geri qayıtdı, Beşyüzlər Şurasında Korsikanı təmsil etdi.
Cozef Cekson
Cozef Cekson (ing. Joseph Jackson; d. 26 iyul 1928 - ö. 27 iyun 2018) — amerikalı musiqiçi və prodüser, Maykl Ceksonun atasıdır.
Cozef Denobreqa