Camek məscidi

Camek məscidi (malay Masjid Jamek) — Malayziyanın paytaxtı Kuala-Lumpurda yerləşən tarixi məscidlərdən biri. Məscid Klanq və Qombak çaylarının birləşdiyi yerdə yerləşir. Məscidin memarı Artur Benison Habbekdir.[1]

İslam
Camek məscidi
malay Masjid Jamek
Yerləşməsi
Ölkə  Malayziya
Şəhər Kuala-Lumpur
Memarlıq
Memarı Artur Benison Habbek
Üslubu İslam memarlığı
Moğol memarlığı
Mavritan memarlığı
Minarələrin sayı 2
Minarələrin hündürlüyü 26.8 metr
Günbəzlərin sayı 3
Vəziyyəti fəaliyyət göstərir
Camek məscidi xəritədə
Camek məscidi
Camek məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məscidin tikintisi 1907-ci ildə başa çatıb. Lakin inşaat işlərinin başa çatmasından iki il sonra 1909-cu ilin 23 dekabrında məscidin rəsmi açılışı olub.[2] Selenqor sultanı Sultan Ələddin Süleyman Şah rəsmi açılış mərasimində iştirak edib. Məscid şəhərdə birinci Malay məzarlığının yerində inşa edilib. Malayziyanın milli məscidi olan Neqara məscidinin 1965-ci ildə açılış mərasiminə kimi Camek məscidi ölkənin əsas məscidi hesab edilirdi.[3]

Məscidin memarlığı Mavritan, İslam, Moğol memarlıq üslublarının qarışığıdır. İbadət zalının ətrafinda ümumilikdə üç günbəz var. Mərkəzi günbəz ən hündür günbəzdir və hündürlüyü 21.3 metrdir. Mərkəzdəki ən hündür günbəz 1990-cı illiərdə dağılmasına baxmayaraq, sonra yenidən bərpa olunub. Məscidin künclərində iki qırmızı və ağ zolaqlı minarələr yerləşir. Başları çətirə oxşayan bu minarələrin hündürlüyü 26.8 metr təşkil edir.[4]

  1. "Masjid Jamek, a beautiful mosque surrounded by the city". malaysia-travel-guide.com. 19 November 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 may 2015.
  2. "Masjid Jamek Kuala Lumpur". attractionsinmalaysia.com. 9 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 may 2015.
  3. "History of Masjid Jamek". malaysian-explorer.com. 9 June 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 may 2015.
  4. "Masjid Jamek". malaysiasite.nl. 25 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 may 2015.