Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şadlı
Şadlı — soyad, təxəllüs. İbrahim xan Şadlı — Şadlı elinin elbəyi, Fətəli şah Avşarın sərkərdəsi. Yarməhəmməd xan Şadlı — Şadlı elinin elbəyi, Nasirəddin şah Qacar dövründə vali. Cəfərqulu xan Şadlı — Şadlı elinin elbəyi, Nadir şah Avşarın sərkərdəsi. Aslan sultan Şadlı — Qərbi Azərbaycandakı Şadlı elinin başçısı.
Şamlı
Şamlı — Təxəllüs. Bu təxəllüsü olan tanınmış şəxslər Abbasqulu xan Şamlı — Qızılbaş sərkərdəsi, Heratın hakimi, şair, xəttat Abdı bəy Şamlı — Qızılbaş əmiri, Heratın hakimi Durmuş xan Şamlı — Qızılbaş sərkərdəsi, Heratın hakimi Ağzivər sultan Şamlı — Qızılbaş sərkərdəsi, Herat hakimi Hüseyn bəy Şamlı — I Şah İsmayılım lələsi, Şirvanın ilk qızılbaş hakimi Hüseyn xan Şamlı — Qızılbaş sərkərdəsi, Əmirəlüməra, Heratın, Çuxur Sədin bəylərbəyi Hüseynqulu sultan Şamlı — Şamlı elindən qızılbaş sərkərdəsi, Səbzivar vilayətinin hakimi Həsən xan Şamlı — Qızılbaş sərkərdəsi, Heratın hakimi, şair, xəttat II Zeynal xan Şamlı — Qızılbaş sərkərdəsi, Bağdadın hakimi, Zeynal xan Şamlının nəvəsi Mirzə Vəli xəlifə Şamlı — Qızılbaş sərkərdəsi, Məşhədin hakimi Mustafa xan Şamlı — Nadir şahın səfiri, Şamlı elinin başçılarından Mürtəzaqulu xan Şamlı — şair, vali, xəttat Rzaqulu xan Şamlı — Nadir şahın sərkərdəsi və səfiri Sultan Hüseyn xan Şamlı — Şamlı elindən qızılbaş sərkərdəsi, Qəzvin hakimi, Herat bəylərbəyi Vəliqulu bəy Şamlı — Şamlı elindən olan Azərbaycan tarixçisi Xəlifə sultan Şamlı — Qızılbaş sərkərdəsi, Heratın hakimi Zeynal xan Şamlı — Qızılbaş sərkərdəsi, Heratın hakimi Əhməd sultan Şamlı — Şamlı elindən qızılbaş sərkərdəsi, I Şah Təhmasib Səfəvinin əmiri. Əhməd Şamlı — tanınmış İran şairi Əhməd Şamlı Məşhədi — XVIII əsrin və Qacarlar dövrünün əvvəllərinin xəttatlarından Əliqulu xan Şamlı — Sultan Hüseyn bəyin oğlu, Durmuş xanın nəvəsi, II Şah İsmayıl Səfəvinin zamanında Heratın hakimi, Abbas mirzənin (I Şah Abbas Səfəvinin) lələsi, I Təhmasib Səfəvinin kürəkəni Əlmərdan xan Şamlı — Nadir şahın səfiri, sərkərdə Ərəb xan Şamlı — Şamlı elinin Bəydili oymağından olan qızılbaş sərkərdəsi, Şirvan vilayətinin bəylərbəyi Sepidə Şamlı — İranlı yazıçı, romançı Yaşayış məntəqələri Şamlı (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. Şamlı (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Hüseynabad Şamlı — İranın Həmədan ostanının Məlayer şəhristanının Cokar bəxşində kənd Şamlı (tayfa) — Azərbaycanlıların soykökündə duran tafyalardan biri. Şamlı eli — Azərbaycanın soykökündə duran qurumlardan biri.
Şaxtı
Şaxtı — Rusiya Federasiyasında yerləşən şəhər. Rostov vilayətinə daxildir.
Şıxlı
Şıxlı — Azərbaycanda daha çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar İsmayıl Şıxlı — nasir, ədəbiyyatşünas, publisist, yazıçı, ssenarist. Elçin Şıxlı — "Ayna" - "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru. Afaq Şıxlı — həkim, şairə, publisist, tərcüməçi. Nilufər Abdullayeva-Şıxlı — yazıçı, tərcüməçi, publisist. Kəndlər Şıxlı — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Şıxlı — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Şıxlı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Şıxlı — Gürcüstan Respublikasının Tetritskaro bələdiyyəsinin inzibati ərazi vahidində kənd. Birinci Şıxlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd.
Mallı Şıxlı
Mallı Şıxlı — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Göyçay rayonunun Mallı Şıxlı kəndi Yeniarx kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi bu kənd olmaqla, Mallı Şıxlı kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Şıxlı Malı olmuşdur. Kəndin adı XIX əsrda Göyçay qəzasında şahsevən tayfa ittifaqına daxil olan 105 ailədən ibarət şıxlıların adı ilə bağlıdır. Tədqiqatçıların fikrincə, şıxlı XIX əsrin ortalarında Muğandakı köçəri muğanlı tayfasının 275 şəcərəsindən birinin adıdır. Mallılar isə şıxlıların bir qolu idi. Yerli əhalinin məlumatına görə, kəndin sakinləri qara mal saxladığına görə kənd belə adlandırılmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1646 nəfər əhali yaşayır. == Din == Kənddə Mallı Şıxlı kənd məscidi dini icması fəaliyyət göstərir.
Afaq Şıxlı
Afaq Şıxlı (25 iyun 1969, Bakı, SSRİ) — həkim, şairə, publisist, tərcüməçi Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının, Avrasiya Yazarlar birliyinin, Rusiya Yazarlar Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiya Poeziya Akademiyasının müxbir üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 2015-ci ilin yanvar ayından AYB Moskva bölməsinin məsul katibi vəzifəsinə təyin olunmuşdur. == Həyatı == Afaq Şıxlı 25 iyun 1969-cu ildə Azərbaycan SSR-in Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndinin Şıxlinskilər soyundandır. 1984-cü ildə - 15 yaşında ikən 12 saylı orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Tibb Universitetinin 2-ci müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1990-cı ildə 2-ci müalicə-profilaktika fakültəsini əla qiymətlərlə bitirərək, 2000-ci ilədək 15 saylı TSH-nin 5-ci şöbəsində həkim-terapevt işləmişdir. Hazırda Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. 2011-ci ildən Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının, 2012-ci ildən Avrasiya Yazarlar birliyinin, Rusiya Yazarlar Birliyinin və Rusiya Poeziya Akademiyasının, 2013-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 2014-cü ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilmiş və 2015-ci ilin yanvar ayından AYB Moskva bölməsinin məsul katibi vəzifəsinə təyin olunmuşdur. Ədəbiyyatdan əlavə təbabət, musiqi və rəssamlıqla məşğul olur.
Birinci Şıxlı
Birinci Şıxlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd Şıxlı kəndinin tarixi qədim olsa da XIX əsrin əvvəllərində Birinci Şıxlı kimi adlandırılmışdır == Toponimikası == Birinci Şıxlı oyk, mür. Qazax r-nunun eyniadlı i.ə.v.-də kənd. Kür çayının sağ sahilində, Gəncə-Qazax düzənliyindədir. Kəndin adındakı birinci komponent onu ərazidəki İkinci Şıxlı kəndindən fərqləndirmək üçün artırılmışdır. İkinci komponent isə qazaxların şıxlı qolunun adını əks etdirir. Mənbələrdə 1537-ci ildə Şəmkirdən köçüb Qazax mahalına gələn Ağdolaqlı Məhəmməd ağanın oğlu şıxı və onun övladları haqqında məlumat verilir. == Əhalisi == 2009-cu ilin əhalinin siyahıyaalınmasına əsasən kəndə 3414 nəfər əhali yaşayır. Əhalinin 1628 nəfəri kişilərdən, 1786 nəfəri qadınlardan ibarətdir. == Tanınmış sakinləri == Molla Vəli Vidadi – (1707–1809) görkəmli Azərbaycan şairi.
Böyük Şamlı
Böyük Şamlı-İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanının Abışəhməd bəxşinin Qışlaq dehestanında kənd.
Elçin Şıxlı
Elçin İsmayıl oğlu Şıxlı (4 oktyabr 1957, Bakı) — "Ayna" — "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru (2001–2014), 1989-cu ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, 2006-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin sədri. == Həyatı == Elçin Şıxlı 1957-ci il oktyabrın 4-də Bakı şəhərində, İsmayıl Şıxlının ailəsində anadan olmuşdur. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndinin Şıxlinskilər soyundandır. 1964-cü ildə Bakı şəhəri 190 №-li orta məktəbin birinci sinfinə getmiş və 1974-cü ildə həmin məktəbi bitirmişdir. 1974-cü ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olmuş və 1979-cu ildə həmin institutu ingilis və alman dilləri müəllimi ixtisası alaraq bitirmişdir. 1979-cu ilin avqustundan oktyabrınadək Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsi informasiya-reklam şöbəsinin müfəttişi işləmişdir. 1979-cu ilin oktyabrından 1981-ci ilin mayınadək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş və həmin müddət ərzində o zamankı Almaniya Demokratik Respublikası ərazisində yerləşmiş sovet ordusu hərbi komendatlıqlarından birində mütərcimlik etmişdir. == Fəaliyyəti == 1981-ci ilin iyul-avqust aylarında "İnturist" ÜSC Bakı şöbəsində tərcüməçi işləmişdir. 1981-ci ilin avqustundan 1986-cı ilin sentyabrınadək Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin xaricdə yaşayan həmvətənlərlə əlaqələr şöbəsinin referenti olmuşdur. 1986-cı ilin sentyabrından 1988-ci ilin mayınadək Azərbaycan SSR Maarif Nazirliyi Kollekgiyasının katibi vəzifəsində işləmişdir.
Fərrux Şıxlı
Fərrux Şıxlinski (Fərrux İsmayıl oğlu Şıxlinski; 16 yanvar 1962, Bakı) — rəssam, jurnalist, "Ayna" — "Zerkalo" qəzetlərinin məsul katibi (2001-ci ildən). Xalq yazıçısı İsmayıl Şıxlının oğlu, Elçin Şıxlının qardaşı. == Həyatı == Fərrux Şıxlinski 1962-ci ildə Bakı şəhərində anadan olub. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndindəndir. 1981-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini, 1986-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət incəsənət İnstitutunun Rəssamlıq fakultəsini bitirib.Universiteti bitirdikdən sonra hərbi xidmət etmişdir (1986–1988) Elmi-Tədqiqat Texniki Estetika İnstitutunda (ÜETTEİ) dizayner, "Ədəbiyyat və İncəsənət" qəzetində (1989–1991), və "Ayna" — "Zerkalo" qəzetlərində rəssamlıq etmişdir. "Həftə sonu plyus" — "Week-end plyus" qəzetində baş redaktor işləmişdir "Ayna" — "Zerkalo" qəzetlərinin məsul katibidir. == Ailəsi == Xalq yazıçısı İsmayıl Şıxlının oğlu, jurnalist Elçin Şıxlının qardaşı, yazıçı Reyhan Yusifqızının həyat yoldaşıdır. Evlidir. İki övladı var.
Hüseynabad Şamlı
Hüseynabad Şamlı-İranın Həmədan ostanının Məlayer şəhristanının Cokar bəxşində kənd.
II Şıxlı
İkinci Şıxlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Düzənlikdədir. 1950-ci ildə r-nun ərazisindəki Sarıvəlli və Dəllər (Hüseynoğlu) kəndlərinin genişlənərək birləşməsi nəticəsində yaranmış bu yaşayış məntəqəsi yaxınlığındakı eyniadlı kəndin adı ilə Şıxlı adlandırılmış, sonralar bu kəndlər birinci və ikinci komponentləri ilə fərqləndirilmişdir. Oykonimin ikinci komponenti etnotoponimdir. == Tarixi == İkinci Şıxlı kəndi düzənlikdə yerləşir. 1950-ci ilə qədər mövcud olmuş Sarıvəllı və Dəllər kəndlərinin genişlənərək birləşməsi nəticəsində yaranmış və İkinci Şıxlı adlandırılmışdır. Kənd Gürcüstanla sərhəddə, Qazax rayonu mərkəzindən 34 kilometr aralıqda yerləşir. Gəncə arxeoloji ekspedisiyası tərəfindən aparılan qazıntılar zamanı Kürlə Anaxatır (Xrami) çayının birləşdiyi yerdə qədim şəhərin xarabalıqları aşkar edilmişdir. Arxeoloqların rəyinə görə, xarabalıqlar bu vaxtadək Tovuz rayonu ərazisində lokalizə edilən Xunan şəhərinə aiddir (1↑ В Азербайджане обнаружен старинный город (рус.), Day.Az (18 мая 2011). Bundan əlavə kənd özü də çox qədimdir.
I Şıxlı
Birinci Şıxlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd Şıxlı kəndinin tarixi qədim olsa da XIX əsrin əvvəllərində Birinci Şıxlı kimi adlandırılmışdır == Toponimikası == Birinci Şıxlı oyk, mür. Qazax r-nunun eyniadlı i.ə.v.-də kənd. Kür çayının sağ sahilində, Gəncə-Qazax düzənliyindədir. Kəndin adındakı birinci komponent onu ərazidəki İkinci Şıxlı kəndindən fərqləndirmək üçün artırılmışdır. İkinci komponent isə qazaxların şıxlı qolunun adını əks etdirir. Mənbələrdə 1537-ci ildə Şəmkirdən köçüb Qazax mahalına gələn Ağdolaqlı Məhəmməd ağanın oğlu şıxı və onun övladları haqqında məlumat verilir. == Əhalisi == 2009-cu ilin əhalinin siyahıyaalınmasına əsasən kəndə 3414 nəfər əhali yaşayır. Əhalinin 1628 nəfəri kişilərdən, 1786 nəfəri qadınlardan ibarətdir. == Tanınmış sakinləri == Molla Vəli Vidadi – (1707–1809) görkəmli Azərbaycan şairi.
Kiçik Şamlı
Kiçik Şamlı (fars. شاملوي كوچك‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanının Abışəhməd bəxşinin Qışlaq dehestanında kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 187 nəfər yaşayır (35 ailə).
Sepidə Şamlı
Sepidə Şamlı- İranlı yazıçı, romançı.O, fars dilində bir neçə roman yazmışdır.2000-ci ildə onun "Eləbil bizə demişdin Leyli" adlı romanı Gülşiri mükafatına layiq görülmüşdür.
Məhəmmədcəfər Şamlı
Məhəmmədcəfər Şamlı-(?-?). XVIII yüzil tarixçisi == Həyatı == == Yaradıcılığı == Məhəmmədcəfər Şamlı öncə Nadir şah Avşarın sarayında, onun ölümündən sonra Əfqanıstanın Dürrani sülaləsindən Əhməd şah Abdalinin srayında yazıb-yaratmışdı.Onun "Mənazil-əl-futuh", "Tərifi-Mənazil-əl-futuh" adlı tarixi əsərləri var. Bu əsərlər İran, hindistan şahlarından bəhs edir. Məşhur Paniapat döyüşü bu əsərlərdə işıqlandırılır.
Qubadlı Şıxlı
Qubadlı Şıxlı — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Göyçay r-nunun Qızılağac i.ə.v.-də kənd. Şirvan düzündədir. Yerli məlumata görə, yaşayış məntəqəsinin əsasını təqribən XIX əsrdə Mallı ŞIxlı kəndindən çıxmış Qubad adlı şəxs qoyduğu üçün belə adlanmışdır. Oykonimin tərkibindəki ikinci component vaxtilə qazax tayfa birliyinə daxil olan şıxlı etnonimini özündə əks etdirir. Əslində, oykonim Şıxlı adlanan üç kənddən (Qubadlı Şıxlı, Mallı ŞIxlı və Ulaşlı Şıxlı) birinin adıdır. Mallı Şıxlı kəndinin daxil olduğu Yeniarx i.ə.v.-dəki kəndlərindən birinin Hacı ağabəyli (əsli Hacıağalarbəyl) adlanması onu göstərir ki, bu kəndlərdə vaxtilə Qubadlıdan buraya köçmüş ailələr məskunlaşmışdır. Odur ki, oykonim “qubadlılar yaşayan Şıxlı kəndi” kimi izah olunmalıdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 690 nəfər əhali yaşayır.
Səid Şamlı
Professor Səid Şamlı-İranın Klinik psixologiyasının təsisçisi.1929-cu ildə Məlayer şəhərində anadan olmuşdur.ABŞda təhsil alıbdır.2004-cü ildə Tehranda vəfat edib.
Tuncay Şanlı
Tuncay Şanlı (16 yanvar, 1982 Sakarya ili) – boyu 1.82 sm, çəkisi 70 kq – hücuma meyilli yarımmüdafiəçi. 2002-2003 mövsümündə Sakaryaspordan transfer edilib. Türkiyə çempionatında Fənərbaxçadakı ilk rəsmi oyununu 11 sentyabr 2002-ci ildə Qaziantəpspor-a qarşı keçirib. 19 noyabr 2002-ci ildə İtaliya ilə rəqib meydanında Ümid Milli Komandasının keçirdiyi oyunda italyanların qapısına vurulan 3 qoldan 2-sinin müəllifidir (İtaliya 0 – Türkiyə 3). Ondan 1 gün sonra yenə İtaliya ilə rəqib meydanında oynanılan oyunda baş məşqçi Şenol Şünəşin istəyiylə Türkiyə yığmasının əsas heyətində oyunun sonuna 3 dəqiqə qalmış meydana çıxıb və təhlükəli vəziyyət formalaşdırıb. Bu onun Türkiyə yığması heyətində ilk oyunu olub.
Ulaşlı Şıxlı
Ulaşlı Şıxlı — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Göyçay r-nunun Potu i.ə.v.-də kənd. Şirvan düzündədir. R-nun ərazisində Şıxlı adlanan üç kəndi bir-birindən fərqləndirmək üçün Qubadlı Şıxlı, Malı (Mollu) Şıxlı, Ulaşlı Şıxlı adlandırmışlar. Bu kəndlərdə vaxtilə Qarabağdan köçüb gəlmiş ailələr məskunlaşdığından oykonimin əvvəlinə müvafiq olaraq həmin kəndlərin adları (Molu, Qubadlı, Ulaşlı) artırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1210 nəfər əhali yaşayır.
Zakir Şıxlı
Zakir Şıxlı — Alim, tarix elmləri doktoru, Professor, APİ (1971-1974) və Azərbaycan Dövlət Universitetinin “Sov.İKP tarixi” kafedrasının müdiri (1974-1986). == Həyatı == Zakir Şıxlı 1931-ci ildə Ağdamda anadan olub. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndindəndir. 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomi ilə bitirib. 1956-cı ildə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun aspiranturasını bitirmişdir. 1958-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1958-ci ildə namizədlik dissertasiyası, 1967-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 70-ə yaxın əsərin, 4 monoqrafiyanın müəllifidir. EA Tarix İnstitutunda baş elmi işçi kimi çalışıb (1960-1970) 1986-cı ildə Bakı şəhərində vəfat etmişdir.
Şallı (Heris)
Şallı (fars. شالي‎) - Şərqi Azərbaycan ostanının Heris şəhristanının kəndlərindəndir. Kənd 11 avqust 2012-ci il tarixində zəlzələ nəticəsində tamam dağılıb. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 49 nəfər yaşayır (14 ailə).
Şanlı inqilab
Şanlı inqilab (ing. Glorious Revolution) — 1688-ci ildə İngiltərədə II Yakov Stüartın devrilməsi ilə nəticələnən çevrilişə tarixşünaslıqda verilən ad. == Tarixi == 1688-ci il, noyabrın 5-ndə Vilhelm 15 minlik qoşunla İngiltərənin sahillərinə çıxdı. II Yakov tərəfindən toplanmış dəstələr başda komandirləri olmaqla, düşmənin tərəfinə keçməyə başladılar. Hamı tərəfindən tərk edilmiş II Yakov Fransaya qaçdı. 1688-ci il, dekabrın 18-ndə Oranlı Vilhelm Londona daxil oldu, 1689-cu ilin əvvəlindəsə İngiltərənin kralı elan olundu. Beləliklə, "Şanlı inqilab" adını almış dövlət çevrilişi qan tökülmədən baş tutdu. Yeni dövlət quruluşunun əsas sənədi "Hüquqlar haqqında Bill" oldu. İngiltərə parlamentli monarxiyaya çevrilirdi. Kral veto hüququndan məhrum edildi.
Şıxlı (Ağdaş)
Şıxlı — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == XVI əsrin sonundan başlayaraq kəndlilərin bir qismi yaşadığı kəndlərdən daha münasib yer axtarmağa gedirdilər. Həmin kəndlilərdən bir qrupu Ağdaşın qərbində olan bu torpaqlara gəlib çıxdılar. Burada bol su, geniş torpaq sahəsi, mal-qara otarmaq və saxlamaq üçün örüş, nohur onların diqqətini cəlb etmişdir. XVII əsrin əvvəllərində Göyçayın Mallı Şıxlı kəndindən gələn ailələrin başçıları bu yerləri müəyyənləşdirdikdən sonra köçüb bu əraziyə - boş sahəyə gəlib məskunlaşmağa başlamışlar. Mallı Şıxlı kəndindən 3-4 ailə, əsasən qohum olanlar köçüb gəlib. Yeni gəlmiş ailələr bir-birindən 300-400 metr aralı yaşamağa başlayıblar. XVIII əsrin birinci yarısından başlayaraq bu əraziyə köçüb gələnlərin sayı çoxalır. Kəndə əvəllər gəlmiş babalarının Mallı-Şıxlı kəndində olan qohumlarından bir neçəsi köçüb gəliblər. Kənddə ailələrin sayı çoxalmağa başlamışdır.
Şıxlı (Füzuli)
Şıxılı — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şıxılı kəndi Hacılı obasına aid olan yaşayış məskənlərdəndir. 1823-cü ildə Cavanşir qəzasının Yağləvənd, Gecəgözlü, Seyidəhmədli ərazilərinə bağlı olan ailələr tərəfindən salınıb. 1842-ci ildə kənd 15 evdən ibarət idi. 1848-ci ildə kəndə artıq 19 ailə yaşayırdı. 1863-cü ildə evlərin sayı 21 idi.1886-cı ildə kənddə 27 ev qeydə alınmışdı. 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Şıxlı oyk., sadə. Ağdaş r-nunun eyniadlı i.ə.v.-də kənd. Şirvan düzündədir; Füzuli r-nunnun Aybasanlı i.ə.v.-də kənd.
Sallı
Sallı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km şimal-qərbdə, «Səlim gədiyindən gələn çayın Dərələyəzdən Göyçəyə gedən magistral yolun üstündə» yerləşir. 1828-ci ildə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə Salçı kimi, Qafqazın 5 verstlik xəritəsində Sallı formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin ilk adı Sal formasında göstərilir. == Toponimi == Toponim sal qədim türk etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzəlib «sal tayfasının yaşadığı yer» mənasını bildirir. Etnotoponimdir. Qurulşca düzəltmə toponimdir.1728-ci ildən mə’lumdur. Mənbədə qeyd olunur ki, kəndin əhalisi şiə (qızılbaş) olduğuna görə köçüb getmişdir. Sonra ora başqa elə məxsus azərbaycanlı ailələr və XIX əsrin əvvəllərində xaricdən gəlmə ermənilər məskunlaşmışlar. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur.
Saçlı
Saçlı (Abaran)
Şali
Şali (çeç. Шела) - Rusiyanın subyekti olan Çeçenistan respublikasında yerləşən Şalinski rayonunun şəhər mərkəzi. == Coğrafiyası == Şəhər Şalinski rayonunun mərkəzi hissəsində, Çeçen düzənliyinin ətəklərindən keçən meşə silsiləsini kəsən Bass çayının hər iki sahilində yerləşir. Arqun dəmiryol stansiyasından 18 km cənubda və Qroznı şəhərindən 36 km cənub-şərqdə, regional avtomobil magistralı qovşağının keçdiyi yerdədir. Şəhərin sahəsi 2009-cu ilin məlumatlarına görə 27,02 km²-dir. Mülayim kontinental iqlim üstünlük təşkil edir. Orta illik yağıntının miqdarı təxminən 450 mm-dir. == Tarixi == XIX əsrin ortalarında Şali Böyük Çeçenistanın ən böyük kəndlərindən biri idi. Strateji mövqeyinə görə, aul Qafqaz müharibəsi illərində çar qoşunlarına hücum etmək üçün yola çıxan İmam Şamil qoşunlarını toplanma nöqtəsi kimi xidmət edirdi. 1944-cü ildə Çeçenlər və İnquşların məcburi köçürülməsindən və Çeçen-İnguş Muxtar Sovet Sosialist Respublikasının ləğv edilməsindən sonra kənd Mejdureçe adlandırıldı.
Anar İsaxlı
Anar Rəsul oğlu İsaxlı (30 may 1997, Cəmilli, Tərtər rayonu – 20 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Anar İsaxlı 1997-ci il mayın 30-da Tərtər rayonunun Cəmilli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Anar İsaxlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb və yaralanıb. Buna görə də qısa müddətli məzuniyyətə göndərilib. Anar İsaxlı oktyabrın 20-də Ermənistan Silahlı Qüvvələrinin Tərtər rayonunun atəşə tutması nəticəsində şəhid olub. Tərtər rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar İsaxlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Kardium saxsı
Kardium dulusçuluq və ya Kardiyan qablar adını qabığının üzəri basma şəkildə olan Cardium edulis (indi Cerastoderma edule) adı ilə tanınan yeməli dəniz molyuskundan alan Neolitik dekorasiya üsludur. Bu dulusçuluq məmulatları "Kardial mədəniyyəti" olaraq adlandırılır onları istehsal edən və yayan Neolit mədəniyyətini təyin etmək üçün istifadə olunur. Arxeoloqlar tərəfindən bu basma naxışlı keramika da adlandırılır. Bu cür nümunələr keramika üzərinə küt, daraqvari alətlə tətbiq edilir. Bu üsulla naxışlanan keramika Kardium tipli bəzəmə naxışlı keramikadan daha çox yayğındır.
Sarli dili
Sarli dili — şimal-qərbi yarımqrupa daxil olan İran dillərindən biri, İraqda danışılır.
Sayli Valdespino
Saçlı (Abaran)
Saçlı, Noraşen — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 26 km məsafədə, Abaran çayının sol qolu üstündə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Sacılı olmuşdur. Z. Qorqodyanın əsərində kəndin qədim adının Sacılı olduğuna əsaslanıb qeyd edə bilərik ki, toponim Sacilər türk adı əsasında formalaşmışdır. Tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 15.
Saçlı (Meşkinşəhr)
Saçlı (fars. ساچلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 83 nəfər yaşayır (18 ailə).
Saçlı (roman)
"Şaçlı" — xalq yazıçı Süleyman Rəhimovun ikinci romanı. == Tarixi == Azərbaycan yazıçısı S. Rəhimovun ikinci romanı olan "Saçlı" əsərinin birinci kitabı 1944-cü ildə çap olunmuşdur. Romanın ikinci kitabı isə 1949-cu ildə çapdan çıxmışdı. Romanlarının birinci nəşrini işləmək ənənəsi bu romanda da özünü büruzə verir. "Saçlı"nın birinci kitabı daha iri işlənmiş həcmdə 1948-ci ildə, ikinci cildi isə 1949-cu ildə çap olunmuşdur. Bu romanda yazıçı böyük bir dövrü — 30-cu illərdən başlamış müharibənin qurtardığı ilk illərə qədərki bir dövrü əhatə etməyə çalışmışdır. Yazıçı bəhs olunan dövrdə məktəblərdə müəllim, məktəb direktoru, rayon maarif şöbəsinin müdiri, hətta Şuşa müəllimlər kursunun direktoru da olmuşdu. Bu fəaliyyətləri dövründə yığdığı materialları "Saçlı" əsərində qələmə almışdı. == Qısa məzmunu == Əsərdəki hadisələr çoxşaxəli olsa da, bu hadisələrin axınında çoxlu insanlar göstərilsə də, onun əsas, mərkəzi surəti — işlədiyi kənddə hamının Saçlı adlandırdığı Ruxsarə adlı həkim qızdır. Bakıda tibbi təhsil alan Ruxsarə 1931-ci ildə uzaq bir kəndə göndərilir.
Mallı Şıxlı bələdiyyəsi
Göyçay bələdiyyələri — Göyçay rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.