Birinci Şıxlı oyk, mür. Qazax r-nunun eyniadlı i.ə.v.-də kənd. Kür çayının sağ sahilində, Gəncə-Qazax düzənliyindədir. Kəndin adındakı birinci komponent onu ərazidəki İkinci Şıxlı kəndindən fərqləndirmək üçün artırılmışdır. İkinci komponent isə qazaxların şıxlı qolunun adını əks etdirir. Mənbələrdə 1537-ci ildə Şəmkirdən köçüb Qazax mahalına gələn Ağdolaqlı Məhəmməd ağanın oğlu şıxı və onun övladları haqqında məlumat verilir.[2]
Tahir İsayev "Serafino" – (1922–2001) İtaliyanın Milli Qəhrəmanı. İtaliyanın ən yüksək qəhrəmanlıq rəmzləri olan "Qaribaldi ulduzu", "Antonio Qramşi", "Banderi Kalori" ordenləri, ümumən 36 orden və medal, o cümlədən İtaliyanın 12 dövlət mükafatı ilə təltif olunmuşdur. Milan şəhərinin fəxri vətəndaşıdır (1945-ci ildən).
Yəhya bəy Qazaği (… — 1941) — şair. Molla Vəli Vidadinin oğul, Molla Pənah Vaqifin qız nəvəsidir. Birinci Şıxlı kəndindəndir, Qazax şəhərində anadan olub.
Nazim Əfəndiyev (həkim) (1926–1998)- professor, Respublikanın əməkdar həkimi, Respublikada gözün mikrocərrahiyyəsi üsullarını ilk tətbiq edən yüksəkixtisaslı oftalmocərrah. Uzun müddət akademik Zərifə Əliyeva adına göz xəstəlikləri İnstitutunun direktoru işləmişdir. Uzun illik qüsursuz əməyi bir sıra dövlət mükafatları ilə qiymətləndirilib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş oftalmoloqu, oftalmologiya üzrə respublika Attestasiya Komissiyasının sədri, Rusiya Federasiyasının Tibb Elmləri Akademiyasında oftalmologiya üzrə Elmi şurasının üzvü olub. Mirqasım Əfəndiyevin oğlu, Mir-Həmzə Əfəndiyevin atası, Fikrət Əmirovun qudası, Nəzrin Əfəndiyevanın babasıdır. Birinci Şıxlı kəndindəndir, Qazax şəhərində anadan olub.
Osman Əfəndi Vəlizadə (Müftü Osman Əfəndi) (1850) — Qafqaz müsəlmanlarının II Müftisi.
Fuad Babanlı (1945) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-dramaturq. Sərbəst güləş üzrə SSRİ idman ustası. Birinci Şıxlı kəndindəndir, Qazax şəhərində anadan olub.
Məhəmməd Babanlı (1952) — azərbaycanlı kimyaçı, AMEA-nın müxbir üzvü (2014). AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda elmi işlər üzrə direktor müavini, eyni zamanda "Qeyri-üzvi funksional materiallar" şöbəsinin müdiridir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Kimya üzrə Ekspert Şurasının sabiq sədri. Rusiya Təbiətşünaslıq Akademiyasının müxbir üzvü, Lütfi Zadə adına Elmlər Akademiyasının həqiqi üzvüdür. Rusiya EA Rəyasət Heyətinin diplomuna və Nauka/İnterperiodika beynəlxalq akademik nəşriyyatının mükafatına layiq görülmüşdür. Bir neçə dəfə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və BDU rektorunun Fəxri fərmanları və "Tərəqqi" medalı ilə təltif edilmişdir. Birinci Şıxlı kəndindəndir, Saatlı rayonunun Əliabad kəndində anadan olub.
Alxan Bayramoğlu (1954) — Azərbaycanlı filoloq alim, filologiya elmləri doktoru, professor. "Şamaxı ədəbi mühiti (XİX əsrin ortalarından mart 1918-ci ilə qədər)" mövzusunda yazıb, 1998-ci ildə müdafiə etdiyi doktorluq dissertasiyası Azərbaycan ədəbiyyatının regional tədqiqi istiqamətində atılan ilk addımdır. Azərbaycan Demokratik Respublikası dövründə ədəbi fikrin əsas istiqamətlərinə dair yazıb çap etdirdiyi monoqrafiyalar Cümhuriyyət dövrü ədəbiyyatımıza həsr edilmiş ilk monoqrafik tədqiqat nümunələridir.
Osman Əfəndiyev — Fəlsəfə elmləri doktoru, professor.dekabr 1941, Birinci Şıxlı, Qazax rayonu) — Azərbaycan Dövlət İqtisad Universitetinin Fəlsəfə kafedrasının professoru. Fəlsəfi-estetik proseslərin mahiyyətindən doğan səkkiz təzahür formasını ortaya çıxarmış və ilk dəfə olaraq on üç fəlsəfi anlayışa orijinal elmi tərif vermişdir. Bir çox sahələrdə özünə geniş yer almış "duyğu" və "hiss" anlayışlarının elmi səviyyələrini və məna xüsusiyyətlərini qarışdıran elmi-nəzəri duruma fərqli yanaşaraq, ilk dəfə olaraq bu anlayışların sərhəd müəyyənliyini təyin etmişdir.
İsa Abdullayev (d. 1945 — ö. 2008) — Azərbaycan alimi, texniki elmlər doktoru (1992), professor (1993), ADNA İstehsalat proseslərinin avtomatlaşdırılması fakülətsinin dekanı.
Vüsət Əfəndiyev (1953–2019) — Coğrafiya elmləri doktoru, professor, əməkdar elm xadimi, BDU-nun qiyabi və axşam təhsili üzrə prorektoru (1999–2004), BDU-nun tədris işləri üzrə prorektoru (2004–2011), BDU-nun Əlavə Təhsil Mərkəzinin direktoru (2015-ci ildə təyin olunub), BDU-nun Qazax filialının direktoru (2016-cı ildən). Azərbaycan Respublikası Təhsil nazirinin Fəxri fərmanı (1994 və 2000), Akad. H. Ə. Əliyev adına müsabiqənin laureatı (1998), Təhsil Nazirliyinin "Qabaqcıl Təhsil işçisi" fəxri adı (2005), Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar elm xadimi" fəxri adı (2009). Birinci Şıxlı kəndindəndir, Tovuz rayonunun Keşişkənd kəndində anadan olub.
Elmar Babanlı (1982) — "Neftçi İdman Klubu" İctimai Birliyinin idman və sağlamlıq məsələləri üzrə baş meneceri, cüdo üzrə beynəlxalq dərəcəli hakim, Azərbaycan Cüdo Federasiyasının baş katibi. Birinci Şıxlı kəndindəndir, Bakı şəhərində anadan olub.