Afaq Şıxlı (25 iyun 1969, Bakı, SSRİ) — həkim, şairə, publisist, tərcüməçi[6] Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının, Avrasiya Yazarlar birliyinin, Rusiya Yazarlar Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiya Poeziya Akademiyasının müxbir üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 2015-ci ilin yanvar ayından AYB Moskva bölməsinin məsul katibi vəzifəsinə təyin olunmuşdur.
Afaq Şıxlı | |
---|---|
Afaq Arif qızı Şixlinskaya | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | şair, yazıçı |
Mükafatları |
Türk Şeir Akademiyasının fəxri diplomu[1] "Məhsəti Gəncəvi" adına fəxri diplom "Kitab evi" İctimai Birliyinin "Vətən naminə" diplomu Eskişehir Şairler dernegi-nin "Onur belgisi" "Mikayıl Müşfiq" adına diplom M.Voloşin adına 10-cu Beynəlxalq Şeir simpoziumunun təşəkkür bəlgəsi[2] "TÜRK dünyasına xidmət" ödülü[3] Dədə Qorqud fondunun "Mehriban Ana" ordeni[4] Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı[5] |
Afaq Şıxlı 25 iyun 1969-cu ildə Azərbaycan SSR-in Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur[7]. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndinin Şıxlinskilər soyundandır.
1984-cü ildə - 15 yaşında ikən 12 saylı orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Tibb Universitetinin 2-ci müalicə-profilaktika fakültəsinə daxil olmuşdur.
1990-cı ildə 2-ci müalicə-profilaktika fakültəsini əla qiymətlərlə bitirərək, 2000-ci ilədək 15 saylı TSH-nin 5-ci şöbəsində həkim-terapevt işləmişdir.
Hazırda Rusiya Federasiyasının Moskva şəhərində yaşayır.
2011-ci ildən Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının, 2012-ci ildən Avrasiya Yazarlar birliyinin[8], Rusiya Yazarlar Birliyinin[9] və Rusiya Poeziya Akademiyasının[10], 2013-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin[11] üzvüdür.
2014-cü ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilmiş və 2015-ci ilin yanvar ayından AYB Moskva bölməsinin məsul katibi vəzifəsinə[12] təyin olunmuşdur.
Ədəbiyyatdan əlavə təbabət, musiqi və rəssamlıqla məşğul olur.
Ailəlidir. İki övlad anasıdır.
Görkəmli alim Arif Şıxlinskinin qızı, böyük yazıçı İsmayıl Şıxlınin qohumudur.
Orta məktəbdə oxuyarkən məktəb Gənc şairlər dərnəyinin rəhbəri olmuşdur.
Şeirləri divar qəzetlərində və bir neçə dəfə "Göyərçin" jurnalında dərc olunmuşdur.
Son on ildə şeirləri və hekayələri respublika mətbuatında (çox sayda qəzet və jurnallarda), eləcə də, bir çox internet saytlarda dərc edilib. 1000-dən artıq şeir, hekayə və publisistik yazıların müəllifidir.
6 şeir və hekayə toplusunun müəllifidir.
Türk[13] və Rus dillərindən bədii tərcümələri qəzet və jurnallarda dərc olunub.
Öz şeirləri rus, türk və fransız dillərinə tərcümə olunaraq, bu ölkələrin qəzet, jurnal və saytlarında dərc olunub.[14]