Qubadlı Şıxlı

Qubadlı ŞıxlıAzərbaycan Respublikasının Göyçay rayonunun Cəyirli kənd inzibati ərazi dairəsində kənd.[1]

Qubadlı Şıxlı
40°36′ şm. e. 47°46′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Qubadlı Şıxlı xəritədə
Qubadlı Şıxlı
Qubadlı Şıxlı

Şirvan düzündədir. Yerli məlumata görə, yaşayış məntəqəsinin əsasını təqribən XIX əsrdə Mallı ŞIxlı kəndindən çıxmış Qubad adlı şəxs qoyduğu üçün belə adlanmışdır. Oykonimin tərkibindəki ikinci component vaxtilə qazax tayfa birliyinə daxil olan şıxlı etnonimini özündə əks etdirir. Əslində, oykonim Şıxlı adlanan üç kənddən (Qubadlı Şıxlı, Mallı ŞIxlı və Ulaşlı Şıxlı) birinin adıdır. Mallı Şıxlı kəndinin daxil olduğu Yeniarx i.ə.v.-dəki kəndlərindən birinin Hacı ağabəyli (əsli Hacıağalarbəyl) adlanması onu göstərir ki, bu kəndlərdə vaxtilə Qubadlıdan buraya köçmüş ailələr məskunlaşmışdır. Odur ki, oykonim “qubadlılar yaşayan Şıxlı kəndi” kimi izah olunmalıdır.[2]

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 690 nəfər əhali yaşayır.[3]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629