Sirxan Sirxan

Sərxan Bişara Sərxan[4] (ing. Sirhan Bishara Sirhan, ərəb. سرحان بشارة سرحان‎; 19 mart 1944[1][2], Qüds[3]) — 5 iyun 1968-ci ildə Kaliforniya ştatının Los-Anceles şəhərindəki "Ambassador" mehmanxanasında 35-ci ABŞ prezidenti Con Kennedinin kiçik qardaşı, prezidentliyə namizəd, senator Robert Kennedini qətlə yetirmiş Fələstin əsilli ABŞ vətəndaşı. Dini etiqadına görə xristiandır.

Sərxan Sərxan
Doğum tarixi 19 mart 1944(1944-03-19)[1][2] (80 yaş)
Doğum yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Törətdiyi cinayətə görə 1969-cu ildə ölüm cəzasına məhkum edilmiş, lakin 1972-ci ildə Kaliforniya Ali Məhkəməsinin qərarı ilə cəzası ömürlük həbs cəzası ilə əvəz edilmişdir. Hazırda Kaliforniyanın Korkona həbsxanasında saxlanılır.