Sirxan Məmmədov

Sirxan Məmmədov (d. 13 yanvar 1977, Tbilisi, Gürcüstan SSR, SSRİ) – Azərbaycan alpinisti. Qar bəbiri adı namizədidir.[1]

Sirxan Məmmədov
Doğum tarixi (47 yaş)
Doğum yeri Tbilisi, Gürcüstan SSR, SSRİ
Vətəndaşlığı  Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti alpinizm
Fəaliyyət illəri 2001 - hazırda

13 yanvar 1977-ci il Gürcüstanın Tbilisi şəhərində anadan olmuşdur. Dağçılıq fəaliyyətinə 2001-ci il 8-9 may tarixlərində Şahdağ zirvəsi (4243 m) ilə başlayıb. Həmin ilin 10 mayında Heydər zirvəsinə (3751 m) çıxmışdır. Keçmiş SSRİ-nin yeddi min metrdən yüksək beş zirvəsindən dördünə - 2012-ci ildə İsmayıl Somoni (Kommunizm) (7495 m), 2012-ci ilin iyul-avqust aylarında Korjenev (7135 m), 2010 və 2013-cü il iyul-avqust aylarında Xan-Tenqri (7010 m) və 2011-ci ildə İbn Sina (Lenin) zirvələrinə (7130 m) qalxmış (Qələbə zirvəsindən başqa) və Qar bəbiri adına namizəddir.

2011-ci ildə Şimali Qafqazda Rus Ali Dağçılıq məktəbində "Bezingi" təlimatçılıq kurslarında iştirak etmiş, 3-cü dərəcəli metodist-təlimatçı adına layiq görülmüşdür. Növbəti ildə Şimali Qafqazda "Çey" düşərgəsində "Dağlarda xilasetmə" təlimlərində iştirak etmiş, 282 №-li "Dağlarda xilasedici" döş nişanı ilə təltif olunub.

2012-ci ildə Kommunizm zirvəsində (Tacikistan) Sirxan Məmmədovun rəhbərliyi ilə xilasetmə qrupu 6300 m yüksəklikdə polşalı alpinistlərin dağdan təxliyyəsində iştirak etmişdir. Buna görə Azərbaycan alpinist komandası mövsümün ən yaxşı komandası adını almışdır. O, 2011–ci ildə Fairex Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Ecosport idman klubunda, 2012-2016-ci illərdə Respublika Alpinist Turist Klubunda (RATK) və Azərbaycan Alpinizm Federasiyasında təlimatçı olmuşdur.

Fəth etdiyi zirvələr

[redaktə | mənbəni redaktə et]
  • Şahdağ (4243 m, 2001 may)
  • Heydər (3751 m, 2001 may)
  • Dəmavənd (5610 m, 2008 oktyabr)
  • Elbrus (5642 m, 2010 iyul, 2015 may)
  • Xan-Tenqri (7010 m, 2010, 2012 iyul-avqust)
  • İbn Sina (7130 m, 2011)
  • Kazbek (5047 m, 2011 oktyabr, 2014 avqust)
  • Çingiz (4062 m, 2011 dekabr)
  • Varabyov (5850 m, 2012 iyul)
  • İsmayıl Somoni (7495 m, 2012)
  • Korjenev (7135 m, 2012 iyul-avqust)
  • Savalan (4800 m, 2015 noyabr-oktyabr)
  1. "Alpinistlərimiz "Qar bəbiri"nə yaxınlaşır - FOTO". Modern.az (az.). 19 avqust 2013. İstifadə tarixi: 11 iyun 2018.