Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Adur
Adur – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd Qaraçayın sahilində, Yan silsiləsinin yamacında yerləşir. Türk dillərində adir/adır/adur "tepelik", "dağlıq yer", "düzən olmayan yer", "suvarıla bilməyən yüksəklik", "bir neçə təpədən ibarət meşəsiz yer", "dağ ətəyi" mənalarında işlənir. Dağlıq yerdə, alçaq təpəli ərazidə yerləşən kəndin coğrafi relyefi adın verilməsində əsas olmuşdur. Fərqanə vadisini əhatə edən təpəli dağətəyi sahələr adır adlanır. Altay toponimiyasında Adur, Türkiyə toponimiyasında Ədirnə oykonimləri bu sözlə əlaqədardır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 573 nəfər əhali yaşayır.
Ajur
Ajur (fr. à jour) — mühasibatda təsərrüfat əməliyyatları başa çatdırılan gün bütün hesab qeydlərinin aparılmasını göstərən mühasibat uçotunun vəziyyəti. Bu, daha geniş mənada uçot hesabalama işlərinin qrafiklə müəyuən edilmiş müddətdə yerinə yetirilməsidir. Ajur ilə istənilən vaxt aralığı üçün müəssisə haqqında dəqiq təsəvvür əldə etmək mümkündür. == İstinadlar == == Əlavə ədəbiyyat == Ажур // Українська радянська енциклопедія : у 12 т. / гол. ред. М. П. Бажан ; редкол.: О. К. Антонов та ін. — 2-ге вид. — К. : Головна редакція УРЕ, 1974–1985.
Akar
Makartur evkalipti (lat. Eucalyptus macarthurii) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Növün nümayəndələri Uels ştatının Cənub-şərq hissəsində, Şimali-Şərqi Avstraliyada dəniz səviyyəsindən 600-700 m hündürlükdə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 45 m-ə çatan, şaxələnmiş, sıx çətirli ağacdır. Qabığı kobud, bəzən pulcuqvari, sınan, yaşlılarda çox qalın və dərin şırımlı, qopub töküləndir. Cavan yarpaqları qarşı-qarşıya düzülüşlü, oturaq, neştərvari, açıq yaşıl rəngli, uzunluğu 2,5-8,5 sm, eni 1-4,5 sm, açıq yaşıl, bəzən göyümtüldür. Çoxillik yarpaqları növbəli, parlaq, saplaqlı, ensiz-neştərvari və ya oraqvari olub, uzunluğu 9-30 sm, eni 1-2,5 sm-ə çatır, qısa, ucu bizdir. Çiçək çətirləri 4-8 çiçəkli olmaqla qoltuqda yerləşir, çiçək saplaqları 5-12 mm uzunluqda, yumru və ya bir az künclü, qönçələri oturaq, silindrik və ya yumurtavari olub, uzunluğu 10 mm, diametri 5 mm, parlaq, künclü, konusvari qapaqlı, uzunluğuna görə kasacıq borucuğuna bərabərdir. Meyvələri ayaqda, yarımşarşəkilli olub, uzunluğu 5 mm, diametri 6 mm, xırda diskli və 3-4 qısa, qabarıq laylıdır. Abşeronda aprel-iyul aylarında çiçəkləyir.
Aker
Aker (q.misir ȝkr — "yer") — Qədim Misir tanrısı. Misir mifologiyasında yerin tanrısı və ölülərin himayədarı, ən qədim tanrılardan biri. Qədim Misir tarixinin gedişində "Aker"in rolu bir neçə dəfə dəyişikliyə məruz qalıb. Padşahlıqdan əvvəlki Misirdə o, bir nomun yer tanrısı idi. Erkən padşahlıq dövründə isə o, Geb tanrısının mücəssəməsi (tanrı Banın ruhu) hesab olunurdu. Daha sonra o, yeraltı dünyasının tanrılarından biri və Apofislə gündəlik döyüşündə Ranın köməkçilərindən biri oldu. Bu tanrı həm də "yerin ruhları" – ilanların himayədarı kimi Akeru (Akerin cəmi) adlanır. Bəzən iki başlı aslan şəklində təsvir olunur (daha az — sfenks). Dünənlə sabahın, qərblə şərqin birləşməsini simvolizə edirdi. O, böyük tanrılar dairəsinə aid deyildi, onun ibadət yeri yox idi.
Akura
Acura (azərb. Akura‎) — avtomobil istehsal edən Hondanın ayrı bir bölməsi. Acura, Avropanın istehsalçıları ilə ABŞ bazarında bərabər səviyyədə yarışan ilk Yapon premium markası oldu. Yeni avtomobillərin əsas üstünlükləri yenilikçi mühəndislik, yüksək keyfiyyətli və texniki avadanlıq və maksimum müştəri məmnuniyyətidir. == Adı və loqosu == Markanın adı dünyanın bir çox dilləri ilə ortaq olan latın dilindəki Aku (Acu) morfeminə əsaslanır. Bu dəqiqlik, etibarlılıq deməkdir. Bu morfemdən formalaşmış yeni söz Acura markasının təməl prinsipidir. Yeni markanın loqosu müasir mühəndislər tərəfindən istifadə olunan hissələrin dəqiq ölçülməsi üçün bir vasitədir - dəyişdirilmiş "A" hərfidir. Loqotipin məqsədi Acura avtomobilinin texniki və dizayn üstünlüyünü vurğulamaqdır. == Tarixi == Acura tarixi 1984-cü ilin fevral ayında - Honda yeni bir bazar seqmentinə daxil olmaq və yeni bir marka yaratmaq niyyətini təsdiqləyərkən başladı.
Amur
Amur çayı — Rusiyada çay
Avur
Avur — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Avur Yardımlı rayonunun Çayüzü inzibati ərazi vahidində kənd. Viləş çayının sahilindədir. Yerli əhalinin məlumatına görə, av (ov sözünun qədim variantı) və ur (qədim türk dillərində "bol", "cox") komponentlərindən ibarət olan bu toponim "ovlaq, ov heyvanları cox olan yer" mənasını ifadə edir. Qədim türk yazılı abidələrinin dilində avırmak/evirmək "bir şeyin ətrafında hərlənmək, dolanmaq" mənasında işlənmışdır. Kəndin adlandırılmasında onun coğrafi movqeyi nəzərə alınmışdır. Kəndin kənarındakı çay onun ətrafına dolanır.
Bakur
Bakur — qədi türk dillərində bək "knyaz" "qəbilə başçısı" və ur (uru) "oğlan uşağı", bütünlükdə "Bəy – oğul" mənasında. Erməni tədqiqatçıları bu Bakur adını yəhudilərdə Bəkor "ilkin", "ilk doğulan" (ərəblərdə Bəkir) adı hesab edir və onun Qafqaz Albaniyasına xristian dini ilə gətirildiyini yazırlar. Bu səhvdir. III əsrdə şimaldan Gürcüstana gəlmiş türkdilli çinlilərin başçısının adı Çin-Bakur (çin sözü türkcə "qüvvətli" deməkdir, məsələn, Çin-Timur və b.) idi. Eranın ilk əsrlərində nəinki şimalda yaşayan türk xalqları, heç Zaqafqaziya xalqları xristian deyildilər. Qədim türkcə bakur həm də "böyük" mənasındadır, bəlkə də Bakur məhz "adsanca böyük" deməkdir.
Ukur
Ukur — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. General mayor Mahmud Əbilovun doğulub boya başa çatdığı kənddir . == Toponimikası == Ukur oyk, sadə. Qusar r-nunun Mucuq i.ə.v.-də kənd. Ukur çayının sahilində, Qusar maili düzənliyindədir. Tam adı Ukurvas olub, ərazisindən axan eyniadlı çayın admı daşıyır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 649 nəfər əhali yaşayır.
Akr
Akr (ing. acre) — sahə ölçüsü. İngilis ölçü sisteminin qəbul etmiş Birləşmiş Krallıq, ABŞ, Kanada, Avstraliya və s. ölkələrdə işlədilir. Əvvəllər akr bir gündə bir cüt öküzlə şumlanan sahə götürülürdü. 1 akr 4,040.86 m2-a bərabərdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Акр // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Kür
Kür (türk. Kura; gürc. მტკვარი, translit. Mtkvari; erm. Կուր, translit. Kur; q.yun. Κῦρος, translit. Kiros; fars. کوروش‎‎, translit. Kuruş) — Qafqazda çay.
Adur çayı
Adur çay (fr. Adour, bask Aturri, oks. Ador) — Fransanın cənub-qərbində çay. == Xüsusiyyətləri == Uzunluğu 335 kilometrdir. Mərkəzi Pireney dağlarından başlanır və Biskay körfəzinə tökülür. == İqtisadiyyat == 128 kilometr məsafədə gəmiçiliyə yararlıdır. Suvarmada istifadə olunur. SES var. Tarb və Bayonna şəhərləri Adur çayının sahilindədir. == İstinadlar == == Xarici keçidlər == Commission Européenne—Natura 2000: Cartographie du Barthes de l'Adour— (fr.) — maps of the Adour and Adour Basin.
Akun adası
Akun (aleut. Akungan, ing. Akun Island) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. İnzibati baxımından Alyasaka ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. Umnak adasından şimalda yerləşir. Əhalisi yoxdur. == Tarix == Bu ad 1830-cu ildə Veniaminov və Fyodor Litke tərəfindən verilmiş, hidroqraf Tebenkov 1852-ci ildə bu adı xəritəyə qeyd etmişdir. 1928-ci il mayın 22-də axşam saatlarında adanın sahillərində "Folklend ulduzu" yelkənli gəmisi qəzaya uğramışdır. Gəmi duman içində sahil daşlarına çırpəımışdır. Ertəsi gün sahil mühafizə gəmisi "Hayda" və "Kedr" mayak xidmət gəmisi qəzada zərərçəkənlərə yardım etmək üçün köməyə gəlir.
Amur (mifologiya)
Amur — Qədim Roma mifologiyasında məhəbbət tanrısı. == İstinadlar == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Amur arizeması
Amur arizeması (lat. Arisaema amurense) — aroidkimilər fəsiləsinin arizema cinsinə aid bitki növü.
Amur cökəsi
Amur cökəsi (lat. Tilia amurensis) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü.
Amur enlibaşı
Amur enlibaşı (lat. Pseudorasbora parva) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin pseudorasbora cinsinə aid heyvan növü. == Xarakterik morfoloji əlamətləri == Bədəni üst tərəfdən sarımtıl-boz, yanlardan açıq boz, üzgəcləri (bel, döş, qarın, anal və quyruq) açıq sarımtıl rəngdədir. Körpə fərdlərdə bədənin arxa hissəsində yan xətti boyunca tünd rəngli qara zolaq olur, yetkin fərdlərdə bu zolaq itir. İri fərdlərin pulcuqlarının arxa hissəsi aypara formalı qara zolaqla örtülmüşdür. Azərbaycan sularında yaşayan Amur enlibaşının uzunluğu 3.1–9.5 sm, kütləsi 0.33–10.7 q arasında dəyişir. == Yaşayış yeri və həyat tərzi == Şirin və şortəhər su hövzələrində yaşayan Amur enlibaşı durğun su tutarlarında daha çoxsaylı olur. Qış aylarında yırtıcı balıqlardan qorunmaq üçün su hövzələrinin dib hissələrində passiv hərəkət edirlər. Ömrün uzunluğu orta hesabla 4–5 il olub, 1–2 yaşında cinsi yetkinliyə çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir.
Amur məxmərağacı
Amur məxmərağacı — Sədokimilər fəsiləsinə aid bitki. == Ümumi yayılması == Çində və Koreyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 25 m-ə, gövdəsinin diametri 70 sm-ə çatan, kənarları aşağıya doğru əyilmiş, sıх çətirli ağacdır. Gövdəsi boz qabıqla örtülmüş və iki qatlıdır: üst qatı məхməri, alt qatı sarıdır. Yarpaqları lələkvaridir, 5-13 хırda yarpaqcıqdan ibarətdir, uzunluğu 25-35 sm-dir. Yarpaqcıqların kənarı tam və ya bir qədər dalğavari dişlidir, ucu sivridir. Üstdən nöqtəşəkilli, açıq-yaşıldır, lətli vəzilərlə örtülüdür. İyun-iyul aylarında çiçəkləyir. Çiçəkləri bircinslidir, sarımtıl-yaşıl rəngdədir, budaqlarının uclarında süpürgəşəkilli çiçək qrupunda toplaşmışdır. Meyvələri diametri 1 sm-ə çatan, şarşəkilli yaхud armud formalı, lətli, parlaq-qaradır, beş toхumludur.
Amur nərəsi
Amur nərəsi (lat. Acipenser schrenckii) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Amur plitəsi
Amur plitəsi — materik qabığı üzərində yerləşən litosfer plitəsi. Plitənin sahəsi 0,13066 steradion təşkil edir. Plitənin üzərində Mancuriya, Koreya yarımadası, Qərbi Yaponiya və Primorsk diyarının əraziləri yerləşir. Adətən Avrasiya plitəsinin təkib hissəsi kimi göstərilir. Şimaldan və qərbdən Avrasiya plitəsi, şimal-şərqdən Oxot plitəsi, cənubdan isə Filippin plitəsi ilə sərhədlənir. Avrasiya plitəsi ilə Amur plitəsi arasında Baykal rifi yerləşir.
Amur pələngi
Amur pələngi (lat. Panthera tigris altaica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü. Nadir yarımnövdür, bəzi yerlərdə tamamilə yox olub. == Görünüşü == Zahiri görünüşü üçün pələngin görünüşünə baxın. Bədənin uzunluğu 190-290 sm-dir. bəzən 317 sm. Quyruğunun uzunluğu 115 sm. qədərdir. Tük örtüyü qışda hündür, gur və sıxdır. Əsas fon rəngi açıq, narıncı çalarlı tünd sarıdır.
Amur qızılquşu
Amur qızılquşu (lat. Falco amurensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Amur qərənfili
Amur qərənfili (lat. Dianthus amurensis) — qərənfilkimilər fəsiləsinin qərənfil cinsinə aid bitki növü.
Amur vilayəti
Amur vilayəti (rus. Амурская область) — Rusiya Federasiyasının subyektlərindən biri. == Coğrafiyası == Amur vilayəti Rusiyanın cənub-şərqində, şimaldan Stanovoy Silsiləsi və cənubda Amur çayı arasında yerləşir və şimalda Saxa respublikası ilə, şərqdən Xabarovsk diyarı və Yəhudi muxtar vilayəti, cənubda Çinin Heilongjiang şəhəri və qərbdə Zabaykal diyarı ilə həmsərhəddir.
Amur xoruzgülü
Amur xoruzgülü (lat. Adonis amurensis) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.