Avur — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Avur | |
---|---|
38°54′ şm. e. 48°08′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Yardımlı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Avur Yardımlı rayonunun Çayüzü inzibati ərazi vahidində kənd. Viləş çayının sahilindədir. Yerli əhalinin məlumatına görə, av (ov sözünun qədim variantı) və ur (qədim türk dillərində "bol", "cox") komponentlərindən ibarət olan bu toponim "ovlaq, ov heyvanları cox olan yer" mənasını ifadə edir. Qədim türk yazılı abidələrinin dilində avırmak/evirmək "bir şeyin ətrafında hərlənmək, dolanmaq" mənasında işlənmışdır. Kəndin adlandırılmasında onun coğrafi movqeyi nəzərə alınmışdır. Kəndin kənarındakı çay onun ətrafına dolanır.[1]
Yardımlı rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |