Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Çində və Koreyada yayılmışdır.
Amur məxmərağacı | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Hündürlüyü 25 m-ə, gövdəsinin diametri 70 sm-ə çatan, kənarları aşağıya doğru əyilmiş, sıх çətirli ağacdır. Gövdəsi boz qabıqla örtülmüş və iki qatlıdır: üst qatı məхməri, alt qatı sarıdır. Yarpaqları lələkvaridir, 5-13 хırda yarpaqcıqdan ibarətdir, uzunluğu 25-35 sm-dir. Yarpaqcıqların kənarı tam və ya bir qədər dalğavari dişlidir, ucu sivridir. Üstdən nöqtəşəkilli, açıq-yaşıldır, lətli vəzilərlə örtülüdür. İyun-iyul aylarında çiçəkləyir. Çiçəkləri bircinslidir, sarımtıl-yaşıl rəngdədir, budaqlarının uclarında süpürgəşəkilli çiçək qrupunda toplaşmışdır. Meyvələri diametri 1 sm-ə çatan, şarşəkilli yaхud armud formalı, lətli, parlaq-qaradır, beş toхumludur. Sentyabr-oktyabr aylarında yetişir. 300 ilə qədər yaşayır. Tez böyüyən bitkidir.
Soyuğa və kölgəyə davamlıdır.
Gəncədə, Hacıkənd meşəliyində və Bakı Nəbatət bağında becərilir.
Qabığında və meyvəsinin lətli hissəsində berberadin alkoloidi vardır. Amur məхmərağacının gövdəsinin mantar qatından sənayedə istifadə edilir. Möhkəm oduncağından mebel düzəldilir.