Amur enlibaşı (lat. Pseudorasbora parva) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin pseudorasbora cinsinə aid heyvan növü.
Amur enlibaşı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Dəstəüstü: Ranqsız: Ranqsız: Dəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Amur enlibaşı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Bədəni üst tərəfdən sarımtıl-boz, yanlardan açıq boz, üzgəcləri (bel, döş, qarın, anal və quyruq) açıq sarımtıl rəngdədir. Körpə fərdlərdə bədənin arxa hissəsində yan xətti boyunca tünd rəngli qara zolaq olur, yetkin fərdlərdə bu zolaq itir. İri fərdlərin pulcuqlarının arxa hissəsi aypara formalı qara zolaqla örtülmüşdür. Azərbaycan sularında yaşayan Amur enlibaşının uzunluğu 3.1–9.5 sm, kütləsi 0.33–10.7 q arasında dəyişir.[2]
Şirin və şortəhər su hövzələrində yaşayan Amur enlibaşı durğun su tutarlarında daha çoxsaylı olur. Qış aylarında yırtıcı balıqlardan qorunmaq üçün su hövzələrinin dib hissələrində passiv hərəkət edirlər. Ömrün uzunluğu orta hesabla 4–5 il olub, 1–2 yaşında cinsi yetkinliyə çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir. Həyat sikli kürü-sürfə-körpə-yetkin fərd şəklində olur.
Azərbaycanda 1 növü vardır. Azərbaycanda yarımnövləri yoxdur. Azərbaycanda Kür-Araz hövzəsində, Kiçik Qızılağac körfəzində, Dəvəçi limanında, Quba-Xaçmaz, Lənkəran təbii vilayəti və Pirsaat çaylarında yayılmışdır.
Çoxalması kürüləmə yolu ilə olur. Kürüsünü hissə-hissə tökür. Kürüləməsi may ayının ortalarından başlayır avqust ayının əvvəllərinə qədər davam edir. Kürülərini durğun sularda bitkilər üzərinə tökürlər. Reproduktivliyin forması kürü şəklində olur. Yetişmiş kürülər oval şəkillidir. Məhsuldarlığı 157–8690 ədəd kürü arasında dəyişir. Reproduktivliyin periodu cinsi yetkinliyə çatdıqdan sonra ildə bir dəfə, hər il. Generasiyaların sayı yaşından asılı olaraq 3–4 dəfə olur.[3]
Çoxsaylıdır, su hövzələrinin çirklənməsi və digər antropogen faktorlar.
Əsasən su cücüləri, onların sürfələri və digər balıqların kürüsü ilə qidalanır, özləri isə digər yırtıcıların qidasını təşkil edir. Qidasını xironomid, bulaqçı və gündəcə sürfələrinin qalıqları, nematodlar və digər balıqların kürüləri təşkil edir.
Əmtəə keyfiyyət yoxdur. Təbiətdə və əmtəəlik balıqçılıq təsərrüfatlarında yetişdirilən balıqlarla qida rəqibi olmaqla və digər balıqların kürülərini yeməklə ziyan verir.
Balıqçılıq haqqında qanun qəbul edilmişdir.