Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Artavan
Cul, Artavan — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km cənub-şərqdə, Arpaçayın sağ qolu olan Culçayın yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Tarixi mənbələrdə XIII əsrdən xatırlanır. Toponim çul türk etnonimi əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə adı dəyişdirilib Artavan qoyulmuşdur.
Baraban
Baraban - iki üzünə dəri çəkilmiş, içiboş, enli, silindrşəkilli, ağacla vurularaq çalınan musiqi aləti.
Saravan
Tərp, Terp, Saravan — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. == Tarixi == «Tərp kəndi, XIII əsrdə tarixi mənbələrdə adı çəkilən Derb kəndidir». Kənd XIV əsrdə xarabalığa çevrilmiş, XVII əsrdə yenidən bərpa edilmişdir. Tərpçayın yaxınlığında yerləşirdi. Toponim Azərbaycan dilində «kiçik təpə» mənasında işlənən tərp sözü əsasında əmələ gəlmişdir. Tərp sözü ərəb dilində dərb kimi «dağ keçidi, aşırım, dərə» mənasında işlənir. Orotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 96 nəfər, 1873 - cü ildə 192 nəfər, 1886-cı ildə 86 nəfər, 1897-ci ildə 187 nəfər, 1904 - cü ildə 223 nəfər, 1914 - cü ildə 245 nəfər, 1916-cı ildə 281 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla qovulmuşdur.
Başkalan (Kəleybər)
Başkalan (fars. باش كلان‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 328 nəfər yaşayır (57 ailə).
Dviki Darmavan
Dviki Darmavan (ind. Dwiki Dharmawan; d. 19 avqust 1966, Bandunq, Qərbi Yava, İndoneziya) — Sunda əsilli İndoneziya cazmeni, pianinoçalanı, bəstəkarı və prodüseri. Dviki Darmavan Krakatau musiqi qrupunun qurucusudur. == Bioqrafiya == Dviki Darmavan 19 avqust 1966-cı ildə İndoneziyanın, Qərbi Yava əyalətində yerləşən Bandunq şəhərində bir sunda ailəsində anadan olmuşdur. Darmavan ilk klassik pianino təhsilini 6 yaşında ikən almışdır. Darmavan 1979-cu ildə caz pianinosu təhsilini bəstəkar Elfa Sekioriyadan almışdır. O, 1995-ci ilin oktyabr ayında aktrisa İta Purnamasari ilə evlənmişdir. Onların Məhəmməd Fernanda Darmavan (d. 1996) adlı bir övladları var.
Luis Barraqan
Luis Barraqan (9 mart 1902[…], Quadalaxara – 22 noyabr 1988[…], Mexiko) — Meksikalı memar. == Həyatı == Luis Barraqan 1923-cü ildə Meksikanın Quadalahara şəhərində yerləşən "Escuela Libre də Ingenieros" məktəbindən mühəndis olaraq məzun oldu. Sonrakı illərdə özünü memar olaraq tanıtdı. Məzun olduqdan sonra İspaniya, Fransa (burada Le Korbusierin dərslərinə qatılmışdır.) və Mərakeşi gəzir. Fransada ikən alman mənşəli bir fransız yazıçı Ferdinand Bakin əsərləri ilə tanış olmaq fürsəti tapır və bu əsərlər memarlıq karyerası üçün dönüş nöqtəsi oldu. 1927–1936-cı illər arasında Meksikanın Quadalahara şəhərində öz memarlıq dizaynlarını tətbiq etmək fürsəti əldə edən Luis Barraqan bu tarixdən sonra Mexikoda memarlıq işlərinə davam etdi. Luis Barraqánin əsərlərinin arasında 3.5 metrdən daha yüksək və fərqli rənglərdə boyanmış divarlar aiddir. Bu dizayn elementinə ənənəvi Meksika strukturlarından almışdır. Əsərlərində, vulkanik süxurların və ya ölü ağac kökləri kimi təbii mühitlərdə reallaşdırmağı seçmişdir. 1975-ci ilə qədər çox tanınmayan Luis Barraqanın adı bu tarixdə Nyu-Yorkda yerləşən Müasir İncəsənət Muzeyində özünə həsr olunmuş bir sərgidən sonra olduqca səslənildi.
Ovanes Sarkavaq
Ovanes İmastaser və ya Ovanes Sarkavaq (erm. Հովհաննես Իմաստասեր; 1045, Zəylik – 1129, Ağpat[d], Gürcüstan çarlığı) — erməni şairi, filosofu, ilahiyyatçısı, astronomu. O, erməni təqviminin islahatçısıdır. Ovanes İmastaserin tərcümeyi-halı haqqında çox şey məlum deyil. Buna baxmayaraq, onun 1378-ci ildə köçürülmüş əlyazma bioqrafiyası tapılmışdır. Əlyazmanın müəllifi, ehtimal ki, XII əsrin ortalarında yaşamış, bioqrafiya üçün İmastaserin tələbələrindən materiallar toplamışdır. Rəvayətə görə, Ovanes İmastaser Ağpat monastırında yaşayırdı. == İstinadlar == == Əlavə ədəbiyyat == Армянская средневековая лирика. М.: «Советский писатель». сост.
Natella Barkaya
Cenni-Vanda Barkman
Cenni-Vanda Barkman (1922 – İyul 4, 1946) İkinci dünya müharibəsi zamanı alman həbs düşərgəsində gözətçi olmuşdur. Onun uşaqlığı Almaniyanın Hamburq şəhərində keçmişdir. 1944-cü ildə Polşada yerləşən Ştutthof həbs düşərgəsinin qadın gözətçisi olmuşdu ki, nəticədə orada kı məhkumlara qarşı qəddarlıq göstərmiş və bəzilərinin ölümünə səbəb olmuşdur. O, həmçinin qaz kameraları üçün qadın və uşaqların seçilməsində iştirak etmişdir. Olduqca şiddətli davranışlara sahib olduğu üçün qadın məhkumlar, ona Gözəl Kabus adını vermişdilər. Sovet qoşunları əraziyə çatdıqda Barkmann artıq Ştutthofdan qaçmışdır. O, 1945-ci ilin may ayında Qdansk şəhərinin qatar stansiyasında qaçmağa çalışarkən tutulmuşdur. O, və onun həmkarları Ştutthof həbs düşərgəsində törətdikləri cinayətlər üzündən məhkəmədə təqsirkar qismində iştirak etdilər. O, məhkəmə boyunca sakit tərzdə gülümsəyirdi və verdiyi ifadələrdə düşərgənin qadın gözətçiləri ilə zarafatlaşdığını bildirdi. Bundan başqa o, şahid ifadələrini dinləyərkən açıq-aşkar saç düzümünü qaydasına salırdı.
Cessna 208 Caravan
Cessna 208 Caravan - təyyarəsi dünyada ən çox istifadə edilən orta məsafəli təyyarələrdəndir. Bu təyyarələrin 2600-dən çoxu istehsal olunub və dünyanın 100 ölkəsində istismar olunur. 2020-ci ilin may ayında Cessna 208 Caravan ilk dəfə elektriklə işləyən təyyarəsinin ilk uçuşunu həyata keçirib. Bu, dünyada həmin tarixə qədər elektrik motoru ilə işləyən ən böyük təyyarə olmuşdu.