Cenni-Vanda Barkman (1922 – İyul 4, 1946) İkinci dünya müharibəsi zamanı alman həbs düşərgəsində gözətçi olmuşdur.
Cenni-Vanda Barkman | |
---|---|
alm. Jenny Wanda Barkmann | |
| |
Doğum tarixi | |
Doğum yeri |
Hamburq Almaniya |
Vəfat tarixi | |
Vəfat yeri |
Qdansk Polşa |
Vəfat səbəbi | Asılma |
Vətəndaşlığı | |
Qətllər | |
Qətllərin dövrü | 1944—1945 |
Qətllərin yeri | Ştutthof həbs düşərgəsi |
Qətl üsulları | məhkumlara qarşı sadist davranış |
Həbs tarixi | 1945 |
Cəzası | Ölüm hökmü |
Vikianbarda əlaqəli mediafayllar |
Onun uşaqlığı Almaniyanın Hamburq şəhərində keçmişdir. 1944-cü ildə Polşada yerləşən Ştutthof həbs düşərgəsinin qadın gözətçisi olmuşdu ki, nəticədə orada kı məhkumlara qarşı qəddarlıq göstərmiş və bəzilərinin ölümünə səbəb olmuşdur. O, həmçinin qaz kameraları üçün qadın və uşaqların seçilməsində iştirak etmişdir. Olduqca şiddətli davranışlara sahib olduğu üçün qadın məhkumlar, ona Gözəl Kabus adını vermişdilər.[1]
Sovet qoşunları əraziyə çatdıqda Barkmann artıq Ştutthofdan qaçmışdır. O, 1945-ci ilin may ayında Qdansk şəhərinin qatar stansiyasında qaçmağa çalışarkən tutulmuşdur. O, və onun həmkarları Ştutthof həbs düşərgəsində törətdikləri cinayətlər üzündən məhkəmədə təqsirkar qismində iştirak etdilər. O, məhkəmə boyunca sakit tərzdə gülümsəyirdi[1] və verdiyi ifadələrdə düşərgənin qadın gözətçiləri ilə zarafatlaşdığını bildirdi. Bundan başqa o, şahid ifadələrini dinləyərkən açıq-aşkar saç düzümünü qaydasına salırdı. Məhkəmənin nəticəsi olaraq o, günahkar bilindi və son olaraq bu ifadəni işlətdi, "Həyat həqiqətən həzzdir və bu adətən qısa çəkir".[2]
Barkmann Qdansk şəhərinin Biskupiya Qorka adlanan hissəsində digər 10 təqsirkar ilə birlikdə xalqa açıq şəkildə 1946-cı ilin 4 iyul tarixində edam edildi. Bu zaman onun cəmi 24 yaşı var idi və asılan ilk şəxs idi.[3]