Dviki Darmavan (ind. Dwiki Dharmawan; d. 19 avqust 1966, Bandunq, Qərbi Yava, İndoneziya) — Sunda əsilli İndoneziya cazmeni, pianinoçalanı, bəstəkarı və prodüseri. Dviki Darmavan Krakatau musiqi qrupunun qurucusudur.
Dviki Darmavan | |
---|---|
ind. Dwiki Dharmawan | |
| |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bandunq, Qərbi Yava, İndoneziya |
Vətəndaşlığı | İndoneziya |
Milliyyəti | Sunda |
Uşağı | 1[1][2] |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | |
Fəaliyyət illəri | 1985–h.h. |
Janr | Caz |
Musiqi aləti | Piano |
Əlaqələri |
|
Mükafatları |
|
dwikidharmawan.net |
Dviki Darmavan 19 avqust 1966-cı ildə İndoneziyanın, Qərbi Yava əyalətində yerləşən Bandunq şəhərində bir sunda ailəsində anadan olmuşdur. Darmavan ilk klassik pianino təhsilini 6 yaşında ikən almışdır. Darmavan 1979-cu ildə caz pianinosu təhsilini bəstəkar Elfa Sekioriyadan almışdır.[3] O, 1995-ci ilin oktyabr ayında aktrisa İta Purnamasari ilə evlənmişdir.[4] Onların Məhəmməd Fernanda Darmavan (d. 1996) adlı bir övladları var.[5]
Dviki Darmavan peşəkar karyerasına 1985-ci ildə Pra Budidharma, Donni Suhendra və Budi Haryono ilə Krakatau musiqi qrupunu yaratmaqla başlamışdır.[6] Həmin il Darmavan Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən 1985 Yüngül Musiqi Müsabiqəsində "Ən yaxşı klavişçi" mükafatına layiq görülmüşdür. O, həmçinin Filippində keçirilən 2000 Asiya Mahnı Festivalının əsas mükafatına layiq görülmüşdür. Dviki Darmavanın ifa üslubu İndoneziyanın xalq musiqiləri ilə caz ifa üsullarını birləşdirir.[7]
Dviki Darmavan 1991-ci ildə Qarin Nurqohonun rejissorluğu ilə çəkilən Bir tikə çörəkdə eşq filminin musiqisinin müəllifi olmuşdur və bu fəaliyyətimə görə 1991 İndoneziya Film Festivalında "ən yaxşı musiqi" mükafatına layiq görülmüşdür.[8]
dwikidharmawan.net — Dviki Darmavanın rəsmi saytı