Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Berberis
Zirinc (lat. Berberis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinə aid bitki cinsi. == Tarixi == Zirinc qədim zamanlardan bəri tanınan və istifadə edilən bitkidir. Hələ qədim Babilistanda və Hindistanda yerli sakinlər zirinc meyvələrini qanı təmizləyən, Tibet monastrlarını idarə edən kahinlər isə ömrü uzadan vasitə hesab ediblər. Qədim slavyan təbiblərinin zirinc kökləri və qabığından hazırladığı cövhər isə soyuqdəymə və qanaxmalarda tətbiq olunurdu. Onun meyvə, kök, gövdəsi vasitəsilə yun və dəri məmulatları sarı rəngə boyanırdı. Tikanlı və yarpağını tökən kol bitkisi olan zirincın xırda çəlləyi xatırladan meyvələri qırmızı rəngdədir. Qurudulanda rəngi tündləşir. Turş dadına və faydalı xüsusiyyətlərinə görə onu bəzən "şimal limonu" da adlandırırlar. Xalq təbabətində bitkinin meyvə, yarpaq, qabıq və köklərindən də müalicə vasitəsi kimi istifadə olunur.
Berezit
Berezitlər — aşağı temperaturlu metasomatik proseslərin təsirilə turş və orta tərkibli intruziv süxurların intensiv dəyişilməsi nəticəsində əmələ gələn, həmişə pirit və rutil qarışıqları olan və əsasən kvars, serisit, karbonat (ankerit) kimi minerallardan ibarət tipik çatətrafı metasomatitlər. Tərkibində albit, xlorit, kalsit və b. minerallar da ola bilər. Berezitlər morfologiyası adətən damarvaridir. Berezitlər qızıl və habelə mis, gümüş, molibden, volfram, polimetal, mərgümüş yataqlarında filizətrafı dəyişilmələr hesab edilir və axtarış əlamətləri kimi istifadə edilirlər. == Berezitləşmə == Berezitləşmə tipik çatətrafı (damarətrafı) aşağı temperaturlu metasomatik dəyişilmə prosesi. İntensiv berezitləşmə zonası tektonik pozulmaların, çat və daykaların təmasında baş verir, mərkəz hissədə kvars və ya karbonat (ankerit, yaxud kalsit) damarları əmələ gəlir. Berezitləşmə bəzən özündən əvvəl əmələ gəlmiş propilitlərin hesabına baş verir və bu zaman epidotla kvarsın assosiasiya karbonatla kvarsın assosiasiya ilə əvəz olunur. Berezitləşmə aydın müşahidə edilən metasomatik zonallıq yaradır, metasomatik dəyişilmə kimi müəyyən məqamlarda filizçökməni müşayiət edir. Belə hesab edir ki, həm berezitləşmə, həm də listvenitləşmə eyni tərkibli hidrotermal məhlulların müxtəlif tərkibli ilkin süxurlara metasomatik təsirindən əmələ gəlir və hər iki metasomatit birlikdə berezit formasiyasını təşkil edir.
Bərəğan
Bərəğan- İranın Əlburz ostanının Savucbulaq şəhristanının Çendar bəxşinin Bərəğan dehestanında yerləşən kənd. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, kəndin əhalisi 378 nəfərdən və 139 ailədən ibarət idi.
Bergia
Bergiya (lat. Bergia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin elatinaceae fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Lancretia Delile Merimea Cambess. Sphondylococca Willd.
Bəlqis
Bilqeys Zişərh qızi, Səba məlikəsi və ya Makida – hazırkı Efiopiya və ya Yəmənin ərazisində mövcud olduğu guman edilən tarixi Səba Krallığının (İbricə Sh'va və ya Səba שבא, Ərəbcə Səba və ya Səba سبأ, Amhar dilində: ሳባ) hökmdarıdır. Müasir arxeologiyaya görə bu krallığın mövcudluğu mübahisəlidir. Kitabı Müqəddəsdə kraliça haqqında söhbət açılmır. == İslama görə == Nəml surəsində 22-44-cü ayələrində Səba məlikəsi haqında söhbət gedir. Quranda məlikənin adı çəkilməsə də ərəb mənbələrində o, "Bilqeys" olaraq adlandırılır. Bilqeys haqqında Quran və Əhdi-Ətiq rəvayətləri bir-birinə çox bənzəyir.
Bərəzi
Bərəzi (fars. برازي‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 232 nəfər yaşayır (41 ailə).
Nereis
Nereis — Hələvi qurdlar tipinin, çoxqıllı həlqəvi qurdlar sinifinə daxildir. Çoxqıllı həqəvi qurdlar demək olar ki, sırf dəniz heyvanlarıdır. Əksəriyyəti suyun dibində sürünərək yaşayır, bir çoxu oturaq həyat tərzi keçirir. == Quruluşu == Nereis uzunsov bədənə malik olub, 6-12 sm, bəzən 20 sm olur. Bel tərəfi qarın hissəyə nisbətən qabarıqdır və tünd rəngdədir. Nereisin bədəni qonur-yaşil rəngdə olub metala çalandır. Bədəni buğumludur, baş, gövdə hissələrindən və quyruq buğumundan ibarətdir.Ön buğumlar başqa buğumlardan kəskin şəkildə fərqlənir və baş hissəni əmələ gətirir. Baş hissədə bir-birindən kəsgin fərqlənən iki hissədən ibarətdir. Onlardan biri prostomium, digəri isə periprostomium adlanır. Prostomium başın ön hissəsini təşkil edir, nisbətən kiçikdir və üçbucaq şəkillidir.
Ərəgit
Ərəgit — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kəndi Lahıc qəsəbəsindən kiçik bir çay ayırır. Kəndin əhalisi 891 nəfərdir. Əhali misgərlik, dəmirçilik, xalçaçılıq heyvandarlıq və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kəndə ilboyu avtomobillə getmək olar. Kənddə yeməkxana fəaliyyət göstərir. İsmayıllı-Lahıc-Quba və İsmayıllı-Lahıc-Şamaxı turist marşrutları kəndin ərazisindən keçir. Kənd Lahıc turizm zonasında yerləşir. == Əhalisi == Ərəkit kəndində 887 nəfər əhali yaşayır ki, onun da 430 nəfəri kişi, 457 nəfəri isə qadındır.
Ərəmis
İrimis, Ərəmis — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. == Tarixi == Dərəbas kəndinin yaxınlığında yerləşmişdir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Erməni mənbələrində kəndin Aramis, Yeremiz, Göranis kimi də adlandığı göstərilir. Ermənistan Respublikası Ali Soveti Rəyasət Heyətinin 1946-cı il qərarı ilə kənd ermənicə Artaşat adlandırılmışdır. Əsli Urumis. Urumis isə Rum (Bizans) toponimindən və qədim türk dillərində "s" cəm şəkilçisindən ibarətdir. Bax: Hərom və Xurma. Ola bilər toponim Ahuramazda adının təhrifidir. Bax:Aramaz, Armaz, Armus və Ərəmis.
Berberis iteophylla
Berberis ferdinandi-coburgii (lat. Berberis ferdinandi-coburgii) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Berberis jamesonii
Berberis jamesonii (lat. Berberis jamesonii) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Berberis johannis
Berberis johannis (lat. Berberis johannis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Berberis julianae
Yuliana zirinci (lat. Berberis julianae) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Mərkəzi Çindir. == Botaniki təsviri == Hündürlüyü 2-3 metrə çatan, həmişəyaşıl koldur,sarımtıl budaqları uzunluğu 4 sm olan güclü üçbölümlü iynələrlə əhatə olunmuşdur. Şaxəıənmiş möhkəm çətirli koldur, çətrinin diametri hündürlüyündən artıqdır. Bitki yaşlandıqda budaqları qövşəkilli forma alaraq aşağıya doğru sallanır. Zoğları çıxıntılı, sarımtıl rənglidir, yaşlandıqda boz rəngdə olur. Yarpaqları növbəli, cod, dərili, yumurtaşəkillidir, kənarı 3-4 dişli, tünd-yaşıl, aşağı tərəfi isə açıq yaşıldır. Uzunluğu 10 sm, eni isə 2,5 sm-dir. Çiçəkləməsi maydan iyuna qədər davam edir.
Berberis laidivo
Berberis laidivo (lat. Berberis laidivo) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Berberis lechleriana
Berberis lechleriana (lat. Berberis lechleriana) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Berberis maximowiczii
Tunberq zirinci (lat. Berberis thunbergii) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1 m olan alçaqboylu koldur. Sıx enli çətirə malikdir. Qabığı tünd-qəhvəyi rənglidir, budaqları uzun, nazik və kiçik tikanlarla örtülü olur. Zoğları horizontal, sıx budaqlanan, cavanlıqda qövsvari əyilmiş, sarımtıl, al-qırmızı, sonradan qonur rəngli olurlar. Tikanlarının uzunluğu 1 sm, nazik və elastikdir. Yarpaqlarının uzunluğu 1-3 sm, gözəl, yumurtaşəkilli və ya uzunsov, bünövrəsində daralan və qısa saplağa keçən, üstdən parıltılı yaşıl və alt tərəfdən göyümtüldür. Payızda yarpaqları al-qırmızı çalarlı olur, oktyabrda tökülür.
Berberis microphylla
Şümşadyarpaq zirinc (lat. Berberis microphylla) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Amerikada, Argentina, Çili və Magellan boğazından Maldivə qədər yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 3 m-ə çatan, həmişəyaşıl, qonur, tükcüklü zoğları olan yığcam koldur. Çoxsaylı zoğları və enli, şaxələnmiş çətiri olan iynəli koldur. Kök sistemi möhkəmdir, köçürülməni yaxşı keçirir. Yarpaqları sadə iri, qırmızımtıl-yaşıl, ellipsvari, yumurtavari formalı, ucu biz, kənarları xırdadişli bütöv olub, uzunluğu 5 sm-dəkdir. Yazda və yayda parlaq yaşıl, payızda qızılı-qırmızı və ya qırmızıdır. İynələrin uzunluğu 1,5 sm-dəkdir. Çiçəkləri sarı-narıncı, 1-2 ədəd yığılmış, uzunluğu 2,5 sm-dək olan çiçək saplaqlarında yerləşir.
Berberis negeriana
Berberis negeriana (lat. Berberis negeriana) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Berberis nevinii
Berberis nevinii (lat. Berberis nevinii) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Berberis nilghiriensis
Berberis nilghiriensis (lat. Berberis nilghiriensis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Berberis nummularia
Sikkəvari zirinc (lat. Berberis nummularia) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Orta Asiyanı (Tyan-Şan,Pamir-Alay), Özbəkistanı və İranı əhatə edir. Yaqnoba çayından təsvir edilmişdir. == Botaniki təsviri == Hündürlüyü 4 m-dək, çox budaqlıdır, budaqları qonur və ya al qırmızıdır, cavanlıqda göyümtül olub, iynələri üç yerə bölünmüş və ya sadədir. Çətiri enli, şaxələnmiş, əyilmiş budaqlıdır. Qabığı cavanlıqda göyümtül, sonradan qonurdur. Yarpaqları dərili, təxminən yumru, uzunluğu 3-4 sm-dək, eni 3 sm-dək, kənarları bütöv və ya yuxarı hissəsi bir az dişli, ucunda iynəli, bünövrəsi pazşəkilli-daralmışdır. İynələri sadə və ya üçhissəlidir. Payızda al-qırmızı-narıncıdır.
Berberis xanthophlaea
Berberis xanthophlaea (lat. Berberis xanthophlaea) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Bərəzil (Meşkinşəhr)
Bərəzil (fars. بارزيل‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 465 nəfər yaşayır (117 ailə).
Bərəzin (Heris)
Bərəzin (fars. برازين‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 898 nəfər yaşayır (175 ailə).
Bərəzin (Vərziqan)
Bərəzin (fars. برازين‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 269 nəfər yaşayır (51 ailə).