Yuliana zirinci (lat. Berberis julianae) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Yuliana zirinci | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Yuliana zirinci |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Vətəni Mərkəzi Çindir.
Hündürlüyü 2-3 metrə çatan, həmişəyaşıl koldur,sarımtıl budaqları uzunluğu 4 sm olan güclü üçbölümlü iynələrlə əhatə olunmuşdur. Şaxəıənmiş möhkəm çətirli koldur, çətrinin diametri hündürlüyündən artıqdır. Bitki yaşlandıqda budaqları qövşəkilli forma alaraq aşağıya doğru sallanır. Zoğları çıxıntılı, sarımtıl rənglidir, yaşlandıqda boz rəngdə olur. Yarpaqları növbəli, cod, dərili, yumurtaşəkillidir, kənarı 3-4 dişli, tünd-yaşıl, aşağı tərəfi isə açıq yaşıldır. Uzunluğu 10 sm, eni isə 2,5 sm-dir. Çiçəkləməsi maydan iyuna qədər davam edir. Çiçəkləri sarı, zəif qoxuludur, 15 ədəd çiçəkləri möhkəm salxımlara yığılmışdır. Mayın ortalarında çiçəkləyir. Sentyabrın axırlarında uzunsov qara və ya göyümtül rəngli giləmeyvələri yetişir. Meyvələri oval formalı olub, çöküntülüdür.
Kölgəyə, soyuğa davamlıdır, müvəqqəti quraqlığa dözür. Quru, rütubətli, turş və qələvi torpaqlarda da normal böyüyüb nkişaf edir.
Mərkəzi Nəbatat Bağında introduksiya edilmişdir. Şəhər yaşıllaşdırmasında rast gəlinir.
Parksalmada tək və qrup əkinlərində istifadə edilir.