Nereis — Hələvi qurdlar tipinin, çoxqıllı həlqəvi qurdlar sinifinə daxildir. Çoxqıllı həqəvi qurdlar demək olar ki, sırf dəniz heyvanlarıdır. Əksəriyyəti suyun dibində sürünərək yaşayır, bir çoxu oturaq həyat tərzi keçirir.[2]
Nereis | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Ranqsız: Tipüstü: Tip: Sinif: Dəstə: Yarımdəstə: Fəsilə: ???: Nereis |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Nereis uzunsov bədənə malik olub, 6-12 sm, bəzən 20 sm olur. Bel tərəfi qarın hissəyə nisbətən qabarıqdır və tünd rəngdədir. Nereisin bədəni qonur-yaşil rəngdə olub metala çalandır. Bədəni buğumludur, baş, gövdə hissələrindən və quyruq buğumundan ibarətdir.Ön buğumlar başqa buğumlardan kəskin şəkildə fərqlənir və baş hissəni əmələ gətirir. Baş hissədə bir-birindən kəsgin fərqlənən iki hissədən ibarətdir. Onlardan biri prostomium, digəri isə periprostomium adlanır. Prostomium başın ön hissəsini təşkil edir, nisbətən kiçikdir və üçbucaq şəkillidir. Prostimumda müxtəlif çıxıntılar vardır. Bu çıxıntılar müxtəlif funksiyaları yerinə yetirirlər. Onlardan lamisə orqanı olan bir cüt antenna ,bir cüt palplar, iki cüt gözcük, onlardan dalda yerləşən və kimyəvi hiss orqanları olan iybilmə çökəkliyi vardır. Peristomium prostomiuma nisbətən iridir və ön hissəsində peristomium bığcıqları adlanan 8 ədəd çıxintısı vardır. Peristomiumun qarın tərərfində ağız dəliyi yerləşmişdir.
Bədənin gövdə hissəsinin hər bir buğumunun yan hissəsində parapodi adlanan orqan vardır. Parapodilər çoxqıllı qurdlar üçün çox səciyyəvi olub, hərəkət orqanoididir. Parapodilərin əsası(bazal hissə) bədənlə bütöv şəkildə birləşərək buğumlara ayrılmır. Hər bir parapodi iki əsas hissədən ibarətdir.Onlardan biri notopodi adlanaraq bel şaxəsinə, ikincisi isə nevropodi adlanıb, qarın şaxəsini əmələ gətirir. Hər iki şaxə buğumsuzdur və onların özlərində bir çox topaşəkilli kiçik qıllar vardır. Onların da içərisində asikul adlanan möhkəm qıllar vardır. Parapodilər əzələlərlə təchiz olunmuşdur və hərəkəti təmin edirlər. Parapodilərdə nəzərə çarpan iki çıxıntı da vardır. Onlardan biri bel bığcığı ikicisi isə qarın bığcığı adlanir. Bu çıxıntılar lamisə və iybilmə funksiyasına xidmət edirlər. Bədənin axrıncı buğumu anal və ya piqidium adlanır. Bu buğum oval formada olub, parapodiləri yoxdur və üzərində anal bığcıq adlanan iki uzun hiss orqanı vardır. Anal buğumun dal tərəfində anal dəliyi yerləşmişdir.
Nereisin bədənin üzəri nazik və möhkəm kitikula ilə örtülmüşdür.Onun altında isə birqatlı epiteli yerləşmişdir. Kitikula ilə epiteli birlikdə dəri adlanır.Dəridə çoxlu vəzilər vardır. Bu vəzilər şirə ifraz edərək dərini nəm saxlayır. Epitelinin arasında əzələlər yerləşmişdir. Əzələlər iki qatdan ibarət olub, üst hissəsində həlqəvi, onun altında isə uzununa əzələlərdir. Uzununa əzələlər yaxşı inkişaf etmişdir, və dörd əzələ zolağını əmələ gətirir. Onlardan ikisi bel tərəfdə, ikisi qarın tərəfdə yerləşmişdir. Beləliklə kitikula, epiteli və əzələlər birlikdə neresin dəri-əzələ kissəsini təşkil edirlər. Nereisdə dəri-əzələ kisəsi yaxşı inkişaf etmişdir. Bədən boşluğu selom adlanan ikinci bədən boluşundan ibarətdir. Selomu ilk bədən boşluğundan fərqləndirən cəhətlərdən biri onun xüsusi selomik və ya peritonial epiteli divarına malik olmasıdır. Uzununa əzələlər, bağırsaq və ya başqa orqanlar peritonial epiteli ilə örtülmüşdür. Selom bütov olmayıb selomik kissələrdən ibarətdir.[2]
Həzm sistemi ağız dəliyi ilə başlayır. Ağız dəliyi bukkal hissə adlanan ağız boşluğuna, o isə udlağa açılır. Udlaqla ağız boşluğunun arasında daxilə əyilmiş iki çənələr vardır. Bukkal hissə xaricə çevrilmək qabiliyyətinə malikdir. Odur ki, bu çevrilmə vaxtı çənələr açılır və qidanı tutur. Udlaq qida borusuna açılır. Göstərilən bu hissələr stomodeum adlanaraq ön bağırsaqı təşkil edir. Bundan sonra mezodeum adlanan orta bağırsaq başlanır. Orta bağırsaq eyni tiplidir və selomik kisələrdə nisbətən genişlənirlər. Qida orta bağırsaqda həzm olunub bədənə verilir. Həzm hüceyrədaxili olmur. Orta bağırsaqdan sonra proktodeum adlananqısa dal bağırsq uzanır. Bu da bədənin piqidumuna uyğun gəlib anal dəliyi ilə xaricə açılır.[2]
Qan-damar sistemi qapalı olub, əsasını bel və qarın qan damarları təşkil edir. Bel qan damarında nəbzlik xassəsi vardır və ona görə də qanın daldan önə doğru hərəkətini təmin edir. Qan bel tərəfdə daldan önə doğru, qarın hissədə isə öndən dala doğru hərəkət edir. Parapodilərə qanın daxil olması kapillyar tiplidir. Ümumiyyətlə, dəri, bağırsaq və başqa daxili orqanlar kapillyar qan damarları ilə təmin olunurlar. Nereisin qanı qırmızıdır. Parapodilərin və dərinin kapillyar damarlarla təchiz olunması nereisin tənəffüs prosesini təmin edir. Nereisdə başqa formalarda olduğu kimi xüsusi qəlsəmə çıxıntısı yoxdur.[2]
Sinir sisteminin əsasını bir cüt udalaqüstü, bir cüt udlaqaltı sinir düyünləri, ondan əmələ gəlmiş udlaqətrafı sinir həlqəsı və qarın sinir zənciri təşkil edir. Qarın sinir düyünləri hər buğumda təkrar olunur və qarın sinir zəncirini əmələ gətirir. Udlaqətrafı sinir həlqəsindən və qarın sinir zəncirindən sinirlər çıxaraq ümumi bədəni sinirləndirirlər.[2]
Cinsi orqanların quruluşuna görə nereis ayrı cinslidir. Cinsi vəzilər və ya qonadalar qarın tərəfdə selomik epitelidə əmələ gəlir. Cinsi hüceyrələr dal buğumda formalaşır. Cinsi hüceyrələrin əmələ gəlməsi ilə əlaqədar olaraq nereisin dal tərəfində böyük dəyişiklik baş verir.Belə ki, dal tərəfdəki buğumlar başqa forma alırlar. Bu hadisə epitogiya, cinsi hüceyrələr olan buğumlar isə epitok adlanır.Epitok buğumlar qırılaraq suya tökülür.[2]