İrimis, Ərəmis — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd.[1][2][3]
İrimis | |
---|---|
39°27′20″ şm. e. 46°05′57″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Dərəbas kəndinin yaxınlığında yerləşmişdir. Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir.[5]
Erməni mənbələrində kəndin Aramis, Yeremiz, Göranis kimi də adlandığı göstərilir[6]. Ermənistan Respublikası Ali Soveti Rəyasət Heyətinin 1946-cı il qərarı ilə kənd ermənicə Artaşat adlandırılmışdır. Əsli Urumis. Urumis isə Rum (Bizans) toponimindən və qədim türk dillərində "s" cəm şəkilçisindən ibarətdir. Bax: Hərom və Xurma. Ola bilər toponim Ahuramazda adının təhrifidir. Bax:Aramaz, Armaz, Armus və Ərəmis.
Kənddə 1831-ci ildə 14 nəfər, 1873-cü ildə 108 nəfər, 1886-cı ildə 150 nəfər, 1897-ci ildə 225 nəfər, 1908-ci ildə 327 nəfər, 1914-cü ildə 616 nəfər yalnız azərbaycanlı yaşamışdır[7]. 1917-ci ilin dekabrında ermənilər azərbaycanlıları qırğınlarla deportasiya etmiş, kəndi xarabalığa çevrilmişdir. 1918-ci ildə kəndin əhalisi tamamilə qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. İndi xaraba kənddir.