Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bolonya
Bolonya (it. Bologna) — İtaliyanın şimalında yerləşən şəhədir, eyni adlı vilayətin və Emiliya-Romanya bölgəsinin inzibati mərkəzidir. Əhalinin sayı 381 min nəfərdir. (2010-cu ilin göstəricilərinə görə). İnkişaf etmiş sənayesinə görə və bir neçə nəqliyyat dəhlizinin bu şəhərdən keçdiyinə görə, Bolonya ölkədə həyat səviyyəsinə görə birincilərdəndir. Bolonyanı həmçinin İtaliyanın aşpazlıq paytaxtı da adlandırırlar. == Əhalisi == Bolonyanın illər üzrə demoqrafik göstəriciləri: == Maraqlı fakt == Hələ vahid İtaliyanın mövcud olmadığı dövrdə 1325-ci ildə İtaliyanın Bolonya ve Modena şəhərleri arasında müharibə baş verdi. Onun səbəbi adi vedrə olub. Belə ki, boloniyalı süvari şəhər xəzinəsinə məxsus vedrəni oğurlayaraq Modena şəhərinə qaçdı. Boloniya şəhərinin elçiləri fərarilik edən süvarini yox, amma onun oğurladığı vedrəni geri isteyirdilər.
Bolonya FK
"Bolonya FK" (it. Bologna FC) – İtaliyanı təmsil edən peşəkar futbol klubu. Bolonya İtaliyanın ən titullu klublarından biridir, komanda 7 dəfə İtaliya çempionluğunu qazanıb. == Tarix == Bolonya klubu 3 Oktyabr 1909-cu ildə, İtaliyanın Bolonya şəhərində yaradılıb. Klub İtaliyanın ən çox titul alan klubları siyahısında altıncı yerdədir. Klub yeddi dəfə İtaliya İtaliya A Seriyasında olub və iki dəfə ölkə kubokunu qazanıb. Beynəlxalq arenada komanda Intertoto Kuboku və Mitropa Kubokunda qalib olub. Avrokuboklarda Bolonya üçun 1998/99 mövsümü ən uğurlu mövsümlərdən biri hesab edilə bilər, komanda UEFA kubokunun yarımfinalına çıxmağı bacarır. Ancaq burada Marseləin " Olimpik de Marsel " klubuna məğlub olur. 2014-cü ilin oktyabrında Amerikalı iş adamları Joe Takopina və Joey Saputo Bolonya'nın yeni sahibi oldular.
Bolonya Universiteti
Bolonya Universiteti (it. Università di Bologna) — Avropanın ən qədim və daima fəaliyyət göstərən ali məktəbi. İtaliyanın Bolonya şəhərində yerləşir. Qədimliyinə görə onun "rəqibi" Mərakeşdə yerləşən Əl-Qarauin Universitetidir. Ancaq Avropa universitetlərindən fərqli olaraq, ərəb universitetləri diplom vermirdilər. == Xarici əlaqələri == Utrext Şəbəkəsinin və Koimbra qrupunun üzvüdür. == Maraqlı faktlar == 1222-ci ildə rəhbərliklə mübahisə yaşamış və bu səbəbdən Bolonya Universitetini tərk etmiş tələbə və müəllimlər tərəfindən Padua Universiteti yaradılmışdır. == Həmçinin bax == Ən qədim universitetlərin siyahısı Əl-Qarauin Universiteti == Mənbə == Boissier. Centenaire de l’université de Bologne // Revue de deux mondes. — 1888.
Bolonya prosesi
Bolonya prosesi — 1990-ci illərin sonunda Avropa universitetlərinin bir-biri ilə müqayisə edilməsi üçün vahid bir əsasın işlənilməsi üzərində təşəbbüs başlanılır. Fransa, Almaniya, İtaliya və Böyük Britaniya təhsil nazirləri daxil olmaqla ümumi 29 avropa dövlətlərinin nümayəndələri arasında 19 iyun 1999-cu ildə Bolonya (İtaliya) şəhərində razılıq imzalanır. Bu razılığın hazırlanması və yayılması Bolonya prosesi adlanır. Bu prosesin təşkilatçıları sonrakı illərdə Praqada (2001), Berlində (2005), Londonda (2007) görüşmüş və məsləhətləşmələr aparmışlar. Hal hazırda bu proses 48 ölkəni əhatə edir. Prosesin əsas məqsədinin, Avropa Ali Təhsil Məkanının yaradılmasının, 2010-cu ildə yerinə yetirilməsi nəzərdə tutulmuşdu və məkan yaradıldı. Bolonya prosesinin həyata keçirilməsində bir çox azərbaycan ali məktəbləri iştirak edir. == Tarixi == "Bolonya prosesi" adı altında başlayan fəaliyyətlərin tarixi 1988-ci ildən başlayır. Həmin ilin sentyabrında Avropanın ən qədim universitetlərindən biri olan Bolonya Universitetinin (İtaliya) təsis olunmasının 900 illik yubileyində "Magna Carta Universitatum" hazırlanıb. Bir il sonra Sarbonna Universitetinin yaradılmasının 800 illik yubileyində "Sarbonna Bəyannaməsi" qəbul olunub və 19 iyun 1999-cu ildə 29 Avropa ölkəsinin təhsil nazirləri "Bolonya Bəyannaməsi"ni imzalayıb.
Bolonya sistemi
Bolonya sistemi - təhsil sistemində xüsusi istiqamət. Bolonya sisteminin başlanğıcı 1970-ci illərin ortalarına, Avropa nazirlər sovetinin təhsil sahəsində əməkdaşlıqla bağlı birinci proqram haqda qətnamənin qəbul etdiyi vaxtlara təsadüf edir. [mənbə göstərin] == Yaranması və genişlənməsi == Prosesin rəsmi başlanğıcı isə 1999-cu il iyunun 19-u hesab olunur. Həmin tarixdə Bolonya şəhərində 29 Avropa ölkəsinin təhsil nazirlərinin xüsusi konfransında "Avropa Ali təhsil məkanı" bəyannaməsi və ya Bolonya bəyannaməsi qəbul olunur. Bolonya sistemi digər ölkələr üçün də açıqdır. Sonralar hökumətlərarası görüşlər Praqada (2001), Berlində (2003), Bergendə (2005) və Londonda (2007) keçirilmişdir. Hazırda Bolonya sistemi 46 ölkəni birləşdirir. Ehtimal olunur ki, onun əsas məqsədləri 2010-cu ilə qədər yerinə yetməlidir. Rusiya Bolonya sisteminə 2003-cü ildə, nazirlərin Berlin görüşündə qoşulub. Bolonya sisteminin əsas istiqamətlərinin həyata keçməsi üçün bir çox rus ali təhsil məktəbləri buraya cəlb edilib.
Bolonya Beynəlxalq Klubu
Bolonya Beynəlxalq Klubu (ing. ICB) — Kənd təsərrüfatı üzrə beynəlxalq təşkilat. == Yaradılması == Klubun 1987-ci ildə kənd təsərrüfatı mühəndisliyi üzrə Beynəlxalq Komissiyasının və İtaliyanın kənd təsərrüfatı maşınqayırma sənayesi Ittifaqının qərarı ilə, İtaliyanın Bolonya şəhərində əsası qoyulmuşdur. == Əsas məqsədi == Tarla təcrübələrinin mexanikləşdirilməsi, habelə üzv ölkələrin lazımi informasiyalarla standartlaşdırma, sınağın aparılması, keyfiyyətli avadanlığın, yeni texnologiyaların və yüksək məhsuldarlığı olan kompleks maşınların tətbiqi, kənd təsərrüfatının mexanikləşdirilməsi və kənd təsərrüfatı maşınqayırma sənayesinin inkişaf etdirilməsində ümumdünya tələbatın müxtəlif ölkələrin təcrübəsi əsasında strateji istiqamətlərin müəyyən edilməsi; Yeni nailiyyətlərin metodologiya və vəziyyətinin məxfi analizi, əsasnaməsinin hazırlanması, konkret ölkə və regionlar üçün təkliflərinin hazırlanması.
Virtus Bolonya BK
"Virtus" (İtalyan dilində:Virtus) - Boloniya şəhəri təmsil edən İtaliya basketbol klubu. == Tarixi == "Virtus" basketbol komandası hələ XIX əsrin sonlarında tələbələrdən ibarət komanda kimi yaranmış, 1927-ci ildə rəsmi klub statusu almış və dərhal Basketbol üzrə İtaliya çempionatında əsas klublardan biri olmuş, dəfələrlə İtaliya çempionatının və ölkə kubokunun qalibi olmuşdur. "Virtus" basketbol komandası Avropa çempionlar kubokunda ilk uğuru 1981-ci ildə qazanmışdır. Həmin il Amerikalı məşqçi Terri Driskollanın rəhbərliyi ilə Virtus komandası finala qədər irəliləmiş, yalnız finalda 1 xal fərqlə İsrailin Makkabi basketbol klubuna (Tel-Əviv) məğlub olmuşdur. Bu turnirdə əsas müvəffəqiyyət "Virtus" basketbol komandasının baş məşqçi Ettore Messinanın vəzifəsinə keçməsi nəticəsində mümkün olmuşdur. Artıq 1998-ci ildə final turunda Yunanıstanın AEK basketbol klubunu (Afina) məğlub edərək Avropa çempionlar kubokunu qazanmışdır. Növbəti ildə də "Virtus" basketbol komandası Avropa çempionlar kubokunun "Jalgiris" basketbol komandası ilə final mərhələsinə çıxsalar da, bu dəfə uğur litvalıların tərəfində olmuşdur. İki ildən sonra, 2001-ci ildə "Virtus" basketbol komandası finalda Vitoriyanın "Tauqres" komandasına qalib gələrək ikinci dəfə Avropa çempionlar kubokuna yiyələndi. 2002-ci ildə "Virtus" final mərhələsində "Panatinaiskos basketbol klubuna məğlub olmuşdur, bu komandanın son nailiyyəti oldu. Bu oyundan sonra komandanını əsas sponsoru olan Ferrero şokolad fabrikinə məxsusu Kinder zavodunun "Virtus" komandasını tərk etməsi nəticəsində ciddi maliyyə problemləri yarandı.
Boloniya
Bolonya (it. Bologna) — İtaliyanın şimalında yerləşən şəhədir, eyni adlı vilayətin və Emiliya-Romanya bölgəsinin inzibati mərkəzidir. Əhalinin sayı 381 min nəfərdir. (2010-cu ilin göstəricilərinə görə). İnkişaf etmiş sənayesinə görə və bir neçə nəqliyyat dəhlizinin bu şəhərdən keçdiyinə görə, Bolonya ölkədə həyat səviyyəsinə görə birincilərdəndir. Bolonyanı həmçinin İtaliyanın aşpazlıq paytaxtı da adlandırırlar. == Əhalisi == Bolonyanın illər üzrə demoqrafik göstəriciləri: == Maraqlı fakt == Hələ vahid İtaliyanın mövcud olmadığı dövrdə 1325-ci ildə İtaliyanın Bolonya ve Modena şəhərleri arasında müharibə baş verdi. Onun səbəbi adi vedrə olub. Belə ki, boloniyalı süvari şəhər xəzinəsinə məxsus vedrəni oğurlayaraq Modena şəhərinə qaçdı. Boloniya şəhərinin elçiləri fərarilik edən süvarini yox, amma onun oğurladığı vedrəni geri isteyirdilər.
Boltonia
Boltonia (lat. Boltonia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Boltonia apalachicolensis L.C.Anderson Boltonia asteroides (L.) L'Hér. Boltonia asteroides var. asteroides Boltonia asteroides var. latisquama (A.Gray) Cronquist Boltonia asteroides var. recognita (Fernald & Griscom) Cronquist Boltonia caroliniana (Walter) Fernald Boltonia decurrens (Torr. & A.Gray) Alph.Wood Boltonia diffusa Elliott Boltonia diffusa var.
Jelonka
Jelonka (ing. bailer; alm. Schmantbüchse, Schöpfbüchse, Schöpflöffel‎) — keçmişdə: quyulardan neft çıxarmaq üçün işlədilən vedrəyə oxşayan uzunsov qab.
Polona
Polona, ​​Polşa Milli Kitabxanasının və əməkdaşlıq edən qurumların kolleksiyalarından rəqəmsal kitablar, jurnallar, qrafika, xəritələr, musiqi, flayerlər və əlyazmaları təqdim edən Polşa rəqəmsal kitabxanasıdır. 2006-cı ildə fəaliyyətə başlamışdır. == Kolleksiyalar == 12 oktyabr 2017-ci il tarixinə 2016037 obyekt[] olmuşdur ki, onlardan 863400-ü ictimai mülkiyyətdədir. Hər gün Polona 2000-ə qədər rəqəmsal obyekt əlavə edir. Müəllif hüququ ilə qorunan materiala giriş Polşa Milli Kitabxanasının Varşavadakı oxu salonlarında və ya Polşa daxilində Academica kitabxana sistemi vasitəsilə mümkündür. == Polona/2 milyon == 2 oktyabr 2017-ci ildə Polona/2milions adlı tədbirdə Polona-nın yeni versiyası təqdim edildi. Bu ad, o dövrdə Polonada mövcud olan 2 milyondan çox obyekti xatırladı. 1944-cü ildə Varşava üsyanının süqutundan sonra almanlar tərəfindən yandırılmış qədim çapların və əlyazmaların külü olan tabut 2 milyonuncu obyekt kimi kataloqa salınıb. Onlar əslən Varşavanın Okolnik 9 küçəsindəki Krasinski Kitabxanasından idilər. Polona/2milions təkmil axtarış, mətbuat paneli və ya şəxsi kolleksiyalar kimi bir neçə funksiya təqdim edir.
Bolon
Bolon (fr. Beaulon) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şevan kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03019. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1612 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 985 yaşda olan (15–64 yaş arasında) 697 nəfər iqtisadi cəhətdən, 288 hərəkətsiz (fəaliyyət göstərici 70,8%, 1999-cu ildə 65,5%) idi. Fəal olan 697 nəfərdən 653 nəfər (369 kişi və 284 qadın), 44 nəfəri işsiz (15 kişi və 29 qadın) idi. 288 hərəkətsiz 48 nəfər arasında şagird və ya şagird, 122 nəfər təqaüdçü, 118 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Beşinci kolonna
Beşinci kolonna (isp. Quinta columna) — İspaniya vətəndaş müharibəsi dövründə general Frankonun İspaniya Krallığında fəaliyyət göstərən agentura dəstəsinə verilən qeyri-rəsmi ad. Məcazi mənada düşmənin hər hansı gizli agentləri — diversantlar, casuslar, provokatorlar, terrorçular və s. nəzərdə tutulur. == Mənşəyi == "Beşinci kolonna" termini vətəndaş müharibəsi dövründə frankistlərin ordusuna rəhbərlik edən ispan generalı Emilio Molaya məxsusdur. 1936-cı ilin oktyabrında Madrid üzərinə hücum zamanı radio ilə paytaxt sakinlərinə etdiyi müraciətdə o, tabeliyində olan 4 ordu kolonnasından əlavə Madridin özündə yerləşən və lazım olan anda arxadan zərbə vura biləcək beşinci kolonnaya sahib olduğunu bildirmişdi. "Beşinci kolonna" insanlar arasında panika yayır, sabotajlar törədir, diversiya və şpionajla məşğul olurdu, lakin tarix göstərdi ki, Mola bu qüvvələrin gücünü şişirdirdi, belə ki, Madrid 1939-cu ilin ortalarınadək hücumlar qarşısında tab gətirə bildi. İkinci dünya müharibəsi ərəfəsində və müharibə zamanı "beşinci kolonna" termini müxtəlif ölkələrdə fəaliyyət göstərən və həmin ölkələrin işğalına zəmin hazırlayan nasist agenturasına aid edilirdi. == Ədəbiyyatda == Ernest Heminquey 1938-ci ildə bu termini özünün yeganə pyesi olan "Beşinci kolonna"nın adında istifadə etmişdir. O, əsəri Madriddə, şəhərin bombalandığı zaman yazmış və elə həmin il nəşr etdirdiyi "Beşinci kolonna və ilk qırx doqquz hekayə" (The Fifth Column and the First Forty-Nine Stories) kitabına daxil etmişdir.
Bidens oblonga
Bidens oblonga (lat. Bidens oblonga) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
Boloniya Universiteti
Bolonya Universiteti (it. Università di Bologna) — Avropanın ən qədim və daima fəaliyyət göstərən ali məktəbi. İtaliyanın Bolonya şəhərində yerləşir. Qədimliyinə görə onun "rəqibi" Mərakeşdə yerləşən Əl-Qarauin Universitetidir. Ancaq Avropa universitetlərindən fərqli olaraq, ərəb universitetləri diplom vermirdilər. == Xarici əlaqələri == Utrext Şəbəkəsinin və Koimbra qrupunun üzvüdür. == Maraqlı faktlar == 1222-ci ildə rəhbərliklə mübahisə yaşamış və bu səbəbdən Bolonya Universitetini tərk etmiş tələbə və müəllimlər tərəfindən Padua Universiteti yaradılmışdır. == Həmçinin bax == Ən qədim universitetlərin siyahısı Əl-Qarauin Universiteti == Mənbə == Boissier. Centenaire de l’université de Bologne // Revue de deux mondes. — 1888.
Boloniya prosesi
Bolonya prosesi — 1990-ci illərin sonunda Avropa universitetlərinin bir-biri ilə müqayisə edilməsi üçün vahid bir əsasın işlənilməsi üzərində təşəbbüs başlanılır. Fransa, Almaniya, İtaliya və Böyük Britaniya təhsil nazirləri daxil olmaqla ümumi 29 avropa dövlətlərinin nümayəndələri arasında 19 iyun 1999-cu ildə Bolonya (İtaliya) şəhərində razılıq imzalanır. Bu razılığın hazırlanması və yayılması Bolonya prosesi adlanır. Bu prosesin təşkilatçıları sonrakı illərdə Praqada (2001), Berlində (2005), Londonda (2007) görüşmüş və məsləhətləşmələr aparmışlar. Hal hazırda bu proses 48 ölkəni əhatə edir. Prosesin əsas məqsədinin, Avropa Ali Təhsil Məkanının yaradılmasının, 2010-cu ildə yerinə yetirilməsi nəzərdə tutulmuşdu və məkan yaradıldı. Bolonya prosesinin həyata keçirilməsində bir çox azərbaycan ali məktəbləri iştirak edir. == Tarixi == "Bolonya prosesi" adı altında başlayan fəaliyyətlərin tarixi 1988-ci ildən başlayır. Həmin ilin sentyabrında Avropanın ən qədim universitetlərindən biri olan Bolonya Universitetinin (İtaliya) təsis olunmasının 900 illik yubileyində "Magna Carta Universitatum" hazırlanıb. Bir il sonra Sarbonna Universitetinin yaradılmasının 800 illik yubileyində "Sarbonna Bəyannaməsi" qəbul olunub və 19 iyun 1999-cu ildə 29 Avropa ölkəsinin təhsil nazirləri "Bolonya Bəyannaməsi"ni imzalayıb.
Bolosia piloselloides
Hispidella (lat. Hispidella) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Hispidella hispanica Lam. Sinonim Bolosia piloselloides Pourr. ex Willk. Hispidella welwitschii Rupr. Arctotis hispidella Juss. ex DC. Hispidella barnardesii Cass.
Boltonia campestris
Dichaetophora (lat. Dichaetophora) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Dichaetophora campestris A. Gray Sinonim Boltonia campestris (A.Gray) Benth. & Hook.f. Boltonia campestris (A.Gray) Hemsl.
Boyanka Kostova
Boyanka Kostova (10 may 1993, Plovdiv) — Bolqarıstanı və Azərbaycanı təmsil edən ağır atlet, 3 dəfə Dünya Çempionatının, 8 dəfə isə Avropa Çempionatının qalibi. == Karyerası == Boyanka Kostova 2009-cu ilin aprelində Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. 15 yaşında Avropa Çempionatlarında debüt edən Boyanka Kostova ümumi nəticədə 180 Kg. (78+102) nəticə göstərdi. Bu nəticələrə əsasən Boyanka Kostova Avropa Çempionatını 15 idmançı sırasında beşinci pillədə başa vurdu. Həmin il Boyanka Kostova Tailandda baş tutan yeniyetmələr arasında Dünya Çempionatında birdən qaldırmada gümüş medala, təkanla qaldırmada qızıl medala sahib oldu, ümumi nəticədə isə turniri 186 Kg. (81+105) nəticə ilə qızıl medalla başa vurdu. 2010-cu ilin aprelində Boyanka Kostova Belarusda baş tutan Avropa Çempionatında mübarizə apardı. Birdən qaldırmada bürünc medala, təkanla qaldırmada isə gümüş medala sahib olan Boyanka Kostova ümumi nəticədə 199 Kg. (87+112) nəticə ilə Avropa Çempionatını gümüş medalla başa vurdu.
Cydonia oblonga
Adi heyva (lat. Cydonia oblonga ) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin heyva cinsinə aid bitki növü.
Eucalyptus oblonga
Eucalyptus oblonga (lat. Eucalyptus oblonga) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Flora Bolonyay
Flora Bolonyay (d. 5 aprel 1991) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Flora Bolonyay, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu.
Galinsoga oblonga
Anthemis bornmuelleri (lat. Anthemis bornmuelleri) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü. == Sinonimləri == Acmella lanceolata Link ex Spreng. Amellus carolinianus Walter Anthemis abyssinica J.Gay ex A.Rich. Anthemis abyssinica var. abyssinica abyssinica Anthemis cotula Blanco [Illegitimate] Anthemis cotula var. hierosolymitana Eig Anthemis cotula subsp. lithuanica (DC.) Tzvelev Anthemis cotula-foetida Crantz Anthemis cotuloides Raf. ex DC. Anthemis galilaea var. brachyota Eig Anthemis galilaea var.
Gayevniki-Kolonya
Qayevniki-Kolonya, (polyakca: Gajewniki-Kolonia) — Polşanın coğrafi mərkəzində yerləşən kənd. Kənd Polşanın Zdunska Vola gminası inzibati rayonunda yerləşir və Zdunska Vola povyatı, Luc voyevodalığı şəhərləri də onu çevrəliyir. Kənd təxminən Zdunska Volanın 4 km şərqində və Lucun 38 km cənub qərbində yerləşir. Qayevniki kəndinə də yaxındır. 1975-ci ildən 1998-ci ilədək Qayevniki-Kolonya Şeradz voyevodalığının bir parçası idi. Kənddə təxminən 160 nəfər yaşayır.
Juniperus oblonga
Juniperus communis var. saxatilis (lat. Juniperus communis var. saxatilis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinin adi ardıc növünə aid bitki yarımnövü. Kiçik Asiya dan təsvir edilmişdir. Alçaqboyu, yerə sərilən və ya sürülən koldur. Cavan budaqları sarımtıl-qırmızıya çalır. Yaşlı budaqlarının rəngi bozdur, iynəyarpaqları sıx, xətvarı olub, ağ zolaqlıdır. Yarpaqlarının uzunluğu 10-16 mm-ə qədərdir, kirəmit kimi bir-birinin üzərinə sərilmişdir, azca əyridir, neştərvarı-xətvarıdır, ucu qısa və sivridir, üst tərəfi azca novaoxşardır, alt tərəfində küt bir tili vardır. Qozaları saplaqsız və ya qısa ayaqcıqlar üzərində kürəşəkilli, qara rəngdədir, üstündə göyümtül ləkə vardır, diametri 6-9 mm, yarpaqları boyda və ya çox vaxt onlardan bir qədər uzundur.