Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Biləvçay
Biləvçay — Şərur rayonu rayonu ərazisində, Arpaçay hövzəsində müvəqqəti axarlı çay. == Haqqında == Dərələyəz silsiləsinin cənub-qərb yamacından, 2175 m hündürlükdən başlanır. Uzunluğu 10 km.-dir. Əsasən yeraltı sular və yağış suları ilə qidalanır. Şərur düzənliyində torpağa hoparaq itir. == Adının etimalogiyası == Hidronim yerli əhalinin dilindəki bil (ovuc) və av/əv (su) sözlərindən düzəlib, "ovucla içilən su, bulaq suyu" mənasındadır.
Biləvər
Biləvər — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 420 nəfərdir.[mənbə göstərin] == Tarixi == Bilavar/Bilavər Lerik rayonunun Osyedərə inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin ətəyindədir. Oykonim Talış dilindəki bil (bataqlıq, gölməçə) və var (yer) sözlərindən düzəlib, "bataqlıq yer" mənasındadır.
Bizenöy
Bizenöy (fr. Bizeneuille) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Erisson kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03031. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 292 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 1648 nəfər (15-64 yaş) arasında 1153 nəfər iqtisadi fəal, 495 nəfər hərəkətsiz (fəaliyyət göstərici 70.0%, 1999-cu ildə 70.2%) idi. Fəal 1153 nəfərdən 1045 nəfər (571 kişi və 474 qadın), 108 nəfəri işsizdir (65 kişi və 43 qadın). Aktiv olmayan 495 nəfər arasında şagird və ya tələbə, 177 nəfər pensiyaçı, 186 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Biləv
Biləv — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Ümumi məlumat == Biləv bələdiyyəsinin mərkəzidir. Rayonun mərkəzindən 35 km şimal-qərbdə, Ordubad-Bist avtmobil yolunun üstündədir. Gilan çayının (Arazın qolu) sahilində, Zəngəzur silsiləsinin ətəyindədir Orta məktəbi, klubu, kitabxanası, tibb məntəqəsi, rabitə şöbəsi, ATS-i var. Gilançayın yuxarı axını boyunca yerləşən Biləv kənd ərazisində Tunc və ilk Dəmir dövürlərinə aid maddi mədəniyyət qalıqları tapılmışdır. Biləv kəndində orta əsrlərə aid nekropol və Gilançay üzərində iki açırımlı körpü də var. == Oykonimin izahı == Oykonim kəndin ərazisindəki eyniadlı bulağın adındandır. Tədqiqatçılar kəndin adının ərazidəki dağlarda olan bulov daşlarından götürüldüyünü ehtimal edirlər. Lakin belə olduqda kəndin adı Bilov deyil, Bulovlu olmalı idi. Oykonim mənbələrdə də Biləv kimi qeydə alınmışdır.
Biləvar (Xoy)
Biləvar (fars. بيله وار‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.215 nəfər yaşayır (318 ailə).
Boris Polevoy
Boris Nikolayeviç Polevoy (1908-1981) - rus yazıçısı, Sosialist Əməyi Qəhrəmanı. Böyük Vətən müharibəsi haqqında yazdığı əsərləri (“Əsl insan dastanı”) və gündəlikləri ona şöhrət qazandırmışdır. SSRİ Dövlət mükafatı laureatı. == Həyatı == Rus yazıçısı Boris Nikolayeviç Polevoy 1908-ci il martın 17-də Moskvada anadan olmuşdur. 1940-cı ildən Sov.İKP-nin üzvü, Böyük Vətən müharibəsində “Pravda”nın hərbi müxbiri olmuşdur. “Bit basmış adamın xatirələri” (1927), ”İsti sex”(1939) povestlərinin müəllifidir. 1946-cı ildə yazdığı A.P.Meresyevdən bəhs edən “Əsil insan dastanı” romanı məşhurdur. 1948-ci ildə çap olunan “Biz sovet adamlarıyıq” hekayə və oçerklər kitabı, 1949-50-ci illərdə yazdığı “Qızıl”, 1962-ci ildə yazdığı “Çılpaq sahildə”, 1966-cı ildə yazdığı “Həkim Vera” romanları müharibə və dinc quruculuq mövzularındadır. Polevoyun bir sıra əsəri ekranlaşdırılmış, S.Prokofyev “Əsil insan dastanı” romanı əsasında eyni adlı opera bəstələmişdir. Yazıçı 12 iyun 1981-ci ildə Moskva şəhərində vəfat etmişdir.
Bişevo adası
Bişevo adası(xorvatca Biševo, çakavi dilində — Bisovo)- Əhəng daşından təşkil olunmuş Xorvatiya adasıdır. Ada Adriatik dənizində yerləşir. Ada inzibati cəhətdən Split-Dalmasiya regionuna daxildir. == Coğrafiyası == Adanın ümumi sahəsi-5,91 km², uzunluğu təxminən 5 km, ölçüləri təxminən 4,6 × 2,2 km, sahil uzunluğu isə 18147 km-dir. Adanın sahili daşlıqdır. Burada çoxlu sayda körfəz və buxtalar, mağaralar yerləşmişdir. Ada Vis adasından minimum 4,2 km cənubda yerləşmişdir. Adanın ən yüksək nöqtəsi Strajeniça dağıdır. (239 m) Adanın mərkəzi hissəsində münbit torpaqlar üstünlük təşkil edir. Adanın şimal hissəsində isə şam ağacları üstünlük təşkil edir.
Bilev mahalı
Biləv mahalı — Naxçıvan xanlığının mahallarından biri. Naxçıvan xaniğı (1747- 1827-ci illər) mahallara bölünmüşdü və onun 9 mahahndan biri də Biləv mahalı olmuşdur. Biləv kəndi də bu mahalın mər- kəzi idi. Beləliklə 1747-1827-ci illərdə 80 il müddətinə Biləv eyniadlı mahalın mərkəzi olmuşdur. Mahallari xanın nüməyəndəsi - mirzəbəyilər (naiblər) idarə edirdilər. Onlar xanlığa sədaqətli, adətən Kəngərli tayfasından olan bəylərdən təyin olunurdular. Biləv mahalına təyin olunmuş naiblər (mahal hakimləri) Kəngərli tayfasından, Naxçıvan xanlığının Vəkil (Sultan) qolundan I kərim Sultan - Bilici Kəngərli nəslindən oimuşlar. Mahal hakimiyyətinin əksər məmurları da Kəngərli tayfasından və naiblərin qohumlarından təyin olunurmuşlar. == Mahal haqqında qısa bilgi == Sahəsi - Əhalisi - Yaranması — 1747-ci il Paytaxtı— Biləv kəndi Sərhədləri — == Etimologiyası == Tədqiqatçılar qədimliyi, yerləşdiyi ərazinin dağlıq və landşaft xüsusiyyətlərinin müxtəlif olması ilə seçilən kəndin Biləv adlanmasının müxtəlif səbəblərini veriblər. Bəzi mənbələrə görə, Biləv “min ev” sözünün təhrif olunmuş formasıdır, digər əsaslarda Biləv adının kənddəki “bülöv daşı” sözündən götürüldüyü məlum olur.
Biləv SES
Biləv SES (tam adı: Biləv Su Elektrik Stansiyası) — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yerləşən su elektrik stansiyası. Stansiyanın inşasına 2009-cu ilin martında başlanılmışdır. İnşaat işlərinin yüksək keyfiyyətlə və qısa müddətdə yerinə yetirilməsi üçün maksimum səy göstərilmişdir. Stansiya ilin bütün fəsillərində bol suyu olan Gilançaydan qidalanır. Su əvvəlcə tənzimləyici bəndə yığılır. Burada suyun toplanması üçün sahəsi 5,15 hektar olan süni göl yaradılmışdır. Göldəki bəndlərin eni 159 metrdir, hündürlüyü isə 7,3 metrlə 9,5 metr arasında dəyişir. Gölün suyun tutumu 250 min kubmetrdir. Buradan su açıq və qapalı kanallarla sutəmizləyici anbara ötürülür. Üçsıralı anbar 8200 kubmetr su tutur.
Biləv körpüsü
Biləv körpüsü — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Biləv kəndinin cənub tərəfində yerləşən tarixi-memarlıq abidəsi. Körpü Gilançay üzərində orta əsrlərdə inşa edilmişdir. Kəndin adı ilə adlandırılan körpü zəmanəmizədək yarımuçıq vəziyyətdə gəlib çatmışdır. == Memarlıq quruluşu == Qalıqlarına əsasən məlum olur ki, körpünün uzunluğu təxminən 60 metr, eni 3,3–3,8 metr, hündürlüyü 7–8 metr olmuşdur. Körpünün qərb tağının qurtaracağı, üzərində cüzi hörgü işi aparılmış sal qayanın üzərində oturmuşdur. Bəzi müəlliflər körpünün 3 tağlı olmasını yazsa da, hazırda bir tərəfi-şərq tağı salamat qalan körpünün uzunluğuna əsasən onun 4 və ya 5 aşırımlı olduğunu söyləmək olar. Körpünün yan divarları ən azı bir tərəfi ibtidai üsulla yonulub hamarlanmış iri və yastı yerli daşlardan- andezit — bazaltlardan , tuflu qumdaşlarından və s. kirəclə (əhəngdən və qumdan hazırlanmış qatı palçıqla) tikilmiş, divarlararası içəri hissəsi isə bol daşlı, çınqıllı, qumlu sementlənmiş materialdan təşkil olunmuşdur. Sonrakı təmir və bərpa işləri isə, körpünün yan divarları və tağlarının içəri hissələri təbii, yonulmuş, ancaq seçilmiş kiçik, yastı, müxtəlif tərkibli daşlardan və açıq qəhvəyi rəngli bişmiş kərpicdən hörülmüşdür. Körpü bir neçə dəfə təmir və bərpa olunmuşdur.
Biləv mahalı
Biləv mahalı — Naxçıvan xanlığının mahallarından biri. Naxçıvan xaniğı (1747- 1827-ci illər) mahallara bölünmüşdü və onun 9 mahahndan biri də Biləv mahalı olmuşdur. Biləv kəndi də bu mahalın mər- kəzi idi. Beləliklə 1747-1827-ci illərdə 80 il müddətinə Biləv eyniadlı mahalın mərkəzi olmuşdur. Mahallari xanın nüməyəndəsi - mirzəbəyilər (naiblər) idarə edirdilər. Onlar xanlığa sədaqətli, adətən Kəngərli tayfasından olan bəylərdən təyin olunurdular. Biləv mahalına təyin olunmuş naiblər (mahal hakimləri) Kəngərli tayfasından, Naxçıvan xanlığının Vəkil (Sultan) qolundan I kərim Sultan - Bilici Kəngərli nəslindən oimuşlar. Mahal hakimiyyətinin əksər məmurları da Kəngərli tayfasından və naiblərin qohumlarından təyin olunurmuşlar. == Mahal haqqında qısa bilgi == Sahəsi - Əhalisi - Yaranması — 1747-ci il Paytaxtı— Biləv kəndi Sərhədləri — == Etimologiyası == Tədqiqatçılar qədimliyi, yerləşdiyi ərazinin dağlıq və landşaft xüsusiyyətlərinin müxtəlif olması ilə seçilən kəndin Biləv adlanmasının müxtəlif səbəblərini veriblər. Bəzi mənbələrə görə, Biləv “min ev” sözünün təhrif olunmuş formasıdır, digər əsaslarda Biləv adının kənddəki “bülöv daşı” sözündən götürüldüyü məlum olur.
Biləv nekropolu
Biləv qəbiristanlığı — Ordubad rayonunun Biləv kəndindən şərqdə arxeoloji abidə. Qəbiristanlıqda xeyli daş qoç fiqurları və sənduqələr vardır. Qərb-şərq istiqamətində yönəlmiş torpaq qəbirlərin bəzisinin ətrafı dördkünc formada, bəzisi isə dairəvi formada daş düzümləri ilə əhatələnmişdir. Baş daşlarının bir qismi adi qaya parçalarından, bəziləri isə yonulmuş daşlardan qoyulmuşdur. Qəbir daşları üzərində ərəb əlifbası ilə yazılmış kitabələr vardır. Biləv qəbiristanlığı XIV–XVIII əsrlərə aiddir. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh. 45.
Biləv qalası
Biləv qalası, Naxçıvan Muxtar Respublikası Ordubad rayonu ərazisində arxeoloji abidə. == Haqqında == Qala divarları yalnız bəzi yerlərdə qalmışdır. Divar qalıqlarına əsasən demək olar ki, qala təpənin üzərini tamamilə əhatə etmişdir. Qalanın tikintisində Naxçıvan qalaları üçün xarakterik olan ziqzaq şəkilli çıxıntılardan istifadə olunmuşdur. Qalanın içəri tərəfində dördkünc formalı binaların qalıqları izlənməkdədir. Tədqiqat zamanı toplanan yerüstü materiallar erkən orta əsrlər dövrünə aiddir. Yerli əhalinin verdiyi məlumata görə qala uzun müddət düşmən hücumlarından qorunmaq üçün istifadə olunmuşdur. 20 əsrin əvvəllərində qazılmış səngərlərin yerləri indi də qalada qalmaqdadır. Qalanı 7–10 əsrlərə aid etmək olar.
Biləv qəbiristanlığı
Biləv qəbiristanlığı — Ordubad rayonunun Biləv kəndindən şərqdə arxeoloji abidə. Qəbiristanlıqda xeyli daş qoç fiqurları və sənduqələr vardır. Qərb-şərq istiqamətində yönəlmiş torpaq qəbirlərin bəzisinin ətrafı dördkünc formada, bəzisi isə dairəvi formada daş düzümləri ilə əhatələnmişdir. Baş daşlarının bir qismi adi qaya parçalarından, bəziləri isə yonulmuş daşlardan qoyulmuşdur. Qəbir daşları üzərində ərəb əlifbası ilə yazılmış kitabələr vardır. Biləv qəbiristanlığı XIV–XVIII əsrlərə aiddir. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh. 45.
Biləv çovqanı
Biləv çovqanı- Culfa r-nunda təbii mərz adı. == Toponimik izah == Culfa r-nunda təbii mərz adı. Naxçıvan əyalətinin Azadçiran nahiyəsində Bilav kimi qeyd olunmuşdur. Mənbədə kənd həm də Ağacanlı adlandırılmışdır. Bu məlumatdan aydın olur ki, kənd «Biləv» adlı yerdə Ağacanlı adlı nəslin məskuílaşması nəticəsində yaranmışdır. Biləv kəsici alətləri itiləmək üçün istifadə edilən daş. Kəndin yaxınlığında «Bilav» mineral bulaqlar vardır.
Biləv mineral bulağı
Biləv mineral bulağı — Ordubad rayonunun ərazisində yerləşən mineral bulaq. == Coğrafi yerləşməsi == Biləv kəndindən 1,5 km şm. Şərqdə Uluçayın sol sahilindədir. Bir neçə çıxışdan ibarətdir. == Tərkibi == Minerallaşma dərəcəsi 2,0 q/l-dir. Gündəlik su sərfi 20000 litr, qələviliyi 5,9, temperaturu isə 18,5 C0 təşkil edir. Kimyəvi tərkibinə görə hidrokarbonatlı, natriumlu-kalsiumlu tiplidir. == Mənbə == Əliyev F.Ş – Azərbaycan respublikasının yeraltı suları ehtiyatlarından istifadə və geoekoloji problemləri. Monoqrafiya , “Çaşıoğlu” , Bakı-2000, 325 s. Бабаев А.М – Минералние воды горно – складчатых областей Азербайджана.
Biləv yaşayış yeri
Biləv yаşаyış yеri — İndiki kəndin müаsir tikintilərinin аltındа qаlmışdır. Kəndin ətrаfındа Аğаcаnnı, Çаyqаtışаn, Şır-Şır, Əmircаnlı, Хəlfəli və s. yеr аdlаrı vаr. Kəndin içərisində mədəni təbəqənin qаlınlığı 0,5–1,5 m аrаsındаdır. Аşınmа nəticəsində dаğılаn mədəni təbəqədən şirli və şirsiz sахsı məmulаtı, о cümlədən Оrtа əsrlərə аid sахsı qəlyаn, çırаq, küpə və nimçə tipli qаblаrın pаrçаlаrı аşkаr оlunmuşdur. Biləv kəndinin ətrаfındа Оrtа əsrlərə аid dörd qəbiristаnlığın оlduğu müəyyən оlunmuşdur. Kəndin içərisində yеrləşən qаlа əhаlinin düşmən hücumlаrındаn mühаfizə оlunmаsındа istifаdə оlunmuşdur. XVIII əsrə аid körpünün qаlıqlаrı dа hаzırdа Biləv kəndində qаlmаqdаdır. Аrхеоlоji mаtеriаllаrа əsаslаnаrаq dеmək оlаr ki, kəndin əsаsı ilk оrtа əsrlərdə, təqribən V–VII əsrlərdə qоyulmuş, sоnrаkı dövrlərdə isə inkişаf еtmiş yаşаyış məntəqəsi оlmuşdur.
Biləv su elektrik stansiyası
Biləv su elektrik stansiyası — 2010-cu ildə istifadəyə verilmişdir. Ordubad rayonun Biləv kəndi yaxınlığında Gilançay üzərində tikilmişdir. Naxçıvan Muxtar Respublikasının 17% enerji təlabatını ödəyir.