Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bubo bubo
Adi yapalaq (lat. Bubo bubo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaq cinsinə aid heyvan növü.
Bufo bufo
Adi quru qurbağası (lat. Bufo bufo) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin quru qurbağaları fəsiləsinin quru qurbağası cinsinə aid heyvan növü. == Statusu == Azərbaycanda adi quru qurbağasının Bufo bufo verucosissima (Pallas,1813) yarımnövü yayılmışdır. Lənkəran rayonunda və Böyük Qafqazın cənub ətəklərində təsadüf edilir. == Yaşayış yeri == Meşə kənarlarındakı çəmənliklərdə, çoxalma dövründə isə meşə kənarındakı gölməçələrdə təsadüf edilir. == Sayı == Çoxalma zamanı optimal şəraitdə 1 km marşruta 3-4 fərd düşür. 1989-cu ildə Zaqatala rayonunun Qəbizdərə kəndinin yaxınlığındakı gölməçədə 100 m-lik sahil zolağında 30-40 fərd hesablanmışdır. == Çoxalması == Mayalanma xaricidir. Cütləşmə 4-12 (hərdən daha çox) saat davam edir. Kürütökmə 7-10 gün ərzində gedir.
Toruko-buro
Türk hamamı (トルコぶろ, toruko-buro) – Yaponiyada seks xidməti göstərən xüsusi hamamları bildirmək üçün istifadə olunmuş seks termini. Hazırda bu cür hamamları bildirmək üçün "soaplend" terminindən istifadə olunur. == Tarixi == 1953-cü ildə Yaponiyada kişilər üçün seks xidmətləri təqdim edən özəl hamamlar ortaya çıxmışdır. Bu növ hamamlar 1984-cü ilə qədər "türk hamamı" (toruko-buro) və ya qısaca "türk" (toruko) adı ilə tanınmışdır. Yaponiyada adi türk hamamları ilə yanaşı "mantoru" (mənzillərdə fəaliyyət göstərən) və "hotetoru" (hotellərə masajist göndərən) kimi türk hamamı növləri mövcud olmuşdur. 1980-ci illərdə Yaponiyada 1700-dən çox türk hamamı fəaliyyət göstərirdi və bu hamamlarda 18.000-dən çox şəxs işləyirdi. Onlar əsasən Tokio, Yokohama və Osaka kimi şəhərlərin əyləncə bölgələrində fəaliyyət göstərirdi. == Türklərin etirazı == Yaponiyada yaşayan və Yaponiyaya qonaq gələn türklər seks xidməti ilə məşğul olan belə məkanların "türk hamamı" adlandırılmasından narazı olmuş və buna etiraz bildirmişdirlər. Yaponiya türkləri Türkiyə səfirliyinin yerini öyrənmək istəyəndə səhv başa düşülürdülər. Türk hamamı xidmətindən yararlanmaq istəyən yaponlar bəzən səhvən Türkiyə səfirliyinə zəng edirdilər.
Boro
Boro (ing. borough /ˈbʌrə/ , /ˈbɜroʊ, ˈbʌroʊ/ — əsasən ingilisdilli ölkələrdə inzibati-ərazi vahidləri. Boro Kanada, Böyük Britaniya, ABŞ, Avstraliya və İrlandiyada vardır. Müxtəlif ölkələrdə müxtəlif ərazi vahidlərini nəzərdə tuta bilər. Təntənəli qraflıq sayılan Böyük London şəhəri 32 borodan ibarətdir.
Bubo
Yapalaq (lat. Bubo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
Bufo
Quru qurbağası (lat. Bufo) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin quru qurbağaları fəsiləsinə aid heyvan cinsi.
Burj
Burj (fr. Bourges, lat. Avaricum Biturigum) — Fransanın mərkəzi hissəsində şəhər. Şerdeptinin inzibati mərkəzi. == Əhalisi == Əhalisi 66,4 min (2010). == Coğrafiyası == Oron və Eren çaylarının qovuşduğu yerdə yerləşir. Berri kanalında (Luara çayı ilə əlaqələnir) gəmi dayanacağı. == Tarixi == E.ə. 7-ci əsrdə indiki Burjun yerində kelt yaşayış məskəni yerləşirdi; eramızın 1-ci əsrində Avarik (Avaricum) adı ilə tanınan bu məskən qall tayfası bituriqlərin mərkəzi olmuş, 52 -ci ildə Yuli Sezar tərəfindən işğal edilmişdir. 297-ci ildən Birinci Akvitaniya əyalətinin mərkəzi idi.
Buros
Buros (Borås) — İsveçin cənub qərbində şəhər. == Əhalisi == Əhalisi 66,3 min (2010) nəfərdir. == Coğrafiyası == Katteqat boğazının 70 km-liyində, Viskan çayı sahilində, Höteborqdan şərqdədir. Nəqliyyat qovşağı. Beynəlxalq aeroport. == Tarixi == 1621-ci ildə salınmışdır. Qəsr (15 əsr), kilsə (1699), Ratuşa (1909–1910, memarlar İ. Tenqbum və E. Torulf) saxlanılmışdır. == Memarlığı == Universitet (1977), Ali memarlıq məktəbi fəaliyyət göstərir. Rəssamlıq, müasir incəsənət, toxuculuq (2000) muzeyləri, açıq səma altında etnoqrafiya muzeyi, yanğınsöndürmə işi muzeyi; şəhər teatrı (1964); zoopark var. Xidmət sferası (o cümlədən internet-ticarət) inkişaf etmişdir.
Buru
Buru (ind. Pulau Buru) — Malay arxipelaqında, Molukka adalarına və İndoneziyanın tərkibinə daxil olan ada. Sakit okeana daxil olan dənizlərlə əhatələnmişdir: Seram dənizi (şimaldan), Banda dənizi (cənubdan və qərbdən). Şərqdən Manipa boğazı ilə Seram və Ambon adalarından ayrılır. Sahəsi 9505 km² təşkil edir. 2012-ci il may ayının məlumatlarına əsasən, adanın ümumi əhalisi 206 840 nəfərdir. Ada əhalisi etnik baxımdan rəngarəngdir. Adanın köklü əhalisi ilə yanaşı orada Yava adasından və İndoneziyanın digər adalarından gələnlər də yaşayır. Dini baxımdan həm islam, həm də xristian dininə etiqad edənlər var. Bununla belə bəzi rayonlarda insanlar əvvəlki inanclarına bağlılıqlarını qoruyub saxlayırlar.
Bürc
Bürc — ulduzlu göyün bir hissəsidir. Ulduzların müşahidə və öyrənilməsinin əlverişliyi üçün ulduzlu göy bürclərə bölünür. Bürclərin əksəriyyətinə qədim zamanlardan əfsanəvi qəhrəmanların (Herkules, Persey və s.), heyvanların (Qoç, Buğa, Balıqlar və s.) və əşyaların (Teleskop, Günyə və s.) adları verilmişdir. 1922 ildən başlayaraq göy qübbəsi Beynəlxalq Astronomiya İttifaqı ilə müəyyən edilmiş 88 bürcə ayrılır. Onlardan 31-i şimal yarımkürəsində, 11-i ekvatorda və 46-sı cənub yarımkürəsində görünür. Bürclərin sərhədləri 1935 ildə müəyyənləşdilmişdir. Ən böyük bürc Hidradır (1302 kvadrat dərəcə), ən balaca isə Cənub Xaçıdır (68 kvadrat dərəcə). Astronomiyada bürclər Eynar Hertsşprunq və Genri Rassel ilə tətbiq edilmiş qısaldılmış latın adları ilə işarə edilir. Parlaqlığa görə bürclərin ulduzları yunan hərfləri ilə düşən nizamda işarə edilir. == Tarixçə == İnsanlar qədimdən ulduzların göydə qəribə fiqurlar əmələ gətirdiyini müşahidə etmişdilər.
Puro
Puro və ya siqar — Silindrik formada yuvarlanan tütün yarpaqlarından ibarət tütün məmulatıdır. Ortada tütün hissəcikləri olan "tutucu" yarpağı və ətrafına spiral şəklində bükülmüş "sarğı" yarpağı var. Puronun ən bahalı hissəsi olan sarğı yarpağı; güclü, çevik və ipək kimi quruluşa malik olmalı, nizamlı yanmağı təmin etmək üçün xoş ətirli və yanar xüsusiyyətə malik olmalıdır. Qısa puro da adətən "siqarillo" termini ilə tanınır. Daha çox Kuba və Dominikan Respublikası kimi ölkələrdə yetişdirilir.
&Burn
"&Burn" — amerikalı müğənni Billi Aylişin repçi Vins Steypls ilə birlikdə ifa etdiyi mahnı. 15 dekabr 2017-ci ildə Darkroom və Interscope Records tərəfindən sinql olaraq buraxılıb. Mahnı dekabr ayında Aylişin ilk mini-albomu "Don't Smile at Me"nin yenidən buraxılmış versiyasına daxil edilib. Mahnı Aylişinin "Watch" mahnısının alternativ versiyasıdır.
Aaron Burr
Aaron Burr (ing. Aaron Burr, Jr.; 6 fevral 1756[…], Nyuark, Nyu Cersi – 14 sentyabr 1836[…]) — Amerika Birləşmiş Ştatlarının 3-cü vitse-prezidenti. 1804-cü ildə Aleksandr Hamiltonla aralarında duel təşkil edilmişdir. Burr duel nəticəsində ağır yaralanmışdır.
Andrea Duro
Andrea Duro Flores (14 oktyabr 1991, Fuenlabrada[d], Madrid regionu[d], İspaniya) — İspaniya aktrisası. Əsasən "Fisica o Quimica" serialı ilə tanınır.
Arabaçı (bürc)
Arabaçı bürcü (Latınca:Auriga) - Göyün şimal yarımkürəsindədir. Azərbaycanda il boyu görünür. Bu Ptolemeyin 48 bürclərindən biridir və 88 müasir bürclərdən biri kimi Beynəlxalq Astronomiya İttifaqı tərəfindən qəbul edilib.
Balıqlar (bürc)
Balıqlar lat. Pisces — zodiakal bürc.
Biro Jade
Biro Jade (24 yanvar 1973, Braziliya) — Azərbaycan milli futzal komandasının üzvü Biro Jade 2010-cu il yanvarın 19-dan 30-dək Macarıstanda keçirilmiş Avropa çempionatının ən məhsuldar oyunçularından olub. 37 yaşlı braziliyalı iştirak etdiyi matçlarda rəqib qapılarına 5 dəfə yol tapıb. Biro ilə yanaşı, daha 3 futzalçı 5 qol vurub. Bunlar Saad Assis (İtaliya), Xavi Rodríges (İspaniya) və Joel Keyruşdur (Portuqaliya). Hər 4 oyunçu "Qızıl buts" mükafatının sahibi olub.
Buqələmun (bürc)
Buqələmun bürcü (lat. Chamaeleon, Cha) — Göyün cənub yarımkürəsindədir. Azərbaycandan heç vaxt görünmür. 88 müasir bürclərdən biri kimi Beynəlxalq Astronomiya İttifaqı tərəfindən qəbul edilib.
Bura Azərbaycandır
Bura Azərbaycandır ! — Azərbaycan Respublikasında ictimai konsepsiya, inkişaf etmiş ölkələrlə Azərbaycanın müqayisəsini apararkən ölkədəki mövcud problemlərə haqq qazandırmaq üçün işlədilən termin. XX əsrin 90-cı illərində yaranmışdır. XXI əsrin ilk onilliyinin sonlarında xüsusilə kütləviləşərək azərbaycanlıların milli şüurunda güclü şəkildə kök salmışdır. Nəticədə bir mənalı şəkildə problemlər ört-basdır edilir və "Bura Azərbaycandır!" mənfi pafosla vurğulanır. == Xarici keçidlər == Ürfan Məmmədli. Bura Azərbaycandır!
Bura Azərbaycandır!
Bura Azərbaycandır ! — Azərbaycan Respublikasında ictimai konsepsiya, inkişaf etmiş ölkələrlə Azərbaycanın müqayisəsini apararkən ölkədəki mövcud problemlərə haqq qazandırmaq üçün işlədilən termin. XX əsrin 90-cı illərində yaranmışdır. XXI əsrin ilk onilliyinin sonlarında xüsusilə kütləviləşərək azərbaycanlıların milli şüurunda güclü şəkildə kök salmışdır. Nəticədə bir mənalı şəkildə problemlər ört-basdır edilir və "Bura Azərbaycandır!" mənfi pafosla vurğulanır. == Xarici keçidlər == Ürfan Məmmədli. Bura Azərbaycandır!
Burc Hammud
Burc Hammud (ərəb. برج حموﺪ‎, erm. Պուրճ Համուտ) - Livanın paytaxtı Beyrut şəhərinin inzibati vahidlərindən biri. Burc Hammud Livan ermənilərinin Livanda ən çox yaşadığı yer hesab olunur. Ermənilərin Burc Hammuda kütləvi şəkildə yerləşməsi, 1915-ci il hadisələrindən sonra baş vermişdir. Həmin dövrdə Burc Hammuda minlərlə erməni ailələri köçmüşdür. Qısa zamanda səmtdə Erməni Qriqoryan Kilsəsi açılmışdır. Livan vətəndaş müharibəsi zamanı, müharibədə aktiv iştirak etmiş Daşnaksütun partiyası və digər erməni terrorçuları, Burc Hammuddan qərargah kimi istifadə etmişdilər. 2011-ci ilə olan məlumata əsasən səmtdə 150.000 insan yaşayır. Burc Hammudda ermənilərə məxsus bir neçə orta məktəb və kilsələr fəaliyyət göstərir.
Burc Hamod
Burc Hammud (ərəb. برج حموﺪ‎, erm. Պուրճ Համուտ) - Livanın paytaxtı Beyrut şəhərinin inzibati vahidlərindən biri. Burc Hammud Livan ermənilərinin Livanda ən çox yaşadığı yer hesab olunur. Ermənilərin Burc Hammuda kütləvi şəkildə yerləşməsi, 1915-ci il hadisələrindən sonra baş vermişdir. Həmin dövrdə Burc Hammuda minlərlə erməni ailələri köçmüşdür. Qısa zamanda səmtdə Erməni Qriqoryan Kilsəsi açılmışdır. Livan vətəndaş müharibəsi zamanı, müharibədə aktiv iştirak etmiş Daşnaksütun partiyası və digər erməni terrorçuları, Burc Hammuddan qərargah kimi istifadə etmişdilər. 2011-ci ilə olan məlumata əsasən səmtdə 150.000 insan yaşayır. Burc Hammudda ermənilərə məxsus bir neçə orta məktəb və kilsələr fəaliyyət göstərir.
Burj (rayon)
Burj (fr. Bourges) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Şer (departament). Suprefektura — Burj. Rayonun əhalisi 2006-cı ildə 175 163 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 63 nəf / km² . Rayon ərazisi — 2798 km².
Burj kafedralı
Burj kafedrali — Fransanın Burj şəhərində Müqəddəs Stefena həsr olunmuş Roman-Katolik kafedralı.
Burn doqquzdonu
Burn doqquzdonu (lat. Lonicera bournei) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.
Что было дальше?
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun sxemi == Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun tarixi == Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.