Burj (fr. Bourges, lat. Avaricum Biturigum) — Fransanın mərkəzi hissəsində şəhər. Şerdeptinin inzibati mərkəzi.[1]
Burj | |
---|---|
fr. Bourges | |
47°05′01″ şm. e. 2°23′44″ ş. u. | |
Ölkə | Fransa |
Region | [[Sentr]] |
Başçı | Paskal Blank |
Tarixi və coğrafiyası | |
Sahəsi | 68.74 km² |
Mərkəzin hündürlüyü | 153 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 66,786 nəfər (2009) |
Sıxlığı | 9710 nəf./km² |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 18033 /18000 |
Digər | |
Burj şəhərinin rəsmi internet səhifəsi | |
Vikianbarda əlaqəli mediafayllar |
Oron və Eren çaylarının qovuşduğu yerdə yerləşir. Berri kanalında (Luara çayı ilə əlaqələnir) gəmi dayanacağı.[1]
E.ə. 7-ci əsrdə indiki Burjun yerində kelt yaşayış məskəni yerləşirdi; eramızın 1-ci əsrində Avarik (Avaricum) adı ilə tanınan bu məskən qall tayfası bituriqlərin mərkəzi olmuş, 52 -ci ildə Yuli Sezar tərəfindən işğal edilmişdir. 297-ci ildən Birinci Akvitaniya əyalətinin mərkəzi idi. Orta əsrlərdə Berri hersoqluğunun əsas şəhəri olmuşdur. 14–15-ci əsrlərdə Baş ştatlar dəflərlə burada toplanmışdı. Şəhərin mərkəzi qall-Roma məskəninin (4-cü əsrə aid divar qalıqları) müntəzəm planlı quruluşunu saxlayır.[1]
Sent-Etyenn kilsəsi (1198 – təqr. 1280; möhtəşəm 5-nefli transeptsiz bazilika; 13-cü əsrin əvvəllərinə aid klipta; qərb fasadının Məhşər günü və müq. Etyennin həyatından səhnələri əks etdirən 5 portalı, 1230–80; xor və deambulatorinin vitrajları, 13-cü əsr) Ümumdünya irsi siyahısına daxil edilmişdir. 13–16-cı əsrlərə aid kilsələr də var. Mülki memarlıq abidələri: alovlanan qotika üslubunda fasadı olan tacir Jak Körün evi, 1443–51; Pelvuazen sarayı (15 əsr); Ağ kraliçanın evi (16 əsr) və s. Mare bağları (19 əsr) və Pre-Fişo (1920–30) ardeko üslubunda bağ-parksalma sənətinin nadir nümunəsidir. Beynəlxalq Musiqi Elektroakustikası Akademiyası (1970), Orlean Universitetinin Texnologiya institutu; Berri (1892-ci ildə yaradılmışdır; 16-cı əsrə aid binada yerləşir; qall-Roma dövrünün, orta əsrlərin artefaktları, xalq sənəti), təbiyyat tarixi (1927), dekorativ sənət (1951-ci ildə yaradılmışdır; Lalman hotelinin binasında yerləşir, 16-cı əsrin əvvəlləri; 15–18-ci əsrlərə aid mebel, xalçalar, boyakarlıq əsərləri) muzeyləri. 20-ci əsr rəssamı M.Estevin muzeyi (15-ci əsrin sonu, 17-ci əsr ratuşa binasında), sənətlər muzeyi (arxiyepiskop sarayının binasında, 1680) və s.; “Jak Kör” teatrı fəaliyyət göstərir. Avia və raketqayırma, hərbi, şin (“Mişlen” şirkətinin zavoddu), ağac emalı, yeyinti sənayesi müəssisələri var.[1]