Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aybəniz Vəkilova
Aybəniz Səməd qızı Vəkilova (9 sentyabr 1937, Bakı – 13 iyun 2009, Bakı) — Səməd Vurğun Fondunun prezidenti (?–2009) və Səməd Vurğunun ev-muzeyinin direktoru (2006–2009), Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2002). == Həyatı == Aybəniz Vəkilova 1937-ci il sentyabrın 9-da Bakıda anadan olub. 1944–1951-ci illərdə Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki 10 illik musiqi məktəbində oxumuş(sonra 132 saylı məktəbə dəyişilib),1954-cü ildə oranı bitirmişdir. 1954–1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almış, oranı "Azərbaycan dili və ədəbiyyatı" ixtisası üzrə bitirmişdir. 1962–1967-ci illərdə Nizami adına Ədəbiyyat Muzeyində kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1967–1970-ci illərdə EA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuşdur. Aspiranturanı bitirdikdən sonra 1975-ci ilin oktyabr ayına qədər həmin institutda isləmişdir. 1975-ci ilin oktyabr ayında Səməd Vurğunun ev-muzeyi açılan vaxtdan burada baş mühafiz olmuş, 2006–2009-cu illərdə Səməd Vurğunun ev-muzeyinin direktoru vəzifəsində çalışmışdır. İşlədiyi müddətdə vaxtilə SSRİ-nin Mədəniyyət Nazirliyinin və Azərbaycan Mədəniyyət Nazirliyinin mükafat və fəxri fərmanları ilə təltif olunmuşdur. 1986-cı ildə SSRİ Ali Sovetinin fərmanı ilə "Şərəf nişanı" ordeninə layiq görülmüşdür.
Fatma Vəkilova
Fatma Vəkiova (30.3.1912 Qazax qəzası, Salahlı kəndi- 28.8.1987 Bakı) — professor, Geoloqiya-mineralogiya elmləri doktoru (1968). Azərbaycan EA İ.M.Qubkin adına Geologiya İnstitutu geokimya və analitik kimya laboratoriyasının rəhbəri, Bakı Sovetinin bir neçə çağırış deputatı olmuşdur. "Şərəf nişanı" ordeni və bir sıra medallarla təltif edilmişdir. Azərbaycan EA-nın müxbir üzvü, geokimya elmləri doktoru, professor Heydər Əfəndiyevin həyat yoldaşı. Rejissor Yalçın Əfəndiyevin anası. Riyaziyyatçı alim, professor Şamil Vəkilovun bacısı. == Həyatı == Fatma xanım İsmayıl ağa qızı Vəkilova Qazax qəzasının Yuxarı Salahlı kəndində, köhnə pedaqoqlar nəslinə mənsub, Qori seminariyasının məzunu, çarlıq və demokratik cümhuriyyət dönəmində məsul vəzifələrdə çalışmış İsmayıl ağa Vəkilovun ailəsində dünyaya göz açmışdır. İlk təhsilini atasının müdir olduğu beşsinifli Dağ Kəsəmən məktəbində almışdır. Bu arada ailə paytaxta köçərək, Mərdəkanda yerləşir. Fatma xanım həmin illərin nüfuzlu tədris ocaqlarından olan Bakı Darülmüəllimatına (Qızlar Seminariyası) qəbul olunur.
Leyla Vəkilova
Leyla Məhəd qızı Vəkilova (29 yanvar 1927, Bakı – 20 fevral 1999, Bakı) — Azərbaycanın milli balet sənətinin əfsanəvi və klassik dühalarından. Azərbaycan SSR Xalq Artisti, SSRİ xalq artisti, xoreoqraf, professor, Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri (1976–1982), Bakı Xoreoqrafiya Məktəbinin bədii rəhbəri, Lenin ordeni və "Şöhrət" ordeni ilə təltif olunmuşdur. İlk dəfə klassik dünyəvi balet elementləri ilə milli rəqslərimizin hərəkət zəifliyini hünərvər ustalıqla birləşdirə və onu öz ifasının estetik hüsnünə çevirə bilmişdir. == Həyatı == Leyla Məhəd qızı Vəkilova 1927-ci il yanvar ayının 29-da Bakıda doğulub. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır. Səkkiz yaşında Bakı Xoreoqrafiya Məktəbinə daxil olub. Əvvəlcə Ədilə Almaszadənin, son siniflərdə isə görkəmli balet ustası və pedaqoq Qəmər Almaszadənin rəhbərliyi ilə sənətin incəliklərinə yiyələnib. 1943-cü ildə məktəbi uğurla bitirən aktrisa Azərbaycan Dövlət Opera və Balet Teatrının balet truppasına solist götürülüb. 1945–1946-cı illərdə ixtisas səriştəsini təkmilləşdirmək, sənətkarlıq qabiliyyətini formalaşdırmaq məqsədi ilə iki il dünya şöhrətli Moskva Xoreoqrafiya Məktəbində xüsusi kurs keçib. Bakıya qayıdaraq Opera və Balet Teatrının aparıcı balet aktrisası olub.
Nüşabə Vəkilova
Nüşabə Rəşid qızı Babayeva-Vəkilova — fəlsəfə doktoru, Vaqif Səmədoğlu Mərkəzinin rəhbəridir (2019-cu ildən). == Həyatı == Nüşabə Babayeva-Vəkilova Bakıda anadan olub. 190 nömrəli məktəbdə təhsil alıb. ADU-nun (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsinin fars bölməsində təhsil alıb. Az. EA-nın (AMEA) Fəlsəfə və Hüquq İnstitutunda çalışmış, 1978–1981-ci illərdə AMEA Şərqşünaslıq İnstitutunun əyani bölməsinin aspirantı olmuş, 1981-ci ildən 2000-ci ilə kimi isə burada əmək fəaliyyətini davam etdirmişdir. "Cənubi Azərbaycan maarifçilərinin ictimai — siyasi baxışları" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə doktoru adını qazanmışdır. "Cənubi Azərbaycan maarifçiləri" adlı monoqrafiyanın müəllifidir. 1985–1987-ci illərdə Əfqanıstanda tərcüməçi kimi çalışmışdır. 2000–2015-ci illər ərzinde Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti olmuşdur.
Xavər Vəkilova
Xavər Əhməd qızı Vəkilova — Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar mədəniyyət işçisi. == Həyatı == Xavər Əhməd qızı (Mirzəbəyova) Vəkilova 1918-ci il martın 13-də Dərbənd şəhərində məşhur şəxsiyyətlərdən sayılan Nağıbəy Mirzəbəyli nəslinə məxsus zadəgan ailəsində anadan olub. Xavər xanım Əhmədbəy Mirzəbəyovun ailəsində dünyaya gələn on birinci uşaq olub. Xavər xanımın bacısı Şahzadə xanım tanınmış yazıçı, xətrini Səməd Vurğunun çox istədiyi, ehtiramla yanaşdığı Abdulla Şaiqin həyat yoldaşı olmuşdur. Abdulla Şaiq Xavər xanım hələ 13 yaşı olanda ona “Sevimli baldızım Xavərə!” adlı şeir həsr etmişdi. Xavər xanım Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki 10 illik musiqi məktəbində təhsil almışdır.1941-1946-cı illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində (indiki BDU) təhsil almış, filoloq ixtisasına yiyələnmişdir. 1934-cü ildə Azərbaycanın xalq şairi Səməd Vurğunla ailə həyatı qurub. Bu izdivacdan onların üç övladı – Yusif, Aybəniz, Vaqif dünyaya gəlmişdir. 1975-ci ilin oktyabr ayında açılan Səməd Vurğunun ev-muzeyi yaranan gündən ömrünün sonunadək muzeyin direktoru vəzifəsində çalışmışdır. Onun hələ Səməd Vurğunun sağlığında qoruyub saxladığı materiallar əsasında muzeyin ekspozisiyası xeyli zənginləşmişdir.
İradə Vəkilova
İradə Vəkilova (İradə Ağacavad qızı Vəkilova 20 avqust 1935 – 30 may 1998) — Azərbaycanlı jurnalist, publisist, ssenaristi, Əməkdar jurnalist, Azərbaycanda ilk müstəqil informasiya agentliyi olan "AssA-İradə"nin qurucusu == Həyatı və təhsili == İradə Vəkilova 1935-ci ildə 20 avqustda anadan olmuşdur. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Moskvada sovet və xarici ölkə jurnalistləri üçün birillik xüsusi məktəbi qırmızı diplomatla bitirmişdir. === Vəfatı === İradə Vəkilova 1998-ci ildə 30 mayda vəfat etmişdir. Bakıda II Fəxri Xiyabanda dəfn olunmuşdur. === Ailəsi === Mənsur Vəkilovun həyat yoldaşı olmuşdur. İki övladı vardır: Məmmədrza (1964) və Rəna (1971). Dayısı Riza Abdullayev Türkmənistan SSR-nin xarici işlər naziri olmuşdur. == Fəaliyyəti == === Mətbuat fəaliyyəti === Bir il Komsomolskaya pravda qəzetində tərcübə keçmişdir. 1957-ci ildən o dövrün populyar qəzeti olan "Molodjou Azərbaydjana" qəzetində işləsə də, bu nəşrdə 1953-cü ildən yazılar dərc olunmuşdur.
Firuzə Vəkilova
Firuzə Abbasqulu qızı Vəkilova (1878, Salyan, Cavad qəzası – 1927, Bakı) — Azərbaycan pedaqoqu və maarifçisi. == Həyatı == Əslən Qazax rayonunun Salahlı kəndindəndir. Məşhur Vəkilovlar nəslindən olan rus ordusunun polkovniki Abbasqulu bəy Vəkilovun (1844-1927) qızıdır. O, gələcək həyat yoldaşı Məcid Behbudov tərəfindən qaçırılıb. Belə ki, gənc xanəndə olan Məcid sosial mənşəyi aşağı olduğuna görə evlənmək üçün razılıq almağa ümid etmirdi. Cütlük Tiflis də məskunlaşıb və Firuzə ömrünün sonuna kimi orada yaşayıb. Firuzə Vəkilova zadəgan ailəyə məxsus olduğundan, dövrünə görə yaxşı təhsil almışdır. O, Tiflis şəhərində yerləşən Müqəddəs Nina qadın gimnaziyasını bitirib. Firuzə Vəkilova rus və fransız dillərini mükəmməl bilirdi. Müəllim işləyirdi.
Nüşabə Babayeva-Vəkilova
Nüşabə Rəşid qızı Babayeva-Vəkilova — fəlsəfə doktoru, Vaqif Səmədoğlu Mərkəzinin rəhbəridir (2019-cu ildən). == Həyatı == Nüşabə Babayeva-Vəkilova Bakıda anadan olub. 190 nömrəli məktəbdə təhsil alıb. ADU-nun (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsinin fars bölməsində təhsil alıb. Az. EA-nın (AMEA) Fəlsəfə və Hüquq İnstitutunda çalışmış, 1978–1981-ci illərdə AMEA Şərqşünaslıq İnstitutunun əyani bölməsinin aspirantı olmuş, 1981-ci ildən 2000-ci ilə kimi isə burada əmək fəaliyyətini davam etdirmişdir. "Cənubi Azərbaycan maarifçilərinin ictimai — siyasi baxışları" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə doktoru adını qazanmışdır. "Cənubi Azərbaycan maarifçiləri" adlı monoqrafiyanın müəllifidir. 1985–1987-ci illərdə Əfqanıstanda tərcüməçi kimi çalışmışdır. 2000–2015-ci illər ərzinde Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti olmuşdur.