Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Nüşabə Rəşid qızı Babayeva-Vəkilova — fəlsəfə doktoru, Vaqif Səmədoğlu Mərkəzinin rəhbəridir (2019-cu ildən).[1]
Nüşabə Babayeva-Vəkilova | |
---|---|
Nüşabə Rəşid qızı Vəkilova | |
Digər adı | Nüşabə Babayeva |
Doğum yeri | |
Həyat yoldaşı | Vaqif Səmədoğlu |
Nüşabə Babayeva-Vəkilova Bakıda anadan olub. 190 nömrəli məktəbdə təhsil alıb. ADU-nun (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsinin fars bölməsində təhsil alıb. Az. EA-nın (AMEA) Fəlsəfə və Hüquq İnstitutunda çalışmış, 1978–1981-ci illərdə AMEA Şərqşünaslıq İnstitutunun əyani bölməsinin aspirantı olmuş, 1981-ci ildən 2000-ci ilə kimi isə burada əmək fəaliyyətini davam etdirmişdir. "Cənubi Azərbaycan maarifçilərinin ictimai — siyasi baxışları" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə doktoru adını qazanmışdır. "Cənubi Azərbaycan maarifçiləri" adlı monoqrafiyanın müəllifidir.
1985–1987-ci illərdə Əfqanıstanda tərcüməçi kimi çalışmışdır. 2000–2015-ci illər ərzinde Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti olmuşdur.
Nüşabə xanım şair, dramaturq, ictimai xadim, musiqiçi Vaqif Səmədoğlunun həyat yoldaşıdır.
Vaqif Səmədoğlunun "Mən burdayam ilahi.."(1996;2005) , "Uzaq yaşıl ada"(1999;2006), "Sandığ şeirləri"(2016) , "Poemalar"(2022) şeirlər toplusunun, 2 cildlik "Dramaturgiya" (2014), aforizmlər (2013), "Gürzəçöl yazıları" (pritçalar) (2016) kitablarının tərtibatçısı və redaktorudur. Fransız dilində (2017), polyak dilində Polşada (2018) və serb dilində Serbiyada (2022) çıxan şeirlər kitablarını tərtib etmişdir. Bundan əlavə, Vaqif Səmədoğlu haqqında olan materiallar əsasında "Şair və Zaman" (2010) kitabını hazırlayaraq çap etdirmişdir. 2022-ci ildə Nüşabə xanımın müəllifi olduğu "Mən sənin yuxunam" adlı xatirələr kitabı işıq üzü görmüşdür.
2015–2022-ci illər ərzində Səməd Vurğunun Ev Muzeyinin direktoru vəzifəsində çalışıb. Muzeydə işlədiyi müddətdə Xalq yazıçısı Yusif Səmədoğlunun, Xalq şairi Vaqif Səmədoğlunun ekspozisiyalarını, Xavər xanım və Aybəniz xanımın guşələrini yaratmış və muzeyi yeni eksponatlarla zənginləşdirmişdir. Eyni zamanda Qazaxda "Poeziya evi"ndə də təkmilləşdirmə işləri aparmışdır."Vaqif Səmədoğlu" və "Nizami Gəncəvi" medalları ilə təltif edilmişdir.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |