Firuzə Vəkilova

Firuzə Abbasqulu qızı Vəkilova (1878, Salyan, Cavad qəzası1927, Bakı) — Azərbaycan pedaqoqumaarifçisi.[1]

Firuzə Vəkilova
Doğum tarixi 1878
Doğum yeri
Vəfat tarixi 1927
Vəfat yeri
Həyat yoldaşı
Uşaqları
Atası Abbasqulu bəy Vəkilov

Əslən Qazax rayonunun Salahlı kəndindəndir. Məşhur Vəkilovlar nəslindən olan rus ordusunun polkovniki Abbasqulu bəy Vəkilovun (1844-1927) qızıdır.

O, gələcək həyat yoldaşı Məcid Behbudov tərəfindən qaçırılıb. Belə ki, gənc xanəndə olan Məcid sosial mənşəyi aşağı olduğuna görə evlənmək üçün razılıq almağa ümid etmirdi. Cütlük Tiflis də məskunlaşıb və Firuzə ömrünün sonuna kimi orada yaşayıb.[2]

Firuzə Vəkilova zadəgan ailəyə məxsus olduğundan, dövrünə görə yaxşı təhsil almışdır. O, Tiflis şəhərində yerləşən Müqəddəs Nina qadın gimnaziyasını bitirib. Firuzə Vəkilova rusfransız dillərini mükəmməl bilirdi. Müəllim işləyirdi. O, şəhərdə qadın müsəlman cəmiyyəti təşkil etmiş, orada gənc qızlara ədəb-ərkan, rus və fransız dillərini öyrədirdi. Firuzə Vəkilova dram dərnəyində tamaşalar səhnələşdirib.[3]

Üzeyir HacıbəyovunArşın mal alan” operettasının əsasını Firuzə ilə Məcidin məhəbbət hekayəsi təşkil etmişdir.[4]

Firuzə Vəkilova xanəndə Məcid Behbudovun həyat yoldaşı olub. Onların üç övladı var idi. Ailənin hər üç övladı incəsənət aləmində şöhrət qazanıblar.[5]

  1. Страницы жизни / Сабир Гянджали (Мамедов). — Бакы : Ишыг, 1973
  2. Бейбутов Меджид Бехбудалы оглы // Энциклопедия Мугама. Т. А. Мамедов (координатор проекта). Баку. 2008. 2013-10-15 tarixində arxivləşdirilib.
  3. 1 2 "Bir şəklin tarixçəsi: Məşhur Behbudovlar ailəsi - Rəşidin qardaşı və bacısı..." 2024-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-07.
  4. "Истории любви известных азербайджанцев // Вестник". 2020-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-21.
  5. "Рашид Бейбутов. Вечная песня любви // В. Резникова, Иные берега, № 2(18) 2010". 2020-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-21.
  6. Бејбутов Әнвәр Мәҹид оғлу. . II. Под ред. Дж. Кулиева. Ru:Азербайджанская советская энциклопедия: Главная редакция Азербайджанской советской энциклопедии. 1978. 129.
  7. "У папы было много поклонниц. А машина, вся в губной помаде от женских поцелуев…- Рашида Бейбутова". 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-02.
  8. Абасова, 1965