Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aşıq Vəlican
Dəliçay
Dəliçay — Zəngəzurun Sisian mahalının Ərəfsə (keçmiş Qarakilsə rayonunda) kəndində (eyniadlı kənd Naxçıvan MR-in Culfa rayonunda da olduğuna görə və bunların qarışdırılmaması üçün Sisian rayonundakı Ərəfsə kəndinin adı yazıldıqdan sonra mötərizədə rayonun əvvəlki adı — "Qarakilsə" sözü yazılır) çay. Çayın kəndin təsərrüfat həyatında rolu o qədər də böyük deyildir. Dağlardan sürətlə axan bu çay tez-tez daşar, nadir hallarda isə son dərəcə güclü sel gələrdi. Sel az qala ev boyda qayaları, kökündən çıxarıdığı çoxillik ağacları qabağına qatıb gətirər, böyük hay-küyə səbəb olardı. Bu səbəbdən də ona babalarımız tərəfindən Dəliçay adı verilmişdir. Görkəmli şairimiz Məmməd Araz bu çayın şəninə şeir yazmışdır. Həmin şeirə yazılmış mahnını isə sevimli müğənnimiz Arif Babayev oxuyur (Salvartıya, Dəliçaya haray salıb, O qəhrəman, o qəhrəman). Başlanğıcını Qırxlar dağlarından götürür və Ərəfsə kəndinin aşağı məhəlləsinin ortalığında Salvartıçay və Taxtakörpüçay (Abuzər) çayları ilə qovuşur. Aşağı axarlarda Bazarçay, daha sonra isə Bərgüşad çayı ilə qovuşub, Araza tökülür. Dəliçay Ermənistanın rəsmi xəritəsində göstərilmir.
Selibat
Selibat (lat. caelibatus - kişi nikahsızlığı, lat. caelebs - subay kişi) — katolik ruhanilərin məcburi nikahsızlığı. Erkən orta əsrlərdə Roma papalarının selibat haqqında dekretləri olsa da, onlar faktiki cəhətdən yerinə yetirilməyib. Onu praktikada yalnız XIII əsrin ortalarında təmin etmək mümkün olub. Katolik kilsəsi selibatdan kilsə torpaq sahibliyinin qorunması məqsədilə istifadə edib. Belə ki, selibat torpaqların katolik ruhanilərin varisləri arasında bölünməsinin qarşısını alıb. XX əsrdə bu məhdudiyyəti aradan qaldırmaq üçün bəzi cəhdlər göstərilib, lakin 1967-ci ildə Roma papası selibatın toxunulmazlığını və müqəddəsliyini yenidən təsbit edib. Protestantlıq, ümumiyyətlə selibatı tanımır, pravoslavlıqda isə o yalnız rahiblərə şamil olunur.
Təlimat
Təlimat termini aşağıdakı mənalarda istifadə oluna bilər: Təlimat — qanun qüvvəli akt; qanunvericilik aktının, nazirin yaxud digər dövlət orqanı rəhbərinin əmrini izah etmək və onun tətbiqi qaydasını müəyyənləşdirmək məqsədilə verilir; Təlimat — texniki xarakterli göstərişlər; Təlimat — ixtisasçının öz funksional vəzifəsini yerinə yetirmə qaydalarını və ya konkret məsələnin həlli prosesində iş qaydalarını təyin edən sənəd; Təlimat — müəyyən fəaliyyət növlərinin, işlərinin həyata keçirilməsinin, xidməti davranışının xüsusi normativ sənədlərdə verilmiş qaydaların toplusu; Təlimat — bir şeyi həyata keçirmək üçün qayda və üsullar müəyyən edən yazılı göstəriş. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Vəlidağ
Vəlidağ — Sədərək və Şərur rayonlarının sərhədində, Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Sədərək düzünün cənub-şərq kənarında, Araz çayının sol sahilində, Dəhnə-Vəlidağ tirəsinin şimal-şərqində, Dəmirçi kəndindən 4 km şimal-qərbdə, Qurdqapısı keçidindən 1,3 km şimal-şərqdə dağ (hünd. 1242,2 m). Relyefdə kəskin parçalanmış, cənub yamacı sıldırımlı günbəzvarı yüksəklikdir. Zirvəsi Orta Devonun Eyfel mərtəbəsinin yuxarı hissəsinə aid Qurdqapısı lay dəstəsinin, yamacları ondan yaşlı Danzik və Dəlidağ lay dəstələrinin əhəngdaşı, qumdaşı, kvarsit, şist və argillitlərindən təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımının mərkəzi hissəsini mürəkkəbləşdirən ikinci dərəcəli Qaradaş-Bozdağ sinklinalının cənub-şərq qanadında yerləşir. Yamaclarında şimal-qərb və şimal-şərq istiqamətli fay və əks-fay qırılma pozulmaları izlənilir.
Helicta
Anisopappus (lat. Anisopappus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Əlican
Əlican — kişi adı. Əlican Əzizov — Aktyor. Filmlərdə iştirak edən.
Aulacopone relicta
Aulacopone relicta — Kiçik ölçüyü Qarışqa olaraq Aulacopone cinsinə aid növ. Azərbaycanın endemik canlısı. == Yayılması == Bu qarışqa Azərbaycanda aşkarlanmışdır. İki tapıntı Arnold Konstantin Vladimiroviç tərəfindən aşkarlanmışdır. Birinci tapıntı 1929-ci ildə Talış dağlarının ətəklərində Lənkərandan 40 km cənub-qərbdə Ələzəpin kəndi yaxınlığında meşədə (38° 45'N., 48° 50'E.) aşkarlanmışdır. İkinci tapıntı isə Azərbaycanın şimalında Ququlyabənd dağında, Alekseevka kəndi yaxınlığında (41° 22 N, 48° 34 E) aşkarlanır. == Məlumat == Bədənin uzunluğu 4,25 mm; başın uzunlugğu 1,08 mm; başın eni 1,02 mm; skapusun uzunluğu 0,59 mm; gözün maksimal diametri 0.24 mm; mezosomların uzunluğu 1,36 mm; skutumun eni 0,82 mm; petiolyusun eni 0,52 mm; petiolyusun hündürlüyü 0,58 mm; Postpetiolyusun eni 0,96 mm təşkil edir. Gözləri kiçikdir, üzəri tükcüklərlə örtülüdür. Növ ilk dəfə 1930-cu ildə sovet Mirmekoloqu Arnold Konstantin Vladimiroviç tərəfindən ətraflı araşdırılmış və onu qeydə almışdır. Bu növ qarışqa Lasius emarginatus qarışqa yuvasında palıd kötüyünün qabığında aşkarlanmışdır.
Kəlican (Vərziqan)
Kəlican (fars. كاليجان‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 75 nəfər yaşayır (15 ailə).
Sona Vəlixan
Sona xanım İbrahim qızı Vəlixan (19 iyun 1883, Qazax – 4 aprel 1982, Bakı) — göz həkimi, əməkdar elm xadimi, professor, Azərbaycan Tibb İnstitutunun kafedra müdiri, Azərbaycan ET Oftalmologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri. İlk oftalmoloq qadın (1933), İlk Tibb elmləri doktoru elmi dərəcəsinə layiq olan ilk azərbaycanlı qadını olmuşdur. Elmi işinin dərinliyinin və dəyərinin təsdiqi 1931-ci ildə "Endoftalmitin patoloji anatomiyasına dair" məqaləsi Nobel Komitəsinin diqqətini özünə cəlb edib və onun Nobel mükafatına namizədliyi qeydiyyata alınıb. İkinci dünya müharibəsinin başlanması səbəbindən onun elmi işi müvəffəqiyyət qazanmayıb. Qırmızı ulduz ordeni, Tibb əlaçısı döş nişanı, eləcə də 2 medalla təltif olunmuşdur. İbrahim Rəhimovun qızıdır. == Həyatı == Sona xanım Vəlixan 1908-ci ildə Peterburq Tibb İnstitutunu bitirmiş və Azərbaycanda ilk ali təhsilli həkim qadın olmuşdur. 1923–1939-cu illərdə S. Vəlixan Azərbaycan Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında assistent, dosent və professor vəzifəsində çalışmış, 1939–1971-ci illərdə isə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri olmuşdur. 1946–1960-cı illərdə S. İ. Vəlixan Azərbaycan ET Oftalmologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsini tutmuşdur. Sona Vəlixan 60-dan artıq elmi əsərin, o cümlədən 2 monoqrafiyanın müəllifidir.
Vasili Veliçko
Vasili Lvoviç Veliçko (2 (14) iyul 1860, Priluki[d], Poltava quberniyası[d] – 31 dekabr 1903 (13 yanvar 1904), Sankt-Peterburq) — Rus şairi, publisist və son dərəcə millətçi cərəyanın ictimai xadimi, Qarayüzlərin ən erkən nümayəndələrindən biri. == Həyatı == Vasili Veliçko Poltava vilayətinin Priluki şəhərində zadəgan ailəsində anadan olub. Uşaqlığını ailə mülkü olan Verniqorovşçina malikanəsində keçirib. 1870-ci ildən Kiyevdə Daniel pansionatında təhsil alıb. O, 1883-cü ildə Sankt-Peterburqda imperator hüquq məktəbini bitirmiş, Ədliyyə Nazirliyində və Dövlət Əmlak Nazirliyində xidmət etmişdir. == Yaradıcılığı == Gənclik illərində liberal ədəbi-bədii dairələrə yaxın olub. 1880-ci ildən o, şeirlərini (bəzən V. Voronetski təxəllüsü ilə) ilk olaraq “Jivopisnoe obozreniye”, “Trud”, “Sveta”, “Novoe vremya”, “Niva”da, “Nedelya”, “Həftənin kitabı”, “Rus düşüncəsi”, “Şimal” liberal nəşrlərində, "Herald”, “Avropa bülleteni”, sonra isə toplular şəklində - “Şərq motivləri” (1890), “Uşaqlar üçün şeirlər” (1894), “Qafqaz nəğmələrindən” (1895) çap etdirməyə başlayır. "Şərq motivləri" toplusu Vasili Veliçkoya şair kimi şöhrət gətirmişdir. Tənqidçilər bu əsərdən sonra "müəllifin şübhəsiz və böyük poetik istedadını" qeyd etməyə başladılar. 1895-ci ildə onun şeirləri P.P.Pertsovun "Gənc poeziya" antologiyasına daxil edilmişdir.
Velikan burnu
Velikan burnu — Saxalin adasınin cənub-şərqində, Tonino-Aniv yarımadasının şərq sahillərində yerləşir. Saxalin vilayətinin yerli əhəmiyyətli təbiət abidəsi olaraq qorunur. Əsas təbiət cizgiləri onun əsrarəngiz dəniz terrasına sahib olmasıdır. Burada dəniz terrası üzərində olan iynəyarpaqlı ağaclar, qaya bitkiləri qorunur. Dənizə doğru çıxan qayalar üzərində suiti sürülərini və quş koloniyalarını müşahidə etmək olur.
Vəlidağ (Şərur)
Vəlidağ — Sədərək və Şərur rayonlarının sərhədində, Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Sədərək düzünün cənub-şərq kənarında, Araz çayının sol sahilində, Dəhnə-Vəlidağ tirəsinin şimal-şərqində, Dəmirçi kəndindən 4 km şimal-qərbdə, Qurdqapısı keçidindən 1,3 km şimal-şərqdə dağ (hünd. 1242,2 m). Relyefdə kəskin parçalanmış, cənub yamacı sıldırımlı günbəzvarı yüksəklikdir. Zirvəsi Orta Devonun Eyfel mərtəbəsinin yuxarı hissəsinə aid Qurdqapısı lay dəstəsinin, yamacları ondan yaşlı Danzik və Dəlidağ lay dəstələrinin əhəngdaşı, qumdaşı, kvarsit, şist və argillitlərindən təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımının mərkəzi hissəsini mürəkkəbləşdirən ikinci dərəcəli Qaradaş-Bozdağ sinklinalının cənub-şərq qanadında yerləşir. Yamaclarında şimal-qərb və şimal-şərq istiqamətli fay və əks-fay qırılma pozulmaları izlənilir.
Vəlixan Qarayev
Vəlixan Qarayev (tam adı: Qarayev Vəlixan Novruz oğlu; 8 iyun 1960) — tibb elmləri doktoru. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyi" publik hüquqi şəxsin "Şamaxı Müalicə Diaqnostika Mərkəzi" publik hüquqi şəxsində Direktor vəzifəsində çalışır. == Həyatı == Vəlixan Qarayev 8 iyun 1960-cı ildə anadan olmuşdur. == Karyerası == 1985-ci ildə N. Nərmanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə işi fakültəsini bitirmişdir. 1985–1986-cı illərdə Saratov Tibb İnstitutunun "Cərrahiyyə" kafedrasında internaturanı həkim cərrah ixtisası üzrə bitirmişdir. 1987-ci ildən 1996-cı ilədək Kazan şəhərində 7 saylı klinik şəhər xəstəxanasının cərrahiyyə şöbəsində — Həkimləri Təkmilləşdirmə Akademiyasının "Ümumi və təcili cərrahiyyə" kafedrasının bazasında cərrah vəzifəsində çalışmışdır. 1996-cı ildən 2000-ci ilədək RF FSX-nın Nijni Novqorod şəhəri Hərbi Tibbi İnstitutunun "Cərrahi xəstəliklər" kafedrasında müəllim işləmişdir. 2000-ci ildən 2011-ci ilədək Kazan şəhərində 7 saylı klinik şəhər xəstəxanasının cərrahiyyə şöbəsində — Həkimləri Təkmilləşdirmə Akademiyasının "Ümumi və təcili cərrahiyyə" kafedrasının bazasında həkim-cərrah kimi çalışıb və şöbə müdiri vəzifəsini əvəz edib. Mütəmadi olaraq Həkimləri Təkmilləşdirmə Akademiyasının "Ümumi və təcili cərrahiyyə" kafedrası ilə elmi-praktik əməkdaşlıq edib. 2011-ci ildən 2012-ci ilədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şamaxı Müalicə Diaqnostika Mərkəzi cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışıb.
Marta Veliçko
Marta Veliçko (pol. Marta Wieliczko; 1 oktyabr 1994, Qdansk) — Polşalı avarçəkən, 2020-ci ildə Tokioda keçirilən Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, dünya və Avropa çempionu. "KW Wisła Grudziądz" klubunu təmsil edir. == Karyera == Marta Veliçko avarçəkməyə 2010-cu ildə başlayıb. 2012-ci ildə Bolqarıstanın Plovdiv şəhərində keçirilən yeniyetmələr arasında dünya çempionatında qoşa qayıqla qayıqda B finalında 2-ci yeri tutmuşdur. Dördüncü cütlükdə o, 2013 və 2014-cü illərdə vitse-çempion, 2015 və 2016-cı illərdə gənclər arasında dünya çempionu, 2017-ci ildə Avropa çempionatında bu yarışda 4-cü yeri tutmuş, sonra isə dünyanın vitse-çempionu olmuşdur (birlikdə) Agnieszka Kobus, Maria Springvald və Katarzyna Zilman ilə), 2018-ci ildə Avropa Çempionatını və Dünya Çempionatını qazandı (hər ikisində Agnieszka Kobus, Maria Springwald və Katarzyna Zilman ilə başlayır), 2019-cu ildə vitse-dünya çempionu oldu (yenə Agnieszka Kobus ilə birlikdə), Maria Springvald və Katarzyna Silman). 2021-ci ildə Tokioda keçirilən Yay Olimpiya Oyunlarında o, dörd qayıq arasında avarçəkmə üzrə gümüş medal qazandı (Agnieszka Kobus-Zawojska, Maria Sajdak və Katarzyna Zilman ilə birlikdə). 2021-ci ilin avqustunda Vieliczko Polşanın Dirçəliş Ordeninin Cəngavər Xaçı ilə təltif edildi. Komanda yoldaşları ilə birlikdə o, Przegląd Sportowy-nin İlin İdmançısı üçün 87-ci səsvermədə 8-ci yeri tutdu. Moskvada keçirilən Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, avarçəkən Malqorzata Dlujevskayanın qızıdır.
Veliçko Çolakov
Veliçko Çolakov (12 yanvar 1982 – 20 avqust 2017) — Bolqarıstanı və Azərbaycanı təmsil edən ağır atlet. == Karyerası == Karyerasının birinci uğuruna Veliçko Çolakov 2002-ci ildə gənclər arasında Dünya və Avropa Çempionatlarının qalibi olmaqla imza atdı. 2003-cü ildə Veliçko Çolakov Kanadada baş tutan Dünya Çempionatında gümüş medalla başa vurdu. 2004-cü ilin mayında Veliçko Çolakov Kiyev şəhərində baş tutan Avropa Çempionatının qalibi oldu. Həmin avqustunda Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarında isə Veliçko Çolakov 447.5-lıq (207.5 + 240.0) nəticə göstərdi və olimpiadanın bürünc medalına sahib oldu. Olimpiadadan sonra Veliçko Çolakov 2006-cı ildə Polşada baş tutan Avropa Çempionatını gümüş medalla başa vurdu. 2008-ci ildə Veliçko Çolakov və digər bolqar idmançılarından götürülən dopinq-testin analizinin müsbət nəticə verməsi barədə məlumat verildi. Bununla da Bolqarıstan ağır atletləri 2008-ci il olimpiadasında mübarizə aparmadı. Bir müddət beynəlxalq turnirlərdə çıxış eləməyən Veliçko Çolakov daha sonra bir neçə bolqar ağır atletləri ilə birgə Azərbaycan yığmasının heyətinə cəlb edildi. Veliçko Çolakov 2012-ci ildə Azərbaycanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil eləməli olsa da, son anda zədə səbəbilə olimpiada da mübarizə aparmadı.
Velika Planina
Velika Planina (sloven. Velika planina) ― Sloveniyada, paytaxt Lyublyana şəhərindən 50 km şimal-şərqdə yerləşən dağlıq karst yaylası. Yayla 5,8 kvadrat kilometr ərazini əhatə edir və dəniz səviyyəsindən orta hesabla 1,500 metr (4,900 ft) yüksəkdə yerləşir. Ən yüksək nöqtəsi 1,666 metr (5,466 ft) hündürlüyündəki Qradişçe dağıdır. Velika Planina yaylası qışda xizək kurortu, yayda isə istirahət yeri kimi turizm mərkəzidir. Velika Planina hərfi mənada "dağ otlağı" deməkdir. Ərazidə 300 baş mal-qara otlaya bilər. Bu gün Velika planina seyrək küknar meşələri və cırtdan şam ilə əhatə olunmuş və tipik karst çuxurları ilə səciyyələnir. == Tarix == İnsanın Velika Planinada erkən tarixlərdən bəri mövcud olduğuna dair dəlillər mövcuddur. Yayla orta əsrlərdə otlaq kimi istifadə edilmişdir.
Əlican (Bostanabad)
Əlican (fars. عليجان‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 284 nəfər yaşayır (56 ailə).
Əlican Əzizov
Əlican Əzizov (1952 – 10 fevral 2021-2021) — Aktyor. Filmlərdə iştirak edən. == Həyatı == Əlican Süleyman oğlu Əzizov 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram və kino aktyoru" fakültəsini bitirmiş, 1975-1996-cı illərdə Gəncə Dövlət Dram teatrında fəaliyyət göstərmişdir. Bu illər ərzində o, zəngin yaradıcılıq təcrübəsi toplayaraq, saysız-hesabsız xarakterik, yaddaqalan, orijinal obrazlar yaratmışdır. 1996-cı ildən Gəncə Dövlət Nizami Poeziya Teatrında yaradıcılıq fəaliyyətini davam etdirmiş və 2000-ci ildə Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. Ümumilikdə, ömrünün 30 ilə yaxın müddətini teatr sənətinə həsr etmişdir. 1978-ci ildə o, "Yaradıcı gənclərə baxış" müsabiqəsinin qalibi, 1985-ci ildə Respublikada "Ən yaxşı kişi rolunun ifaçısı" olmuşdur. Ə.Əzizov "Komsomol" poemasında Bəxtiyar, "Vaqif"də Vidadi, "Aydın"da Dövlət bəy, "Almaz"da Fuad, "1905-ci ildə" Volodin, "Dairəni genişləndirin" əsərində Sergey Uqolkov və s. obrazlar yaratmışdır. Gəncə Dövlət Nizami Poeziya Teatrında fəaliyyəti dövründə, N.Gəncəvinin əsərləri əsasında hazırlanmış tamaşalarda İsgəndər, Bəhram, Çoban, Fərhad obrazlarını yaratmış, "Xeyir və Şər", "Gül və Zəhər" əsərlərinin quruluşçu rejissoru olmuşdur.
Əkrəm Əlican
Əli Əkrəm Əlican (1916, Adapazarı[d] – 18 iyun 2000, İstanbul) — Türk siyasətçi, maliyyəçi, partiya lideri. == Həyatı və təhsili == Əli Əkrəm Əlican 1916-cı ildə Ada bazarında Qafqazdan üçüncü nəsil çərkəz mühacir Yusif Əfəndi və Əminə xanımın ailəsində anadan olub. Onun Fuad və İsmayıl Haqqı adlı iki böyük qardaşı var idi. 1930-cu ildə Ada bazarında orta məktəbi bitirdikdən sonra İstanbul Nişantaşı Şişli Tərəkki Liseyinə internat tələbəsi olaraq daxil olub. 1934-cü ildə Əkrəm Əlican orta məktəbi bitirib və Mekteb-i Mülkiye adlı ali təhsil müəssisəsinə daxil olaraq burada maliyyə üzrə təhsil alıb. Bu Universitetin İstanbulda olmasına baxmayaraq, 1936-cı ildə Ankara Universitetinin Siyasi Elmlər Fakültəsi adı ilə Ankaraya köçüb. O, 1937-ci ildə ali təhsilini başa vurub və Maliyyə Nazirliyi tərəfindən təqaüdlə London İqtisadiyyat Məktəbinə göndərilib. İkinci Dünya Müharibəsinin başlaması səbəbindən o, bir il yarım vaxtdan sonra vətəninə qayıtmalı olub. O, 1946-cı il mayın 29-da öz şəhərinin 18 yaşlı gənc qızı Naciye Gülərlə nişanlanıb və cütlük 9 may 1947-ci ildə evlənib. Bu evlilikdən onların Əminə Nilüfər (1948-ci il təvəllüdlü), Canan (1951-ci il təvəllüdlü) və oğlu Yusif (1958-ci il təvəllüdlü) adlı üç övladları doğulub.
Astracantha vedica
Vedi gəvəni (lat. Astragalus polyanthus subsp. vedicus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinin astragalus polyanthus növünə aid bitki yarımnövü. == Təbii yayılması == Cənubi Zaqafqaziya endemidir. Qafqazda, Azərbaycanda təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 10-35 sm, düz, yuxarı qalxan budaqlı, zəif şaxələnmiş, yarpağını tökən kolcuqdur. Yarpağı cüt, nazik, narıncı-qırmızı, ucu biz, ətli, uzunluğu 4-6 sm, tükcüklü, ellipsvaridir. Yarpaqaltlıqları neştərvari, kənarı kirpikli. 6-12 cüt ellipsvari yarpaqcıqlardan ibarətdir. Çiçəkləri yarpaqcıqların qoltuğunda 5-10-u bir yerdə yerləşib, diametri 2-3 sm, şarşəkilli çiçək qrupu əmələ gətirir.
Velika Plana
Velika Plana (serbcə: Велика Плана) — Serbiyanın Podunavlye rayonunda yerləşən qəsəbə və bələdiyyədir. Bələdiyyə Morava çayının sol sahilində yerləşir. Ərazisi 345 km² olan bələdiyyənin əhalisi 2011-ci ildəki statistik məlumatlara əsasən 40,578 nəfər təşkil edir. Velika Plananın iqtisadiyyatı sənayeyə əsaslanır və şəhərdə dəmir yolu ilə hərəkət edən nəqliyyat vasitələrinin istehsalçısı olan Goša FOM-un bir filialı və müdafiə sənayesi üçün detallar tədarük edən fabrik yerləşir.
Dəhnə-Vəlidağ tirəsi
Dəhnə-Vəlidağ tirəsi — Şərur və Sədərək rayonları sərhədində, Naxçıvan dağarası çökəkliyinin şimal-qərbindəki Sədərək düzünün cənub-şərq kənarında alçaqdağlıq silsilə. Araz çayı sahilindən başlayaraq şimal-şərq istiqamətdə 16 km məsafədə uzanır və sonradan maili Şərur düzünün Orta-Üst Pleystosen yaşlı allüvial-prolüvial çöküntüləri altına gömülür. Əsasən Orta-Üst Devon, Alt Karbon və Üst Perm yaşlı karbonat və terrigen-karbonat süxurlarından təşkil olunmuşdur. Ətəklərində Paleozoy çöküntülərini uyğunsuzluqla örtən Miosen yaşlı süxurlar açılır. "Qurd qapısı" dərəsi ilə Dəhnə və Vəlidağ tirələrinə ayrılır. Bozdağ onun gömülmə hissəsinə cavab verir, Sarıdağ massivi isə cənub-şərq şaxəsini təşkil edir. Ən yüksək zirvələri Vəlidağ (1242,2 m), Qaradaş (1213,8 m), Bozdağ (1182,7 m) və Dəhnə (1154,2 m) dağlarıdır. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımına aid edilir və geoloji quruluşda şimal-qərb və şimal-şərq istiqamətli fay və əks-fay qırılmaları ilə kiçik bloklara parçalanmış antiklinal (Dəhnə, Vəlidağ, Dəmirçi) və sinklinal (Saraclıdağ, Qaradaş-Bozdağ, Sarıdağ) qırışıqlarla təmsil olunan antiklinal qalxıma uyğun gəlir.
Sona xanım Vəlixan
Sona xanım İbrahim qızı Vəlixan (19 iyun 1883, Qazax – 4 aprel 1982, Bakı) — göz həkimi, əməkdar elm xadimi, professor, Azərbaycan Tibb İnstitutunun kafedra müdiri, Azərbaycan ET Oftalmologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri. İlk oftalmoloq qadın (1933), İlk Tibb elmləri doktoru elmi dərəcəsinə layiq olan ilk azərbaycanlı qadını olmuşdur. Elmi işinin dərinliyinin və dəyərinin təsdiqi 1931-ci ildə "Endoftalmitin patoloji anatomiyasına dair" məqaləsi Nobel Komitəsinin diqqətini özünə cəlb edib və onun Nobel mükafatına namizədliyi qeydiyyata alınıb. İkinci dünya müharibəsinin başlanması səbəbindən onun elmi işi müvəffəqiyyət qazanmayıb. Qırmızı ulduz ordeni, Tibb əlaçısı döş nişanı, eləcə də 2 medalla təltif olunmuşdur. İbrahim Rəhimovun qızıdır. == Həyatı == Sona xanım Vəlixan 1908-ci ildə Peterburq Tibb İnstitutunu bitirmiş və Azərbaycanda ilk ali təhsilli həkim qadın olmuşdur. 1923–1939-cu illərdə S. Vəlixan Azərbaycan Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında assistent, dosent və professor vəzifəsində çalışmış, 1939–1971-ci illərdə isə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri olmuşdur. 1946–1960-cı illərdə S. İ. Vəlixan Azərbaycan ET Oftalmologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsini tutmuşdur. Sona Vəlixan 60-dan artıq elmi əsərin, o cümlədən 2 monoqrafiyanın müəllifidir.
Stefana Velizar Teodoryanu
Stefana Velizar Teodoryanu (17 oktyabr 1897, Sankt-Morits, Qraubünden kantonu – 31 may 1995 və ya 30 may 1995, Rumıniya) — Rumıniyalı roman yazar, şair və tərcüməçi, yazıçı Yonel Teodorun həyat yoldaşı. Həyat yoldaşının təşviqi ilə ədəbiyyata gəlmiş, o, Rumıniya Ortodoksluğu ilə əlaqəli "mənəvi mövzular" ı ilə poporan ənənəsinin nümayəndəsi idi. İkinci Dünya Müharibəsi dövründə yaradılmış ilk əsərləri əsasən daxili münaqişələrə həsr olunmuş, rumınlardan və özü kimi əyalət qadınlarının "mənəvi zəfərlərindən" ibarətdir. Bir çox hallarda əsərlərini, ərinin işi ilə tamamlayırdı ki, bu bir zamanlar Stefan Teodoryanın tənqidçilər tərəfindən tərif qazanmasına səbəb olsa da, lakin sonradan " idiliya " və "didaktik" kitablar üçün onların mənfi rəylərinə məruz qaldı. Velizar, onun anti kommunist həyat yoldaşı kimi, Rumıniyada kommunist rejim tərəfindən təqib olunan yazıçılara və siyasətçilərə kömək etdi. Daha sonra, 1960-cı illərin sonuna qədər ümumi tərcümə işinə başlamış və xüsusən rus ədəbiyyatını rumın dilinə tərcümə etməsi ilə tanınmışdır. "Kommunist təzyiqi" dövründə ərini vəfat etdi, qayınanası Pastorell, dostu Dinu Pilla həbs edildi və bir çox tanışı Rumıniyadan qaçdı. Daha sonra vəziyyət daha əlverişli hala gəldikdə, Velizar sakit və dinc həyat yaşamış və nəticədə Văratec monastırına getmişdir. Sonrakı fəaliyyəti, Teodor ilə xatirələrindən, habelə Pilla ailəsinə göndərdiyi məktubların dərcindən ibarət idi. == Bioqrafiya == Stefana İsveçrənin Sankt-Morits şəhərində anadan olub, valideynləri diplomat Stefana Lupaşcu (1872–1946) və Fransa vətəndaşı Maria Mazurye idi.