Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Verst
Verst (rus. Верста) — keçmiş rus uzunluq ölçü vahidi. 500 sajenə, 1066,781 metrə bərabərdir. 1 verst = 1066 m = 3500 fut.
Vesta
(4) Vesta
4 Vesta (simvolı: ) — 525 kilometr ölçülü asteroid qurşağındakı ən böyük cisimlərdən biridir. Alman astronom Henrix Vilhelm Olbers tərəfindən 29 mart 1807-ci ildə kəşf edilmişdir.
Persea persea
Amerika avokadosu (lat. Persea americana) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin avokado cinsinə aid bitki növü. Vətəni Mərkəzi Amerika və Meksikanın yüksəkdağlı rayonlarıdır. Botaniki cəhətdən avakado giləmeyvədir. Lakin əmtəəşünaslıq təsnifatına görə çəyirdəkli meyvələr qrupuna aid edilir. Meyvəsi yumru, oval formada, bəzən armudaoxşardır. Qabığı sıx, dərivari hamar və ya çopuq, qara, bənövşəyi və ya yaşıl rəngdədir. Yetişmiş meyvələrin ətliyi qabığından asan aralanır. Meyvənin daxilində iri çəyirdəyi var. Meyvənin ümumi kütləsinin 25%-ni təşkil edir.
Aversa
Aversa — İtaliyanın Kampaniya regionunda şəhər.
Avesta
Avesta ― Zərdüştlüyün müqəddəs kitabı. Dövrümüzə tam şəkildə çatmamışdır. Hesab edilir ki, Avestanın tərkib hissələri, əsasən, e.ə. I minilliyin 1-ci yarısında formalaşmağa başlamışdır. Avesta dünyagörüşlü bir kitabdır. İnsan bu mövqelərdən birini seçməkdə sərbəstdir. Avestada yazılmışdır ki, hər an xeyir tanrısı Hörmüz və şər tanrısı Əhriman arasında döyüş gedir. Onlar üçün hər şey bir-birinə ziddir. == Avesta Tarixi == Zərdüştilik ənənəsinə görə, "Avesta"nın əvvəlki əsrlərdə mövcud olmuş nüsxələrindən biri Makedoniyalı İsgəndər tərəfindən yandırılmışdır. Bizə məlumdur ki, hələ e.ə.
Persea
Avokado (lat. Persea) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi. Avokado həmişəyaşıl meyvə bitkiləri cinsidir. Tropik meyvədir. Hünd. 10–20 m-dir. Çiçəkləri ikicinsiyyətli və ağımtıldır. Armud formalı meyvələri tündyaşıl, yaxud qara və birtoxumlu olur. Əkiləndən 4-5 il sonra məhsul verməyə başlayır; hər ağacı 150-200 kq meyvə verir. Meyvələri 250-600 qr gəlir, yeyilir, qoz dadı verir.
Veduta
Veduta (it. veduta, "görüntü") — XVIII əsr Venesiyasında xüsusilə məşhur olan Avropa rəssamlıq janrı. Gündəlik şəhər peyzajını detallı təsvir edən şəkil, rəsm və ya qravürdür.
Vereya
Vereya — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir.
Veritas
Veritas — Roma mifologiyasında həqiqət ilahəsi, Saturnun qızı, Virtusun anası hesab edilir. Müqəddəs bulaqda gizləndiyi və bu səbəbdən də əlçatmaz olması güman edilir. Ağ geyimli bakirə kimi təsvir edilir. Veritas həm də dürüstlük ilahəsi hesab edilirdi və ən mühüm ilahələrdən biri kimi qəbul edilirdi. Bütün Romalıların bu ilahəyə sitayiş etmələri və dürüst olmaları zəruri hesab edilirdi. Qərb mədəniyyətində həmçinin deviz kimi istifadə edilir. == Devizlər == Latin sözü olan "veritas" bir çox kolleclərin və universitetlərin devizi kimi istifadə edilməkdədir. Adətən mükəmməlliyi, həqiqəti, gözəlliyi və mərhəməti təcəssüm etdirir. Veritas Hutchesons' Grammatika məktəbinin, Harvard Universitetinin, Qərbi Ontario Universtetinin, Dreyk Universitetinin, Noks Kollecinin (Illinois), Bilkənd Universitinin, Kalifornyia Universitetinin — Hastinq hüquq kollecinin, həmçinin Roma Katolik kilsəsinə məxsus Dominikan Orderinin devizidir. Eyni zamanda Nyuyorkdakı Bakli məktəbi "Veritasın şərəfinə" sözünü deviz kimi elan etmişdir.
Verona
Verona — (ven. Veròna‎) İtaliyanın Veneto regionunda Adice çayı sahilində 258.031 əhalisi olan şəhərdir. Regionun və şimal-şərqi İtaliyanın ən böyük şəhər bələdiyyəsidir, yeddi əyalətindən biri olan Verona əyalətinin paytaxtıdır. Verona şəhər aqromerasiyası 1426 km² ərazini əhatə edir və əhalisi 714,310 nəfərdir. Mədəni, tarixi və memarlıq irsi, yarmarka və şouları, həmçinin qədim Roma amfiteatrı olan Arenada təşkil edilən opera sezonları bu şəhəri Şimali İtaliyanın əsas turistik yerlərindən birinə çevirib. 13-14-cü əsrlər arasında şəhər della Skala ailəsi tərəfindən idarə olunurdu. Ailənin, xüsusən də I Kanqrande della Skalanın hakimiyyəti altında şəhər böyük tərəqqi yaşadı, zəngin və qüdrətli oldu və yeni divarlarla əhatə olundu. Verona ətrafında çoxsaylı abidələrdə della Skala dövrü qorunub saxlanılır. Uilyam Şekspirin iki pyesi Veronada cərəyan edir: Romeo və Cülyetta və İki veronalı əsilzadə. Şekspirin nə vaxtsa Verona və ya İtaliyaya getdiyi məlum deyil, lakin onun pyesləri Verona və ətraf şəhərlərə çoxlu ziyarətçi cəlb edib.
Versal
Versal (şəhər) —
Versiya
Versiya (lat. versio — dəyişiklik) — hansısa faktın müxtəlif izahı. Versiya — cinayət işinin baxılmasında müstəntiqin və məhkəmənin düzgün qərar üçün təxmin etdiyi mülahizə. Versiya — 1)rəvayət, şayiə; 2)xəbər; 3)eyni hadisənin və ya faktın başqa variantda (bir-birindən fərqli), bir neçə cür ifadə və izah edilməsi; 4)müəyyən proqramlaşdırma dilinin hazırlanan və yayılan növbəti variantı; 5)ehtiyatların paylanması sisteminin əvvəllər alınmış ehtiyata (məsələn, yaddaş bloku, rabitə xətti və s.) qaytarılması; 6)proqram məhsulunun redaksiyası. Adətən, ədədlərlə ifadə olunur, məsələn 2.0 onu bildirir ki, bu, proqramın ilk buraxılışının ikinci redaksiyasıdır. == İstinadlar == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Vorsma
Vorsma — Rusiya Federasiyasında yerləşən şəhər Nijeqorod vilayətinə daxildir
Voruta
Voruta — 13-cü əsrdə kral Mindauqasın dövründə Litva Böyük Litva Knyazlığının paytaxtı olduğu düşünülür. Voruta haqqında yazılı mənbələrdə bir dəfə qısaca bəhs olunur və dəqiq yeri məlum deyil. Bütün qeyri-müəyyənliklərə baxmayaraq, Voruta anlayışı Litva təsəvvüründə məşhur və populyardır. == Tarixdə == İlk və yeganə litva kralı olan Mindauqas, doğma bacıları Tautvilas və Edivydasın Jemaytiya şahzadəsi Vykintasa qarşı daxili müharibəsi zamanı Vorutada müdafiə edildi. İpativ salnaməsindən götürülmüş bu məlumat, Voruta haqqında yazılmış yeganə çəlumatdır. Mindauqas qalası ifadəsinə daha iki dəfə rast gəlinmişdir, lakin nə adı, nə də yeri göstərilməmişdir. Bu qısa qeydlərin eyni yerə aid olub-olmadığı məlum deyil. Buna baxmayaraq, 19 və 20-ci əsrlərdə bəzi tarixçilər onu "Litvanın ilk paytaxtı" adlandırdılar və yerini müəyyənləşdirməyə çalışdılar. Ümumilikdə Vorutanın təklif edilən təxminən on dörd yeri var. Digərləri, Voruta'nın əsl şəhər olmadığını, sadəcə paytaxt mənasını verən bir sözün səhv şərh edildiyini iddia edirlər.
Venta
Venta (lit. Venta) — Litavanın Akmyansk rayonunun Şyaulyay uezdinin şəhəri. Vyanta eyni adlı starostvalığın inzibati mərkəzidir. Əhalisi 2 867 nəfərdir. (2010). == Coğrafiyası == Venta çayının sağ sahilində yerləşir. Vekşnyai şəhərindən 12 km, Papile şəhərindən isə 9 km aralı yerləşir. Şəhər daxilindən Kurşenay — Maıeykyay şosi keçir. Maıeykyay — Şyaulyay dəmir yol xəttinə yaxındır. == Tarixi == Şəhər 1996-cı ildə Bauskas və Purviay adlı yaşayış məntəqələrinin birləşməsi nəticəsində yaranıb.
Verna
Verna (fr. Vernas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kremyo kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38535. Kommunanın 1999-cu il üçün əhalisi 174 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 195 ilə 429 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 410 km cənub-şərqdə, Liondan 35 km cənubda, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.
Avena deusta
Avena barbata (lat. Avena barbata) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. == Sinonimləri == Avena agadiriana B.R.Baum & G.Fedak Avena alba var. barbata (Link) Maire & Weiller Avena alba var. hirtula (Lag.) Emb. & Maire Avena alba var. wiestii (Steud.) Maire & Weiller Avena almeriensis Gand. Avena atheranthera C.Presl Avena atlantica B.R.Baum & G.Fedak Avena barbata subsp. atheranthera (J.Presl) Roche Afonso Avena barbata subsp. barbata barbata Avena barbata var.
Avesta dili
Avesta dili Avestanın yazıldığı dil. Hindistan və İran ərazisində Allaha sitayişdə istifadə olunan dil. Avesta dilini iki dialektə bölürlər: qat dialekti (əsasən nəğmələrdən ibarətdir, Zərdüştə məxsus olduğu göstərilir) və sonrakı avesta dialekti.
Cordula venusta
Paphiopedilum venustum (lat. Paphiopedilum venustum) — səhləbkimilər fəsiləsinin pafiopedilum cinsinə aid bitki növü. == Sinonimlər == Cypripedium venustum Wall. ex Sims (basionym) Stimegas venustum (Wall. ex Sims) Raf. Cypripedium pardinum Rchb.f. Cypripedium venustum var. measuresianum auct. Paphiopedilum pardinum (Rchb.f.) Pfitzer Paphiopedilum venustum var. pardinum (Rchb.f.) Pfitzer Cordula venusta (Wall.
Coreopsis venusta
Coreopsis venusta (lat. Coreopsis venusta) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin koreopsis cinsinə aid bitki növü.
Drosera venusta
Drosera venusta (lat. Drosera venusta) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Grevillea venusta
Grevillea venusta (lat. Grevillea venusta) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hakea venusta (R.Br.) Christenh.
Guioa venusta
Guioa venusta (lat. Guioa venusta) — sabunağacıkimilər fəsiləsinin guioa cinsinə aid bitki növü.
Hellas Verona
"Hellas Verona FK " — İtaliyanın futbol klubu. Verona şəhərini təmsil edir. Klubun əsas rəngləri sarı və göydur. Hal hazırda peşəkar futbol klubu statusuna malikdir və İtaliyanın yüksək futbol liqası olan A Seriyasında iştirak edir. Klubun ən böyuk naliyyəti 1985-ci ildə İtaliya çempionu olmasıdır. == Tarixi == Futbol klubu 1903-cü ildə İtaliyanın Verona şəhərində yerləşən litseyin tələbələri tərəfindən yaradılıb. Kluba ilk adı Hellas olub və bu adı kluba litseyin yunan dili müəllimi verib. Daha sonra, 1919-cu ildən başlayaraq klub "Hellas Verona" adlanmağabaşlayıb. Klub 1911-ci ildən başlayaraq əyalət çempionatında iştirak edib. Verona klubu 1929-cu ildə İtaliyanın "B Seriyası"nda debut edib.