Veritas

Veritasın abidəsi. Kanada Ali məhkəməsinin qarşısı

Veritas Roma mifologiyasında həqiqət ilahəsi, Saturnun qızı, Virtusun anası hesab edilir. Müqəddəs bulaqda gizləndiyi və bu səbəbdən də əlçatmaz olması güman edilir. Ağ geyimli bakirə kimi təsvir edilir.

Veritas həm də dürüstlük ilahəsi hesab edilirdi və ən mühüm ilahələrdən biri kimi qəbul edilirdi. Bütün Romalıların bu ilahəyə sitayiş etmələri və dürüst olmaları zəruri hesab edilirdi. 

 Qərb mədəniyyətində həmçinin deviz kimi istifadə edilir.

Devizlər[redaktə | mənbəni redaktə et]

Latin sözü olan "veritas" bir çox kolleclərin və universitetlərin devizi kimi istifadə edilməkdədir. Adətən mükəmməlliyi, həqiqəti, gözəlliyi və mərhəməti təcəssüm etdirir. Veritas Hutchesons' Grammatika məktəbinin, Harvard Universitetinin, Qərbi Ontario Universtetinin, Dreyk Universitetinin, Noks Kollecinin (Illinois), Bilkənd Universitinin, Kalifornyia Universitetinin - Hastinq hüquq kollecinin, həmçinin Roma Katolik kilsəsinə məxsus Dominikan Orderinin devizidir. Eyni zamanda Nyuyorkdakı Bakli məktəbi "Veritasın şərəfinə" sözünü deviz kimi elan etmişdir. İndoneziya universiteti  "Veritas, Probitas, Iustitia" söz birləşməsini, Qanada yerləşən Keyp Kost univecrsiteti isə "Veritas Nobis Lumen" söz biləşməsini deviz kimi istifadə edir. 

Notes[redaktə | mənbəni redaktə et]