Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nasos
Nasos və ya Tulumba - qaz və ya suların təzyiqlə sorulması və püskürdülməsi üçün qurğudur. İşləmə prinsipinə görə nasosların porşenli, oxlu, rotorlu və s. kimi müxtəlif növləri vardır. ==== Tarixi ==== Nasosun ixtirası qədim zamanlar gedib çıxır. İlk yanğınsöndürmək üçün Ktesibios tərəfindən ixtira edilmiş porşenli nasos I əsrə aid edilir. Arximed vintini də nasos kimi təsəvvür etmək olar. Orta əsrlərdə nasoslar müxtəlif hidravlik maşınlarda tətbiq edilir. Renesans dövründə bir çox alimlərin işlərində başqa maşınıarla bərabər nasosların da təsviri geniş yer alır. Leonardo da Vinçinin işlərində də müxtəlif nasoslardan bəhs olunur. İlk spiral gövdəli və dörd pərli mərkəzdənqaçma nasosunu fransız alimi Papin təklif etmişdir.
Aleksandr Vlasov
Aleksandr Vlasov (rus. Власов, Александр Владимирович; 20 yanvar 1932, Babuşkin, Şərqi Sibir diyarı[d] – 9 iyun 2002, Moskva) — Sovet dövlət xadimi və partiya lideri. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü (1981–91; 1976–1981-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinə üzvlüyə namizəd), Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu üzvlüyünə namizəd (1988–90), SSRİ Ali Sovetinin Millətlər Sovetinin Çeçen-İnquş SSR-dən olan deputatı (1977–89). SSRİ xalq deputatı (1989–91). Rus milliyyəti. Sovet İttifaqı Kommunist Partiyası Çeçen-Inquş Regional Komitəsinin birinci katibi (1975–84); Sovet İttifaqı Kommunist Partiyası Rostov Regional Komitəsinin birinci katibi (1984–86); SSRİ Daxili İşlər Naziri (1986–88); RSFSR Nazirlər Sovetinin sədri (1988–90). O, Rusiyanın son kommunist baş naziri və Mixail Qorbaçovun yaxın müttəfiqi idi. == Həyatı və təhsili == Vlasov 20 yanvar 1932-ci il tarixində Buryat Muxtar Sovet Sosialist Respublikası, Babuşkin şəhərində (indiki Buryatiya, Rusiya) rus ailəsində anadan olub. İrkutsk Mədən və Metallurgiya İnstitutunu oxumuş, 1954-cü ildə dağ mühəndisliyi ixtisası üzrə məzun olub. == Kareyerası == Vlasov Şərqi Sibirdə bir mədəndə usta işləyib.
Andrey Vlasov
Andrey Vlasov (1 (14) sentyabr 1901, Lomakino[d], Nijeqorod quberniyası[d] – 1 avqust 1946[…], Moskva) — 1942-ci ildə Volxov cəbhəsində əsir düşərək almanların tərəfinə keçmiş sovet generalı. II Dünya Müharibəsi illərində Rusiya Azadlıq Ordusunun rəhbəri. Andrey Vlasov Vinnitsk hərbi düşərgəsində olarkən rus "antistalin" hərəkatına rəhbərlik etmiş, 1945-ci ilin 12 mayında sovet tərəfinə əsir düşərək sonradan məhkəmənin qərarı ilə bütün mükafatlardan məhrum esilərək edam olunmuşdur. == Həyatı == Andrey Vlasov sovet hərbi məktəblərində təhsil alaraq general rütbəsinədək yüksəlmişdi. Böyük Vətən Müharibəsinin gedişində — 20 aprel 1942-ci ildə o, ordu komandanı təyin edilmişdi. Leninqrad cəbhəsində əsir düşəndən sonra Vinnitsada ali rütbəli zabitlər üçün təşkil edilmiş düşərgədə saxlanılırdı. Elə həmin düşərgədəcə almanlarla əməkdaşlıq etməyə razılıq verərək "Sovet xalqlarının azadlığı komitəsi"ni yaradır. Bundan sonra isə onun komandanlığı altında sovet hərbi əsirlərindən ibarət "Azadlıq ordusu" formalaşdırılır. Bəzi mənbələrə görə, bu ordu hissələrində 500 minə yaxın əsgər və zabit vardı. Stalin Vlasovu, ələ keçəcəyi təqdirdə, sorğu-sualsız yerindəcə güllələnməsini əmr etmişdi, amma tale elə gətirir ki, general sovet ordusuna əsir düşür və o dövrün qaydalarına zidd olaraq, güllələnmir… dar ağacından asılır.
Mixail Vlasov
Mixail Aleksandroviç Vlasov (2 iyul 1898, Sankt-Peterburq – 12 dekabr 1972, Bakı) — Azərbaycan-sovet rəssamı, Azərbaycan SSR xalq rəssamı (1964). == Həyatı == Mixail Vlasov 1898-ci ildə Sankt-Peterburqda anadan olmuşdur. 1918-ci ildə Peterburqda rəssamlıq studiyasını bitirmişdir. 1920-ci ildə XI Qızıl Ordu sıralarında Bakıya gəlmiş, 1926–1928-ci illərdə "Azdövlətkino"da rəssam işləmişdir. 1928-ci ildən kitab tərtibatı sahəsində fəaliyyət göstərmişdir. Nizaminin "Leyli və Məcnun" poemasına (1942), Şota Rustaveli, Aleksandr Puşkin, Migel de Servantes, Taras Şevçenko, Viktor Hüqo, İvan Krılov və başqalarının əsərlərinə, habelə Mirzə Ələkbər Sabirin "Şeirlər" kitabına (1949), "Azərbaycan nağılları"na (1951), Nikolay Qoqolun "Seçilmiş əsərləri"nə (1952; "Köhnə dünya mülkədarları", "Neva prospekti", "Burun", "Portret", "Kolyaska" və b.), Anna Zegersin "Yeddinci xaç" romanına (1943) illüstrasiyalar çəkmişdir. == Mükafatları == "Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 29 iyun 1964 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 24 may 1960 == İstinadlar == == Ədəbiyyat == Искусство Советского Азербайджана. Живопись, скульптура, графика. Коллектив авторов. Москва: Советский художник.
Seyfəddin Rzasoy
Seyfəddin Gülverdi oğlu Rzasoy - AMEA-nın Folklor İnstitutu Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor == Həyatı == Seyfəddin Rzasoy 1961-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olmuşdur. 1986-cı ildə N.Tusi ad. ADPU-nu bitirmiş, müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. 1996-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasında çalışır. Hazırda AMEA Folklor İnstitutunda Mifologiya şöbəsinin müdiridir. 1997-ci ildən filologiya üzrə fəlsəfə doktoru, 2013-cü ildən filologiya elmlər doktorudur. 2010-cu ildə dosent, 2019-cu ildə professor elmi adlarını almışdır. S.Rzasoy folklor, mifologiya, ritual və ədəbiyyatla bağlı 17 kitabın, 250-dən çox elmi məqalənin müəllifidir. 1. İslam Ağayev: ömür və yaradıcılıq etüdləri.
Vlasov qanqalı
Vlasov qanqalı (lat. Cirsium vlassovianum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qanqal cinsinə aid bitki növü.
Nasos (bürc)
Nasos (latınca: Antlia) göyün cənub yarımkürəsində bürc. Ən parlaq ulduzu 4-cü vizual ulduz ölçülüdür. Azərbaycandan görünür.
Dora Vass
Dora Vass — 1991-ci ildə anadan olmuşdur. Macarıstanlı bədii gimnastdır. Macarıstanı 2015 Avropa Oyunlarında təmsil etmişdir. == Həyatı == Dora Vass 1991-ci ildə anadan olmuşdur. == Karyerası == Dora Vass 2015-ci ildə Macarıstanı 2015 Avropa Oyunlarında təmsil etdi.
Vaso Sanakoyev
Vaso Sanakoyev (oset. Санахъоты Уасо; 15 yanvar 1901, Tiflis – 1978, Sxinval) — Cənubi Osetiya, Sovet yazıçısı, şairi və dramaturqu. == Bioqrafiyası == 15 yanvar 1901-ci ildə Tiflisdə anadan olmuşdur. 8 yaşında ikən atasını itirir. Anası tərəfindən böyüdülür. Ailənin çətin maddi vəziyyəti səbəbindən əmək fəaliyyətinə erkən, yetkinlik illərində başlamışdır. Dülgərlik emalatxanasında və daha sonra Tiflisdəki Vaxnyanski mexaniki zavodunun alət sexində şagird kimi işə düzəlir. 1916-cı ildə tətildə iştirak edir və bu səbəbdən fabrikdən qovulur. 1918-ci ildə kənd təsərrüfatı işləri ilə məşğul olduğu Siqnaxski rayonunun Kexviani kəndinə köçür. 1921-ci ildə XI Qızıl Ordunun 179-cu Piyada Alayına könüllü olaraq qəbul olunur.
Qriqori Zass
Qriqori Zass (həmçinin Zats və ya Sass kimi yazılır); (rus. Григорий Христофорович Засс; 29 aprel 1797 və ya 1797 – 4 dekabr 1883 və ya 1883), Rus İmperiyası generalı. Napoleon müharibələrində iştirak etmiş, Rus-Çərkəz müharibəsi zamanı baş komandan olmuş və Çərkəz Soyqırımında əsas rol oynamışdır. O, insanları, başları həmçinin uşaqları diri-diri basdırmaq, kəndləri yandırmaq, xəstəlik yaymaq, dəstə-dəstə zorlama kimi üsullardan istifadə edirdi. Zassın komandanlığı dövründə çərkəzlərə qarşı sistemli qırğınlar artdı. Rusiyada erməni şəhəri olan Armavirin qurucusu və şəhərli Ermənilər onu qəhrəman hesab edirlər. O rus mənbələrində “Qafqaz müharibəsinin qəhrəmanı” kimi qeyd olunur. 2003-cü ildə Rusiyanın tarixi Çərkəz torpaqlarında Zass heykəlini ucaltması bütün dünyadakı çərkəzlərin reaksiyasına səbəb oldu. == Bioqrafiya == === İlk illər === 29 aprel 1797-ci ildə Kurlandda Georg Hristof Zass və Annette Kettlerin övladı olaraq anadan olmuşdur. Onun mənsub olduğu Zass ailəsi Rusiya İmperiyasına mənsub olan Vestfaliyadan olan nəcib bir ailə idi.