Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vasit
Vasit (ərəb. وَاسِط‎ Wāsiṭ) — İraqın Vasit mühafəzəsində tarixi şəhər.
İzmit
İzmit ― Türkiyədə şəhər. 2008-ci il məlumatına əsasən əhalisinin sayı 373 034 nəfərdir. Araşdırmalar nəticəsində məlum olub ki, insanlar İzmit və ətraflarında təxminən eramızdan əvvəl 3000-ci ildən bəri yaşayırlar. Qədim dövrlərdə İzmitin yerləşdiyi yer Bitiniya adlanan bölgədə idi. İzmitin eramızdan əvvəl 12-ci əsrə qədərki dövrləri onun qaranlıq dövrləridir. Eramızdan əvvəl 12-ci əsrdə frigiyalılar burada məskun idilər, lakin siyasi təşkilat qura bilmədiklərindən burada uzun müddət hökmranlıq edə bilmədilər. Bitiniya padşahının ölümündən sonra onun yerinə böyük oğlu Nikomed gəldi. Nikomed qarət nəticəsində indiki İzmitin yerləşdiyi bölgədə Astakozla üzbəüz yeni daha təhlükəsiz şəhər qurdu. Nikomedia adlanırdı və Bitiniyanın paytaxtı oldu. Strabonun əsərində ( Coğrafiya , XII, 52-53) Nikomediya kimi qeyd olunan şəhərin adı türk mənbələrində Harizmi Nikumudiya, Şerif el-İdrisi Nikumudiyye və İbnül-İbruziyyə kimi qeyd olunur.
Avit
Mark Mesili Flavi Eparxi Avit (rus. Marcus Maecilius Flavius Eparchius Avitus), Roma tarixşünaslığında daha çox Avit kimi tanınır (395, Klermon-Feran – 457) — 455–456-cı illərdə Qərbi Roma imperatoru. 455-ci ildə Petroni Maksim vəfat etdikdən sonra Şimali Afrikada məskunlaşan vandallara qarşı mübarizəyə rəhbərlik etmək üçün vestqotlar tərəfindən imperator seçilmişdir. Şərqi Roma imperiyasından kömək ala bilmədiyi üçün 456-cı ildə vestqotlar tərəfindən taxtdan salınmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Sidonius Apollinaris, Panegyric for Avitus Hydatius, Chronicle John of Antioch, Chronicle Jones, Arnold Hugh Martin, John Robert Martindale, John Morris, "Eparchius Avitus 5", Prosopography of the Later Roman Empire, Volume 2, Cambridge University Press, 1992, ISBN 0-521-20159-4, pp. 196–198. Mathisen, Ralph W., "Avitus (9/10 July 455 – 17/18 October 456)", De Imperatoribus Romanis Max, Gerald E., Political Intrigue During the Reigns of the Western Roman Emperors Avitus and Majorian, Historia, 1979, pp. 225–237. Randers-Pehrson, Justine Davis. "Barbarians and Romans: The Birth Struggle of Europe, A.D. 400–700".
Revit Architecture
Hal-hazırda arxitektura layihələrin böyüklüyü və dizayn müddətinin uzunluğu , sürətli inkişaf edən istehsal texnologiyaları qarşısında, layihələrdə zaman içərisində dəyişikliklər edilməsi lazımdır . Bu dəyişikliklər texnologiyanın inkişafının yanında işəgötürən isteğindeki dəyişikliklər , arxitektura layihədən sonrakı ediləcək işlərdən qaynaqlanan dəyişikliklər ve .bir çox səbəbdən qaynaqlanır . Layihələrin hər hansı birində edilən dəyişikliklər bütün paftalara işlənməsi və metraj siyahılarının yenidən hazırlanması emarların çox zamanını etməkdədir. Revit architectural proqramı iledilən hər bir dəyişiklik bütün paftalara eyni anda izlenmekte və metraj siyahıları də anında dəyişir . İndiki vaxtda bütün memar və mühəndislərin istifadə olduğu AutoCAD proqramı eyni əsaslı olması ayrıca proqram mübadiləsi üst səviyyə uyğunlaşma təmin etməkdədir. Plan ölçüsündə çalışarkən quruluşun 3. ölçüsünün da hazırlanması. Layihəni çəkərkən başda düşünülməyən və ya farkedilmeyen səhvlərin model meydana gətirərkən görmə və sistem həllini yaratmaq imkanı təmin etməsi Hazırlanan quruluşun başqa bir proqrama ehtiyac olmadan görselleştirilmesi imkanı. (mental ray render)- Layihənin hansı hissəsində çalışsanız çalışın ediləcək hər hansı bir dəyişikliyin bütün layihəyə eyni anda işlənməsi-Etdiyimiz layihə üzərindən istədiyimiz qədər kesit alma imkanı tanıması və biz planda çalışarkən.kesitleri meydana gətirməsi 3d kesik alma imkanı İstədiyimiz qədər görünüş və kesit ala imkanı. ( Bu işlər layihə faylının ölçüsünü dəyişdirməz) Layihənin istənilən detalda metrajının hazırlanması Layihə bitimində daha sonradan istənilən dəyişiklikləri hər hansı bir paftadan düzəltmə imkanı təmin etməsi və digər paftaları özü düzəltməsi .
Vakit (qəzet)
"Vakit" və ya "Vəqt" (tatar. وقت — Вакыт) — 1906–1918-ci illərdə Orenburqda tatar dilində çıxmış qəzet. == Tarixi == Birinci nömrəsi 1906-ci il 21 fevral tarixində nəşr olunmuşdur. İlk nömrədən 1917-ci ilə qədər baş redaktoru Fatih Kərimi, 9 noyabr 1917-ci ildən son nömrəsinə kimi yazıçı və dramaturq Yarulla Vəli olmuşdur. "Vakit" qəzeti XX əsrin əvvəlindəki tatar mətbuatında görkəmli yer tutan, tatar qəzetləri arasında öndə gedənlərdən biri olmuşdur. O, siyasi məsələlərdə diqqətli və ölçüb-biçilmiş yazan, dini və milli məsələlərdə onu izləyən digər milli qəzetlərə nümunədir. Geniş miqyasda təhsil, dil və ədəbi, mədəni, milli teatr və musiqi sənətinə dəstək verib və dövlət məktəblərinə daxil olmağı ardıcıl olaraq müdafiə etmişdir. O, müsəlmanların milli ticarət və torpaq satın almalarının zəruriliyi haqqında çoxlu yazılar yazmışdır. Məzmununa, texnikasına, dilinə və məqalələrinin tematik genişliyinə görə bütün Rusiyada aparıcı qəzetlərdən biri olan ən hörmətli tatar qəzetidir. "Vakit"in səhifələrində tatar qadınlarının təhsilinə və ailədəki roluna, müsəlmanlar arasında hökm sürən xurafatların tənqidinə mühüm yer verilmişdir.
Vasit (el)
Vasit mühafəzəsi - İraqın 18 mühafəzəsindən biri. Vasit mühafəzəsinin ərazisi 17.153 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 783.614 nəfər, inzibati mərkəzi Kut şəhəridir. Mühafəzanın Bədrə elçəsində kompakt halda türkmanlar məskunlaşıblar.
Vasit mühafazası
Vasit mühafəzəsi - İraqın 18 mühafəzəsindən biri. Vasit mühafəzəsinin ərazisi 17.153 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 783.614 nəfər, inzibati mərkəzi Kut şəhəridir. Mühafəzanın Bədrə elçəsində kompakt halda türkmanlar məskunlaşıblar.
Vasit mühafəzası
Vasit mühafəzəsi - İraqın 18 mühafəzəsindən biri. Vasit mühafəzəsinin ərazisi 17.153 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 783.614 nəfər, inzibati mərkəzi Kut şəhəridir. Mühafəzanın Bədrə elçəsində kompakt halda türkmanlar məskunlaşıblar.
Vasit mühafəzəsi
Vasit mühafəzəsi - İraqın 18 mühafəzəsindən biri. Vasit mühafəzəsinin ərazisi 17.153 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 783.614 nəfər, inzibati mərkəzi Kut şəhəridir. Mühafəzanın Bədrə elçəsində kompakt halda türkmanlar məskunlaşıblar.
Vəlit (Xaybulla)
Buzaulık kəndi (başq. Быҙаулыҡ) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Selin kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Vəlit kəndinin milli tərkibi: başqırdlar 100 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 48 km., kənd sovetliyindən (Selin): 20 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 73 km. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Yonatan Levit
Yonatan Levit (15 noyabr 1997-ci ildə anadan olub) — İsraili təmsil edən kişi badmintonçu.
Çarli Yovit
Çarli Yovit (ing. Charlie Jowitt; 1872, Liverpul) — ingilis futbolçu; onun müntəzəm mövqeyi qapıçı idi. "Liverpul" komandasında çıxış edib. == Həyatı == Çarli Yovit 1872-ci ildə İngiltərənin Liverpul şəhərində anadan olmuşdur. == Karyerası == 1897-ci ildə "Liverpul" komandasında 1 oyunda meydana çıxmışdır.
İzmit körfəzi
İzmit körfəzi — Mərmərə bölgəsində Mərmərə dənizinin şərq ucunda yer alan körfəz. Şimalında qərbdən şərqə doğru; Pendik, Duzla, Darıca, Eskihisar, Gebze, Dilovası, Hərəkat, Körfəz və izmit ilə əhatə olunmuşdur. Cənubu isə, Gölməçə, Değirmendərə, Halıdərə, Qaramürsəl və Yalova qədər uzanır. İzmit körfəzinin uzunluğu 48 km, eni 2–10 km, sahəsi 300 km², ən dərin yeri 183 m-dir. Şimalında Kocaeli yaylası, Cənubunda Samanlı Dağları yer alır. == Nəqliyyat == Dəniz nəqliyyatına son dərəcə uyğun təbii bir liman halında olan körfəzdə Eskihisar-Topçular arası bərə yürüşü keçirilir. Bundan başqa, Gebze — İzmir magistralı layihəsi daxilində Dilovası-Hersek burnu arasına körfəz ətrafında nəqliyyat vasitəsi yolunun azaldılması və keçid müddətinin qısaldılması məqsədilə İzmit Körfəz körpüsü tikilib. Körfəzin ətrafında; D 100, magistral 5, magistral 4, avtomobil yolları ilə Ankara-İstanbul yüksək sürətli dəmir yolu var. == Sahillər == Körfəzin cənub sahillərində Samanlı dağlarının şimal yamaclarında şərq-qərb istiqamətli dar və dik quruluşlu bir sahil yaranmışdır. Meylin çox olduğu sahədə sürətli axan qısa boylu axar sular ərazini dərincə aşındırır.
İzmit qətliamı
İzmit qətliamı 24 iyun 1921-ci ildə baş verdi və ingilis jurnalist Arnold Cozef Toynbinin təxmininə görə 300-dən artıq sivil türk o gün öldürüldü. Arnold Cozef Toynbi hadisədən qısa bir zaman sonra şəhəri ziyarət etdi və hadisələri sənədləşdirdi. Hadisələr Türk-Yunan Savaşı (1919-1922) sırasında yunan qüvvələri şəhərdən geri çəkilərkən meydana gəldi, şəhər qarət olundu və bir hissəsi yandırıldı. 29 iyun 1921-ci ildə ingilis parlamenti yunanların geri çəkilməsini və ola biləcək zülmləri müzakirə etdi. == Arxa plan == İzmit (Qədim Nikomedia) İstanbula yaxın şimal qərbi Anadoluda bir sahil qəsəbəsidir. XIX əsrdə burada türklər, yəhudilər, yunanlar və ermənilər birgə yaşayırdılar. 1920-ci ildə ingilislər şəhərin təxminən 13.000 əhalisinin olduğunu təxmin edirdilər. Osmanlı İmperiyası I Dünya müharibəsinə qatılmış və məğlub olduqdan sonra qalib müttəfiq ölkələr arasında bölünməyə başlandı. May 1919-cu ildə İzmirə yunan ordusunun hücumu türk milliyətçi hərəkatının böyüməsi ilə nəticələndi. Nəticədə yunan ve türk milliyətçi orduları arasında savaş baş verdi.
Davit Volkov
Davit Volkov (3 iyun 1995, Tbilisi) — Azərbaycan Premyer Liqasında çıxış edən Sabahın gürcüstanlı futbolçusu.
Davit İşxanyan
Davit İşxanyan (27 dekabr 1958, Heşan, DQMV) — Qondarma Dağlıq Qarabağ Respublikası siyasətçisi. Erməni İnqilabi Federasiyasının üzvü, 2023-cü ilin avqustundan separatçı Qondarma Dağlıq Qarabağ Respublikasının Milli Assambleyasının prezidentidir. O, 2023-cü ilin sentyabrında qısa müddətə Qondarma Dağlıq Qarabağ Respublikası prezidentinin səlahiyyətlərini icra edib. == Həyatı == 2023-cü il avqustun 7-də İşxanyan Milli Assambleyanın prezidenti seçilib. Sentyabrın 1-də o, həm də sələfi Arayik Harutyunyanın istefasından sonra prezident səlahiyyətlərini icra etdi və bu vəzifəni 2023-cü ildə keçiriləcək prezident seçkilərinə qədər saxladı. Bu postda İşxanyandan sonra Samvel Şahramanyan keçəcəkdi.
İzmit saat qülləsi
İzmit saat qülləsi (türk. İzmit Saat Kulesi) ― Türkiyənin İzmit şəhərində yerləşən, sultan II Əbdülhəmidin Osmanlı taxtına yüksəlməsinin 25-ci ildönümünü qeyd etmək üçün vilayət valilərinə göndərilən fərman nəticəsində Osmanlı imperiyasında inşa edilən çoxsaylı saat qüllələrindən biri. Qüllə İzmit valisi Musa Kazım bəyin əmri ilə memar Vedat Tek tərəfindən dizayn edilmiş və 1902-ci ildə inşa edilmişdir. Digər mənbələr qüllənin memarının İzmitdə yaşayan erməni-osmanlı mənşəli Mihran Azaryan olduğunu iddia edir. == Memarlıq == Sultan Əbdüləzizə məxsus Hünkar köşkünün tam qarşısında dayanan neoklasik üslublu saat qülləsi 3,65m x 3,65 m ölçülərindədidr və dörd mərtəbəlidir. Birinci mərtəbədə fəvvarələr, sonuncu mərtəbədə isə saat yerləşir. İkinci mərtəbəsində balkonu olan tikilinin gövdəsində pəncərələr var. Orta mərtəbələrin dörd tərəfinin dördünün də fasadı sultan II Əbdülhəmidin möhürü ilə bəzədilmişdir. Tikilinin damı dördbucaqlı piramida formasındadır. Qüllənin təpəsindəki sivri konus qurğuşunla örtülmüşdür.Neoklasik Osmanlı memarlığı üslubunda inşa edilmiş İzmit saat qülləsində neoklasik üslub və İslam memarlığı detalları istifadə edilmişdir Saat qülləsi 20-ci əsr boyunca İzmit tarixinin ayrılmaz bir hissəsi olmuş və şəhərin simvoluna çevrilmişdir.
İzmit zəlzələsi (1999)
İzmit zəlzələsi — XX əsrin sonunda 17 avqust 1999-cu ildə Türkiyənin İzmit şəhərində baş verən zəlzələ. XX əsrin sonunda 1999-cu ildə Türkiyədə (İzmit) baş verən zəlzələnin gətirdiyi fəlakətlər daha böyük olmuşdur. Avqustun 17-də baş verən 7,6 bal gücündə zəlzələ zamanı rəsmi məlumatlara görə, 18373 adamöldü, 48901 nəfər yaralandı, 500 min nəfər isə evsiz-eşiksiz qaldı, amma əksər mənbələr zəlzələ nəticəsində azı 40 min nəfərin dünyasını dəyişdiyi və bir o qədərinin də yaralandığı qənaətindədir. Bundan əlavə, 120 min bina tamamilə dağılmışdı və onları yenidən bərpa etmək məqsədəuyğun hesab edilmədi. 50 min bina isə ciddi şəkildə zədələnmişdi. 2000 bina isə çökmüşdü. Zəlzələ nəticəsində Türkiyəyə 25 milyard dollar zərər dəydi.
Neue Zeit
Neue Zeit Mənasi: Die Neue Zeit — marksizm nəzərli jurnal. Neue Zeit (Almaniya) — HDS-nin çap birliyi. Neue Zeit (SSRİ) — Kalininqrad qəzeti.
Vivi (jurnal)
Vivi (ヴィヴィ) – Kodansha tərəfindən nəşr olunan Yaponiya dəb jurnalı. Asiyanın əsas dəb jurnallarından biridir və Yaponiya, Honkonq, Çin, Tayvan, Tailandda nəşr olunur. == Tarixi == "Vivi" jurnalının ilk sayı 1983-cü ilin mayında işıq üzü görmüşdür. Jurnal yeniyetmələr və 17-27 yaşında olan gənc qadınlar üçün nəzərdə tutulub. Əsas oxucuları kollec tələbələri və gənc ofis xanımlarıdır. Jurnalın "üzlük kraliçası" olan Namie Amuro jurnalın üzlüyündə ən çox görünən fotomodeldir. Jurnalın üzlüklərində tez-tez görünən digər modellər isə Ayumi Hamasaki və Kumi Kodadır. Tayvan, Çin, Honkonqda jurnal Çin dilində nəşr olunur. "Vivi" jurnalının 2010-cu ildə tirajı 286.039, 2011-ci ildə isə 234.370 idi. == Modellər == Aşağıdakı modellər jurnal üçün fəaliyyət göstərirlər və ya göstəriblər.
Vivi gölü
Vivi — Rusiyanın Krasnoyarsk diyarında, Evenk rayonda yerləşən şirin sulu göl. Vivi gölü özündən çıxan Vivi çayı ilə (Aşağı Tunqus çayının qolu) birlikdə Yenisey çayı hövzəsinə aiddir. Vivi gölü Puturan platosunun cənub-qərbində yerləşir. Gölün sahilində daima yaşayış məntəqəsi yoxdur. Vivi gölü zəngin balıq ehtiyatına malikdir. == Ümumi məlumat == Sahəsi 229 км² olan bu göl dartılmış, uzunsov formaya malikdir. Göl ətrafında qara şam meşələri üstünlük təşkil edir. Bu göl müasir dövürdə az öyrənilmiş göllər siyahısına daxildir. Gölün dərinliyini hələdə dəqiq təyin edilməyib. Dərinliyi 80–200 m arasında olması olan bu gölə 33 yaxın yetərincə böyük çay tökülür.
Üzvi kimya
Üzvi kimya — tərkibində karbon atomu olan kimyəvi birləşmələri öyrənən bir elmdir. Üzvi kimya canlı aləmdə (bitki, heyvan, insan) yayılmış karbon atomunun digər 2 elementlərlə əmələ gətirdiyi birləşmələri öyrənən bir elimdir. Üzvi birləşmələri əmələ gətirən əsas dörd elementdir (O, H, N, C). == Üzvi kimya həyatımızda == Üzvi kimyanın ilkin cəhdi həyatin kimyasını başa düşmək olmuşdur. Kimya hətta, kimyanın insanların həyatında olan rolundan xəbərdar olmadan, geniş çoxmilli sənayenin (qida, paltar və milyonlarla müalicə vasitələri) inamlı əsaslarına çevrilmişdir. Kimyaçilar molekulların hərəkətini başa düşmək üçün fiziklər və riyaziyyatçılar ilə əməkdaşlıq edirlər. Eyni zamanda onlar molekulların həyati prosesləri necə müəyyənləşdirdiyini başa düşmək üçün bioloqlarla əməkdaşlıq edirlər. Bütün elmlər kimi kimya da, kainatın dərk edilməsi üçün olan modellərdə unikal yer tutur. Bu molekullar haqqında elmdir. Lakin üzvi kimya daha çox bir şeydir.
Üzvi maddələr
Üzvi maddələr — biokütləni təşkil edən üzvü maddələrin cəmi, yəni orqanizmlərin canlı maddəsinin cəmi, orqanizmlərin ölü maddələri (töküntü, torf və s.), humus və ya çürüntü və ölü kütlənin parçalanması nəticəsində əmələ gələn çoxlu miqdarda məhsul (protein, karbohidratlar, liqlin, yağlar, qətran, mum, üzvi turşular, aşılayıcı maddələr). == Ümumi məlumat == Karbon atomunun üzvi birləşmələrinin çox olması bir çox səbəblərdən asılıdır. Hazırda 13 mln-dan çox üzvi maddə mövcuddur. Üzvi kimya bir çox elmlərlə əlaqəlidir. İlk növbədə q/üzvi kimya, biokimya, fiziki kimya, biologiya, fizika, anatomiya, fiziologiya, biotexnologiya, ekologiya və s. elmlərlə sıx əlaqəli inkişaf edir. Üzvi kimyanın inkişafında bir çox alimlərin rolu, xidmətləri olmuşdur. Y. Sil, Ş. Jerar, E. Franklit, Kekule, A. Kuper, M. Lomonosov, A. M. Butlerov, M. Markovnikov, A. Zinin, N. Zelinski, Kuçerov. Azərbaycan alimlərindən Y. Məmmədəliyev, Ə. Quliyev, A. Məhərrəmov, M. Qulubəyov, Ş. Ömərov və başqalarının xidmətləri olmuşdur. Müasir üzvi kimyanın qarşısında geniş imkanlar durur.
Üzvi sintez
Üzvi sintez – üzvi maddələrin sintez üsuludur. Üzvi kimyanın mühüm bir sahəsidir. == Tarixi == XIX əsrin əvvəllərinə qədər vitarizm nəzəriyyəsinin təsviri ilə belə hesab edilirdi ki, üzvi birləşmələr canlı orqanizmdə xüsusi həyati qüvvənin iştirakı ilə alına bilər. Həmin əsrin əvvəllərindən başlayaraq aparılan üzvi birləşmələrin ilk sintezləri bu nəzəriyyənin əsassızlığın göstərdi və o andan etibarən qeyri üzvi maddələr olan disian və amonyakın qarşılıqlı təsirindən üzvi maddə olan karbamidin (sidik cövhərinin) alınması ilə üzvi kimyada üzvi sintezin əsas qoyuldu: Göründüyü kimi ilk üzvi sintezlər o qədər də mürəkkəb olmayan birləşmələrin alınması ilə başlamış, lakin tədricən üzvi sintezlər mürəkkəbləşmiş bir neçə mərhələli olmuş və bir neçə təbii birləşmələrin alınması mümkün olmuşdur. 1904-cü ildə bu üsulla adrinalin sintez olunmuşdur. Hal-hazırda üzvi sintez sahəsi inkişaf etdirilərək təsdiq edilmişdir ki, çoxmərhələli reaksiyalar əsasında ən mürəkkəb quruluşlu, xüsusi əhəmiyyət kəsb edən birləşmələri əldə etmək olur. == Üzvi sintezin üsulları == Üzvi sintezin üsulları iki cürdür. Retrosintetik sintez üsulu Templat sintez üsulu == Retrosintetik analiz üsulu == Hazırda üzvi sintezin elə imkanları vardır ki, ən mürəkkəb quruluşlu birləşmələri sintez etmək mümkün olur, hətta bu bir neçə yolla baş verir. Çoxvariantlı sintez imkanı olduqda, sintezin səmərəliliyi əlavə olaraq başlanğıc birləşmələrin, reagentlərin asan əldə olunması reaksiya şəraitinin sadəliyi, məqsədli məhsulların çıxımının yüksək olması və sair digər amillərlə müəyyən olunur. XX əsrin ilk illərindən başlayaraq məqsədli molekulların sintezinin planlaşdırılmasına sistematik yanaşma üsulundan – retrosintetik analiz adlanan bir üsul tətbiq edilmişdir..
Vyanalı Avit
Vyanalı Avit və ya Alkim Ekdikiy Avit (lat. Alcimius Ecdicius Avitus; təq. 450[…], Vyen – güm. 5 fevral 518 və ya 525, Vyen) - müqəddəs, Vyana yepiskopu (Burqon). Ondan frank və burqund padşahlarına və bir sıra yepiskoplara 80 məktub, həmçinin "De mundi Principio" didaktik kitabı qorunub-saxlanılmışdır. Vyanalı Avit katoliklər və pravoslavlar tərəfindən müqəddəs kimi anılır.