İzmit saat qülləsi (türk. İzmit Saat Kulesi) ― Türkiyənin İzmit şəhərində yerləşən, sultan II Əbdülhəmidin Osmanlı taxtına yüksəlməsinin 25-ci ildönümünü qeyd etmək üçün vilayət valilərinə göndərilən fərman nəticəsində Osmanlı imperiyasında inşa edilən çoxsaylı saat qüllələrindən biri. Qüllə İzmit valisi Musa Kazım bəyin əmri ilə memar Vedat Tek tərəfindən dizayn edilmiş və 1902-ci ildə inşa edilmişdir. Digər mənbələr qüllənin memarının İzmitdə yaşayan erməni-osmanlı mənşəli Mihran Azaryan olduğunu iddia edir.[1]
İzmit saat qülləsi | |
---|---|
Ümumi məlumatlar | |
Növü | Saat qülləsi |
Memarlıq üslubu | Neoklassik və İslam memarlığı |
Ölkə | |
Koordinatlar | 40°45′46″ şm. e. 29°55′10″ ş. u. |
Texniki detallar | |
Mərtəbə sayı | 4 |
Dizayn və konstruksiya | |
Memar | Vədat Tək |
Vikianbarda əlaqəli mediafayllar |
Sultan Əbdüləzizə məxsus Hünkar köşkünün tam qarşısında dayanan neoklasik üslublu saat qülləsi 3,65m x 3,65 m ölçülərindədidr və dörd mərtəbəlidir. Birinci mərtəbədə fəvvarələr, sonuncu mərtəbədə isə saat yerləşir. İkinci mərtəbəsində balkonu olan tikilinin gövdəsində pəncərələr var. Orta mərtəbələrin dörd tərəfinin dördünün də fasadı sultan II Əbdülhəmidin möhürü ilə bəzədilmişdir. Tikilinin damı dördbucaqlı piramida formasındadır. Qüllənin təpəsindəki sivri konus qurğuşunla örtülmüşdür.Neoklasik Osmanlı memarlığı üslubunda inşa edilmiş İzmit saat qülləsində neoklasik üslub və İslam memarlığı detalları istifadə edilmişdir
Saat qülləsi 20-ci əsr boyunca İzmit tarixinin ayrılmaz bir hissəsi olmuş və şəhərin simvoluna çevrilmişdir.
Osmanlı imperiyasının keçmiş Balkan vilayətlərində, xüsusilə Belqrad, Priepole, Sarayevo, Banya Luka, Qradaçats və Stara Varoş kimi müasir Serbiya, Bosniya və Monteneqro şəhərlərində Osmanlı dövrünə aid oxşar saat qüllələri hələ də Sahat Kula (türk. Saat Kulesi — "saat qülləsi") adlanır.
İzmit saat qülləsi 2006-cı ildə bərpa edilmişdir.[2]