İzmit qətliamı 24 iyun 1921-ci ildə baş verdi və ingilis jurnalist Arnold Cozef Toynbinin təxmininə görə 300-dən artıq sivil türk o gün öldürüldü.[1][2] Arnold Cozef Toynbi hadisədən qısa bir zaman sonra şəhəri ziyarət etdi və hadisələri sənədləşdirdi.[1] Hadisələr Türk-Yunan Savaşı (1919-1922) sırasında yunan qüvvələri şəhərdən geri çəkilərkən meydana gəldi, şəhər qarət olundu və bir hissəsi yandırıldı.[3] 29 iyun 1921-ci ildə ingilis parlamenti yunanların geri çəkilməsini və ola biləcək zülmləri müzakirə etdi.[4]
İzmit qətliamı | |
---|---|
Hücum yeri |
İzmit, Türkiyə |
Hücum hədəfi | türklər |
Vaxt |
24 İyun 1921 |
Həlak olanlar | 300-dən çox.[1] |
Təşkilatçılar | Yunan ordusu.[1] |
İzmit (Qədim Nikomedia) İstanbula yaxın şimal qərbi Anadoluda bir sahil qəsəbəsidir. XIX əsrdə burada türklər, yəhudilər, yunanlar və ermənilər birgə yaşayırdılar. 1920-ci ildə ingilislər şəhərin təxminən 13.000 əhalisinin olduğunu təxmin edirdilər.[5] Osmanlı İmperiyası I Dünya müharibəsinə qatılmış və məğlub olduqdan sonra qalib müttəfiq ölkələr arasında bölünməyə başlandı. May 1919-cu ildə İzmirə yunan ordusunun hücumu türk milliyətçi hərəkatının böyüməsi ilə nəticələndi. Nəticədə yunan ve türk milliyətçi orduları arasında savaş baş verdi. Bu müddətdə İzmit öncə 6 iyul 1920-ci ildə İngiltərə tərəfindən işgal edildi və daha sonra ingilislər 27 oktyabr 1920-ci ildə şəhəri Yunanıstana buraxdı. İzmit 28 İyun 1921-ci ildə türklər tərəfindən yenidən geri qaytarıldı. Bu zaman ərzində İzmiti əhatə edən bölgələrdə türklər və yunanlar arasında qarşılıqlı şiddətli toqquşmalar yaşandı.
Toynbi, həyat yoldaşı və müttəfiq yüksək rütbəli təmsilçisi ilə birlikdə bir gəmidə İzmitə doğru yola düşərkən quruda yunan ordusunun çəkilməsini gördü. Yunan ordusunun bu ərazini tərk edərkən ərtafdakı kəndləri və Qaramürsəl qəsəbəsini atəşə tutduğunu gördü və [1] bunu belə şərh etdi :
"29 iyun 1921 tarixində həyat yoldaşımla birlikdə hərbi formalı yunan birliklərinin heç bir səbəb olmadan İzmit Körfəzinin cənub sahillərində törətdikləri dağıntıların şahidi olduq."[6]
Yerli xristianların bir çoxu yunan ordusu ilə birlikdə qaçırdılar.[1] Toynbi İzmitdə yunan çəkilişindən 35 saat sonra şəhərə girdi və şəhəri dağıdılmış və qismən yanmış vəziyyətdə gördü.[1]
Sahildə yunanların mallarını daşımağa çətinlik çəkmiş və sonra da güllələnmiş türk arabaçıların cəsədlərini gördü və onların aralarında bir və ya iki qadın cəsədidə var idi.[1] İzmit məscidləri qarət olunmuş, tarixi Pertev Paşa Məscidinin ətrafında və içində donuzlar kəsilmişdi.[1] Türk mağazaları qarət edilmiş, xristian mağazalarının soyulması isə üzərilərindəki bir xaç işarəsi nəticəsində əngəllənmişdir.[1]
Toynbiyə görə türk əhalisinin ümumi qətliamı əngəllənmişdi. Bunun səbəbi qətliam başladıqdan qısa zaman sonra küçələrdə patrul nəzarətinə başlamış fransız zabitlərinin səyləri oldu.[1] Minlərlə türk qaçqın fransız keşişlərinin binasında qorundu.[1] Amma 24 iyunda, yunan çəkilişindən üç gün yarım öncə, iki türk məhəlləsinin (Bağçeşmə ve Tabakhane)nin kişi sakinləri qruplar halında məzarlığa aparıldı və 300-dən artıq türk orada edam edildi.[1] İzmitli xristianların çoxu qaçmışdı və təxminən heç biri geri dönmədi, daşınmaz mallarını əldən buraxdılar.[1] Toynbiyə görə, yunan xidmətindəki çərkəzlər İzmitdəki zülmlərdə ikinci bir rol oynamışdı.[1]
"In late June the Greek military gathered forces for the offensive by moving troops out of Ismid, leaving a looted city in flames. News of the Greek pullout caused panic among Armenian and Greek refugees who had found safe haven in Ismid.