Vivi gölü

Vivi[1] — Rusiyanın Krasnoyarsk diyarında, Evenk rayonda yerləşən şirin sulu göl. Vivi gölü özündən çıxan Vivi çayı ilə (Aşağı Tunqus çayının qolu) birlikdə Yenisey çayı hövzəsinə aiddir.

Vivi
Ümumi məlumatlar
Mütləq hündürlüyü 255 m
Eni 5 km
Uzunluğu 88 km
Sahəsi 229 km²
Dərin yeri 80-200 m
Tökülən çay Oqıtqan/Kovlekt/Vivixoron
Yerləşməsi
66°47′20″ şm. e. 93°46′31″ ş. u.HGYO
Ölkə  Rusiya
Region
Vivi xəritədə
Vivi
Vivi

Vivi gölü Puturan platosunun cənub-qərbində yerləşir.[2] Gölün sahilində daima yaşayış məntəqəsi yoxdur. Vivi gölü zəngin balıq ehtiyatına malikdir.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Sahəsi 229 км²[2] olan bu göl dartılmış, uzunsov formaya malikdir. Göl ətrafında qara şam meşələri üstünlük təşkil edir. Bu göl müasir dövürdə az öyrənilmiş göllər siyahısına daxildir. Gölün dərinliyini hələ də dəqiq təyin edilməyib. Dərinliyi 80–200 m arasında olması olan bu gölə 33 yaxın yetərincə böyük çay tökülür.

Bu ərazi həm də seysimik baxımdan aktivdir. Vivi gölü kimi bu ərazidə ki, digər göllərdə (Nyakşinqda, Aqata, Şimal və s) tektonik rif ərazilərində formalaşıb.[2]. Tektonik aktivliyin davam etməsi nəticəsində göl yatağının dərinləşməsi və yeni tektonik çatların meydana gəlməsi müşahidə olunur. Meydana gələn yeni çatlar demək olar ki, əvvəlki çatlara perpendikulyar istiqamətdədir. Göl yatağının enməsi Aqata gölünün yatağında olan qara şam ağaclarıdır olması ilə izah edilir[2].

Rusiyanın coğrafi mərkəzi

[redaktə | mənbəni redaktə et]

Vivi gölünün əsas özəlliyi, onun cənub-şərq sahilinin Rusiyanın Coğrafi mərkəzi hesab olunmasıdır. SSRİ-nin süqutundan sonra Rusiya ərazisinin mərkəszi (66°25′ şm. e. 94°15′ ş. u.HGYO) rəsmən Vivi gölü elan edildi[3].

21 avqust 1992-ci ildə bu ərazidə hündürlüyü 7 metr olan abidə ucaldılıb. 27 avqustda isə bu abidənin açılışı baş tutub. Abidənin yanında isə 8 m hündürlüyü olan xaç heykəli ucalır. Kırımın Rusiyaya birləşdirilmısindın sonra bu coğrafi mərkəz bir-neçə on metr cənuba çəkilmış[3] və yeni mərkəzdə 2014-cü ildə yeni xaç abidəsi ucaldılıb. Vivi gölü haqqında sənədli film də çəkilmiş, film 2012-ci ildə Rossiya 1 kanalı vasitəsi ilə yayımlanmışdır.[4]

  1. Географический энциклопедический словарь: Географические названия /Гл. ред. А. Ф. Трёшников. Ред. кол. Э. Б. Алаев и др. — 2-е изд., доп. — М.: Сов. энциклопедия. 1989. — 592 с., ил., 8 л. карт. ISBN 5-85270-057-6.
  2. 1 2 3 4 "Озеро Виви. Эвенкия". 2019-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-11.
  3. 1 2 "Географический центр России перенесли после воссоединения с Крымом". ТАСС. 2014-08-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-12-01.
  4. "Озеро Виви - природное чудо в центре России". 2021-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-11.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]