Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vombat
Vombatlar (lat. Vombatidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinə aid heyvan fəsiləsi. Avstraliyanın cənub-şərqində və Tasmaniyanın dağlıq ərazilərində yaşayır. Vombatlar gəmiricilərə xas iri ön dişlərə və güclü ətrafları (ön və arxa ayaqları) sahibdir. Onlar torpağın altında geniş yuva şəbəkəsi qurur. Vombat balaca, qısa quyruqlu, kisəli heyvandır. Qısa quyruğu yırtıcılar tərəfindən tutulmasını çətinləşdirir. Digər kisəlilərdən əsas fərqi odur ki, kisəsinin ağzı bədəninin gerisindədir. Bunun bala vombatlar üçün böyük əhəmiyyəti var. Beləki, vombat yeri qazarkən torpaq kisəsinə dolmur.
Motal
Motal — müxtəlif süd məhsullarını uzun müddət saxlamaq üçün xırdabuynuzlu heyvan dərisindən hazırlanmış qab. == Ümumi məlumat == Pendir, yağ və şor maldar əhali arasında əsasən motallarda saxlanılır. Azərbaycanda bir-birinə oxşar iki motal növü var: Xırdabuynuzlu heyvan dərisinin iyidilərək yunu yonulur və duzlanaraq qurudulur. Sonra dəri yenidən yumşaldılaraq içəri tərəfə çevrilir. Dərinin qolları iplə möhkəm bağlanır. Motala pendir yığılanda onun içərisinə bir qədər üzlü süd, dələmə və ya qaymaq tökülür ki, pendir həm yaxşı qalsın, həm də yağlılığı və dadı artsın. Ağzı bağlanan motalı uzun müddət saxlamaq olur. Xalq arasında buna Qarabağ motalı deyilir. Qazax motalı adı ilə tanınan digər motal Azərbaycanın qərb zonasında geniş yayılmışdır. Bu növ motalı hazırlamaq üçün yenə də dəri duzlanır və günün altında möhkəm qurudulur.
Qısatüklü vombat
Qısatüklü vombat və ya Tasmaniya vombatı (lat. Vombatus ursinus), — Vombatlar fəsiləsinə, Kisəlilər infrasinfinə daxil olan yaşayan növ. Çağdaş növ Qısatüklü vombatlar cinsinə (Vombatus) daxildir. Yetkinlərin boyu 80 ilə 130 sm, çəkisi 17 ilə 40 kq arasında dəyişir. Tasmaniya və Flinders adalarında tapılan fərdlər materikdə olan fərdlərdən daha kiçikdir. Uzuntüklü vombatlar tüksüz burunları ilə fərqlənirlər. == Sinoninləri == Həm cinsin həm də növün sinoimləri olduqca çoxdur.
Voltat dağları
Voltat (alm. Wohlthat‎) — Antarktidanın Kraliça Mod Torpağında, Orvin dağ massivindən şərqdə yerləşən dağ silsiləsi. Voltat adı Yeni Şvabiyaya təşkil olunan ekpedisiyanın təşkilatçısı Helmut Voltatın şərəfinə adlandırılmışdır. 1960-cı ildən Sovet Antarktik ekspedisiyası tərəfindən araşdırılmışdır. Voltat və Mülin-Qofman dağlarının araşdırılması bir çox məsələlərə aydınlıq gətirməyə imkan vermişdir. Bu ekspedisiya zamanı Bıstrov qayası (71°47′ c. e. 12°34′ ş. u.) 1961-ci ildə xəritəyə salınmışdır. 2003-cü ildı "Antarktida — Rusiya 2003" ekpedisiya çərçivəsində bir necə adsız zirvələr fəth edilmiş və yeni coğrafi adlar meydana gəmişdir: Jukov piki (71°36′ c.
Motal papaq
Motal papaq – əsasən kənd əhalisinin yoxsul təbəqələri istifadə edərdi. Uzuntüklü qoyun dərisindən hazırlayırdılar, konus formasında olurdu. Qədimlərdən üzü bəri hər kişinin başında börk olması əsas şərt idi. Kişidə böyük (papaq), arvadda isə ləçək (çərqəd) şərafət nişanəsi sayılırdı. Papağa və ləçəyə hörmətsizlik müqəddəslərə və namusa hörmətsizlik sayılırdı. Buna görə də heç vaxt kişinin papağı başından əskik olmazdı. Hətta oğlan uşaqlarının da özünəməxsus papaqları olurdu. Bu papaqlara "tərlik" deyərdilər. Ancaq tərlik papaq qədər qalın olmazdı, bir qat toxunmuş açıq qırmızı forması olardı və bu papaq formasının Səfəvi hökmdarlarının "qızılbaş" ordusundan qalması zənn edilir.
Con Mott
Con Reley Mott (ing. John Raleigh Mott; 25 may 1865[…], Nyu-York, Nyu-York ştatı – 31 yanvar 1955[…]) — yevangelist və Dünya Xristian Tələbələr Birliyi(YMCA) və Dünya Tələbə Xristian Federasiyasının (WSCF) rəhbəri. 1946-cı ildə Nobel sülh mükafatını,dünyanı sülhə təşviq etmək üçün çalışan Beynəlxalq Protestant Xristian Tələbə təşkilatlarının qurulması və gücləndirilməsindəki işinə görə aldı. Mükafatı Emili Qrin Bolç ilə bölüşdü. 1895-1920-ci illərdə Mott Dünya Tələbə Xristian Federasiyasının baş katibi oldu. 1948-ci ildə Ümumdünya Kilsələr Şurasının yaradılmasında yaxından iştirak edən bu qurum onu ömürlük fəxri prezident seçdi. Ən çox tanınan kitabı,Bu nəsildə dünyanın müjdələnməsi (ing. The Evangelization of the World in this Generation) XX əsrin əvvəllərində missioner şüarı oldu. == Həyatı == Mott,25 may 1865-ci ildə Nyu York,Sallivan dairəsinin,Livinqston yaşayış məntəqəsində anadan olmuşdur. Ailəsi 1865-ci ilin sentyabr ayında Ayova ştatının Postvill şəhərinə köçür.
Montqomeri Vott
Ulliam Montqomeri Uatt (türk. W. Montgomery Watt;14 mart 1909[…] – 24 oktyabr 2006[…], Edinburq) — Şotlandiyalı tarixçi, Şərqşünas, Angilikan rahib və akademik. == Həyatı və elmi fəaliyyəti == Uatt 1909-cu il Şotlandiyanın Fayf bölgəsinin Ceres kəndində anadan olmuşdur. Atası yepiskop kilsəsində işləyən Andreş Uattdır. O Teologiya ilə məşğul olmazdan əvvəl birləşmiş Prespiteriyan kilsəsindən ayrılaraq Şotlandiya kilsəsinə qatılmışdır. 1910-cu ildə atasının ölümündən sonra anası ilə birlikdə baba evinə köçmüşdür. Uatt uşaqlıq və gəncliyinin ilk ilərini burada birləşmiş azadlıq kilsəsi ilə Şotlandiya yepiskop kilsələrinin fəaliyyətlərində iştirak edərək dindar bir mühitdə keçirmişdir. Təhsilinə "Larkhall Academy"də başlamışdır. 1925-ci ildə anası ilə birlikdə Edinburqa köçmüş və orta təhsilini "George Watson’s College" tamamlamışdır. Yetkinlik yaşında atom fizikası ilə maraqlanmasına baxmayaraq ətrafında bu elimlə bağlı ona yardım edən kimsənin olmaması səbəbindən bu fikrindən daşınmış və bəşəri elimlərlə məşğul olaraq Edinburgh Üniversitetinə daxil olmuşdur.
Mott və beyli
Mott və beyli (ing. Motte-and-bailey, fr. Motte, Motte castrale) — xüsusi bir tip erkən orta əsr qalası, bir palisade ilə əhatə olunmuş bir həyət, içəridə və ya yaxınlıqda bir donjon ilə taclanmış höyüd var. Belə qalalar XI-XII əsrlərdə Fransada, 1066-cı il Norman fəthindən sonra İngiltərə, Uels və Şotlandiyada da geniş yayılmışdır. İngilis termininin adı Fr.-nin birləşməsindən yaranır fr. motte — "təpə", və ing. bailey, bir qala həyətini ifadə edən bir söz. Bu tip qalaların əsas üstünlüyü onlardan ibarət idi ki, onların inşası çox vaxt və səy tələb etmirdi, həmçinin müdafiə zamanı taktiki üstünlük verəcək təbii yüksəkliklər qəsrinin inşasını tələb etmirdi (yəni qala "açıq sahədə" inşa edilə bilər). Lakin taxtadan olan bu istehkamlar yanğına həssas idi və mühasirədə çox vaxt yanğın qurbanı olurlar, bununla əlaqədar olaraq XII əsrin sonlarında geniş yayılmış daş qalalarının inşasına başlanılır. == Tarixi == Mott, ya da qala qülləsi, Qərbi Avropadakı feodal qalasının ilk formasıdır.
Şeyla Vott-Klute
Şeyla Vott-Klute (ing. Sheila Watt-Cloutier) — ictimai xadim, siyasətçi, yazıçı, fəal, insan hüquqları və inuitlərin, digər yerli xalqların hüquqlarına, habelə mədəniyyətinin müdafiəçisi. O, 2006-cı ildə Kanada Ordeninə, 2005-ci ildə Sofiya Mükafatına və 2015-ci ildə Ləyaqətlə Yaşamaq Mükafatına layiq görülüb. == Bioqrafiya == Şeyla Vott-Klute 2 dekabr 1953-cü ildə Nunavik bölgəsinin Kuucuaq şəhərində anadan olub. Anası Ceyzi Vott (1921–2002) tərcüməçi və həkim idi. Atası Qeorqe Kornelson Şimalın araşdırmaçısı olur. 1956-cı ildə ailə keçmiş Amerika hərbi bazası olan Nyu Fort Çimoya köçür. Atası ailəni tərk etdiyi üçün həyatının ilk on ilində Şeyla anası və nənəsi tərəfindən böyüdülür. Akademik mükəmməlliyə görə, 10 yaşında Şeyla Kanadanın cənubunda federal hökumətin təhsil proqramının üzvü olur. Bu dəfə cənuba köçürüləndə və Yeni Şotlandiya əyalətində yaşayan avropalılar ailəsində məskunlaşdıqda olduqca travmatik həyat sürür.
La-Mott-Sen-Marten
La-Mott-Sen-Marten (fr. La Motte-Saint-Martin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38266. Kommunanın 1999-cu il üçün əhalisi 339 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 486 ilə 1 712 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 115 km cənub-şərqdə, Qrenobldan 27 km şimal-qərbdə yerləşir.