Şeyla Vott-Klute

Şeyla Vott-Klute (ing. Sheila Watt-Cloutier) — ictimai xadim, siyasətçi, yazıçı, fəal, insan hüquqları və inuitlərin, digər yerli xalqların hüquqlarına, habelə mədəniyyətinin müdafiəçisi. O, 2006-cı ildə Kanada Ordeninə, 2005-ci ildə Sofiya Mükafatına və 2015-ci ildə Ləyaqətlə Yaşamaq Mükafatına layiq görülüb[2].

Şeyla Vott-Klute
Doğum tarixi 2 dekabr 1953(1953-12-02)[1] (70 yaş)
Doğum yeri
Fəaliyyəti tərcüməçi, ətraf mühit fəalı, siyasi fəal[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şeyla Vott-Klute 2 dekabr 1953-cü ildə Nunavik bölgəsinin Kuucuaq şəhərində anadan olub. Anası Ceyzi Vott (1921–2002) tərcüməçi və həkim idi. Atası Qeorqe Kornelson Şimalın araşdırmaçısı olur. 1956-cı ildə ailə keçmiş Amerika hərbi bazası olan Nyu Fort Çimoya köçür. Atası ailəni tərk etdiyi üçün həyatının ilk on ilində Şeyla anası və nənəsi tərəfindən böyüdülür. Akademik mükəmməlliyə görə, 10 yaşında Şeyla Kanadanın cənubunda federal hökumətin təhsil proqramının üzvü olur. Bu dəfə cənuba köçürüləndə və Yeni Şotlandiya əyalətində yaşayan avropalılar ailəsində məskunlaşdıqda olduqca travmatik həyat sürür. Yeni yerdə Şeyla inadla ingilis dilini öyrənməyi öhdəsinə götürür, bu da onun ana dilini və mədəni xüsusiyyətlərini unutmağaına səbəb olur. İki il sonra o, Çörçill Peşə Tədris Mərkəzinə köçür. Burada o, aşpazlıq, ev təsərrüfatı və tikiş kimi peşəkar bacarıqlara yiyələnib, həmçinin basketbol, voleybol və gimnastika ilə məşğul olur. 1970-ci ildə evə qayıtdıqdan sonra Şeyla dörd il yerli xəstəxanada tərcüməçi kimi çalışır. 1974-cü ilin yazında o, Fort Çimo hava limanında tanış olduğu fransız-kanadalı hava nəqliyyatı dispetçeri Denis Klute ilə evlənir. Evlilikdən cütlüyün Silviya adlı bir qızı və Erik adlı bir oğlu dünyaya gəlir. 1977-ci ildə ailə Monreala köçürlər və yaxınlıqdakı Sen-Estaş şəhərinə köçmənə qədər bir neçə il orada yaşayırlar. Bu müddət ərzində Şeyla Monreal ətrafındakı Dorvalın şəhərində işləyir, Kativik Məktəb Şurasının qərargahında inzibati işlər görürür. 1990-cı ildə Vott-Klute Regional Səhiyyə Şurasının komissarı təyin edilir. Onun vəzifələrinə şimal icmalarında alkoqol və narkomaniyanın təsirlərini öyrənmək daxildir. 1993-cü ildə Şeyla yerli seçkilərdə iştirak edir, lakin məğlub olur. 1998-ci ildə onun rəhbərliyi altında "Nəfəs alan: İnuitlərin səyahəti" sənədli filmi nümayiş olunur. Film inuitlər arasında mədəni kimliyin itirilməsi nəticəsində yaranan intihar, narkomaniya və yoxsulluq problemini ortaya qoyur. 1995-ci ildə Qrenlandiyada, Kanadada, AlyaskadaÇukotkada yaşayan inuitlərin maraqlarını təmsil edən İnuitlərin Dairəviqütb Şurasının prezidenti seçilir və 2002-ci ilə qədər bu vəzifədə qalır[3]. 2007-ci ildə Şeyla iqlim dəyişikliyinin inuitlərin həyatına təsirlərinə qarşı mübarizədə ekoloji və siyasi fəallığına görə "Nobel" sülh mükafatına namizəd göstərilir[4]. 2015-ci ildə Arktikada eskimosların hüquqlarının müdafiəsinə görə "Layiqli həyat tərzinə görə" mükafatına layiq görülüb.

  1. Sheila Watt-Cloutier // Munzinger Personen (alm.).
  2. "Названы имена обладателей альтернативной Нобелевской премии 2015 года". РИА Новости (rus). 2015-10-01. 2018-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-24.
  3. Robinson, Amanda. "Sheila Watt-Cloutier". The Canadian Encyclopedia (ingilis). 2018-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-24.
  4. "Sheila Watt-Cloutier". Library and Archives Canada. 2000-10-02. 2019-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-24.