Voltat[1] (alm. Wohlthat) — Antarktidanın Kraliça Mod Torpağında, Orvin dağ massivindən şərqdə yerləşən dağ silsiləsi. Voltat adı Yeni Şvabiyaya təşkil olunan ekpedisiyanın təşkilatçısı Helmut Voltatın şərəfinə adlandırılmışdır. 1960-cı ildən Sovet Antarktik ekspedisiyası tərəfindən araşdırılmışdır. Voltat və Mülin-Qofman dağlarının araşdırılması bir çox məsələlərə aydınlıq gətirməyə imkan vermişdir. Bu ekspedisiya zamanı Bıstrov qayası (71°47′ c. e. 12°34′ ş. u.HGYO) 1961-ci ildə xəritəyə salınmışdır. 2003-cü ildı "Antarktida — Rusiya 2003" ekpedisiya çərçivəsində bir necə adsız zirvələr fəth edilmiş və yeni coğrafi adlar meydana gəmişdir: Jukov piki (71°36′ c. e. 12°38′ ş. u.HGYO), Boris və Qleb piki (71°27′ c. e. 12°28′ ş. u.HGYO), Vladimir piki və Qeser piki. Boris və Qleb zirvələrinə iki metrlik provaslav xaçı qoyulmuşdur.
Voltat dağları | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 2970 m |
Uzunluğu | 242 km |
Eni | 236 km |
Sahəsi | 25 673 km² |
Süxurları | metamorfik |
Yerləşməsi | |
71°35′ c. e. 12°20′ ş. u.HGYO | |
Ölkə | Antarktida |
|
|
Vikianbarda əlaqəli mediafayllar |