Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Adalar qövsü
Adalar qövsü — əsasən bir-birinə yaxınlaşan iki tektonik plitə arasındakı sərhəd, paralel və yaxın olaraq yerləşdirilmiş, bir qövsdə düzülmüş, vulkan zəncirlərindən və bir çox adadan ibarət arxipelaq. Adalar qövsü konvergent tektonik plitə sərhədləri boyunca aşkar olunan intensiv seysmik aktivliyə malik aktiv vulkanların uzun zəncirləridir. Adalar qövslərinin əksəriyyəti okean yer qabığından yaranır və subduksiya zonası boyunca litosferin mantiyaya enməsi nəticəsində yaranmışdır. Bu adalar kontinental böyümənin əldə edilməsinin əsas yoludur. == Adalar qövsü == Zirvəsi su səthindən qalxaraq qövsvari adalar sırası əmələ gətirən sualtı dağ silsiləsi. Adalar qövsü tək və qoşa olur. Sonuncular iki bir-birinə paralel sıra dağlardan ibarətdir: daxili — vulkan və xarici — qırışıqlıq dağlardan təşkil olub dağarası novla ayrılırlar. Adalar qövsü müasir mütəhərrik əyalətlərin bir hissəsi olub, qitədən okeana keçid zonasında yerləşir; bunlarla kənar geosinklinal dənizlərin dərin çökəklikləri, dərin okean novları və kənar okean tirələri (valları) əlaqədardır. Adalar qövsü aktiv vulkanik (əsasən andezit tərkibli) və seysmik fəaliyyətlə, eləcə də Yer qabığının kəskin şaquli hərəkətləri və parçalanmış relyeflə səciyyələnir. Bunlar qədim geosinklinal əyalətlərin geoantiklinal qalxımlarının və ya dağ silsilələrinin analoqu hesab edilir.
Aorta qövsü
Aorta qövsü – lat. Arcus aortae ikinci sağ döş-qabırğa oynağının bərabərində qalxan aortanın ardını təşkil edib çıxıq tərəfi yuxarıya çevrilmiş bir halda sola və arxaya doğru gedir və 4-cü döş fəqərəsinin bərabərində onurğanın sol tərəfində enən aortaya keçir; bunun uzunluğu 5–6 sm-ə bərabərdir və enən aorta ilə hüdudunu arterial bağın (lat. lig. arteriosum) bağlanan yeri təşkil edir. Aorta qövsü sol bronxun kökünü yuxarıdan çarpazlayır və sağ tərəfdə sağ orta divar plevrasına, arxada isə qida borusunun sol tərəfinə söykənir. Sintopiya cəhətcə aşağıda göstərilən üzv, sinir və damarlarla rabitədədir: ön tərəfdə – hüzrəli toxuma qatı və çəngələbənzər vəzi, dal tərəfdə – nəfəs borusu, lat. n. reccurens sinister və qida borusu, sağ tərəfdə – yuxarı boş vena, solda və bir az ön tərəfdə – lat. n. vagus sinister və sol diafraqma siniri, yuxarı tərəfdə – sol adsız vena və aşağı tərəfdə sol bronx ilə sağ ağciyər arteriyası olur.
Dairə qövsü
Çevrə qövsü — çevrənin üst-üstə düşməyən iki nöqtəsi arasında qalan hissəsidir. Çevrə qövsünün uzunluğunu l ilə, mərkəzi bucağı m ilə, diametri d ilə, radiusu r ilə, çevrənin uzunluğunu L ilə işarə etsək, çevrə qövsünün uzunluğu aşağıdakı kimi hesablanar: l = (m/360 ∘ {\displaystyle \circ } ) ⋅ {\displaystyle \cdot } L = (m/360 ∘ {\displaystyle \circ } ) ⋅ {\displaystyle \cdot } 2 π {\displaystyle \pi } r = (m/360 ∘ {\displaystyle \circ } ) ⋅ {\displaystyle \cdot } π {\displaystyle \pi } d. π {\displaystyle \pi } ≈ {\displaystyle \approx } 3,14 (Pifaqor sabiti. π {\displaystyle \pi } = L / d).
Volta qövsü
Volta qövsü və ya elektrik qövsü — güclü cərəyan mənbəyinin qütblərinə qoşulmuş iki naqilin əks uclarını bir‐birinə toxundurub sonra bir neçə millimetr məsafəyə uzaqlaşdırıldıqda bu naqillərin ucları arasında yaranan parlaq işıq saçan alov hadisəsidir. Metal naqillər əvəzinə ucları itilənmiş (iynə şəklinə salınmış) iki kömür çubuqdan da istifadə etmək olar. O zaman bu hadisə daha gözəl və daha parlaq olar. Bu çubuqları tətbiq olunan gərginliyin kifayət qədər böyük qiymətlərində onların ucları arasında gözqamaşdırıcı şiddətə malik işıq əmələ gəlir. Volta qövsü adlanan bu hadisəni ilk dəfə 1803‐cü ildə rus alimi Vasili Petrov müşahidə etmiş, 1810‐cu ildə isə eyni ixtiranı ingilis fiziki Devi etmişdir. Onların hər ikisi Volta qövsündən işıqlandırma üçün istifadə etməyin mümkünlüyünü göstərmişdir. 1844‐cü ildə fransız fiziki Fuko ilk qövs lampasını düzəltdi. O, ağac kömüründən olan çubuqları bərk koksdan olan çubuqlarla əvəzlədi və qövs lampasını ilk dəfə Paris meydanlarından birini işıqlandırmaq üçün tətbiq etdi.
Çevrə qövsü
Çevrə qövsü — çevrənin üst-üstə düşməyən iki nöqtəsi arasında qalan hissəsidir. Çevrə qövsünün uzunluğunu l ilə, mərkəzi bucağı m ilə, diametri d ilə, radiusu r ilə, çevrənin uzunluğunu L ilə işarə etsək, çevrə qövsünün uzunluğu aşağıdakı kimi hesablanar: l = (m/360 ∘ {\displaystyle \circ } ) ⋅ {\displaystyle \cdot } L = (m/360 ∘ {\displaystyle \circ } ) ⋅ {\displaystyle \cdot } 2 π {\displaystyle \pi } r = (m/360 ∘ {\displaystyle \circ } ) ⋅ {\displaystyle \cdot } π {\displaystyle \pi } d. π {\displaystyle \pi } ≈ {\displaystyle \approx } 3,14 (Pifaqor sabiti. π {\displaystyle \pi } = L / d).
Daş adalar qövsü
Daş adalar qövsü Xəzər dənizində yerləşən adalar qrupu. Qövsdə irili-xırdalı 10-a (8) yaxın ada var. Bunlardan Daxili daş və Orta daş adaları iriliklərinə görə fərqlənir. Orta daş adası Daxili daş adasından 2,4 km cənubda yerləşir. Qövs "S-vari" quruluşa malik olub simaldan cənuba doğru uzanır. Burada qövs sualtı adalar vasitəsilə bir-birinə birləşir. Sahilə yaxınlığı ilə səciyələnir. Şimaldan cənuba uzanması onlara təbii dalğaqıran rolu oynamağa imkan verir. Tektonik məşəlli olmasıla səciyyəvidir. Uzun ensiz formaya malikdirlər.
Struve Geodeziya Qövsü
Struve Geodeziya Qövsü — 2820 metr boyunca, 26 trianqular nöqtədən ibarət olan şəbəkə. Bu geodeziya qövsünün yaradılmasında əsas məqsəd Yerin xüsusiyyətlərini, forma və ölçülərini müəyyən etməkdir. O, Norveçin Hammerfest şəhərindən başlayaraq Qara dənizə qədər uzanır və ümumilikdə 10 ölkədən keçir. Qövs onun yaradıcısı əslən alman olan rusiyalı astronom Fridrix Vilhelm Struvenin şərəfinə adlandırılıb. == Numizmatika == 29 dekabr 2006-cı ildə Belarus Respublikasının Milli Bankı gümüş 20 rubl və mis-nikel qarışıqlı 1 rublluq xatirə sikkələri buraxılıb. 15 iyun 2009-cu ildə Moldova Milli Bankı 50 ley nominalında gümüş xatirə sikkəsi buraxıb. 11 may 2015-ci ildə Litva Bankı 20 avro dəyərində xatirə əsginası buraxmışdır.
Sualtı adalar qövsü
Sualtı adaları (bəzən Pirsaat adaları və ya Pirsaat daş adaları adlanır)— Xəzər dənizində Bakı arxipelaqında yerləşən Azərbaycana məxsus adalardır. == Coğrafiyası == Ən iri adaları Baburi və Qutan adalarıdır. Qutan və Baburi adaları arasınada məsafə 4 km təşkil edir. Tektonik məşəllidir. Taman yarımadasından Böyük Qafqaz dağ silsiləsi ilə sualtı qalxmalarla Türkmənistana qədər davan edən Ön Qafqaz qalxmasının bir hissəsidir. Pirsaat buxtasında yerləşir. Ümumilikdə 9 adadan ibarətdir. Qövsə daxil olan adalar şərqdən qərbə 7 km məsafədə yerləşir. Əsasən kiçik adlardan ibarətdir. Bəzi adalarında uzunluq 2 km təşkil etsə də, çox ensizdir.
Vulkan adaları qövsü
Vulkan adaları qövsü (rus. дуга островная вулканическая, ing. arch of volcanic island) — bir yaxud iki qonşu sualtı silsilələrin zirvələrindən ibarət olub, morfoloji cəhətdən qövsvari adalar tirəsi şəklində təzahür edən, yerin iri, fəal geoloji strukturu. Demək olar ki, V. a. q. hamısı Sakit okeanın qərb hissəsində yerləşir və onun odlu qurşağının bir hissəsini təşkil edir.
Göksu
Göksu — Türkiyədə çay. Çayın uzunluğu 260 km bərəbərdir. == Tarixdə == 1190-cı ildə üçüncü Xaç yürüşü vaxtında Müqəddəs Roma imperiyasının imperatoru I Fridrix Barbarossa bu çayda batmışdı (o vaxt çay Kalikadın adlanırdı). Çayı keçəndə, imperator attan düşüb və boğulmuşdur.
Göysu
Göysu — Göyçə mahalının Basarkeçər rayonunda kənd. == Tarixi == Irəvаn qubеrniyаsının Nоvоbаyаzid qəzаsındа kənd аdı. Əslində «köy» (kənd) və «su» (çаy) sözlərindən ibаrətdir. «Çаy kənd» mənаsındаdır. Kənd rаyоn mərkəzi Bаsаrkеçərdən 23 km məsаfədə yеrləşir. == Əhalisi == Kənddə 1897-ci ildə 187 nəfər, 1908-ci ildə 233 nəfər, 1914 - cü ildə 360 nəfər, 1916-cı ildə 284 nəfər azərbaycanlı yaşamışdır. 1918-1919 - cu illərdə ermənilər tərəfindən azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar 1922-1924 - cü illərdə ata-baba torpaqlarına qayıda bilmişlər. 1926-cı ildə burada 143, 1931-ci ildə 215 nəfər, 1939 - cu ildə 314 nəfər, 1959 - cu ildə 264 nəfər, 1970-ci ildə 396 nəfər, 1979 - cu ildə 531 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən yenidən tarixi�etnik vətənlərindən qovulmuşlar.
Honşu
Honşu (yap. 本州), həmçinin Hondo, Hippon — Yaponiyanın ən böyük adası. == Coğrafiya == Adanın uzunluğu 1300 km, eni isə 50 – 230 km arasında dəyişir. Sahəsi 227 969,74 km² təşkil edir. Bu isə Yaponiya ərazisinin 60 % deməkdir. Honşu adası Britaniya adasından bir qədər kiçikdir. Sahil xəttinin uzunluğu 5450 km təşkil edir. Honşunun reylefi dağlıqdır. Onlar arasında vulkanlar üstünlük təşkil edir. Onlar arasında ən böyüyü Fuci dağıdır.
Monsu
Monsu (fr. Montsoult) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Viarm. Əhalisi — 3.492 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 24 km şimalda, Serji belediyyənin 19 km şərqdə yerləşir.
Mövsüm
Fəsil, mövsüm ya da sezon — ilin şərti olaraq bölündüyü 4 dövr. Mövsümlərin bölünməsi müxtəlif cür aparılır: Təqvim üzrə mövsümlər – dünyanın əksər ölkəsində ilin hər biri 3 təqvim ayına bərabər olan 4 mövsümə bölünməsi qəbul edilib. Astronomik mövsümlər - gündönümündən (yay və qış) və gecə-gündüzün bərabərləşməsinə uyğun bölünür. Fenologiya - mövsümlərin müddəti təbiət hadisələrinə uyğun olaraq bölünür (təbiətdə iqlimin mövsümi dəyişikliyinə uyğun). == Təqvim üzrə mövsümlər == Fəsilləri dövrü belədir : qış payız yaz yay .İlin fəsilləri belə dövr edir: Qış Payız Yaz Yay .Orta en dairələrində il formal olaraq təqribən 4 bərabər hissəyə bölünür.
Mövzu
Mövzu: Mövzu (yun. thema, «əsasında olan») — hansısa mətnin və ya söylənən fikrin əsas mənası, məzmun hissəsi. Mövzu (musiqi) — musiqi əsərinin yadda qalan əsas hissəsi. Mövzu (linqvistika) — remaya əks olaraq əvvəldən verilən fikir. Mövzu əvvəldən verilən əsas məzmundur. Rema mövzu haqqında bildirilən məlumat.
Novlu
Novlu (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun Novlu kənd inzibati ərazi dairəsində kənd. ‎Novlu (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Novlu bulaq — Şuşa rayonu ərazisində məşhur bulaqlardan və tarixi yerlərdən biri.
Novsud
Novsud — İranın Kirmanşah ostanının Pavə şəhristanının Novsud bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,562 nəfər və 438 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Huramilərdən ibarətdir və Gorani dilinin Hurami dialektində danışırlar.
Növcü
Yuxarı Növcü — Azərbaycan Respublikasının Ağsu rayonunun Növcü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Ağsu rayonunun Növcü kənd inzibati ərazi dairəsi tərkibindəki Növcü kəndinin bir hissəsi Yuxarı Növcü kəndi adlandırılmış və rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. Kəndin adının mənşəyi Lerik rayonun Nücü kəndi ilə bağlıdır.
Ovsun
Sehr (lat. magia, yun. μαγικός — sehrbazlıq) — uydurma, xəyali məharətin və yaxud ağlasığmaz manipulyasiyanın köməyi ilə ətraf aləmə təsir etməkdir. Magik manipulyasiyanın əhatəsi çox genişdir: bu, sözlər (ovsunlar, dualar, cadu), əşyalar (həmayillər, qoruyucalar) yazılar və müxtəlif hərəkətlər ola bilər. Müxtəlif zamanlarda və müasir dövrdə ayrı-ayrı xalqlara məlum olan bir çox sehrbazlıq adətləri və mərasimləri təsvir edilmiş, sistemləşdirilmişdir Magiya başlıca olaraq bir insanın digər insanlara, heyvanlara, bitkilərə, hətta təbiət hadisələrinə təsir etmək bacarığına inamdır. Müşahidə edilən faktların həqiqi və qarşılıqlı əlaqələrini başa düşməyən və təsadüfi uyğunluğu tərsinə başa düşən insan belə hesab edirdi ki, xüsusi hərəkət və sözlərlə o, insanlara kömək və yaxud pislik edə bilər, qabaqcadan görmə ilə müvəffəqiyyətini və ya müvəffəqiyyətsizliyini təmin edə bilər, tufan törədə bilər və ya onu sakitləşdirə bilər. Magiya elementləri əksər xalqların dini adət-ənənəsində öz əksini tapıb. == Tərif və Məna == Magiya sözü qədim Azərbaycan tayfalarından olan maqların adı ilə bağlıdır. Belə ki, qədim dövrlərdə məhz maqlar sehr və əfsunla məşğul olduqlarına görə qədim yunanlar bu cür əməlləri "maqların əməli" anlamında "magious" adlandırıblar. Zaman keçdikcə həmin söz latınların da dilinə keçib və magiya şəklində bir çox dünya xalqarının dilində bu gün də işlənməkdə, maqların adını yaşatmaqdadır.
Qovşud
Qovşud — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. == Tarixi == Kəndin başqa adları Qovşuq, Qovşutlu olmuşdur. Rayon mərkəzində 17 km şimalşərqdə, Kığı və Oxçu çaylarının qovuşduğu Zeyvə qalasının yaxınlığında yerləşir. Toponim qovşud etnonimi əsasında əmələ gəlmişdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Kavçut qoyulmuşdur. == Toponimi == Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Kavçut qoyulmuşdur.1988-ci ildə əhalisi Azərbaycana qovulmuşdur. Türkmənistanda Qovşut, Qovşutbənd, Qovşutyap, Qovşuxanqala , Azərbaycanda Qovşutlu (başqa adı Hüsеynbəyli) (Cəbrayıl r-nu) kənd adları göstərir ki, Qovşut tayfa adıdır. == Əhalisi == Kənddə 1897-ci ildə 163 nəfər, 1914 - cü ildə 320 nəfər azərbaycanlı yaşamışdır.
Volsk
Volsk — Rusiya Federasiyasında yerləşən şəhər. Saratov vilayətinə daxildir.
Xonsu
Xonsu - Qədim Misir mifologiyasına görə Ay tanrısıdır. Günəş tanrısı Amunun və Göy ilahəsi Mutun oğludur. Fivan üçlüyünə aid tanrılardan biridir.
Xovlu
Məhrəba və ya Xovlu — Əmici parça və ya kağızdır. Qurutma və ya silmək üçün istifadə olunur.Birbaşa əlaqə vasitəsi ilə, ümumiyyətlə bir suyunu çəkmək ya da sürtmə hərəkəti istifadə edərək nəmliyi çəkir. == Tarixçə == Məhrəbanın ixtirası Türkiyənin Bursa şəhəri ilə bağlı idi. Bu şəhər hələ də " türk məhrəbası" istehsalı üçün qeyd edilir.
Xovst
Xost vilayəti (puşt. خوست, fars. خوست‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri.Mərkəzi Xost şəhəridir. == Coğrafiyası == Vilayətin sahəsi 4.152 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 520.2 min nəfər, inzibati mərkəzi Xost şəhəridir. == Əhalisinin etnik tərkibi == Əhalisinin əksəriyyətini puştunlar təşkil edir. Vilayət əhalisinin 99%-i puştun dilində, vilayətin 2 kəndində təxminən 1000 nəfər əhali daricə danışır.
Şorsu
Şorsu (Şəki) — Şəki rayonunun inzibati ərazi vahidində kənd. Şorsuçay — Babək rayonu ərazisində çay. Şorsu — Qazax rayonunda çay. Kürün sağ qoludur; Şorsu — Şahbuz rayonunda çay. Şahbuz çayının sağ qoludur. Şorsulu — Qobustan rayonu ərazisində palçıq vulkanı. Dərəkənd və Mərəzə yaxınlığındadır. Şorsulu — Salyan rayonunun eyniadlı inzibati ərazi vahidində kənd.