Qovşud — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd.[2][3]
Kənd | |
Qovşud | |
---|---|
39°12′31″ şm. e. 46°14′27″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Zəngəzur mahalı |
Rayon | Qafan rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.378 ± 1 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Kəndin başqa adları Qovşuq, Qovşutlu olmuşdur[4]. Rayon mərkəzində 17 km şimalşərqdə, Kığı və Oxçu çaylarının qovuşduğu Zeyvə qalasının yaxınlığında yerləşir. Toponim qovşud etnonimi[5] əsasında əmələ gəlmişdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Kavçut qoyulmuşdur.
Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Kavçut qoyulmuşdur.1988-ci ildə əhalisi Azərbaycana qovulmuşdur. Türkmənistanda Qovşut, Qovşutbənd, Qovşutyap, Qovşuxanqala [6], Azərbaycanda Qovşutlu (başqa adı Hüsеynbəyli) (Cəbrayıl r-nu) kənd adları göstərir ki, Qovşut tayfa adıdır. [7]
Kənddə 1897-ci ildə 163 nəfər, 1914 - cü ildə 320 nəfər azərbaycanlı yaşamışdır[8]. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet quruluşu qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 108 nəfər, 1926-cı ildə 109 nəfər, 1931-ci ildə 123 nəfər[9], 1939 - cu ildə 208 nəfər, 1987-ci ildə 200 nəfər[10] azərbaycanlı yaşamışdır. 1988-ci ildə kəndin sakinləri Ermənistan dövləti tərəfindən deportasiya edilmişdir. İndi burada ermənilər yaşayır.