Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stolbı Dövlət Təbiət Qoruğu
Stolbı dövlət təbiət qoruğu - Şərqi Sayanın şərq hissəsində, Orta Sibir yaylası ilə sərhəddə, Krasnoyarsk diyarı ərazisində yerləşən qoruq. Mühafizə olunan ərazinin təbii sərhədləri Yeniseyin sağ qollarıdır: şimal-şərqdə - Bazaixa çayı, cənub və cənub-qərbdə Mana və Bolşaya Slizneva çayları. Şimal-şərqdən «stolbı»Krasnoyarsk şəhərinə bitişikdir. Qoruğun mühafizə zonasının sərhəddinə bir şəhər avtobus dayanacaq vardır. 1925-ci ildə Krasnoyarsk şəhər sakinlərinin təşəbbüsü ilə mənzərəli qayalar ətrafındakı təbii kompleksləri - sienit qalıqlarını qorumaq üçün qurulmuşdur. Hal-hazırda onun sahəsi 47,219 ha-dır. YUNESKO-nun Ümumdünya irsi Fondunun siyahısına təqdim edilmişdir. Altay-Sayan Ekoregion Təbiət Qoruqları və Milli Parklar Birliyinin üzvüdür. == Flora və fauna == Qoruğun florasına təxminən 740 damarlı bitki və 260 növ yosun daxildir. Şərqi Sayansının orta dağlarına xas olan tayqa meşələri geniş ərazini tutur.
Tolpis
Tolpis (lat. Tolpis) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
STEPI
STEPI — Koreya Elm və Texnologiya Siyasəti İnstitutu == Tarixi == STEPI Koreya Qabaqcıl Elm vəTexnologiya İnstitutunun (KAIST) filialı olaraq Elm və Texnologiya Siyasəti Mərkəzi (CSTP) kimi yaradılmışdır. Dr. Jongwook Lee CSTP-nin 1-ci prezidenti olmuşdur. 1993-cü ilin martında CSTP Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) adlandırıldı. 1999-cu ilin yanvar ayında "Dövlət elmi-tədqiqat institutlarının yaradılması, fəaliyyəti və təşviqi haqqında qanun"a əsasən STEPİ-nin İqtisadiyyat və Sosial Elmlər üzrə Milli Tədqiqat Şurasının nəzdində elmi-tədqiqat institute kimi yenidən qurulması təsdiqləndi. Milli tədqiqat və inkişaf layihələrinin planlaşdırılması, qiymətləndirilməsi və idarə edilməsinin əsas funksiyaları, eləcə də sənaye və texnologiya siyasətinin tədqiqat funksiyası da STEPI-yə verildi. 2002-ciilin aprel ayında STEPI-nin nəzdində Yeni Texnologiyaların İqtisadi Təhlili Mərkəzi fəaliyyətə başlamışdır. 2005-ci ildə STPEI-nin strukturu İqtisadiyyat və Sosial Elmlər üzrə Milli Tədqiqat Şurasından İqtisadiyyat üzrə MilliTədqiqat Şurasına uyğun dəyişdirildi. Dövlət elmi-tədqiqat institutlarının yaradılması, fəaliyyəti və idarə edilməsi haqqında (31 may 2005-ci il tarixinə) yenidən işlənmiş qanuna əsasən Humanitar və Sosial Elmlər də onun strukturuna daxil edildi. 2008-ci ildə STEPI çərçivəsində Gələcəyin Elmi və Texnologiyası Strateji Mərkəzi, Yeni İnkişaf Aləti Tədqiqat Mərkəzi və Qlobal Siyasət Araşdırmaları Mərkəzi fəaliyyətə başlamışdır.
Soldi
Soldi (azərb. Pul‎) — İtaliyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Mahmud "Soldi" mahnısı ilə İtaliyanın əsas musiqi hadisələrindən hesab olunan Sanremo musiqi festivalında qalib gəlmişdir. Qələbənin ardınca Mahmud bu mahnı ilə İtaliyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil edəcəyi öz təsdiqini tapmışdır. Bir neçə ərəb sözünün də işlədildiyi mahnı Çarli Çarlz, Dario "Dardust" Faini və Mahmudun əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir. İtaliya hit-paradlarında birinciliyə yüksələn mahnını Mahmud dostları ilə birlikdə ikən yazmağa başlamış, lakin bəstənin yekunlaşması uzun zaman almışdır. Mahnıda trap, hip-hop musiqisi ilə birlikdə Yaxın Şərq elementlərindən də istifadə olunmuşdur. Yalançı, ziddiyyətli və etibarsız ata obrazını özündə canlandıran mahnının sözlərində Mahmudun onu uşaq ikən tərk edən atası ilə münasibəti diqqət mərkəzinə gətirilir. Pul ata ilə oğul arasında münasibətlərin pozulmasına səbəb olan əsas amil olaraq göstərilir. Mahmud mahnının sözlərinin onda xatirələri canlandırdığını və hər bir misrada böyük qəzəb olduğunu söyləmişdir.
Çolpı
Çolpı — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 2024 nəfərdir. == Din == Kənddə "İmam Əli" məscidi dini icması fəaliyyət göstərir.
Alfonsina Storni
Alfonsina Storni (29 may 1892[…] – 25 oktyabr 1938[…]) - modernist dövrdə tanınmış Latın Amerikalı yazıçı. == Həyatı == Alfonsina İsveçrənin Sala Capriasca şəhərində, Argentinalı pivə istehsalçısı ailəsində dünyaya gəlmişdir. Burada o, italyan dilini öyrənmə şansı əldə etmişdir. Ailənin işinin uğursuzluqla nəticələnməsi səbəbi ilə ailə Argentinaya qayıtmış və Rosario şəhərində bir pivəxana açmışdır. Burada Alfonsina kiçik işlərdə kömək edirdi. 1907-ci ildə bir teatr qrupuna qoşulan yazıçı ölkəni gəzmək fürsətini ələ keçirmişdi. Bu illərdə o, Henrix İbsenin “Spectres”, Benito Perez Galdosun “La loca de la casa” və Florencio Sanchzin “Los muertos” kimi əsərlərinin tamaşalarında oynamışdır. Rosarioya qayıtdıqdan sonra ibtidai sinif müəllimliyi işini tamamlayan yazıçı “Mundo Rosarino”, “Monos y Monadas” və “Mundo Argentino” kimi jurnallarda işləmişdir. 1911-ci ildə Buenos Ayresə kömüş və bir il sonra Korondalı bir jurnalistdən olan oğlu Alexandronu dünyaya gətirmişdir. Növbəti illərdəki maddi sıxıntılara baxmayaraq 1916-cı ildə “La inquietude del rosal” adlı əsərini çap etdirdi və ardınca bir marketdə kassir kimi işlədiyi zaman “Caras y Caretas” adlı jurnal üzərində işləmişdir.
Bulbophyllum stolzii
Bulbophyllum stolzii (lat. Bulbophyllum stolzii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Calanthe stolzii
Calanthe sylvatica (lat. Calanthe sylvatica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin calanthe cinsinə aid bitki növü. == Sinonimləri == Centrosis sylvatica Thouars (1822) (Basionym) Alismorkis centrosis (Thouars) Steud. (1840) Alismorkis emarginata (Blume) Kuntze (1891) Alismorkis masuca (D. Don) Kuntze (1891) Alismorkis natalensis (Rchb.f.) Kuntze (1891) Alismorkis plantaginea (Thouars) Kuntze (1891) Alismorkis purpurea (Lindl.) Kuntze (1891) Alismorkis textori (Miq.) Kuntze (1891) Amblyglottis emarginata Blume (1825) Bletia masuca D. Don (1825) Bletia sylvatica (Thouars) Bojer (1837) Calanthe candida Bosser (1989) Calanthe corymbosa (Thouars) Lindl. (1862) Calanthe curtisii Rchb.f. (1884) Calanthe delphinioides Kraenzl. (1893) Calanthe emarginata (Blume) Lindl. (1833) Calanthe furcata f. masuca (D. Don) M. Hiroe (1971) Calanthe furcata f. textori (Miq.) M. Hiroe (1971) Calanthe humbertii H. Perrier (1955) Calanthe longicalcarata Hayata ex Yamam.
Cordula stonei
Paphiopedilum stonei (lat. Paphiopedilum stonei) — səhləbkimilər fəsiləsinin pafiopedilum cinsinə aid bitki növü. == Sinonimləri == Cypripedium stonei Hook. (basionym) Cypripedium platytaenium Rchb.f.
Cypripedium stonei
Paphiopedilum stonei (lat. Paphiopedilum stonei) — səhləbkimilər fəsiləsinin pafiopedilum cinsinə aid bitki növü. == Sinonimləri == Cypripedium stonei Hook. (basionym) Cypripedium platytaenium Rchb.f.
Inula stolzii
Inula stolzii (lat. Inula stolzii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Paphiopedilum stonei
Paphiopedilum stonei (lat. Paphiopedilum stonei) — səhləbkimilər fəsiləsinin pafiopedilum cinsinə aid bitki növü. == Sinonimləri == Cypripedium stonei Hook. (basionym) Cypripedium platytaenium Rchb.f.
Pyotr Stolıpin
Stolıpin Pyotr Arkadyeviç (d. 1862 - ö. 1911) — rus dövlət xadimi, Rusiya imperiyası daxili işlər naziri. == Həyatı == 1885-ci ildə Sankt-Peterburq universitetini bitirərək Torpaq nazirliyində işə düzəlib. 1905-ci ildə 1-ci dövlət dumasının buraxılmasından sonra çar onu daxili işlər naziri təyin edir və həmin ilin 8 iyununda nazirlər sovetinin sədri olur. Bu vəzifədə o bir çox qanun layihələrini qəbul etdirir. 9 noyabr 1906-cı ildə qəbul edilmiş "kəndli torpaq sahibkarları və torpaqdan istifadə haqqında" qanuna əsasən icmalar ləğv olunurdu və kəndlilərə şəxsi istifadə üçün torpaq sahələri verilirdi. 31 mart 1908-ci ildə dövlət duması qarşısında Amur dəmir yolunun tikintisi məsələsini qaldırmışdı.
Smolnı kafedralı
Smolnı kafedralı (rus. Смольный собор) — Peterburqun mərkəzində, Neva çayının sol sahilində yerləşən Smolnı monastırının memarlıq ansamblına daxildir. Bina həmçinin klassik musiqilərin ifa olunması üçün ayrılmış konsert meydançası hesab olunur (Rastrelli meydanı 3/1) == Tarix == 1740-cı ildə Rus çar taxtının varisi Yelizaveta Petrovna ömrünün son illərini yüz iyirmi nəcib qızların əhatəsində monastırın sülh və sakitliyində keçirmək qərarına gəlir. Artıq imperatriça olarkən, o gənc yaşlarında yaşadığı Smolnı (yəni "qatran") sarayının yerində monastır inşa etdirmək qərarına gəlir. Monastır kompleksinin tərkibinə ev kilsələri, kafedral, zəng qülləsi və nəcib ailələrdən olan qızlar ücün institut daxil olmalı idi. Kafedralın memarı — Françesko Bartolomeo Rastrellidir. Kilsənin təntənəli təməlqoyma mərasimi 30 oktyabr 1748-ci ildə keçirilmişdir. 1749-cu ildən tikinti işlərinə Rastrelli ilə birgə işləyən Kristian Knobel rəhbərlik etmişdir. 1751-ci ilə bütün hazırlıq və təməl işləri tamamlanmış və kafedralın tikintisinə başlanılmışdır. Tezliklə Prussiya ilə yeddiilik müharibə başlanılır və bu zaman inşaat üçün maliyyələşdirmə kifayət qədər olmur və tikinti işləri artıq aşağı templə davam edir.
Stapli qoruğu
Sataplia qoruğu — Gürcüstanın Çxaltub bələdiyyəsinə bağlı qoruğ. Qafqazın cənub-şərq silsiləsində, Stapli dağında yerləşir. Qoruğun əsası 1935-cildə qoyulub, indiki sərhədlərnən—1957-ci ildə. Qoruğ həmişə yaşıl meşələrin Kolxid növünün və geologiya, arxeologiya abidələrinin qorunması məqsədi ilə qurulub. Qoruğun sahəsi 354 hektardır, 348 hektarı meşə sahəsidi. Qoruğun relyefi dağlıqdır, iqlimi isə subtropikə yaxındır. Qoruqda nadir meşə ağacları yetişir, onlardan: tis, kolxidi samşiti, kolxidi padubu, meşə fıstlğı və s. 20 növ ağac endemik sayılır. Qoruğda dovşan, tülkü, çaqqal və barsuk vardır. Qoruğun ərazisində sönmüş vulkanın krateri, daş dövrünə aid ilk insan məskənləri, dinazavorların daşlaşmım ayaq izləridə vardır.
Stormi Deniels
Stormi Deniels və ya Stefani Qreqori Klifford (17 mart 1979, Baton-Ruj, Luiziana, ABŞ) — ABŞ pornoaktrisası. Porno karyerasına 2000-ci ildə başlayıb.
Yohan Stolan
Yohan Stolan (30 mart 1939 – 24 oktyabr 2016) — İşçilər Partiyasının üzvü olmuş Norveçli siyasətçi. O, 1977–1981, 1981–1985 və 1985–1989-cu illər arasında Sor-Torndelaqdan seçilmiş nümayəndə kimi Norveç Milli Məclisində deputat vəzifəsində çalışmışdır. Yerli səviyyədə Stolan 1987–2003-cü illəri arasında Hemne bələdiyyəsinin meri olmuşdur. Stolan 2016-cı il oktyabrın 24-də 77 yaşında vəfat etmişdir.
Konrad Stoltz
Konrad Stoltz (23 oktyabr 1973) — CAR-ı təmsil edən triatlonçu. == Karyerası == Konrad Stoltz CAR-ı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 20-ci pillədə başa vurdu. Daha sonra Konrad Stoltz CAR-ı 2004-cü ildə Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı nəticəsiz başa vurdu.
Riçard Smolli
Riçard Smolli (ing. Richard Errett Smalley; 6 iyun 1943[…], Akron[d], Ohayo – 28 oktyabr 2005[…], Hyuston, Texas[…]) — amerikalı fizik, 1996-cı ildə Robert Kerl və Harold Kroto ilə birlikdə Karbonun yeni formalarının — fullerenlərin kəşfinə görə Nobel mükafatı aldı. Rays Universitetində universitet professoru, ABŞ Milli Elmlər Akademiyasının üzvü (1990 il). == Bioqrafiyası == O, Miçiqan Universitetində oxuyub və 1965-ci ildə bakalavr dərəcəsini alıb. 1973-cü ildə Prinston Universitetində fəlsəfə doktoru dərəcəsi almışdır. R. Smolli təhsilini və elmi dərslərini kimya sənayesindəki işiylə birləşdirdi, burada mühəndislik bacarıqları və idarəetmə təcrübəsi əldə etmişdir. Dissertasiyasını müdafiə etdikdən sonra Çikaqo Universitetinə daxil olan Smolli və həmkarları yeni bir istiqamət — səsdən sürətli axınlarda lazer spektroskopiyasını inkişaf etdirirlər. 1976-cı ildə ailəsi ilə birlikdə Texas ştatının Hyuston şəhərinə köçürlər və Rays Universitetində dosent kimi işləməyə başlayır. Spektroskopiya sahəsində işini davam etdirən Smolli, müxtəlif maddələrin lazerlə buxarlanması və sonradan səsdən sürətli axınlarda soyuması zamanı əmələ gələn atom klasterlərinin tərkibini təhlil edir. Bu texnikadan istifadə edərək, 1985-ci ildə Britaniyanın Sasseks Universitetindən universitet həmkarı Robert Kerl və Harold Kroto ilə əməkdaşlıq edərək, o, karbonun sferaya bənzər yeni formalarını — fullerenləri kəşf etdi.
Soli
Soli (Mersin) — Mersində antik bir şəhər. ‎Soli (Astara, İran) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd.
Topi
Damaliscus lunatus (lat. Damaliscus lunatus) — Damaliscus cinsinə aid heyvan növü.
Adam stili
Adam stili (və ya Adamesk və "Adam qardaşlarının üslubu") — 18-ci əsrə aid neoklassik interyer dizaynı və memarlıq stili. Şotlandiyalı üç qardaş, Con Adam (1721-1792), Robert Adam (1728-1792) və Ceyms Adam (1732-1794) tərəfindən tətbiq olunmuşdur. Onlardan son ikisi bu sahədə daha məşhur idilər. Adam qardaşları, ilk dəfə olaraq memarlıq və interyer üçün kompleks stil təklif etmişdilər: divarlar, tavanlar, kaminlər, mebellər, çilçıraqlar və xalçalar Adam qardaşları tərəfindən vahid ortaq sxem əsasında hazırlanırdı. Əksər hallarda, səhvən "Adams stili" adı ilə tanınsa da, bu memarlıq və mebel stili üçün düzgün termin "Adam qardaşlarının üslubu"dur (ing. Style of the Adam Brothers). Adam stili 1760-cı illərin sonlarından etibarən 18-ci əsr İngiltərə, Şotlandiya və Rusiyasında ali və orta təbəqəyə aid iqamətgahlarda və İstiqlal müharibəsindən sonra ABŞ-də özünə yer tapdı. Rusiyada bu stil şotland memarı Çarlz Kameron tərəfindən təqdim edilmişdi, ABŞ-də isə Federal stil adı ilə tanınmağa başladı və fərqli xüsusiyyətlər qazandı. 1795-ci ildən etibarən Adam stili Regent stili və fransız ampir stili ilə əvəz olundu. == Təsirlənib == Adam stili əsasən aşağıdakılardan təsirlənmişdir: Qazıntılar zamanı yenicə tapılan Qədim Roma dövrünə aid Pompeya və Herkulanum şəhərlərindəki freskalar və divar rəsmləri; Qazıntılar zamanı tapılan çoxsaylı qara və qırmızı etrusk yunan vazaları; Britaniyada Ceyms Stüart və Nikolas Revetin 1762-ci ildə nəşr olunan "Afina qədimlikləri" kitabından və digər bu kimi nəşrlərdən məlum olan klassik yunan memarlığı.
Arxitektura stili
Memarlıq üslubu — memarlıq xüsusiyyətlərin və əlamətlərinin məcmusudur. Memarlıq üslubunu, müəyyən dövrün və yerin xarakterik xüsusiyyətləri, funksional, konstruktiv və incəsənət tərəflərinin fərqliliyi formalaşdırır və onun ikişafı iqlim, dini və mədəni amillərdən asılıdır. Memarlığın inkişafı zamandan birbaşa asılı olmasına baxmayaraq, həmişə üslublar ardıcıllıqla dəyişmir. Müəyyən dövrlərdə, fərqli üslubların eyni zamanda mövcudluğu tarixdə müşahidə olunmuşdur (məsələn, barokko və klassisizm, modern və eklektika, funksionalizm, konstruktivizm və ar-deko).
Solli Madonna
Solli Madonna (it. La Madonna Solly) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1500-1504-cü illərdə yağlı boya ilə işlədiyi portret. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur.Solli Madonna əsəri hal-hazırda Almaniyada Berlin şəhərində saxlanılır.
Tyudor stili
Tüdor stili — York sülaləsi əvəz edən Tüdorlar İngiltərəni 1485–1603-cü illərdə idarə edib. Bu dövrdə meydana gələn memarlıq stili, binaların təsvirini əsaslı şəkildə dəyişərək yeni səviyyəyə gətirdi. Bu stildə tikilmiş bəzi evlər, dövrümüzə qədər gəlib çatmışdır. Tüdor stili üçün xarakterik cəhətlər — qara tirlər və ağ divar panelləridir. Bu, memarların seçimi deyildi, hər şeyi inşaatçıların seçdiyi materiallar müəyyən edirdi. XV–XVI əsrlərdə bütün İngiltərə meşə ilə əhatə olunmuşdu, buna görə də ağac, həmçinin gil tapmaq çətin deyildi. Alternativ olaraq bəzi evlərdə kərpicdən istifadə edirdilər, lakin binanın həndəsi quruluşunu müəyyən edən tirlər yenə də qalırdı. Sauthemptonda yerləşən Tüdorlar memarlıq muzeyi bu stilin səciyyəvi əlamətlərini nümayiş etdirir: yuxarı mərtəbələr aşağı mərtəbənin sərhədindən kənara çıxır, pəncərə və qapı girişləri yastı tağlarla bəzədilib. Nisbətən sadə fasad, interyerin detalları ilə kontrastdadır. XIX əsrin sonlarında Tüdorlar öz intibah dövrünü yaşadılar.