Soldi (azərb. Pul) — İtaliyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.[1]
"Soldi" | |
---|---|
2019 Avroviziya Mahnı Müsabiqəsi mahnısı | |
Ölkə | İtaliya |
Müğənni(lər) | Mahmud |
Dillər | italyan dili, ərəb dili |
Bəstəkar(lar) |
|
Sözləri |
|
Final nəticəsi | |
Yeri | 2-ci |
Xalı | 472 |
Xronologiya | |
◄ Non mi avete fatto niente (2018) | |
Vikianbarda əlaqəli mediafayllar |
Mahmud "Soldi" mahnısı ilə İtaliyanın əsas musiqi hadisələrindən hesab olunan Sanremo musiqi festivalında qalib gəlmişdir. Qələbənin ardınca Mahmud bu mahnı ilə İtaliyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil edəcəyi öz təsdiqini tapmışdır. Bir neçə ərəb sözünün də işlədildiyi mahnı Çarli Çarlz, Dario "Dardust" Faini və Mahmudun əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir. İtaliya hit-paradlarında birinciliyə yüksələn mahnını Mahmud dostları ilə birlikdə ikən yazmağa başlamış, lakin bəstənin yekunlaşması uzun zaman almışdır. Mahnıda trap, hip-hop musiqisi ilə birlikdə Yaxın Şərq elementlərindən də istifadə olunmuşdur.
Yalançı, ziddiyyətli və etibarsız ata obrazını özündə canlandıran mahnının sözlərində Mahmudun onu uşaq ikən tərk edən atası ilə münasibəti diqqət mərkəzinə gətirilir.[2] Pul ata ilə oğul arasında münasibətlərin pozulmasına səbəb olan əsas amil olaraq göstərilir. Mahmud mahnının sözlərinin onda xatirələri canlandırdığını və hər bir misrada böyük qəzəb olduğunu söyləmişdir.[3] Mahmud özünün ərəbcə bilmədiyini söyləsə də, mahnıda müəyyən ərəb sözlərindən də istifadə olunmuşdur. Həmin sözlər Mahmudun uşaq ikən əslən misirli olan atasından eşitdiyi kəlimələrdir.[4]
Əvvəlki: Ermal Meta və Fabritsio Moro "Non mi avete fatto niente" |
İtaliya Avroviziya Mahnı Müsabiqəsində 2019 |
Sonrakı: – |