Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gorilla gorilla gorilla
Qərb düzənlik qorillası (lat. Gorilla gorilla gorilla) — Qərb qorillasına (Gorilla gorilla) daxil olan bir yarımnöv == Yayılması == Dağ ətəklərindəki meşəliklərdə və bataqlıq ərazilərdə ən mox rastlanılırlar. Konqo Respublikası, Anqola, Ekvatorial Qvineya və Qabon kimi ölkələrdə yayılmışlar. Konqo Demokratik Respublikası ərazisində isə nəsli kəsilmişdir. İlk dəfə bu yarımnövə aid qorilla Birmingem zooparkına gətirilmişdir. Bu yarımnövdə olan yeganə albinos "Qar dənəsi" ləqəbli bir erkək qorilla olmuşdur. == Təsviri == Qərb düzənlik qorillaları Qərb çay qorillalarına nisbətdə nisbətən kiçik olurlar. Erkəklər 1.8 m boya, 140 ka çəkiyə, dişilər isə 1.5 m boya və 70 kq çəkiyə sahib olurlar. Bir ailənin yayılma arealı 3 – 18 km² arasında dəyişir. Yaşadığı əraziləri qorumadığından bəzən yayılma zonaları kəsişə bilir.
Gorilla gorilla
Qərb qorillası (lat. Gorilla gorilla) — primatlar dəstəsinə, qorillalar (Gorilla) cinsinə daxil olan növ. == Təsnifat == Qərb qorillası iki yarımnövə bölünür: Gorilla gorilla diehli Matschie, 1904 — Qərb çay qorillası. Nisbədən iri yarımnöv. Sayları 300 baş olaraq qiymətləndirilir. Gorilla gorilla gorilla Savage, 1847 — Qərb düzənlik qorillası. Yarımnövün sayı 95 000 baş olaraq qiymətləndirilir. == Xarici görünüş == Qərb qorillaları Şərq qorillalarına nisbətdə nisbətən həcmcə kiçik və görünüş baxımından açıq rəngdə olurlar. Sifətləri qəhvəyi-sarı və ya boz-sarı rəngdə olurlar. Quyruqlarının olmaması ilə seçilirlər.
Qaraisa
Qaraisa - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Kalinino rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km cənub-qərbdə yerləşir. 1937-ci ilə kimi Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur. 1937-ci il dekabrın 31-də Kalinino rayonu yarandıqdan sonra Cəlaloğlu (Stepanavan) rayonunun indiki ərazi bölgüsündən çıxarılmışdır. Toponim üçoxlara mənsub qara isalı türk tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Meğvahovit qoyulmuşdur. == Əhalisi == Kənddə 1922-ci ildə 128 nəfər, 1926-cı ildə 163 nəfər, 1931-ci ildə 196 nəfər azərbaycanlı yaşamışdır. 1950-ci ilin sonlarında İlməzli sovetliyinə tabe edilmişdir.
Qorbuşa
Qorbuşa (lat. Oncorhynchus gorbuscha) — Qızılbalıqkimilər dəstəsindən balıq növü. Sakit okean sümüklüsü fəsiləsinə daxil olan növlər arasında ən tez böyüyən və geniş arealda yayılmış balıqdır. == Xarici görünüşü == Okeanlarda beli mavi, göy-yaşılyanları gümüşü qarnı isə ağ rəngdə olur. Quyruq üzgəcində tünd xırda xallar olur. Bütün qızılbalıqlarda olduğu kimi bu balıqlarda da giy üzgəci olur. Bu üzgəclər quyruq üzgəci ilə bel üzgəci arasındadır. V şəkilli quyruq və anal üzgəcləri vardır. Erkəklərin belində nəzərəçarpacaq qozbellik olur. Bu növə də bu səbəbdən Qorbuşa adı verilmişdir.
Qorgias
Qorgias (yun. Γοργίας, təxminən m. ö. 480 – 380) — qədim yunan filosofu, sofistlər məktəbinin nümayəndələrindən biri. == Fəlsəfəsi == Böyük sofistlərin daha bir tanınmış nümayəndəsi Qorgias (yun. Γοργίας, təxminən m. ö. 480 – 380) olmuşdur. O müdrikliyi deyil, natiqliyi öyrətdiyini iddia edirdi. Çünki, hamı üçün bir olan həqiqət yoxdur.
Qorilla
Qorilla (lat. Gorilla) — müasir primatlar dəstəsinin ən geniş yayılmış nümayəndələrindən olan meymun cinsi. Qərb qorillası nümunəsindən ilk dəfə olaraq 1847-ci ildə amerikan misyoneri Tomas Sevic tərəfindən qeydə alınıb.
Qorlivka
Qorlivka (ukr. Горлівка; (rus. Горловка (Gorlovka)) — Donetsk vilayətində şəhər.
Xortisa
Xortisa (ukr. Хортиця) — Dneprdə ən böyük ada, Zaporojye şəhəri yaxınlığında (indiki Dnepr HES) yerləşir. Milli Tarix və Mədəniyyət Qoruğudur. Ada şimal-qərbdən cənub-şərqə doğru uzanır, uzunluğu 12,5 km, eni isə 2,5 km-dir. Xortisa adı ilk dəfə Bizans imperatoru VII Konstantin Baqryanarodnının "İmperiyanın idarəsi haqqında" traktatında xatırlanmışdır. 2007-ci ildə Xortisa "Ukraynanın yeddi möcüzəsi"ndən biri adlandırılmışdır. == Etimologiya == "Xortisa" adının bir neçə versiyası mövcuddur. Adanın (mənbələrdə Xrtiç adası) adını qonşu çay Xortisadan alır, burada "xort" — < хъртъ, yəni "sürətli, cəld" deməkdir. Beləliklə, xortisa "sürətli su" anlamına gəlir. == İncəsənətdə == 1981-ci ildə "Mən Xortisayam" adlı film çəkilmişdir (Rejissor: Aleksandr İgişev).
Gorilla
Qorilla (lat. Gorilla) — müasir primatlar dəstəsinin ən geniş yayılmış nümayəndələrindən olan meymun cinsi. Qərb qorillası nümunəsindən ilk dəfə olaraq 1847-ci ildə amerikan misyoneri Tomas Sevic tərəfindən qeydə alınıb.
Gorilla gorilla diehli
Qərb çay qorillası və ya Çay qorillası (lat. Gorilla gorilla diehli) — Qərb qorillasına (Gorilla gorilla) daxil olan bir yarımnöv . == Yayılması == Bu yarımnövə daxil olan canlılar əsasən Nigeriya ilə Kamerun arasında sərhəddə cəmləşmişlər. Tropik və subtropik enliyarpaq meşələrdə yayılmışlar. Afrikanın digər primatlarına nisbətdə daha həssas canlılar hesab edilirlər. Digər yarımnövdən baş və dişinin quruluşu, boyunun 10–15 sm uzun olmasına və çəkisinin 20–35 kq artıq olmasına görə fərqlənirlər. Ayrıca yarımnöv kimi 2000-ci ildən bəri göstərilir. Bununla belə əvvəlki araşdırmalar da onların ayrı bir yarımnöv olmasını təsdiq etmişdir. == Qorunma statusu == Çay qorillalarının sayı 280 başdır. Onlar əsasən 11 nöqtədə cəmləşmişlər.
Qoliya
Qoliya (serb-kiril. Голија) ― Serbiyanın cənub-qərbində, İvanitsa və Novi-Pazar şəhərləri arasında yerləşən dağ. Qoliya Dinar dağ silsiləsinin bir hissəsidir. Dağ əhəmiyyətli biomüxtəlifliyə malik meşələr ilə örtülmüşdür. Dağda Serbiyada ilk UNESCO- MAB qeydiyyatından keçmiş biosfer qoruğu olan Qoliya-Studenitsa biosfer qoruğu yerləşir. Ərazi həm də bir neçə tarixi abidə və monastıra sahib kiçik xizək kurortudur. Dağın ən yüksək zirvəsi 1 833 metr hündürlüyündəki Jankov kamendir. == Coğrafiya == Qoliya cənubda Novi-Pazar və Raşka, şimalda isə İvanitsa olmaqla şimal-cənub istiqamətində S şəklində uzanır. Dağ təxminən 750 km² ərazini əhatə edir. Dağın zirvələrindən Qoliyanın meşələri və otlaqları, eləcə də yaxınlıqdakı Kopaonik, Komovi və Prokletie dağlarının zirvələri görünür.
Qoris
Gorus (erm. Գորիս) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin şərqində yerləşən keçmiş Gorus rayonunun inzibati mərkəzi olmuş şəhər. Əvvəllər Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında kənd olmuşdur. == Tarixi == Erməni mənbələrində Gorusun XIII əsrdən xatırlandığı göstərilir. Erməni ədəbiyyatında Qoris Gerusi, Gorus formasında qeyd edilir. Toponim gorus (qoros, xoros) türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimidir. Quruluşca sadə toponimdir. İlk dəfə 1924-cü ildə, daha sonra isə 1934-cü ildə respublika tabeli şəhər kimi təsdiq olunub. == Coğrafiyası == Bazarçay (Vorotan) çayının sol tərəfində yerləşir.
Gorilla Glass
Gorilla Glass hal-hazırda bir çox mobil qurğular, və eləcə də notbuk və televizorların displeylərində istifadə edilən çox möhkəm şüşədir. Son illərdə geniş tətbiq sahəsi tapan bu texnoloji məhsulun tarixi 1962-ci ildən başlayır. == Tarixi == 1962-ci ildə Chemcor adlı material ixtira olunur, lakin tətbiq sahəsi tapmır. Üzərindən illər keçdikdən sonra isə bu texnoloji məhsul haqqında xatırlamağa başlayırlar. İlk Gorilla Glass displeyli telefon 2008-ci ildə Nokia N8 oldu. Hazırda isə dünya üzrə istehsal olunan mobil qurğular, və eləcə də notbuk və televizorların 20%-ində bu şüşədən istifadə olunur. Mobil telefonların əvvəl-əvvəl cızılma ilə bağlı problemləri yox idi, çünki onların displeyləri üçün möhkəm və bahalı sapfir şüşədən istifadə olunurdu. Daha sonralar cızılma ilə bağlı problemlər meydana gəldi. Mobil telefon istehsalçıları həll yolunu Gorilla Glass-da gördülər. Həm möhkəm, həm də yüngül olması bu yeni şüşələri əlverişli etmişdi.
Gorilla beringei
Şərq qorillası (lat. Gorilla beringei) — xullar fəsiləsinin qorilla cinsinə aid heyvan növü. Növ alman zabiti Fridrix Robert fon Berinqenin (1865—1940) şərəfinə adlandırılmışdır. O, ilk dəfə qorillaları Briunqa dağlarında aşkarlamışdır. == Təsnifat == Şərq qorillası iki yarımnövə bölünür: Gorilla beringei beringei Matschie, 1903 — Şərq dağ qorillası. Populyasiyanın sayı 700 başdır. Ruanda, Uqanda və Konqo Demokratik Respublikasının vulkanik zirvələrinin ətəklərində yayılmışdır. Gorilla beringei graueri Matschie, 1914 — Şərq düzənlik qorillası. Az təhlükədə olan yarımnövdür. Populyasiyanın sayı 5 min baş olaraq qiymətləndirilir.
Qarlıca (Xudafərin)
Qarlıca (fars. قارلوجه‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 546 nəfər yaşayır (115 ailə).
Qoritsa qayası
Qoritsa qayası (bolq. скали Горица, ‘Skali Goritsa’ \ska-'li go-'ri-tsa\) — Zed adaları arxipelaq qrupuna daxil olan iki qayadan biridir. Qayalıq Antarktidanın Varna yarımadasının Cənubi Şetland adalarında, Livinqston adasının şimal sahillərində yerləşmişdir. Qayanın uzunluğu şimal-qərbi və cənub-şərqi istiqamətində 330 m, eni 700 m-dir. Qaya 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur. Qoritsa qayası Bolqarıstanın şimal-şərqi və cənub-şərqində yerləşən Qoritsa şəhərinin adını daşıyır. == Yerləşməsi == Qoritsa qayası 62°25′32″ c. e. 60°09′25″ q. u.
Şönhof (Görlitz)
Şönhof evi (alm. Schönhof‎) — Almaniyanın Görlitz şəhərinin köhnə hissəsində yerləşən və intibah üslubunda inşa edilmiş tanınmış memarlıq abidəsidir. Bina Brüderştrasse № 8-də yerləşir və 1525-ci ildə baş vermiş böyük yanğından dərhal sonra, keçmiş Şura evinin xarabalıqları üzərində memar Böyük Vendel Roskopf tərəfindən tikilmişdir. Özünün çox uğurlu topoqrafik mövqesinə görə, bina XV-XVI əsrlərdə şəhərə təşrif buyuran qonaqların rəsmi knyaz iqamətgahı kimi fəaliyyət göstərirdi. Bütün bu məsələlərlə yanaşı, burada Bohemiya kralı IV Ventsel və kurfürst Yohann Georq fon Zaksen kimi tanınmış insanlar qonaq qalmışdı. Bu gün keçmiş orta əsr tualet mexanizmlərin v struktur qalıqlarını görə bilərsiniz. == Bina == Erkən intibah dövrünə aid qumdaşından hazırlanmış pəncərəarası lentlər onun xüsusi mürəkkəbliyini xarakterizə edir. Həmçinin binanın interyerində də intibah üslubunda bir çox elementi görmək olar. Bundan başqa tavanarası tir və divarları rəngarəng quşlar və meyvələr, çoxsaylı gül motivləri və bəzək ornamentləri bəzəyir. Təmir işləri zamanı işıqlanmaya məruz qalmış bir çox rəsm əsərlərini detallı şəkildə daha bərpa etmək mümkün deyil.
Alina Qorlova
Alina Eduardivna Qorlova (ukr. Алі́на Едуа́рдівна Го́рлова;1992, Zaporojya, Ukrayna) — sənədli filmlər üzrə ixtisaslaşan ukraynalı kinorejissor, rejissor və ssenarist. O, 2017-ci ildə Ukrayna Kino Akademiyasına qəbul edilib və 2021-ci ildə Ukrayna Respublikasının əməkdar artisti adına layiq görülüb. == Təhsili == Qorlova 2008–2012-ci illərdə İ.K.Karpenko-Kari adına Kiyev Milli Teatr, Kino və Televiziya Universitetində təhsil alıb. == Filmoqrafiya == 2012: Buludlarda ilk addım 2014: Nənə 2016: Холодний Яр. Інтро 2017: Görünməz batalyon, sənədli film, İrina Tsilık və Svetlana Lişçinska ilə birgə ərsəyə gətirilmiş ekran işi 2018: Aşkar işarələr yoxdur, sənədli film (Ptax Janq tərəfindən hazırlanmışdır) 2020: Bu yağış heç vaxt dayanmayacaq, sənədli film == Tanınması == 2013 – Barnaulda "Kino-lisey" IV Beynəlxalq Müəllif Kinoları festivalı: ən yaxşı hekayəyə görə Gümüş Jan-Lak "Sözün Gücü" mükafatını qazanıb. 2018 – "Görünən işarələr yoxdur" filmi "DOK Leypziq Beynəlxalq Sənədli Filmlər" festivalında MDR-Mitteldeutscher Rundfunk kanalının münsiflər heyəti tərəfindən "Görkəmli Şərqi Avropa Filmi" mükafatına layiq görülüb. 2020 – Prodüser Maksim Nakoneçnyi və rejissor Alina Qorlovanın "Bu yağış heç vaxt dayanmayacaq" filmi Florensiyada dei Popoli festivalında Ən Yaxşı Uzunmetrajlı Film mükafatını qazandı. 2021 — "Bu yağış heç vaxt dayanmayacaq" filmi 66-cı Cork Beynəlxalq Film festivalında, İrlandiyada Ən Yaxşı Sənədli Film mükafatını qazandı.
Qorilla Musson
Robert James Marella (4 iyun 1937, Roçester[d], Nyu-York ştatı – 6 oktyabr 1999) — daha çox "Gorilla Monsoon" rinq adı ilə tanınan Amerikalı peşəkar güləşçi, play-by-play şərhçisi və buker idi. Musson 1980-ci və 1990-cı illərdə şücaətli super-ağır çəkili əsas yarışmaçı, daha sonra isə Dünya Güləş Federasiyasının (WWF) səsi, şərhçi və səhnə arxası meneceri kimi qaçışı ilə məşhurdur. O, həmçinin 1995–1997-ci illərdə WWF prezidentinin ekrandakı rolunu canlandırıb. Peşəkar güləşdə tədbirin giriş pərdəsinin arxasındakı səhnə sahəsi, Marellanın qurduğu və WWF zamanı tez-tez rast gəlindiyi mövqe karyerasının sonlarında onun şərəfinə "Qorilla Mövqeyi" adlandırılır. Marella Nyu-Yorkun Roçester şəhərindəki Cefferson Liseyində oxuyub, futbol, ​​həvəskar güləş və yüngül atletika üzrə görkəmli idmançıya çevrilib. O zaman onun çəkisi 301 funtdan (136,53 kq) çox idi və komanda yoldaşları onu mehribanlıqla "Kiçik" adlandırırdılar. == Erkən həyat == Marella həm də Nyu-Yorkun İthaka şəhərindəki İthaka Kollecində orta məktəbi bitirdikdən sonra görkəmli idmançı idi. O, indi çəkisi 325 funtdan çox olan güləşi davam etdirdi və 1959-cu ildə NCAA Güləş Çempionatında ikinci yeri tutdu. O, həmçinin 18 saniyəlik güləş pinini və bir neçə atletika fərqlənmələri də daxil olmaqla bir neçə məktəb atletika rekorduna sahibdir. O, 1973-cü ildə İthaka Kollecinin Atletik Şöhrət Zalına daxil edilib.
Dina Qorina
Dina Qorina (1 noyabr 1987, Bakı) — Azərbaycanı təmsil edən bədii gimnast. == Karyerası == Dina Qorinanın da olduğu Azərbaycan qrupu 2007-ci ildə Patras şəhərində (Yunanıstan) baş tutan Dünya Çempionatını onuncu pillədə başa vurdu və olimpiya lisenziyasına sahib oldu. Dina Qorina Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi. Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovada ibarət qrup beş iplə turnirdə 15.575 balla 8-ci pillədə qərarlaşdı. Avqustun 22-də 3 halqa/2 gürzlə turnirdə çıxış edən qrup turniri 15.875 balla 7-ci pillədə başa vurdu. Ümumi nəticədə isə Azərbaycan qrupu 31.450 balla 12 qrup sırasında 8-ci pillədə qərarlaşdı və olimpiadanın final mərhələsinə vəsiqə qazandı. Final mərhələsində qrup əvvəl beş iplə turnirdə mübarizə apardı. Nəticədə Azərbaycan gimnastları 16.075 balla turniri altıncı pillədə başa vurdu. 3 halqa/2 gürzlə turnirdə Azərbaycan qrupu 15.500 balla turniri yeddinci pillədə başa vurdu. Ümumi nəticədə isə Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovadan ibarət qrup Olimpiya Oyunlarında 31.575 balla yeddinci pillənin sahibi oldu.
Gorilla beringei beringei
Şərq dağ qorillası və ya Dağ qorillası (lat. Gorilla beringei beringei) — primatlar dəstəsinə, qorillalar (Gorilla) cinsinə, Şərq qorillası növünə aid olan yarımnöv. Növ adı alman zabiti Fridrix Robert fon Berinqenin (1865–1940) şərəfinə adlandırılmışdır. O, ilk dəfə qorillaları Briunqa dağlarında aşkarlamışdır. Yarımnöv nəsli kəsilmək ərəfəsindədir. 2012-ci il məlumatına görə onların sayı 880 başı keçmir. == Areal == Dağ qorillaları Mərkəsi Afrikanın Böyük Rift Dərəsi rayonunda yayılmışdır. Onlar 6 sönmüş vulkanın ətəklərində, 40 km uzunluğa və 3–19 km enə, 2200–4300 metr hündürlüyə malik ərazidə yayılmışlar. Cəmi iki iri olmayan populyasiya mövcuddur. Ruanda, Uqanda və Konqo Demokratik Respublikasının vulkanik zirvələrinin ətəklərində yayılmışdır.
Qar dənəsi (qorilla)
Qar dənəsi (isp. Copito de Nieve, kat. Floquet de Neu; 1964 — 24 noyabr 2003) — zooloji müşahidələr nəticəsində indiyənə kimi qeydə alınmış yeganə albinos qorilla. Bu erkək qorilla uzun zaman İspaniyanın Barselona zooparkında yaşamışdır. Qar dənəsi Qərb düzənlik qorillası yarımnövünə aid olmuşdur. Rəsmi məlumata görə bu canlı İspaniya Qvineyası ərazisində 1966-cı ildə tutulmuşdur. Sonra isə Barselona şəhərinə gətirilmişdir. İlk əvvəllər onu ovlayan ovçunun dilində (famnq dili) Nfumu Ngui olaraq adlandırılır. Bu sözün hərfi mənası isə "Ağ qorilla" anlamını verir. Qorilla 15 000 pesetaya satın alınır.
Qorilla Musson (İdmançı)