Qoris

Gorus (erm. Գորիս) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin şərqində yerləşən keçmiş Gorus rayonunun inzibati mərkəzi olmuş şəhər. Əvvəllər Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında kənd olmuşdur.[2]

Gorus
39°30′40″ şm. e. 46°20′30″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1870
İlk məlumat 995
Sahəsi
  • 36 km²
Mərkəzin hündürlüyü 1.370 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 20.591 nəf. (2011)
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +374 (284)
Poçt indeksi 3201–3205
Nəqliyyat kodu 52
Digər
goriscity.am
Xəritəni göstər/gizlə
Gorus xəritədə
Gorus
Gorus
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Erməni mənbələrində Gorusun XIII əsrdən xatırlandığı göstərilir[3]. Erməni ədəbiyyatında Qoris Gerusi, Gorus formasında qeyd edilir[4].

Toponim gorus (qoros, xoros) türk etnonimi[5] əsasında əmələ gəlmişdir. Etnotoponimidir. Quruluşca sadə toponimdir.

İlk dəfə 1924-cü ildə, daha sonra isə 1934-cü ildə respublika tabeli şəhər kimi təsdiq olunub.

Bazarçay (Vorotan) çayının sol tərəfində yerləşir. Şəhər Gorus çayı sahilində, dəniz səviyyəsindən 1385 m yüksəklikdə yerləşir.

Burada ermənilərlə yanaşı 1897-ci ildə 228 nəfər, 1926-cı ildə 51 nəfər, 1931-ci ildə 13 nəfər azərbaycanlı yaşamışdır[6]. Gorus şəhərində yaşayan azərbaycanlılar 1940-cı illərdə tamamilə Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. İndi burada yalnız ermənilər yaşayır.

Qardaş şəhərləri

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 GEOnet Names Server. 2018.
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. Hakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.953
  4. Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.28
  5. Qeybullayev Q. Ə. Qarabağ (etnik və siyasi tarixinə dair), Bakı, "Elm", 1990. s.10–11
  6. Коркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.28–29, 112–113
Qafan-Gorus yolu
Xınzırək kəndi yaxınlığında süni mağaralar