Alina Eduardivna Qorlova (ukr. Алі́на Едуа́рдівна Го́рлова;1992, Zaporojya, Ukrayna) — sənədli filmlər üzrə ixtisaslaşan ukraynalı kinorejissor, rejissor və ssenarist. O, 2017-ci ildə Ukrayna Kino Akademiyasına qəbul edilib və 2021-ci ildə Ukrayna Respublikasının əməkdar artisti adına layiq görülüb.[1]
Alina Qorlova | |
---|---|
![]() | |
Doğum tarixi | 1992 |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | kinorejissor, ssenarist, montajçı[d] |
Qorlova 2008–2012-ci illərdə İ.K.Karpenko-Kari adına Kiyev Milli Teatr, Kino və Televiziya Universitetində təhsil alıb.[2]
2013 – Barnaulda "Kino-lisey" IV Beynəlxalq Müəllif Kinoları festivalı: ən yaxşı hekayəyə görə Gümüş Jan-Lak "Sözün Gücü" mükafatını qazanıb.[3]
2018 – "Görünən işarələr yoxdur" filmi "DOK Leypziq Beynəlxalq Sənədli Filmlər" festivalında MDR-Mitteldeutscher Rundfunk kanalının münsiflər heyəti tərəfindən "Görkəmli Şərqi Avropa Filmi" mükafatına layiq görülüb.[4]
2020 – Prodüser Maksim Nakoneçnyi və rejissor Alina Qorlovanın "Bu yağış heç vaxt dayanmayacaq" filmi Florensiyada dei Popoli festivalında Ən Yaxşı Uzunmetrajlı Film mükafatını qazandı.[5][6]
2021 — "Bu yağış heç vaxt dayanmayacaq" filmi 66-cı Cork Beynəlxalq Film festivalında, İrlandiyada Ən Yaxşı Sənədli Film mükafatını qazandı.[7]